Fəhmin Hacıyev: “Seçkiləri demokratik və şəffaf keçırmək istəməsə prosseslər inqilabı dəyişiklərə yönələcək”
Qarşıdan gələn prezident seçkiləri öncəsi təkcə Azərbaycan daxilində deyil, ölkəmizdən kənarda olan, amma siyasətlə məşğul olan soydaşlarımızda aktivləşir. Bəllidir ki, 1993-cü ilin iyun qiyamından sonra iqtidarı ələ keçirən Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu son 20 il müddətində çoxlu sayda soydaşlarımız ölkədən getmək məcburiyyətində qaldı.Onların bir qismi çörək dalınca, bir qismi isə hakimiyyətin repressiv siyasətinin nəticəsində gediblər. Ancaq son aylar həm Avropaya, həmdə MDB-nin digər ölkələrinə üz tutan soydaşlarımızın qarşıdan gələn seçkilərə marağının artması açıq-aydın hiss edilir. Dünən bu cür soydaşlarımızdan biri suallarımıza cavab verib. Söhbət Daxili İşlər Nazirinin sabiq müavini, Daxili Qoşunların sabiq komandanı, AXCP sədrinin müşaviri Fəhmin Hacıyevdən gedir. Məlumat üçün qeyd edək ki, F.Hacıyev ölkəmizi bir neçə il əvvəl tərk edib. Uzun illər əsassız şəkildə həbsdə saxlanılan bu şəxs azadlığa çıxandan sonra da, hakimiyyətə müxalifətdə olub, 2005-ci il Milli Məclis seçkilərində müxalif “Azadlıq” blokunun Seçki Qərargahının sədrinin müavini vəzifəsini tutub. Çörək dalınca ölkəni tərk edən, amma şərəf və ləyaqətini saxlayan minlərlə vətənpərvər soydaşlarımızdan biri olan Fəhmin Hacıyevlə müsahibəni təqdim edirik.
Müxalifət hakimiyyətin dəyişdirilməsi üçün birlik nümaiş etdirəcək
- Fəhmin bəy, Azərbaycan 2013-cü il prezident seçkiləri ilinə daxil olub. Bu ildən sizin hansı gözləntiləriniz var? - İndiki vəziyyətdə ayrı-ayrılıqda nə İçtimai Palata, nə Demokratik Qüvvələrin Məşvərət Məclisi və yaxud har hansı müxalifət partiyası təkbaşına prezident seçkilərində hakimiyyət dəyişikliyi ilə nətilənəcək qələbəyə nail ola bilməz. Bu günün reallığıdır. Səs qazansa belə hakimiyyəd dəyişikliyini reallaşdıra bilməz. -Niyə səs qazanan qüvvə dəyişikliyə nail ola bilməz? - Ortada yaxın tariximizin təcrübəsi var. 1998-cu ildə AMİP lideri Etibar Məmmədovun, habelə 2003- cü ildə Müsavat başqanı İsa Qəmbərin faktiki qələbəsinin hüquqi müstəviyə keçərək hakimiyyət dəyişikliyi ilə nəticələnməməsinin əsas səbəbi hakimiyyət dəyışıklıyı uğrunda mübarizə aparan siyası güc mərkəzlərini keçid dövrü üçün də, olsa birləşə bilməməsi olub. Bu mənim şəxsi qənaətimdir. Fikrimcə, dünya demokratiya mərkəzlərinin dəstəyinin zəif olmasının əsas səbəbi də, məhz müxalifətin bir koalisiyada birləşə bilməməsidir. Cünki, stabilliyi tam təmin etməyən hakimiyyət dəyişikliyi təhlükəli olduğunu hamı dərk edir. Bu il də ümumi müxalifət stabilliyi təmin edəcək hakimiyyət modelini, ideyanı və komandanı ortaya qoya bilməsə seçki ilə hakimiyyət dəyişikliyinə nail olacağına inam azdır. Odur ki, bu haqda da ciddi düşünülməlidir. Amma, hadisələrin gedişatı ümid verir ki, bu il müxalifət hakimiyyətin dəyişdirilməsi üçün birlik nümaiş etdirəcəkdir. Birlik olduqda isə xalqımızın və demokratik dünyanın dəstəyini alacaqdır. Əgər hakimiyyət seçkiləri demokratik və şəffaf keçırmək istəməsə prosseslər inqilabı dəyişiklərə yönələcək ki, bu yenə hakimiyyətin qismən və ya tamamıilə dəyişdirilməsi ilə sonuclanacaqdır.
Ən uyğun variant öncə seçkilərin keçirilməsini hakimiyyətin nəzarətindən çıxarılmasına nail olmaqdır
- Konkret olaraq indi ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən, xüsusilə real müxalifət düşərgəsində gedən proseslərdən məlumatlısınızmı, əgər məlumatınız varsa, müxalifət daxilində nə baş verir? - Çoxlarını düşündüyündən fərqli olaraq mən düşünürəm ki, hakimiyyətin dəyişməsini istəyən siyasi, içtimai təşkilatlarla xalqımız arasında mübarizə həmrəyliyi prossesi gedir. Yəni böyük xalq hərəkatının başlayacağına inam çoxdur. Müxalifət daxilində gedən rəqabət ötən illərdəkindən daha sağlamdır və bu cür siyasi rəqabət siyasi aktivliyin artmasına xidmət edir. Sevindirici haldır ki, prezidenliyə əsas iddialiların heç biri məməm-mənəmlik etmir və güzəştə getməyə hazır olduqlarını bəyan edirlər. Eyni zamanda hamı müxalifət daxili danışıqlarda birinci olmaq ücün resuslarını toparlayır. Bunda qəribəlik axtarmaq naşılıq əlaməti olardı. - Vahid namizəd, əsas namizəd və ya namizədlər formulun sizin baxışınız necədir, hansı daha effektiv ola və uğur gətirə bilər? - Məncə, söz oyunu oynamağın mənası yoxdur və bu cür deyişmələr çoxlarını çaşdırır. Mən də deyirəm ki, biz “ Qələbə namizədi”ni müəyyən etməliyik. Qələbə namizədini müəyyənləşdirilməsinin ən uyğun yolu iddialiların öz aralarında razılaşdırdıqları və xalqımızın qəbul edəcəyi şəxsin olmasıdır. İçtimai müzakirəyə digər çoxlu variantlar da təqdim edilmişdir. Məncə, ən uyğun variant öncə seçkilərin keçirilməsini hakimiyyətin nəzarətindən çıxarılmasına nail olmaqdır. Bundan sonra seçkidə muxalifətdən bir neçə razılaşdırılmış namizədin iştirak etməsi təhlükəli olmayacaq.
Bir dəstə quldur və terrorist Azərbaycan xalqını girov götürüb və onunla istədiyi kimi rəftar edir
- Müsavatla AXCP-nin bir-birinə güzəştə gedəcəyi ehtimalı səfərabərabərdir? - Mən partiyalar arasında üzdə gedən rəqabətdə iştirak etmirəm. Bu suala belə işlərlə məşğul olan şəxslər cavab verməlidir. - Niyə liderlər seçki ilində milli deyil, bəzən firqə maraqlarını önə çəkirlər? - Hər bir lider inanır ki, onun apardığı siyasət milli maraqlara daha çox xidmət edir. Bu da təbiidir. Amma reallıqlara da var və ona diqqət eləmək lazımdır. - Azərbaycan Ordusunda baş verən ölüm halları haqqında siz nə düşünürsünüz? - Cəmiyyətdə nə baş verirsə orduda da həmin proses baş verir. Yəni fərqli bir şey yoxdur. Azərbaycanın orta məktəbdə, iş yerlərində, ali məktəblərdə, seçkilərdə və digər yerlərdə baş verənlərlə olduda baş verənlər arasında bir uyğunluq vardır. Dövlət cinayətkarcasına idarə olunur. Bəzən elə təsəvvür yaranır ki, bir dəstə quldur və terrorist Azərbaycan xalqını girov götürüb və onunla istədiyi kimi rəftar edir. İstədiyi öldürür, istədiyini təhqir edir, aşağılayi. Bu dözülməz haldır.
Səfər Əbiyev kimi korrupsiyasa uğramış bir mudafiə nazirinin orduda intizam yatatması absurddur
- Bu halların çoxalmasına səbəb nədir: Özbaşınalıq, korrupsiya, yoxsa məsuliyyətsizlik? - Bu halların çoxalmasını səbəbi xalqımızın bu girovluğa dözməsidir. Biz susduqca hakimiyyətdəkilər qana susamış kimi daha çox cınayətlər törədirlər və ayağa qalxmasaq, insan kimi yaşamaq haqqımızı elliklə tələb etməsək vəziyyət daha da acınacaqlı olacaq. - Bu ordu ilə Azərbaycan torpaqları geri qaytara bilərmi? - Bu hakimiyyətlə torpaqların geri qaytarılması mümkün deyil. Səfər Əbiyev kimi korrupsiyasa uğramış bir mudafiə nazirinin orduda intizam yatatması absurddur.
Daxili partlayış olacağı təqdirdə, hamılıqla ikincı qrupa dəstək verməli olacağıq
- Elşad Abdullayevin yaydığı videogörüntülər bir nəfərin mandatını itirməsi, birinin məhkəmədə hakimlik vəzifəsindən getməsi, bir nəfərin isə müəmmalı ölümü ilə nəticələndi. Bəs əslində nələr olmalı, hansı addımlar atılmalı idi? - Hakimiyyətin ifşa olunmasında hörmətli Elşad Abdullayevin xidmətləri danılmazdır və mən öz adımdan ona minnətdarlığımı bildirirəm. Elşad Abdullayevin özü dəfələrlə elan edib ki, onun əsas məqsədi qardaşının tapılması və qardaşının oğurlanmasında əli olanların qanunla cəzalandırılmasıdır. Həmdə onu da deyim ki, Elşad Abdullayev özü də gözəl bilir ki, bu hakimiyyət dövründə onun qaldırdığı məsələrə ədalətli hüquqi qiymət verilməsi mümkün deyil. Çünki, hakimiyyəti idarə edənlərin əksəriyyəti bir -biri ilə bu və ya digər formada cinayət əlaqəsində olmuşlar və bu cinayət davan edir. Məsələn, seçkilərin saxtalaşdırılması bir cinayətdir və bu saxtakarlıqda hakimiyyət bütün komandası ilə iştirak edib. Azərbaycanın maddi resirslarını talan edilməsində də, bu komanda əlbir hərəkət edib. Bu cür misallar çox sadalamaq olar. Ona görə də hesab edirəm ki, Elşad Abdullayevin atdığı addımlar siyasi-içtimai gedişdir. Hakimiyyətin sona qədər ifşasina yönəlib və doğru addımdır. - Elşad Abdullayevin bundan sonra yaya biləcəyi videogörüntülərin hansısa ciddi istefalara səbəb ola biləcəyi ehtimalını nə dərəcədə qiymətləndirirsiniz? - Göründüyü kimi, yayılan vidiolarda əsasən insan əleyhinə olna cınayətlərdən söhbət gedir. Demək Elşad Abdullayevə hakimiyyətdə olan quldur dəstənin üzvləri bəllidir və o da bu quldur dəstənin ifşa olunmasına çalışılır. Bu cür adamların isə öz xoşuna istefa verməsi az ehtimal olunandır. Eyni zamanda sevindirici haldır ki, hakimiyyətdə başqa və insan əleyhinə cinayətə qarşı olan qüvvə də vardır. Bu iki qüvvə arasında mübarizə getdiyinə məndə şübhə yoxdur və daxili partlayış olacağına daha çox ümid edirəm. Məncə, bu zaman hamılıqla ikincı qrupa dəstək verməli olacağıq.
Əgər prezident iradə nümayiş etdirsə çoxları onun bu addımını dəstəkləyər
- Fəhmin bəy, Elşad Abdullayev sizcə, bunları yaymaqla nəyə nail olmaq istəyir: Mehdiyevin istefasına? Burada Paşayevlərin rolu nə qədərdir? - Elşad Abdullayevin Paşayevlərlə əlaqəsini olub-olmaması mənə məlum deyil. Ramiz Mehdiyevin istefaya göndərilməsi isə dövlət əhəmiyyətli məsələdir və milli təhlükəsizliyimiz üçün çox vacibdir. Əgər prezident iradə nümayiş etdirsə çoxları onun bu addımını dəstəkləyər. - Hazırda hardasınız, nə işlə məşğulsunuz, Azərbaycana nə zaman qayıdacaqsınız? - Hal-hazırda Ukraynada Respublikasındayam. Bütün azərbaycanlılar kimi mən də qürbətdə dolanışığımı təmin etmək üçün çalışıram. Artıq xeyli müddətdir ki, vətəndə olmamışam. Çoxdandır kəndimizdə olmamışam, ananı və qohum- əqrabanı görməmişəm. Yaxın zamanlada Azərbaycana gəlməyi düşünürəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?