GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Repressiyalar cəmiyyətdə əlavə aqressiya doğuracaq

Repressiyalar cəmiyyətdə əlavə aqressiya doğuracaq

Tarix: 10-02-2013, 11:32 Bölmə :Müsahibə Baxış: 800
Repressiyalar cəmiyyətdə əlavə aqressiya doğuracaq

Mehman Cavadoğlu:
“Ya hakimiyyət seçkiyə münasibətini dəyişməlidir, ya da cəmiyyət müqavimətini artırmalıdır”


Ölkədə həyata keçirilən siyasi həbslər, İsmayıllı hadislərinin real müxalifətin üzərinə yıxmaq məqsədilə atılan addımlar, müxalifətin buna münasibəti və digər mövzular ətrafında suallara Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu cavab verib.
- Mehman bəy, doğulduğunuz İsmayıllı rayonunda yanvarın 23-dən 24-nə keçən gecə baş verən xalq üsyanını hökumət müxalifətin “layihəsi” adlandırır. İsmayıllıda nə baş vermişdi?
- İsmayıllıda sizdə bilirsiniz ki, böyük hadisə baş verib. Adi bir insdent böyük bir partlayışa gətirib çıxarıb. Bu partlayışın köklü səbəbləri var. Çünki İsmayıllıda bu hadisəyə səbəb olan belə insidentdən Azərbaycanda gün ərzində yüzlərlə olur. Əgər bu insidentlər böyüyüb İsmayıllıdakı kimi böyk hadisələrə səbəb olursa, deməli bunun yığılıb qalan və həll edilməyən səbəbləri var. Həmdə belə səbəblər təkcə İsmayıllıda deyil, bütün rayonlarda var. Yəni ölkə üzrə bu xarakterik haldır. Yəni Azərbaycanda bərbad ictimai, siyasi və sosial vəziyyət yaranıb. Dəfələrlə həm siyasi müxalifət, həm ziyalılar, həm mütəxəssislər, həm də jurnalistlər ölkənin siyasi və sosial partlayış həddində olduğuna dair xəbərdarlıqlar edib. Bu cür sosial-siyasi partlayışlarda özünü zaman-zaman lokal şəkildə göstərir. Əgər xatırlayırsınızsa, bu ötən ilin martında özünü Qubada göstərdi. Ondan sonra isə “Binə” Ticarət Mərkəzində kütləvi etiraz aksiyası baş verdi. Ötən ayın sonlarında isə İsmayıllı da bu cür hal yaşandı. Bu hallar bütövlükdə hakimiyyətin yeritdiyi xalqa zidd olan sosial, iqtisadi və siyasi siyasətin nəticəsidir. Bu zaman-zaman müxtəlif yerlərdə özünü göstərəcək, partayıb meydana çıxacaq. İsmayıllıda baş verənlər ölkə üzrə yeridilən ümumi siyasətin təzahürü idi.
- Hal-hazırda İsmayıllıda vəziyyət necədir?
- İsmayıllıda baş verən olaylarda iştirak edən şəxslərin həbs edilməsi və saxlanılması haqqında hər gün məlumatlar gəlir. Artıq hadisələr baş verib qurtarıb. Hətta hadisləri öz gözü ilə görmək məqsədilə bu rayona gedən insanlar belə həbs edilib. Mən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu və Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun həbs edilməsini nəzərdə tuturam. Həmçinin onlarla insan haqqında həbs qətimkan tədbiri seçilib, yüzlərlə şəxs isə müxtəlif formalarda inzibati cəzaya layiq görülüb. Mətbuatda bu həbslərlə bağlı hər gün yeni informasiyalara rast gəlinir. Biz Qubada hadisələri, eləcədə “Binə” Ticarət Mərkəzində baş verən hadisələr zamanı şahidi olduq ki, bu cür təzyiqlərlə, repressiyalarla,zora əl atmaqla tendensiyanın qarşısını almaq mümkün olmayacaq. Bu tendensiyanın qarşısını almaq imkanları da var. Şəxsən mən hesab edirəm ki, bu gün hakimiyyətin yeganə çıxış yolu demokratik islahatlara gedərək bu məsələləri dialoq yolu ilə həll eləməkdir. Repressiyalar isə cəmiyyətdə əlavə aqressiya doğurur. Bu sosialogiya elminin adi bir elementidir. Bunu nəzərə almamaq ölkəni faciəyə apara bilər. Odur ki, mən bir daha bildirirəm ki, çıxış yolu islahatlara getmək, xalqla dialoq qurmaqdadır. Əks halda daha aqressiv ixtişaşlar ola bilər.
- İsmayıllı hadisələrinə görə on beşdən çox şəxs tutulub. Bu insanlar siyasi partiya üzvü və fəal şəxslər deyillər. Onların hüquqlarının qorunması, vəkillə təmin edilməsi məsələsi nə yerdədir?
- Məndə olan məlumata görə, müəyyən hərəkət var. Beləki İsmayıllıda saxlanılan və barələrində iki aylıq həbs qətimkan tədbiri seçilən şəxslərin hüquqlarının müdafiəsi üçün vəkillər tutulub. Həmçinin hüquq müdafiəçiləri aparılan həbslərlə bağlı İsmayıllıya səfər ediblər. Amma onları rayondan çıxarıblar və maraqlanmaqlarına, məlumat əldə etməklərinə imkan verməyiblər. Məndə olan bilgilərə görə saxlanılan şəxslərdən bəzilərinin vəkilləri var. Bu proses artıq siyasi müxalifətin adına yazılır. Hər kəs bilir ki, bu hadisələrdə müxalifətin hər hansı bir rolu olmayıb. Amma buna baxmayaraq iqtidar özünün sosial, iqtisadi siyasətinin nəticəsiz olduğunu cəmiyyətdən yayındırmaq xəttini əsas götürüb hadisələri müxalifətə bağlamaq istəyir. Guya bu əvvəlcədən təşkil olunan proses olub. Bu mənada biz siyasi müxalifət olaraq həbs edilən və müxalifətə heç bir bağlılığı olmayan vətəndaşların hüquqlarını müdafiə edirik və bundan sonra da edəcəyik. Bununla əlaqədar həm informasiya dəstəyi veriləcək, həm də bütün instansiyada onların hüquqlarının qorunmalı olduğunu səsləndiririk, məsələləri ictimailəşdiririk. Əlbəttə ki, kimlərə konkret cinayət işi qaldırıldığı tam dəqiqləşəndən sonra biz müdafiəyə ehtiyacı olan şəxsləri imkanımız daxilində müdafiə edəcəyik. Buna şübhə ola bilməz.
- Tofiq Yaqublu və İlqar Məmmədovun həbs edilməsi faktını necə qiymətləndirirsiniz, bu nəyin nəticəsidir?
- Bayaq dediyim kimi, hakimiyyət əsas diqqəti özünün yaratdığı problemlərdən yayındırır və burada guya müxalifətin təşkilatçılığının olması ilə bağlı yanlış rəy formalaşdırmaq istəyr. Bu məqsədlə hakimiyyətin nəzarətində olan televiziya kanalları və mətbuat xüsusi iş aparır. Mən deyim ki, İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıya hadisələr baş verən gündən sonra gediblər.Həmdə Tofiq Yaqublu İsmayıllıya “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi gedib və oradan reportaj hazırlamaq istəyib. Bundan başqa, Tofiq Yaqublu daima qaynar nöqtələrdə olub. O, Moskvada da, Tbilisidə də, ən qaynar vaxtlarda olub. Hətta vaxtı ilə cəbhə bölgəsində ən təhlkəli yerlərdə Tofiq Yaqublunu görmək mümkün olub. Tofiq bəy qaynar nöqtələrdə olmağı xoşlayan şəxsdir, informasiyanı ilkin mənbədən əldə edib çap etdirmək onun işidir. Tofiq Yaqublu bu məqsədlə İsmayıllı rayonuna gedib və istəyib ki, hadisələri öz gözü ilə görsün. İlqar Məmmədov isə bir ictimai-siyasi hərəkatın rəhbəridir və ölkənin bir bölgəsinə gedib baş verənlərlə yerində tanış olmaq istəyib. Bu da qanunsuz hərəkət deyil. Daha bu insanlar sözügedən hadisələrin təşkilatçısı deyillər. Onların bu hadisələrin əsas təşkilatçısı kimi qələmə vermək absurddur və sabun köpüyündən başqa bir şey deyil.
- Müsavat Partiyası olaraq siz partiya rəhbərliyində təmsil olunan Tofiq Yaqublunu İsmayıllı rayonuna göndərmişdinizmi?
- Məndə olan məlumata görə, Tofiq Yaqublu İsmayıllıya “Yeni Müsavat” qəzetinin xətti ilə gedib və onda ezamiyyət vərəqəsi olub. Ora getməkdə də əsas məqsəd qəzet üçün baş verən hadisələrlə bağlı reportaj hazırlamaq olub.
- Yəni Müsavat Partiyası Tofiq bəyi baş verənləri aydınlaşdırmaq üçün İsmayıllıya göndərməyib?
- Bu səfər “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi baş verənləri qələmə almaq məqsədi güdüb. Bu haqda qəzet rəhbərliyinin özünün açıqlaması da olub.
- İsmayıllı hadisəsinin istintaqı siyasi məcraya keçirilə və sizi, başqan İsa Qəmbəri bu prosesə qata bilərmi?
- Bu hakimiyyətdən hər bir absurd addım gözləmək olar. Əgər doğurdan da bu məsələdə heç bir günahı olmayan insanlar həbs edilibsə və onlara qarşı absurd ittiham irəli sürülübsə, hakimiyətdən nə desəniz gözləmək olar. Amma təbii ki, bunlar yalançı və uydurma ittihamlardır, ağla sığmazdır.
- Tofiq Yaqublunun həbsi faktı Müsavat Partiyası üçün hansı problemləri yaradıb?
- Tofiq Yaqublu Müsavat Partiyasının başqanının müavinidir. Təbii ki, Tofiq Yaqublunun həbsi ilk olaraq bizə mənəvi zərbədir ki. O mənada ki, bizim yaxın doostumuz və silahdaşımız həbs edilib. İkincisi, Tofiq Yaqublu partiyada mühüm işləri çiynində daşıyan bir siyas xadim idi. Onun həbsdə olması partiyanın işinin normal məcarada getməsinə bir xeyli əngəllər yaradır. Həmdə nəzərə alın ki, Tofiq yaqublunun qızı Nigar Yaqublu da həbsdədir. Bu mənəvi məsələdir. Biz neçə vaxtdır ki, qanunsuz və siyasi motivlərlə həbs edilən Nigar Yaqublunun azadlığa çıxacağını gözləyirdik. Amma taleh elə gətirdi ki, Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasına da mənəvi də olsa qızı ilə görüşəcək. Çünki hazırda onun gənc qızı Nigar xanımda həmin cəzaçəkmə müəssisəsindədir. Bu Azərbaycan cəmiyyətinin hansı eybəcərliklərin baş verdiyinin sözlə ifadə edilməyəcək nümunəsidir. Bu çox biabırçı bir haldır. Biz bu gündə Nigar Yaqublunun həbsdən azad ediləcəyini gözləyirik. Çünki Azərbaycanda heç bir xanım onun törətdiyi əmələ görə ittiham və cəzaya layiq görülməyib.
- Bir həftədən çoxdur ki, ölkədə xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” əsəri müzakirə edilir. Əylisli bir vaxtlar Müsavat Partiyasının üzvü olub. Onunla bağlı yaşananları necə qiymətləndirirsiniz?
- Mən Əkrəm Əylislinin bu romanını təzə oxumağa başlamışam. Təxminən əsərin üçdə birini oxumuşam. Romanı tam oxuyandan sonra konkret fikir bildirəcəyəm. Amma hər halda Əkrəm Əylisliyə qarşı aparılan etirazın forması məni narahat edir. Əkrəmə qarşı elə cəza tədbirlərinin işə salınması səsləndirilir ki, bu cəmiyyətin hansısa bir yazıçıya münasibətinin ifadəsi ola bilməz. Hər bir yazıçının yazdığı fikirə fikrlə cavab vermək lazımdır. Fikrə qarşı zorla, güclə cavab vermək birmənalı qəbuledilməzdir. Mən bunu deyə bilərəm. Romanı oxuyandan sonra da, fikrimi deyəcəyəm.
- Ölkədə ictimai-siyasi fəallığı necə qiymətləndirirsiniz?
- Ölkəmizdə siyasi ab-hava demək olar ki, yoxdur. Hakimiyyətin repressiv maşını günü-gündən sərtləşir və siyasi azadlıqlar daha kəskin şəkildə boğulur. Ölkədə əslində seçki ili yaxınlaşdıqca nisbi olsa da, hansısa imkanlar yaradılırdı. Amma indi seçkilər yaxınlaşdıqca daha sərt və kəskin ab-hava yaranır və ciddi cəza addımları həyata keçirilir. Təbii ki, bu cür davam edəcəksə, normal, demokratik və azad seçkilərin keçiriləcəyini demək gülməli olardı. Bunun üçün ya hakimiyyət seçkiyə münasibətini dəyişməlidir, ya da cəmiyyət müqavimətini artırmalıdır ki, normal seçkilərə nail ola bilək.
- Cəmiyyət müqavimətini artırmaq haqqında düşünürmü?
- Təbbi ki, düşünür. Bu məsələlər daima müzakirə edilir, kütləvi aksiyalara cəhd göstərir. Son zamanlar Azərbaycanın aktiv gəncləri iki dəfə aksiya keçirməyə cəhd edib. Görünür ki, cəmiyyət baş verənləri yalnız seyr eləmir.
- Müsavat partiyası seçkidə iştirak edəcəyini bəyan edib və namizədini də elan edib. Belə bir qeyri bərabər vəziyyətdə seçkiyə hansı arqumentlə gedirsiniz?
- İstənilən ciddi siyasi qüvvə hakimiyyət gəlmək üçün seçkidə iştirak edir. Müsavat Partiyası ölkənin ən iri müxalifət partiyasıdır və bizim də hədəflərimiz var. Odur ki, partiyanın seçkilərdə iştirakı çox normal haldır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • “Mandat alverini Azərbaycan bazarına ilk kim çıxarıb?”

    “Mandat alverini Azərbaycan bazarına ilk kim ...

    7-01-2014, 13:42

  • 
  • İsmayıllıda böyük bir sahədə yanğın baş verib

    İsmayıllıda böyük bir sahədə yanğın baş verib ...

    10-09-2014, 11:13

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu