GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Hər hansı bir qüvvə yaratdığı süni problemlərlə Azərbaycan-Amerika tərəfdaşlığının qarşısını ala bilməyəcək”

“Hər hansı bir qüvvə yaratdığı süni problemlərlə Azərbaycan-Amerika tərəfdaşlığının qarşısını ala bilməyəcək”

Tarix: 10-05-2014, 13:37 Bölmə :Müsahibə Baxış: 0
“Hər hansı bir qüvvə yaratdığı süni problemlərlə Azərbaycan-Amerika tərəfdaşlığının qarşısını ala bilməyəcək”
Asim Mollazadə:
“Rusiyanın Azərbaycana təzyiqi 1990-cı illərdə daha sərt
formada olub, amma müstəqilliyimizi sarsıda bilməyiblər”


Üç gün bundan əvvəl Vaşinqtonda Amerika-Azərbaycan qurultayı öz işinə başlayıb. Qurultayda iştirak etmək məqsədilə Azərbaycandan böyük bir nümayəndə heyəti-Qafqaz müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadə, Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Yəhudi İcmasının rəhbəri Yevda Abramov, deputat Asim Mollazadə və digərləri Vaşinqtonda olub. İki gün davam edən qurultay artıq başa çatıb. Bu qurultay, onun mahiyyəti, məqsədi və digər məsələlər haqda suallara Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə cavab verib.
-Asim bəy, Amerika səfəriniz nə ilə bağlı idi?
-Səfər Azərbaycan-Amerika qurultayı ilə bağlı olub. İki gün davam edən qurultayın əsas məqsədi Azərbaycan-Amerika əməkdaşlığının daha da genişlənməsinə hesablanmışdı. Bu toplantıda ABŞ-ın rəsmi dairələri, senatorlar, konqresmenlər, bir sıra ştatların rəhbərləri, beyin mərkəzlərinin əməkdaşları, ictimai-siyasi baxımdan nüfuzlu insanlar iştirak edirdi. Bu Azərbaycan-Amerika əməkdaşlığının çox şaxəli əməkdaşlığına həsr edilən tədbir idi. Eyni zamanda Azərbaycan problemləri və uğurları ilə bağlı amerikalı siyasətçilər yaxından tanış oldular. Səfər zamanı bizim bir sıra senator və konqresmenlərlə görüşlərimiz oldu. Biz Azərbaycanın Amerika üçün önəmini, ölkəmizin regionda apardığı işlər, Qarabağ münaqişəsi və onun həll olunmaması, bu münaqişənin inkişafa mane olan əsas amil olduğu haqda ətraflı məlumat verdik.
-Amerikanın Azərbaycana münasibəti necədir?
- Amerikada keçirilən qurultayda Azərbaycandan böyük nümayəndə heyəti iştirak edib. Azərbaycan çox uzun müddətdir ki, Amerika ilə əməkdaşlıq və müttəfiqlik edir. Amerikada Azərbaycana münasibət belədir ki, onlar ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Bölgədə sülhün və əmin-amanlığın qorunması da ABŞ-ın maraqlarına uyğundur. Bununla bərabər ABŞ Azərbaycanı Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, sivilizasiyalar arası əməkdaşlığı yüksək qiymətləndirilir və bir sıra ölkələrə Azərbaycanın təcrübəsi təqdim olunur.
- Əgər münasibətlər belə son dərəcə yaxındırsa, nədən ABŞ tərəfi 907-ci düzəlişi ləğv etmir?
- Biz müzakirələr zamanı hər dəfə bu məsələni qaldırırıq. Hazırda 907-ci düzəliş ABŞ prezidentinin sərəncamı ilə öz qüvvəsini itirmiş hesab olunur. Söhbət ondan gedir ki, bu gün Azərbaycanın bir çox sahələrdə Amerika ilə əməkdaşlığı mövcuddur. Odur ki, ABŞ-ın özünün milli və təhlükəsizlik maraqları 907-ci düzəlişin ləğv olunmasını tələb edir. Lakin bununla yanaşı ABŞ Konqresində erməni diaspora təşkilatlarının dəstəyi ilə seçilən konqresmenlər var. Onlar da, Amerikanın milli təhlükəsizliyinə qarşı olaraq Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirirlər.
- Son günlər ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsinə dair anti Azərbaycan mövqeyindən çıxış edir. Bu haqda müzakirələr oldumu?
- ABŞ səfərimiz zamanı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikinlə görüşüb fikir mübadiləsi apardıq. Biz həmsədrlə görüşüb ətraflı danışdıq. Həmsədr çalışdı ki, yaxın müddətdə tam fərqli mövqedən çıxış edəcəyinə bizə inandırsın. Biz də görüş zamanı ona tənqidi fikirlərimizi ifadə etdik. Ümid edirik ki, yaxın gələcəkdə ABŞ ya həmsədrini dəyişəcək, ya da hüququn aliliyinə söykənəcək. Azərbaycanı narahat edən əsas amil odur ki, beynəlxalq təşkilatlarda hüququn aliliyinə diqqət yetirmirlər, hüquq normalarını kobud surətdə pozan Ermənistana qarşı sərt münasibət mövcud deyil. Bu da münaqişənin uzun illərdir həllinə nail olunmamasına səbəb olub. Bununla yanaşı biz dəfələrlə qeyd etmişik ki, məhz Dağlıq Qarabağdan başlanan münaqişə bu gün Krımla nəticələnib, Ukraynaya hücumlarla davam etdirilir. Həm Moldovada olan Dnestryanı münaqişə, həm də Gürcüstanın ərazisində yaradılan münaqişə Qarabağdan başlanan yoldur. Qarabağ münaqişəsinə düzgün qiymət verilməməsi nəticəsində bu münaqişələrin heç biri özünün layiqli həlli modelini tapmayıb.
-ABŞ-da Ukraynada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparmısınızmı?
-Təbii ki, aparmışıq. Bu fikir mübadiləsi zamanı biz bir daha vurğulamışıq ki, bu gün Krım və digər münaqişələr, eləcə də Ukraynada yaşanan proseslər məhz Dağlıq Qarabağ münaqişəsinə düzgün qiymət verilməməsi səbəbindən daha da genişlənir və dərinləşir. Bu zaman da beynəlxalq ictimaiyyət münaqişələrin həllinə nail ola bilmir və bunun da əsas səbəbi düzgün mövqeyin seçilməməsi, düzgün hərəkətlərin edilməməsi, eləcə də beynəlxalq hüquq normalarına olan hörmətsizlikdir.
-Asim bəy, Amerikada Rusiya ilə Ukrayna arasında yaşanan proseslərə münasibət necədir?
-Amerikada bu məsələyə münasibət çox birmənalıdır və dəqiqdir. Rusiyanın hərəkətləri ciddi formada tənqid olunur. Lakin mən bir məqamı xüsusilə vurğulamaq istərdim. Bu cür münaqişələrin həllində təəssüflər olsun ki, qərb çox sərt mövqe sərgiləmir. Məhz buna görə də münaqişələr öz həllini tapmır.
-Siz Ukrayna və Rusiya arasında yaşananlarla bağlı nə düşünürsünüz, hansı proqnozlar irəli sürə bilərsiniz?
-Təəssüflə deyim ki, bu iki qonşu dövlət arasında diplomatların əvəzinə silahlar danışmağa başlayıb. Fikrimcə, yaxın dövrdə müsbət dəyişikliklər gözlənilmir. Ola bilsin ki, bu proses bir qədər də uzanacaq. İndilikdə baş verənləri diqqətlə izləmək və təhlil etmək lazımdır.
- Ukrayna mətbuatı yazır ki, prezident Putinin Şərqi Ukraynaya ordu yeritmək planı var və böyük ehtimalla mayın 10-da Rusiya iki istiqamətdə Ukrayna ərazisinə silahlı qüvvələrini hərəkətə gətirəcək...
- Biz neçə aydır ki, baş verənləri izləyirik. Qənaətimcə, proseslərin bu şəkildə davamı istisna deyil. Eyni zamanda da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə bu hallarla bağlı Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq olunmasına dair açıqlamalar verirlər. Məncə, Rusiyanın addımlarından asılı olaraq bu sanksiyaların əhatə dairəsi də genişlənə bilər.
- Sizcə, Rusiyaya qarşı belə mülayim sanksiyalar effekt verə və Moskvanın geri çəkilməsinə səbəb ola bilərmi?
- Əslində Rusiya dayanmasa və indiki səhv siyasətini davam etdirməkdə qərarlı olsa, Moskva beynəlxalq səviyyədə izolyasiya oluna bilər. Təbii olaraq bu da Rusiya iqtisadiyyatına və daxili siyasətinə müəyyən qədər təsiri ola bilər. Bu mənada Rusiya tərəfindən atılacaq hər hansı bir addım Qərb tərəfindən əks addımların atılmasına gətirib çıxaracaq. Biz zaman keçdikcə bunu müşahidə edə biləcəyik.
-Rusiyanın bütün bu davranışları sizcə nəyə hesablanıb, məqsəd nədir?
-Yaxşı sualdır. Qısaca deyə bilərik ki, bütün bu addımlarını Rusiya rəhbərliyi açıq şəkildə ifadə edib. Onların təbirincə desək, bu addımların əsas məqsədi hansısa formada Sovetlər İttifaqını bərpa etməkdir. Ancaq nəzərə almaq lazımdır ki, biz artıq XXI əsrdə yaşayırıq.
- Sovetlər İttifaqına hər hansı bir formada təşkil etmək mümkündürmü?
- Bu keçmiş sovetlər birliyini təşkil edən respublikaların müqavimət gücündən və beynəlxalq ictimaiyyətin tutacağı mövqedən asılı olacaq. Əgər yetərli müqavimət olacaqsa, bu zaman Moskvanın bu ideyaları boşa çıxacaq. Bir daha qeyd edirəm ki, indi XXI əsirdir. Sovetlər İttifaqı isə XX əsrin sonlarında dağılıb.
- Siz siyasətçisiniz, müxtəlif insanlarla ünsiyyətdə olursunuz. Necə düşünürsünüz, keçmiş sovetlər ittifaqında təmsil olunan və hazırda müstəqilliklərini elan edən ölkələrin müqavimət gücü varmı?
- Fikrimcə, müqavimət hiss edilir. Hər halda biz bunu müşahidə edirik. Əslində bu müqavimət təbii olaraq ortaya çıxmalıdır da. Hər ölkənin fərqli vəziyyəti var. Həm də nəzərə almaq lazımdır ki, burada iqtisadi amilin də mühüm rolu var. Rusiyaya ciddi iqtisadi bağlılığı olan ölkələrin vəziyyəti təbii ki, ağırlaşır. İqtisadi nöqteyi-nəzərdən Rusiyadan asılı olmayan MDB ölkələrində vəziyyət daha yaxşıdır və müqavimət gücü də daha yüksəkdir. Yəni bu məsələdə ölkələr durumuna görə fərqlidir.
- Cənubi Qafqazda da maraqlı proseslər yaşanır. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tiflis sammiti keçirilib. Regionda nə baş verir?
-Əvvəla, mən bu görüşü çox yüksək qiymətləndirirəm. Əslində Azərbaycan, Türkiyə və Gürcüstanın birliyi və əməkdaşlığı yeni bir sistemin, Avropa ilə Asiya arasında olan yeni münasibətlər sistemini yaratmaq istəyən qüvvələrin təşəbbüsü kimi qiymətləndirirəm. Burada söhbət çoxşaxəli əməkdaşlıqdan gedir. Eləcə də enerji, nəqliyyat, ticarət maraqları üç ölkəni birləşdirir. Və öz-özlüyündə bu birliyin bir qədər də genişlənməsi üçün potensial mövcuddur.
- Ancaq hər üç ölkənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqedə ifadə olundu. Bu öz-özlüyündə Rusiyaya qarşı bir görüş deyilmi?
- Siz nəzərdə tutduğunuz mövqe əslində birinci gündən ifadə olunub. Bilirsiniz Azərbaycan hər bir səviyyədə bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu siyasət Türkiyə və Gürcüstanda da müşahidə olunur. Fikrimcə, burada hər hansı bir yenilik yoxdur. Sadəcə olaraq yenə də təkrarən bu üç ölkə bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.
- Moskva bunu özünə qarşı olan addım kimi qiymətləndirə bilərmi?
- Rusiya bu mövqe ilə kifayət qədər tanışdır. Bir daha vurğulayım ki, burada yeni bir siyasət yoxdur.
- Rusiyanın cənubunda yerləşən ölkələrə, xüsusilə Azərbaycana təzyiqlərini müşahidə edirsinizmi?
- Belə bir cəhdlərin olması istisna deyil. Amma bir şey dəqiqdir. Azərbaycana bu təzyiqlər daha sərt formada 1990-cı illərin əvvəllərində olub. Özü də bu təzyiq yeni münaqişə ocağının yaradılması, Azərbaycanın ərazilərinin işğal edilməsi formasında olub. Ancaq buna baxmayaraq Azərbaycanın müstəqilliyini sarsıda bilməyiblər.
- İddialar var ki, Azərbaycanda hansısa qrup Azərbaycan-Amerika münasibətlərini pozmağa çalışırlar. Məhz bu səbəbdən də Vaşinqtonda Azərbaycan-Amerika qurultayı keçirəndə Bakıda həbslər aparıldı...
- Mən bunu belə qiymətləndirə bilərəm ki, bunlar mümkün olan şeylər deyil. Azərbaycan ABŞ-la qarşılıqlı maraqlar əsasında strateji tərəfdaşlığı formalaşır və düzəlir. Hər hansı bir qüvvə yaratdığı süni problemlər bu tərəfdaşlığın qarşısını ala bilməyəcək.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Asim Mollazadə: “Bu qarşıdurma dünyanın məhvi ilə nəticələnə bilər”

    Asim Mollazadə: “Bu qarşıdurma dünyanın məhvi ilə ...

    6-09-2014, 13:46

  • 
  • Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir

    Şeyxülislam Allahşükür Paşazadə Moskvada ...

    24-09-2019, 10:16

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsi üzvlərini qəbul edib

    Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsi ...

    3-03-2014, 16:09

  • 
  • “Ermənistanı sülhə məcbur edə bilmərik”

    “Ermənistanı sülhə məcbur edə bilmərik” ...

    8-01-2014, 18:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu