GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bu hakimiyyətin pulu yığıb bölməkdən başqa bir işi yoxdur

Bu hakimiyyətin pulu yığıb bölməkdən başqa bir işi yoxdur

Tarix: 24-01-2013, 10:57 Bölmə :Müsahibə Baxış: 858
Bu hakimiyyətin pulu yığıb bölməkdən başqa bir işi yoxdur

Eldar Namazov:
“Tarixin bütün mərhələlərində Azərbaycan xalqı çətin
duruma düşəndə, həmişə öndə duran ziyalılar olub”


Ziyalılar Forumunun həmtəsisçisi, tanınmış ictimai xadim Eldar Namazov FaktXeber.com-un qonağı olaraq ölkənin siyasi gündəmini dəyişəcək kifayət qədər açıqlamalar verib. Müsahibənin bir hissəsini təqdim edirik.

- 2013-cü il prezident seçkilərinin nəticələrini necə görürsünüz?
- Hesab edirəm ki, 2013-cü il prezident seçkiləri əvvəlki illərdən kifayət qədər fərqlənəcək. Son iki yaxın seçkidə bütün müxalifət qurumları elan etdilər ki, seçkilərə cəmi 10-15% seçici gəlib. Cəmiyyət faktiki olaraq həmin seçkilərə böyük maraq göstərmədi. Eyni halda 2008-ci ildə keçirilən prezident seçkilərində ölkə müxalifəti boykota getdi. Boykot qərarı da təbii ki, cəmiyyətin aktivliyinin olmaması ilə bağlı idi. Baş verənləri nəzərə alsaq deyə bilərik ki, son iki seçkilər həqiqi seçki olmayıb. Lakin 2013-cü il seçkiləri ilə bağlı mənim gözləntilərim tamamilə başqadır. Gözləntilərim budur ki, 2013 seçkiləri Azərbaycan üçün çox taleyüklü bir seçki olacaq. Yəni bu o deməkdir ki, Azərbaycan 2013-cü il seçkilərindən sonra mütləq formada dəyişəcək. Hətta hakimiyyət özünü qalib elan edib, kürsüdə qalsa da, yenə Azərbaycan həmin Azərbaycan olmayacaq. Azərbaycan cəmiyyətində həm sosial, həm insan haqları və azadlıqları, həm də ki, korrupsiya, məmur özbaşınalıqları ilə bağlı çox böyük narazılıqlar mövcuddur. Bu narazılıq aydan-aya da güclənir. Eyni halda bu narazılıqlar katalizator rolunu oynayır. Elşad Abdullayevin videoları hakimiyyət daxilində baş verən hadisələri çox çılpaq şəkildə ortalığa qoydu. Orduda baş verən əsgər ölümləri də cəmiyyətdəki narazılıqları artırıb. 12 yanvar aksiyasında son illər ərzində ilk dəfə idi ki, minlərlə gənc meydana çıxdı və bir saat ərzində onları dağıda bilmədilər. Eyni halda ölkənin tanınmış ziyalıları da yaranmış durumla bağlı çox sərt mövqe ortalığa qoydular və bunun nəticəsi də budur ki, hakimiyyət səviyyəsində Ziyalılar Forumuna qarşı ciddi şəkildə basqılar baş qaldırdı. Bütün bunların hamısı ondan xəbər verir ki, Azərbaycan cəmiyyəti dəyişir. Dünya ölkələrində baş verən dəyişikləri və Azərbaycanın da dünyanın tərkib hissəsi olduğunu nəzər alsaq, deyə bilərik ki, ölkədə dəyişiklik qaçılmaz olacaq.
- Artıq neçə ildir ki, ölkə müxalifəti yalnız “İstefa” və “Azadlq” şüarı ilə çıxış edir. Sosial problemli məsələlərlə bağlı yalnız bəyanat verməklə kifayətlənir. Sizə elə gəlmir ki, Azərbaycan müxalifətinin uzun müddətdir məğlub durumda olması və irəli çıxmaması, onların sosial sifarişlə çıxış etməməsi və sosial problemləri qabartmaması ilə bağlıdır?
- Yəqin ki, partiya liderlərindən biri mənim yerimə bu sualı cavablandırsaydı, təbii ki, sualda deyilənlərlə razılaşmazdı. Bunun üçü müxtəlif arqumentlər də gətirə bilərlər. Hesab edirəm ki, hər bir şey siyasi hüquqlardan başlayır. Əgər kimsə seçib-seçilmək hüququndan məhrum edilirsə, demək o hər şeydən məhrum olunur. Konstitusiyanın birinci maddəsi də budur ki, ölkədə hakimiyyət xalqa məxsusdur. Bütün hüquqların hamısı buradan başlayır. Seçib-seçilmək hüququ digər hüquqların bünövrəsi hesab edilir. Əgər parlament və bələdiyyə üzvünü seçə bilmiriksə, təbii ki, başqa seçimlərimizi də edə bilməyəcəyik. Bunu yalnız alimlər, ziyalılar və siyasi xadimlər başa düşürlər. Lakin cəmiyyət isə məsələyə başqa cür yanaşır. Cəmiyyət ən çox onları narahat edən problemlərin qabardılmasının tərəfdarıdır. Bu səbəbdən cəmiyyəti narahat edən problemləri qabartmaq lazımdır. Azərbaycanda başqa cəmiyyətlərdən fərqli olaraq ailə institutu güclüdür. Vaxtı ilə Yaponiyanın iqtisadi modelinin kökündə ailə prinsipi dayanmışdı. Hətta böyük şirkətlər ailə prinsipi ilə idarə edilirdi. Şirkətlərin yüz minlərlə işçisi həmin şirkətin ailə üzvləri hesab edilirdi. Eyni halda bir şirkətdən digər şirkətə keçmək məsələsi də yox idi. Azərbaycanda da iqtisadi model ailə prinsipi üzərində qurulmalıdır. Əsas göstəricilər bu olmamalıdır ki, milyon tonlarla neft ixrac etmişik və ya büdcəmiz filan qədər olub. Bunların ikinci, üçüncü dərəcəli məsələlərdir. Əsas göstərici hər bir ailənin ayır-ayrılıqda gəlirləri və ya sosial durumu ilə bağlı olmalıdır. Məsələn, hər bir ailənin gəliri imkan verirmi ki, normal həyat yaşaya bilsinlər? Əgər hökumət maaşları qaldıra bilmirsə, bəlkə pensiyaları qaldırsın. Və ya mümkündür ki, büdcə hesabına uşaqların pulsuz müalicəsini təşkil eləsin. Yəni həyata keçiriləcək siyasətin mərkəzində konkret olaraq Azərbaycan ailəsi durmalıdır. Bütün hər bir şey Azərbaycan ailəsinin sosial və iqtisadi həyatının yaxşılaşdırılmasına yönəlməlidir. İqtisadi və sosial siyasətin mərkəzində sırf bu məsələlər durmalıdır.
- Bəzi ekspertlər və siyasilər hesab edirlər ki, ölkənin hər hansı bir sektorunda islahatın aparılması həmin sahəni monopoliyaya götürən oliqarxın və yüksək çinli rəsminin maraqlarının tapdalanması deməkdir. Bu da nəticə etibarı ilə islahatların baş tutmamasına və hakimiyyətdaxili çəkişmə nəticəsində parçalanmaya gətirib çıxaracaq. Sizcə ölkədə hazırkı hakimiyyətin dövründə köklü islahatların baş tutması mümkündürmü?
- Olduqca çətin bir məsələdir. Heç olmasa bəzi sahələrdə islahat aparsaydılar və bir sıra sahələr ləngisəydi, nə isə etmək mümkün idi. Bütün sahələrdə vəziyyət eynidir. Hesab edirəm ki, hansısa köklü dəyişiklərin baş tutması qeyri-mümkündür. Böyük islahatların həyata keçirilməsi üçün 3 şərt mühümdür. Bunlardan birincisi budur ki, gərək ölkə başçısı islahatçı olsun və iradə göstərsin. Məcburi şəkildə islahatların aparılması mümkün deyil. Əgər əsgər vuruşmaq istəmirsə, onu məcburi şəkildə döyüşə göndərmək olmaz. Ona görə də siyasi iradə bir nömrəli məsələdir. İkinci şərt isə prezidentin islahatçı komandasının olması ilə bağlıdır. Ölkə başçısından əlavə, gərək nazirlər və digər rəsmilər də islahatçı olsunlar. Üçüncü şərt isə islahatların proqramlarının tutulması ilə bağlıdır ki, nədən başlamaq lazımdır. Əgər islahatın strategiyası və taktikası düzgün qurulmasa çox pis nəticələr gətirib çıxara bilər. Çernoblda baş verən qəzanın səbəbi texnologiyanın pozulması ilə bağlı idi. Belə ki, 1, 2, 3, 4-cü mərhələni həyata keçirmək əvəzinə, 3, 2, 1, 4-cü addımı həyata keçirmişdilər. Nəticədə də belə bir hadisə baş verdi. İslahatlar da belə bir şeydir. İslahatları bacarmırlarsa, bunu insanları əzməklə üzərində eksperiment aparmaq olmaz. Ona görə də 3 şərtin hamısı olmalıdır. Lakin Azərbaycanda bu 3 şərtdən heç biri yoxdur. Nə iradə müşahidə edilir, nə islahatçı komanda var, nə də ki, konsepsiya. 70-ci ildə Kommunist Partiyasına rəhbərlik edən adamlar indi də ölkənin başında durublar. Belə bir vəziyyətdə hansısa islahatçılıqdan söhbət gedə bilməz. Bunların ağzına bir söz düşüb ki, filan qədər pulumuz var. Pulu yığıb bölməkdən başqa bunların bir işi yoxdur. Deyilənləri nəzər alaraq ölkədə köklü islahatların aparılmasına ümid sadəlövhlükdür.
- Hazırda hökumətdə elə bir məmur vardırmı ki, hakimiyyət dəyişdikdən sonra onlar öz vəzifələrində saxlanılsınlar? Söhbət təbii ki, nazir statusunda şəxslərdən gedir.
- Belə adamlar kifayət qədərdir. Eyni halda, vəzifə cəhətdən aşağı düşdükcə həmin insanların sayı artır. Bəzi vaxtlar elə məmurlarla görüşürsən ki, onlar fikirlərinə hətta radikal müxalifət qəzetlərində belə rast gəlmək mümkün deyil. Yəni kifayət qədər narazılıq var. Təbii ki, belə bir şəraitdə onların adlarını çəkmək mümkün deyil. Hər halda, kifayət qədər insan vardır ki, hazırkı durumdan olduqca narahatdırlar.
- Yəni Ziyalılar Forumu hakimiyyətə gəlsə həmin şəxslərlə birgə fəaliyyət göstərəcək?
- Əlbəttə. Əsas günahkar konkret adamlar deyil. Ümumilikdə sistem dəyişməlidir. Konkret adamlar da vardır ki, onların cinayətləri olduqca böyükdür və bağışlanmaz günahlara yol veriblər. Lakin məmur korpusunun daxilində kifayət qədər insanlar vardır ki, tamam başqa bir siyasəti reallaşdır bilərlər. Təsəvvür edin ki, bir nəfər Avropa və ya Amerikada oxuyub gəldikdən sonra onu hansısa dövlət qurumunda işə götürürlər. Onun aldığı təhsil bir şeyi diktə etdiyi halda, Azərbaycan reallığı başqa şey diktə edir. Belə ki, ya istefa ərizəni yazıb çıxmalısan, ya da ki, yaranmış oyun qaydalarına riayət etməlisən. Belə adamlar kifayət qədərdir ki, vətənimiz və dövlətimiz üçün real işlər görə bilərlər.
- 1988-ci ildən 2005-ci ilə qədər baş verən proseslərə nəzər yetirdikdə daima böyük xalq kütlələrinin meydanlarda olduğunu görmüşük. Lakin 2005-cü ildən bu tərəfə xalqın meydanlardan uzaqlaşdığını müşahidə etdik. Təkcə 2012-ci ildə hakimiyyətin kifayət qədər cinayətlərinin üstü açılıb. Belə ki, ofşor zonalara çıxarılan 48 milyard dollarlıq mal varlığı, Dubay villaları, MTN dəhşətləri və nəhayət Elşad Abdullayevin video qalmaqallar və s. Nə baş verdi ki, xalq aktiv həyat tərzindən passiv həyat tərzinə keçdi?
- Təbii ki, baş verənlər həyata keçirilən siyasətin nəticəsidir. Neçə illər idi ki, xalqı susdurmaq istəyirdilər və bu istiqamətdə fəaliyyət göstərirdilər. Siyasətləri bundan ibarət idi ki, heç kəs müstəqil siyasət yeridə və hakimiyyəti tənqid edə bilməz. Addım-addım siyasətlərini həyata keçirməyə nail oldular. Belə ki, əvvəlki illərdə partiyaların şəhərin mərkəzində ofislərinin olmasına və paytaxtın mühüm yerlərində aksiya keçirilməsinə icazə verilməsinə baxmayaraq, indi bu məsələlərin hamısı aradan qaldırılıb. İndi elə bir yer veriblər ki, camaatı ora gətirmək belə mümkün deyil. 2005-ci ildə keçirilən seçkilərdə mən həm ekzitpollarla, həm protokollarla, həm də ki, Avropa Məhkəməsində qalib gəldim. Sevinc Babayeva da Elşad Abdullayevin yayımladığı videoda mənim qalib gəldiyimi təsdiqləmişdi. Ramiz Mehdiyevin tapşırığından sonra polislərin gücü ilə protokolları dəyişiblər. İnsanlar görən də ki, seçkinin və ya digər fəaliyyətin nəticəsi olmur, nəticədə cəmiyyətdə xof yaranır. Düzdür ki, buna müvəqqəti nail olmaq mümkündür. Həmişə bu tip siyasətlər mənfi nəticələr verir. SSRİ boyda dünyanın yarıdan çoxunu əhatə edən böyük bir imperiya hamının gözü qabağında bir dənə güllə atmadan belə çökdü. Eyni halda ərəb dünyasını 20-30 illik diktatorları bir neçə həftə ərzində yoxa çıxdılar. Ölkəni yalnız polisin və ya gücün hesabına idarə etmək olmaz. Ölkə daxilində narazılıqlar artıq üzə çıxmaq ərəfəsindədir. Son zamanlarda bu ciddi şəkildə hiss edilir.
- Ərəb ölkələrində baş verən inqilablardan bəhs etdiniz. Həmin ölkələrdə xalqın öndə gedən qüvvələrindən biri də islamçılar idi. Lakin bu gün Ziyalılar Forumunda islamçı qüvvələr gözə dəymir. Bunun səbəbini nə ilə izah edərdiz?
- Biz inanclı insanlar çox böyük hörmətlə yanaşırıq. Milli və dini dəyələrimizin hamısı vəhdət təşkil edir. Azərbaycan müsəlman ölkəsidir və İslam bizim dinimizdir. Qonşu ölkələrdə kilsələr daima xalqın tarixini qoruyub saxlayıblar. Buna misal olaraq Ermənistanı, Rusiya göstərmək olar. Həmçinin İranda da dini institutlar bu məsuliyyəti öz üzərilərinə götürüblər və şah dövründə narazı kütlə məhz bu institutlar ətrafında cəmləşmişdilər. Bəzi oturuşmuş ölkələrdə isə bunu dövlət institutları həyata keçirirlər. Lakin elə dövlətlər vardır ki, bu prosesi ictimailəşmiş institutlar həyata keçirilir. Azərbaycanda tarixən bu missiyanı ziyalılar həyata keçirib. Bu bizim cəmiyyətin xüsusiyyətidir. Ona görə də Ziyalılar Forumunun yaradılması təsadüfi deyil. Azərbaycana ilk liberal ideyaları gətirənlər ziyalılar olublar. Azərbaycan Demokratik Cümhuriyyəti quranların hamısı ziyalılar idi. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov bunlara misal ola bilər. Eyni halda SSRİ dağılanda xalq hərəkatının başında BDU-nun müəllimləri və ziyalılar dururdu. Yəni tarixin bütün mərhələlərində Azərbaycan xalqı çətin duruma düşəndə, həmişə öndə duran ziyalılar olub. Bu cəmiyyətimizin xüsusiyyətdir. Bizim dinimiz çox böyük bir dindir və ərəb, fars, türk dünyasını əhatə edib. Hazırda avtoritar rejimi dəyişib, demokratik bir sistemə keçməyimiz olduqca ağrılı bir prosesdir. Bunun üçün bütün millətin və cəmiyyətin səyləri birləşdirilməlidir. Yenə də bu prosesdə öndə ziyalılarımızı görürük.
- Belə demək mümkündürsə, ziyalılar Azərbaycanın “dərin dövlət”idir?
- Hər halda mən “dərin dövlət” fenomeninə müsbət yanaşıram. “Dərin dövlət” fenomeni bütün oturuşmuş dövlətlərdə və xalqlar da mövcuddur. Əgər Azərbaycanda da bu varsa, deməli yaxşı bir əlamətdir. Ona görə ki, partiyaların və hakimiyyətlərin dəyişməsinə baxmayaraq, xalq dəyişmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov ABŞ-a getdi

    Eldar Namazov ABŞ-a getdi ...

    15-07-2013, 10:25

  • 
  • Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”

    Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni ...

    7-10-2013, 11:59

  • 
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44

  • 
  • “Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur”

    “Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur” ...

    23-07-2013, 12:40

  • 
  • MİLLİ ŞURA MAYIN 28-də BU TƏRKİBDƏ FORMALAŞIR – Hər partiyaya 10 yer

    MİLLİ ŞURA MAYIN 28-də BU TƏRKİBDƏ FORMALAŞIR – ...

    13-05-2013, 14:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu