GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Akif Muradverdiyev od püskürdü

Akif Muradverdiyev od püskürdü

Tarix: 22-05-2014, 10:19 Bölmə :Müsahibə Baxış: 0
Akif Muradverdiyev od püskürdü
“Yoxsa mən hansısa erməni daşnakı ilə görüşmüşəm”

“Gündəm xəbər” prezidentin sabiq işlər müdiri, məhbus Akif Muradverdiyevin müsahibəsini təqdim edir:
Akif Muradverdiyev Xəzər rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.
- Sizcə, MTN rəhbərliyi dövlət başçısına həbs olunacağınız barədə əvvəlcədən məlumat vermişdimi?
- Şübhə yoxdur ki, həbsimlə bağlı ölkə başçısına deyilib. Ancaq şübhə etmirəm ki, o qədər şər-böhtan dolu məlumat veriblər ki, prezident onlara inanıb. Mənim hava limanında saxlanıb həbs olunmağımda MTN əməkdaşlarının heç bir təqsiri yoxdur. Sadəcə, cənab prezident şər qüvvələrin dediklərinə inanıb.
- Vəzifədə işləyən insanın heç də hamı ilə münasibətləri normal olmur, maraqlar toqquşur, intriqalar yaranır. Vəzifədə işləyəndə münasibətlərinizin pis olduğu qüvvələrin sizin həbsinizdə iştirakı varmı?
- Mən 12 il prezidentin işlər müdiri vəzifəsində işləmişəm. Prezidentin işlər müdiri yalnız dövlət başçısına tabedir. Bel olan halda mənim kiminlə incikliyim, intriqam, yaxud toqquşan maraqlarım ola bilərdi? Prezidentin təyin etdiyi vəzifəli səlahiyyət sahibləri ilə qarşılıqlı hörmətlə işləmişəm. Elə işləmişəm ki, qarşılıqlı münasibətə xələl gəlməsin. Mənə qarşı qisasçılıq münasibəti Prezident Administrasiyasındakı keçmiş həmkarlarımdan qaynaqlanmayıb. Onlarla münasibətim qısqanclığa səbəb olmayıb.
- Yazıçı Rüstəm İbrahimbəyov müsahibələrinin birində qeyd edib ki, 2013-cü ilin əvvəllərində Bakıdan Moskvaya qayıdarkən təyyarədə sizi görüb, Moskvaya birlikdə getmisiniz. Sonra isə Rüstəm İbrahimbəyov öz avtomobili ilə sizi gedəcəyiniz ünvana aparıb. Belə bir hal olubmu?
- Rüstəm İbrahimbəyovun müsahibəsini oxumamışam. Çünki mətbuatı izləmək imkanım azdır. Ancaq Rüstəm İbrahimbəyovla bağlı məndən nə isə soruşursunuzsa, bunları deyə bilərəm. Həqiqətən mən Moskvaya gedirdim. Biletim “ekonomklas”a idi. Rüstəm İbrahimbəyovu təyyarənin salonunda görmədim. Onu pasport yoxlamasından keçəndə gördüm. Yaxınlaşdım, salam verdim. Məni tanımadı. Onunla olan bir nəfər mənim kim olduğumu deyəndən sonra yenidən salamlaşdıq. Mən elektrik qatarı ilə Kiyev vağzalına, oradan da Ukraynaya - Truskovetsə gedəcəkdim. O, məni məcbur etdi ki, gəlin, sizi maşınla şəhərə aparım. Nə qədər desəm də, mümkün olmadı. Çünki mən ona əziyyət vermək istəmirdim. Yollar tıxac idi. Çox qalın qar yağmışdı.
Kiyev vağzalına gəlib çatmağımız 2 saatdan çox çəkdi. Xeyli söhbət etdik. Kiyev vağzalına çatandan sonra üzbəüzdəki “Avropa” ticarət mərkəzinin birinci mərtəbəsində çay içdik. Yenə ordan-burdan söhbət etdik. Vəziyyətimlə maraqlandı. Prezidentlə münasibətimi soruşdu. Son vaxtlar görüşüb-görüşmədiyimlə maraqlandı. Dedim prezidentə olan hörmət və ehtiramıma 2005-ci ildəki həbsim qətiyyən təsir etməyib. Mənim də ona Ziyalılar Forumu ilə bağlı bəzi suallarım oldu. Mən son hadisələrə qədər elə bilirdim ki, Rüstəm İbrahimbəyov çox az ziyalılarımızdan biridir, bəlkə də birincisidir. Prezident İlham Əliyev tərəfindən hörmətlə qarşılanır. Mən özüm onunla tanış olmamışam. İlk dəfə mən onun “Komsomolskaya pravda” qəzetində 1980-ci ildə yazdığı “Soxrani mne moy talisman” məqaləsini oxuyanda, özünü tanımasam da, müstəqil fikrinə görə ona dərin hörmətim yaranmışdı.
Maqsud və Rüstəm İbrahimbəyovlar Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əbədiyaşar ziyalılardır. Elə hesab edək ki, mən hər gün Rüstəm İbrahimbəyovla görüşmüşəm. Bu bəyəm cinayətdir? Yoxsa mən hansısa bir erməni daşnakı ilə görüşmüşəm? Bir soruşardılar ki, Rüstəm İbrahimbəyovla görüşəndə nədən danışırdınız? Bəlkə mənim ona bir müsbət təsirim olduğunu deyərdim. İndi zəmanədəndir, nədəndir, bilmirəm, Rüstəm İbrahimbəyovla görüşən düşmən olur, Maqsud İbrahimbəyovla görüşən dost? Mənim kiminlə görüşməyimdən asılı olmayaraq, başıma açılan bu məhrumiyyətlərə baxmayaraq Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan hakimiyyətinə münasibətim dəyişməzdir. Azərbaycan Respublikasının prezidenti bu dövlətin simvoludur. Onu sevib hörmət etmək hər bir vətəndaşın borcudur.
- Həbsxanada insan çoxmu dəyişir? Həbs həyata baxışınıza, ideyalarınıza çoxmu təsir edir?
- Bilirsiniz, mən dünyaya göz açan gündən özümü islah olunmuş insan kimi dərk etmişəm. Çünki həyatda nəyə nail olmuşamsa, öz zəhmətimin sayəsində əldə etmişəm. Mən heç vaxt dəbdəbəli həyat yaşamamışam. Məni dəyişdirə biləcək yeganə bir qüvvə qalır. O da ölümdür. O da yarandığım gündən mənimlə yatır, mənimlə oyanır. Hər an, hər dəqiqə onun girovundan qurtara bilərəm. O ki qaldı ideyaya, onu da qəlbimdən və baxışlarımdan ata bilmərəm.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, övladlarınız işsizdir. İndi necə, iş tapa biliblərmi?
- Mənim Moskvaya son dəfə - 2013-cü il iyunun 20-də, tutulduğum gün getməyimdə məqsədim ancaq və ancaq oğlumun iş məsələsi ilə bağlı idi. Baş verənlər isə sizə məlumdur.
Yəqin ki, hələ bilikləri çatmadığından onları işə qəbul etmirlər. Xaricdə təhsil almaq o demək deyil ki, artıq sən yetkin kadrsan. Həyatın əziyyətini görmək mənim də, övladlarımın da payına düşüb. Təqsirkar isə mən özüməm.
- Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Bununla bağlı geniş əfv sərəncamı imzalanacağı gözlənilir. Əfv üçün müraciət etmisinizmi? Əfvə düşəcəyinizə ümid edirsinizmi?
- Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədr olması tarixi bir missiyadır. Mən bu münasibətlə Azərbaycan xalqını, cənab prezidenti ürəkdən təbrik edirəm. Şübhə etmirəm ki, bu müddətdə Azərbaycan dövləti, onun siyasi hakimiyyəti Avropa dəyərlərinə öz töhfəsini verəcək. Bu hadisə xalqımızın Avropa ailəsində nüfuzunu artıracaq.
O ki qaldı bu hadisə ilə əlaqədar əfv sərəncamının imzalanması məsələsinə, mən bunu növbəti dəfə ölkə prezidentinin öz vətəndaşlarına göstərəcəyi humanistlik kimi qiymətləndirirəm. Mən cənab prezidentə etdiyim müraciətlərdə istər dövlətimizə, istərsə də ölkə prezidentinə olan dəyişməz münasibətimi hər dəfə yazmışam. Bir daha məni unutmayan informasiya vasitələrinə, qəzetlərin yaradıcı kollektivlərinə öz təşəkkürümü bildirirəm.
İ.BAĞIRZADƏ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 00:26

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 01:05

  • 
  • Akif Muradverdiyevin məhkəməsi olacaq

    Akif Muradverdiyevin məhkəməsi olacaq ...

    8-11-2013, 14:45

  • 
  • Akif Muradverdiyev vəkili Fuad Ağayevdən imtina etdi

    Akif Muradverdiyev vəkili Fuad Ağayevdən imtina ...

    2-09-2013, 12:49

  • 
  • Akif Muradverdiyevin işinə Xəzər Məhkəməsində baxılacaq

    Akif Muradverdiyevin işinə Xəzər Məhkəməsində ...

    7-10-2013, 12:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu