Müsavat başqanının müavini Mehman Cavadoğlu AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiyanın Milli Şuradan çıxması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib. Mehman Cavadoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlının səsləndirdiyi ittihamlar əsassız ittihamlardır: “Müsavat Partiyası heç vaxt hakimiyyətlə əməkdaşlıqda iştirak etməyib. Bundan sonra da iştirak etməyəcək. İstərdim ki, insanlar fikirlərini ifadə edərkən diqqətli olsunlar”.
Xatırladaq ki, AXCP sədrinin müavinin Müsavat Partiyasının Milli Şuradan çıxması ilə bağlı qərarına sərt reaksiya verib. O mediaya açıqlamasında qeyd edib ki, belə görünür, Müsavat Partiyasına 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyət tərəfindən hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub.
Müsavat Divanın üzvü İkram İsrafil də facebook səhifəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına cavab verib.
“Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasinda nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə, mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox, bilib də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?