GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Dünya “Əliyev nəzəriyyəsi” ilə üz-üzə”

“Dünya “Əliyev nəzəriyyəsi” ilə üz-üzə”

Tarix: 12-02-2013, 11:04 Bölmə :Müsahibə Baxış: 2 469
“Dünya “Əliyev nəzəriyyəsi” ilə üz-üzə”

“Lütfizadəyə görə, bu nəzəriyyə elmin platformasını, kökünü dəyişdi”

Rafiq Əliyev:
“20 ildir valideynlərimin məzarını ziyarət
edə bilmirəm. Bu kitabı bir də onlara həsr etdim...”


Bugünlərdə prefossor Rafiq Əliyevin “Springer”də “Qeyri-səlis məntiqə əsaslanan ümumiləşmiş qərar qəbuletmə nəzəriyyəsi" adlı yeni kitabı işıq üzü görüb. “Əliyev nəzəriyyəsi” kimi də adlanan bu nəzəriyyə ilə hörmətli professor elmi yaradıcılığı boyu təklif etdiyi 5 – ci nəzəriyyəyə imza atdı.
Professor Əliyevin bu işi əsas paradiqm keçidi hesab oluna bilər – elə paradiqm keçidi ki, qərarların təhlilinin əsasını bivalent məntiqdən qeyri-səlis məntiqə keçirir. Bu keçid, reallığın daha münasib modellərinin hazırlanmasına yol açır – elə reallıq ki, burada qeyri-müəyyənlik və qeyri-dəqiqlik daha çox mərkəzdədir, nəinki periferiyada. Professor Əliyevin işinin sadəcə böyük bir töhvə adlandırılması çox azdır. Professor Əliyevi, redaktoru, professor Kacprzyk və Springer’i mühüm və uzun-sürən əhəmiyyət kəsb edən bir kitabı başa çatdırdıqlarına görə alqışlamaq istərdim.
- Rafiq müəllim, kitabınızın əsas qayəsi nədən ibarətdir?
- Əvvəla onu bildirim ki, kitab beynəlxalq elmi nəşriyyat olan “Springer”də çap olunub və saytda da kitabın ABŞ, Böyük Britaniya və Almaniyanın birgə çap etdiyi göstərilib. Kitab ingilis dilindədir. Nəzəriyyə belə adlanır: qeyri-səlis məntiqə söykənən ümumləşmiş qərar qəbul etmə nəzəriyyəsi. Ümumilləşmiş deyəndə, nobelçilər van Neumann-Morgenstern, Kahnemanın baxışları bu nəzəriyyənin xüsusi halı kimi isbat olunub. Yəni xüsusi hallarda bu nəzəriyyədən o nəzəriyyələr alınır və bu, daha ümumi, həm də real həyata yaxın baxışdır. Nəzəriyyənin əsas qayəsi odur ki, insan, ya da insan kollektivi, qrupu qərar qəbul edəndə, o, hansı informasiyaya söykənir, ikincisi, qərar qəbul edən insanın xüsusiyyətləri necədir, nə cür insan, yaxud nə cür kollektivdir? Adlarını xatırlatdığım alimlər həmişə qəbul ediblər ki, iqtisadi, yaxud siyasi, hərbi sistem olsun, bu proseslərdə olan bütün informasiyanı tam şəkildə bilirlər. Məsələn, sabah havanın temperaturu +18,5 dərəcə olacaq deyirdilər, bunun da ehtimalı 70,5 faizdir, ancaq bunu Allahdan başqa heç kim bilə bilməz. Xüsusən gələcəklə bağlı iqtisadi məsələlərlə bağlı dəqiq proqnoz vermək mümkün deyil. İqtisadi vəziyyət sabit, ya qeyri-sabit olacaq? Bunu dəqiq bilmək mümkün deyil. Bütün bu nəzəriyyələrin hamısında deyilir ki, məsələn, ABŞ iqtisadiyyatı 98,5 faiz ehtimalla artan olacaq. Bəs 98,5 faizi hardan götürürdülər? Rəqəmlə hesablamaq asan olduğundan bu cür təqribi götürürdülər, onlar bütün informasiyanı, hətta ehtimalı da bildiklərini deyirdilər. Bizim nəzəriyyədə isə klassik ehtimal deyil, Kormaqarov ehtimalı, Laplaster ehtimalı deyil. Bizdə qeyri-dəqiq ehtimaldır. Dünyada hər bir ehtimalın dərəcəsi var, o da təbii dildə sözlə ifadə oluna bilər, rəqəmlə bunu heç kim edə bilməz. Burada qiymətlər linqivistik yazıla bilər. Əsas qayələrindən biri odur ki, onlar hər bir informasiyanın perfekt olduğunu götürürdülər, bizim nəzəriyyədə isə bu informasiyalar imperfektdir. Mən bilmirəm nə dərəcədədir, ancaq təbii dildə sözlə deyə bilərəm ki, artan olacaq, yaxud çox yüksək artan olacaq, yəni təbii dildə informasiya verilsə də, qeyri-dəqiq verilir. Real həyat da qeyri-dəqiqdir, dəqiq bir həyat yoxdur. Klassik nəzəriyyələrdən fərqli olaraq bizim nəzəriyyədə birincisi götürülən informasiya perfekt yox, inperfektdir, rəqəmlərlə yazıla bilmir. Ümumiyyətlə, informasiyanın 4 ümumləşmə dərəcəsi var: birinci, rəqəmlə verilən informasiya, məsələn, sabah havanın temperaturu +7,5 dərəcə olacaq, sonra gördülər ki, bunu Allahdan başqa heç kim bilməz, 6-9 arasında dərəcə olacaq deyə bildirdilər. Bu, ikinci səviyyədir, heç olmasa interval, əfsuslar ki, Azərbaycanda bu sahə inkişaf etməyib, söhbət interval riyaziyyatından gedir. Üçüncü səviyyə də var. Bax, deyəndə ki, havanın temperaturu 6-9 arasında olacaq, ortada ehtimal daha çoxdur, nəinki kənarlarda. Bu, informasiyanın verilməsində üçüncü fazadır – qeyri – səlis ədədlərlə. Dördüncü faza hər bir informasiyanın, istəyir rəqəm, istəyir interval, istəyir qeyri-səlis ədəd şəklində verilsin, onun dürüstlük dərəcəsi var. Ona görə hər bir ədədin yanında dürüstlük dərəcəsi qoyulur, yəni bu rəqəmə nə qədər inanmaq olar. Burada etibarlılıq dərəcəsi əsas götürülür. Bu rəqəmə nə qədər inanmaq olar? Sadə bir misal, bu suala özüm də cavab verə bilmirəm. Sizə belə bir təklif var: 98 faiz ehtimalla 90 manat verirlər, amma 91 faiz ehtimalla 100 manat. Hansı alternativi qəbul edərsiniz?
- Yəqin ki, ehtimal çox olanı...
- Yox, düşünün, ehtimalı çox olsa da, miqdarı azdır. Onu necə hesablayarsınız, niyə 100 manatı 91 faizlə götürmürsünüz? Biz bunu hələ hesablaya bilmirik. “Z” ədədlər ki, (Zadənin adından götürülüb-R.Ə.) var, Zadə həmin nəzəriyyəni mənə ithaf edib, bir yerdə işləsək də, hesablaya bilmirik. Hesablayıram, amma insan daha düz deyir, necə ki, söylədiniz. Bununla belə necə hesabladığınızı sual etsəm, deyə bilməyəcəksiniz. Burada vurma, bölmə yoxdur. Sadəcə olaraq, öz ehtimalınızı dediniz.
- Burda intuisiya, determenizm yoxdurmu?
- Əslində, determenizm yoxdur, olsaydı, çox asan hesablamaq olardı.
- Biz daha gerçək olan təklifi qəbul etdik...
- O zaman məsələni belə qoyurlar: 97,5 faizlə 100 manat verirlər, hansını götürürsünüz?
- Bu, bir az qəliz oldu.
- Bəli. Bu, dördüncü abstraksiyada olan informasiyanın işlənmə nəzəriyyəsi yoxdur. Amma insan bunu edə bilir. Bu kitabda da ən əsas qayə odur ki, klassiklər hər şeyi 100 faiz bildiklərini deyirdi. Ancaq mən deyirəm ki, bilmirsən, biz hətta intervalı da güclə hesablayırıq. Nəzəriyyənin ikinci və ən vacib qayəsinə gələk: yalnız psixoloq Kahneman qeyd edib ki, adam qərar qəbul edəndə onun bir xüsusiyyətini nəzərə almaq lazımdır. Riyazi və model baxımdan bəsit olsa da, çox güclü fikir işlətdi, deyir ki, adam itirməyə daha çox həssasdır, nəinki qazandığına. Məsələn, sənin 500 min manatının üstünə 500 manat da gələndə bunu adi qarşılayırsan, amma 500 manat itirəndə pis təsir edir. Beləliklə, Kahneman insanın risklik xüsusiyyətini 3 yerə böldü: riskli, risksiz və neytral. Bir şeyi itirmək təhlükəsiylə qarşılaşanda onun ehtimalını artır. Bu ideyaya görə Kahneman Nobel Mükafatı alıb. Biz isə dedik ki, qərar qəbul edən insan yalnız risklə səciyyələnmir, insanın psixoloji determinantları çoxdur, məsələn insan dürüstdür, yoxsa yox. Bundan başqa qərar qəbul edəndə emosiya, qarşılıqlıq çox vacib xüsusiyyətlərdir, biz bunları da nəzərə alırıq.
- Bu ziyanlı, yoxsa xeyirlidir?
- Bunu deyə bilmərəm. Kimisə Nazirlər Kabinetinin sədri seçiblər, ona emosional ol və ya olma demək olmaz axı.
- Sadaladığınız psixoloji məqamların sosioloji aspektləri varmı, yəni uşaqlıqda, yaxud indi hansı sosioloji təbəqəyə aid olması, hansı dəyərlər sistemində formalaşması nəzərə alınırmı?
- Bunu biz tədqiq etməmişik, bu, sosial-psixoloji ölçmədir. Bu sosiloqların və psixoloqıarın işidir. Biz Delfi metodunu götürdük, internetlə dünyanın qərar qəbul etmə sahələrinin mütəxəssisləriylə bir neçə dəfə sorğu keçirtdik ki, insanın psixoloji determinantları nədir ki, qərar qəbul edəndə ora daxil edə bilək? Bunun əsasında 7 determinant təşkil etdik, bu da insanın, qərar qəbul edənin modeli də nəzərə alınmalıdır.. Qərar qəbul edən həm dövlət, həm hərbi, həm də şəxsi problemlərində bunu edə bilər. Qərar qəbul ediləndə birinci informasiyaya baxırıq, o informasiya dəqiq deyil, ümumiyyətlə, həyatda olan informasiyaların hamısı qeyri-müəyyəndir. Həyatda olan məlumatların hamısı qeyr dəqiqdir. Nyutonun dövründə hər şey deterministik idi, deyirdi ki, gərginliyi artırıram cərəyan 100 faiz belə olacaq, halbuki, 50 təcrübə aparsan da, hamısında bir-birində fərqli nəticə alacaqsan. Sadəcə, həmin dövrdə riyaziyyat da, dil də ayrıydı. Biz isə informasiyanın reallığını, ikincisi, qərar qəbul edən insanın modelini nəzərə aldıq və bir də qərar qəbul etmədə müxtəlif alternativlərə üstünlük verməyi təkminləşdirdik, ona linqivistik baxdıq. Maksimum çalışdıq ki, insanın üstünlük vermə düşüncəsinə yaxınlaşaq, üçüncü xüsusiyyət bundan ibarətdir.
- Primitiv də olsa, sual yaranır, bunu necə verirsiniz?
- Kitabda “Qeyri-səlis optimallaşdırma” fəsli var, biz ayrı-ayrı xüsusiyyətləri müqayisə edirik, bunun hesablamaq yolu var. Kobud şəkildə deyəcəm, tutaq ki, oğluna qız alırsan, 7-8 atribut var, gözəlliyi, təhsili və sairə, onları bir-bir müqayisə edirsən, sonra ümumi üsul veririk ki, bu alternativ o birindən üstündürsə hansı ümumi dərəcəylə üstündür? Əgər ikisi də bərabərdirsə, ikisinə də baxacaqsan. Amma biri 0,5 dərəcə ilə, digəri 0,8 – ilədirsə, birincisini atacaqsan.
- Sizə elə gəlmir ki, riyaziyyatı daha çox humanitarlaşdırırsınız?
- Riyaziyyat ümumiyyətlə 3 inkişaf dövrü keçib. Riyaziyyat dildir. Riyaziyyat fuzika deyil, fiziki reallığı simvollarla modelləşdirir, biz isə real aləmi simvollarla yox, sözlə yazırıq. Nyutonun və Leybnistin vaxtında determinist riyaziyyat idi, ikinci cahan savaşından sonra stoxastik riyaziyyat meydana gəldi. Kvant fizikası meydana gəldi. Ehtimal nəzəriyyəsi yarandı və Kolmoqorov onun aksiomatikasını verib inkişaf etdirdi. İndiki dövrün riyaziyyatı təbii dildə hesablamaqdır, məsələn, gözəl qadın deyirlər, yəni min qadın varsa, 10-nu seçəcəksiniz. Lap gözəl qadın deyəndə isə 3-5-ni seçəcəksiniz. Bəs bunun riyaziyyatı nədir, qeyr-səlisdir! Bax, həmin gözəli kvadrata yüksəldirəm, yüksəltmək də o deməkdir ki, getdikcə gözəl qadınlar çoxluğu daralır, sonda 100-dən 2-3-i qalır, amma biz bunu hesablayanda sözlərin üzərində əməliyyat aparırıq, rəqəmlərlə işləmirik. Əvvəllər gözəlliyi 27 parametrlə təyin edirdilər, gözlər arasındakı məsafə, burunun uzunluğu, dodaqların eni və s. Məgər, Məcnun Leylini görəndə 27 parametr axtarmışdı, o, mənanı görmüşdü.
- Məcnun Leylidəki mənanı görmüşdü...
- Bəli, elə söhbət də bundan gedir.
- Bu nəzəriyyə elmə nə verəcək?
- Zadə kitaba ön sözdə yazır ki, bu nəzəriyyə qərar qəbuletmə elmini Aristotel məntiqindən daha dürüst, qeyri-səlist məntiqə keçirtdi, bu elmin platformasını, kökünü dəyişdi.
- Bəs tətbiqi barədə nə deyə bilərsiniz?
- Kitabın sonuncu fəslində bu nəzəriyyənin tətbiqindən bəhs olunur. Artıq təbabətdə tətbiq olunur və hesab edirəm ki, daha çox tibbdə istifadə oluna bilər. Çünki təbabətdə rəqəmlə ölçülən heç nə yoxdur, bəli, qanın tərkibinin ölçülməsini misal çəkə bilərsiniz. Amma həmin nəticəni göndərsən Yaponiyaya bir həkimə, o, xəstəyə baxmadan filan xəstəlik olduğunu söyləsə, mən inanmaram. Yəni rəqəmdən kənarda bir şey var, onun gözünün dərinliyinə, dərisinə baxmalıdır. Biri var rəqəmli informasiya, klassik fizikada olan, ancaq bu günkü əsas informasiya persepsiya, cihazla ölçülə bilməyən, qavranılan informasiyadır. Deməli, mən əsasən təbabətdə, xüsusən kardiologiyada tətbiqini görürəm. Artıq yerli Tibb Universitetinin və Kıbrıs universitetinin alimlərilə birgə işlənilib, həm də indeksli jurnallarda çap olunub. Bundan əlavə iqtisadiyyatda tətbiq olunub, konkret olaraq, böhranın proqnozlaşdırılması, istehsalatda və makro iqtisadiyyatda tətbiq olunub. Daha sonra investisiyanı hara qoymaq lazımdır məsələsi. Dünyadakı maliyyə böhranını da hesablamışdıq bu nəzəriyə ilə. Daha bir məsələ var. Pulunuzu hara qoymalısınız – banka, sandığa və ya qiymətli kağızlar bazarına. Dəqiq ehtimal yoxdursa burada, hesablama çox çətinləşir.
- Demək olarmı ki, bu nəzəriyyə elmi paradiqmanın dəyişməsidir?
- Mənim üçün bunu demək çətindir, amma Zadə kitaba yazdığı ön sözdə bunu deyib. Düşünürəm ki, siyasi qərarların qəbulunda bu nəzəriyyədən geniş istifadə oluna bilər. Burada qərar qəbul edən şəxsin dürüstlük dərəcəsi çox vacibdir.
- ... Axı bunun özü də nisbidir...
- Ancaq psixoloji ölçmələri götürmək lazımdır. Eyni zamanda, ictimai fikir, məgər, kimin təmiz, kimin çirkli olduğunu bilmirsiniz?! Psixoloji ölçmələr isə bizim işimiz deyil. Burada ekspertlər ümumi razılığa gələcək.
- Bəs siyasi böhranın proqnozlaşdırılması necə olur?
- Tunisdə hadisələr başlayanda Kiprdəydim, internetə daxil olub sosial inqilablarla bağlı axtarışa başladım, biliridm ki, birdən birə inqilab baş verə bilməz. Yüzlərlə məqalə çıxdı. Yazılırdı hansı parametrlər hansı sərhədə çatanda, məsələn, ordunun, korrupsiyanın durumu müəyyən intervallara çatanda sosial inqilab baş verir. Qərb institutları bununla bağlı çoxlu sayda araşdırmalar aparıb, oxudum ki, Qazaxıstanda vəziyyət necə olacaq. Amma onlar nəzəriyyə veriblər ki, hansı halda sosial inqilablar baş verə bilər. Bunlar da qeyri-dəqiq informasiya əsasındadır. Sosial inqilabların müxtəlif parametrlərdən asılığı hesablanır.
- Gələcək tədqiqatlar barədə nə deyə bilərsiniz?
- Bu nəzəriyyəni keçirtmək istəyirik informasiyanın 4-cü abstraksiyasına, yəni hər bir informasiya inam, etibarlılıq dərəcəsilə ölçülür. Bu halda riyaziyyat, hesab təmiz dəyişir. Bu, artıq qeyri-səlis riyaziyyatla işləmək deyil. İkinci, biz yeni bir abstraksiyaya keçdik, elə informasiya var ki, Z-ədədlə yazıla bilmir, amma vizual yazıla bilir. Məsələn, deyirdik ki, Obamanın yenidən seçilməsi ehtimalı nə qədərdir, çətin olduğunu söyləyirdilər. Ancaq onlara 0-10 şkalasını verir və bunun üzərində vizual şəkil kimi göstərməyi tövsiyə edirik. Onlar öz istədiyi ehtimalı göstərə bilir. Biz belə qərara gəldik ki, insan vizual informasiyanı daha yaxşı verə bilər, nəinki rəqəmli. Artıq sözün yox, görüntülərin vurulub-bölünməsi üstündə əməliyyatlar gedir. Kitabda o barədə fəsil var (qeyri-səlis həndəsəyə aid), amma bu artıq 5-ci abstraksiyadır, sadəcə, daha geniş işləmək lazımdır.
Seymur Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

    ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir ...

    15-06-2013, 01:09

  • 
  • Lütfi Zadə daha heç vaxt Azərbaycana gələ bilməyəcək”

    Lütfi Zadə daha heç vaxt Azərbaycana gələ ...

    6-11-2013, 15:08

  • 
  • 72 yaşlı professor Gədəbəy qızılından 15 milyon dollarlıq səhm aldı

    72 yaşlı professor Gədəbəy qızılından 15 milyon ...

    28-10-2015, 15:15

  • 
  • Müsavatçı professor partiyasının Milli Şuranı tərk etməsini istəyir

    Müsavatçı professor partiyasının Milli Şuranı ...

    14-08-2013, 16:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu