GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tofiq Yaqublu: "Nigar Yaqublu edam edilsin"

Tofiq Yaqublu: "Nigar Yaqublu edam edilsin"

Tarix: 8-12-2012, 10:05 Bölmə :Müsahibə Baxış: 7 432
Tofiq Yaqublu: "Nigar Yaqublu edam edilsin"
“Siyasi dairələrdən nə qərar verilsə prokurorluq və məhkəmə ona hüquqi don geyindirməyə çalışacaq”

gundemxeber.az Bir neçə ay öncə Müsavat Partiyası Gənclər Təşkilatı sədrinin müavini Nigar Yaqublu törətdiyi avtoqəza səbəbindən həbs edilib. Hadisə zamanı Müsavat Partiyasının üzvü Aydın Acalov dünyasını dəyişib. Ancaq bu günə qədər Azərbaycanda bu tipli qəzalar çox törədilsə də, nədənsə heç kim haqqında həbs qəti-imkan tədbiri seçilməyib. Nigar Yaqublu haqqında həbs qəti-imkan tədbirinin seçilməsi bu mənada diqqəti cəlb edib. Ötən gün Nigarın məhkəmə zalından azadlığa buraxılacağı haqda xəbərlər yayılsa da, onu azad etməyiblər. Hazırda Nigar Yaqublu potensial siyasi məhbus hesab edilir.
Nigar Yaqublunun həbsinin gerçək motiv, durumu, saxlanma şəraiti, əhvalı, məhkəmə prosesi, gözləntilər, atılacaq addımlar və digər mövzular haqqında onun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu danışıb.
- Tofiq bəy, dekabrın 5-də Nigar Yaqublunun məhkəməsi keçirildi. Prosesdən öncə xəbərlər yayıldı ki, onu azadlığa buraxacaqlar. Ancaq bu baş vermədi. Konkret olaraq bu haqda öncədən sizə məlumat daxil olmuşdumu?
- Çoxlu xəbərlər dolaşırdı və insanlar buna ümid edirdi. Yeri gəlmişkən bəzi saytlar da xəbər yaymışdı ki, Nigar Yaqublu azad edilə bilər. Ancaq həmin gün məhkəmə bir qədər davam etdi və sonra təxirə salındı. Bir sözlə xəbərlərin yayılmasına baxmayaraq Nigar Yaqublunu azad etmədilər.
- Siz məhkəmə prosesinin gedişindən razısınızmı?
- Necə razı ola bilərəm ki? Birincisi, Azərbaycanda məhkəmə yoxdur. Bu birmənalıdır! Yəni mən bunu Nigar Yaqublunun işi olduğuna görə demirəm. Nəzərə alın ki, mənim də üzərimdə məhkəmə qurublar, eləcədə silahdaşlarımla bağlı məhkəmə proseslərini izləmişəm. Məhkəmə deyilən bir şey yoxdur. Söhbət siyasətə daxil olan şəxslər barəsində yuxarı dairələrdə çıxarılan qərara hüquqi don geydirməkdən gedir. Bunun da başqa variantı yoxdur. Bu qərarlar da adətən ədalətsiz, insafsız və qəddar olur. Nigar Yaqublunun barəsində həbs qəti-imkan tədbirinin seçilməsi üçün heç bir əsas olmayıb. İqtidar nümayəndələri bu haqda danışanda elə fikirlər bildirirlər ki, guya Nigar Yaqublunun tərəfdarları baş verən avtoqəza ilə bağlı onun məsuliyyətdən azad edilməsini tələb edirlər. Əslində belə bir hal yoxdur. Məhkəmə olmalı və araşdırılmalıdır ki, bu qəza niyə baş verib, kimin ucbatından baş verib, burada Nigar Yaqublunun günahı nə qədərdir və s. Ancaq məhkəmə prosesinədək Nigar Yaqublunun barəsində həbs qəti-imkan tədbirinin seçilməsinə nə əsas, nə də zərurət var idi. Qanun da buna əsas vermirdi. Bu həbs birmənalı olaraq siyasi qərar üzərindən həyata keçirilib. Bu məhkəmənin gedişi zamanı vəkillər ittiham aktını darmadağın etdilər. Yəni bu ittiham aktına imza atan, bu sənədi məhkəməyə təqdim edən müstəntiq bəzi məsələləri saxtalaşdırıb. Nigar Yaqublunun məhkəmədən və istintaqdan yayınması haqda iddia cəfəng iddiadır. Cəmiyyətin tanınmış şəxsləri, ziyalılar, ictimai xadimlər, deputatlar dəfələrlə müraciət ediblər ki, Nigarı azad edin və imkan yaradın məhkəmə prosesinə gəlib getsin. Onu həbsdə saxlamağın nə adı var? Həm də istintaq rəsmən yekunlaşıb, onun haqqında 2 aylıq həbs qətimkan tədbirinin müddəti başa çatıb. Bəs onu nədən həbsdə saxlayırsınız? Bəlkə sabah məhkəmə sübut edəcək ki, onun heç bir günahı yoxdur. Bir daha qeyd edirəm ki, Nigar Yaqublu qərəzli siyasi motovlə həbs edilib. Ona görə də, mənim mməhkəmədən gözləntilərim ancaq neqativ addımlar ola bilər. Çünki bu qədər absurda gedirlərsə, sonu da pis olacaq. Biz neyləyək ki? Hökm, səlahiyyət və zor onlardadır. Təəssüflər olsun ki, Azərbaycan prokurorluğunda və məhkəmə sistemində bu illər ərzində şərəfi olan bir nəfər çıxıb deməyib ki, mən bu işə imza atmayacağam. Bu illər ərzində biz belə birini görə bilməmişik. Təbii ki, onların qəddarı da, mülayimi də var. Amma hamısı bilə-bilə ki, nahaq işə qoşulublar, əsassız olaraq insanı cəzalandırırlar, buna rəğmən birinin cəsarəti çatıb demir ki, mən bu işdə yoxam.
- Deyirsiniz ki, bu məhkəmə prosesinin sonu pis ola bilər. Pis olar deyəndə nəyi nəzərdə tutursunuz, nələr ola bilər ki?
- Biz qanunla Nigar Yaqublu haqqında maksimum və minimum hansı cəzanın veriləcəyini bilirik. Təsəvvür edin ki, Nigar Yaqublu haqqında qanunsuz həbs qəti-imkan tədbiri seçən və sonradan onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti rədd edən hakim indi yenidən Nigarın məhkəmə işinə baxır. Sizcə, insan nə dərəcədə sadəlöhv olmalıdır ki, bu məhkəmədən ədalət gözləsin? Birincisi, bu işi həmin hakimə həvalə eləmək qanunsuz idi. Çünki bu hakimin mövqeyi və qərarı öncədən bəllidir. Bu bütün normalara ziddir. Nigar haqqında çox qanunsuzluqlar baş verib. Ədalətli qərar ola bilər. Ancaq nəzərə alırıq ki, Nigar Yaqublu haqqında həbs qərarı başqa dairələrdə çıxarıldığı kimi, onun həbsdən azad edilməsi qərarını da həmin dairələr verə bilər.
- Gözləntiləriniz nədən ibarətdir?
- Mən deyə bilmərəm ki, onların beynindən nələr keçir. Məsələn, götürüb yaza bilərlər ki, hava buludlu olduğuna görə Nigar Yaqublu edam edilsin. Yəni çox şey yaza bilərlər və bu qərarı da hakim elan edə bilər. Buna mənim zərrə qədər şübhəm yoxdur. Söhbət ondan gedir ki, biz bu günə qədər dəfələrlə məhkəmələrə çəkilmişik və müəyyən təcrübəmiz var. Nigarla bağlı istintaq dövründə və məhkəmə araşdırılması zamanı ortada qanun adına bir şey yoxdur.
-Siyasi motivlə həbs edilən şəxslərə bir qayda olaraq cəza verilir və onların heç biri son 20 ildə məhkəmədən azadlığa buraxılmayıb. Sizcə, hansı cəza ola bilər?
- Biz bilirik ki, Nigar Yaqubluya qanuna görə hansı cəza verilə bilər. Ona şərti və ya icbari iş verə bilərlər. Amma söhbət ondan gedir və mən əminəm ki, əgər yuxarı dairələr qərar versələr ki, Nigar Yaqublu edam edilməlidir və ya tikə-tikə doğranmalıdır Azərbaycan hüquq mühafizə orqanlarında buna etiraz edən kişi tapılmaz. Əksinə, onlar bu sifarişli qərara məmnuniyyətlə hüquqi don geydirməyə və icra etməyə çalışacaqlar. Problem budur. Biz indiyə qədər bunları görə-görə gəlmişik. Nigarın işi istintaqda neçə adamın əlindən keçib, sonra prokuror sənədlə tanış olub, daha sonra iş məhkəməyə gəlib. Ancaq yalan və qanunsuz olan bu işlə bağlı heç kimin cəsarəti çatmayıb desin ki, belə olmaz. Onlara nə göstəriş verilibsə əməl ediblər. Bu bütün siyasi işlərdə belə olub. Əlbəttə ki, bu faciədir.
- Hazırda Nigar Yaqublunun durumu, səhhəti necədir, saxlanma şəraitindən narazılıq varmı?
- Saxlanma şəraitindən şikayəti yoxdur və bu normaldır. Səhhəti də yaxşıdır. Əhval-ruhiyyəsi də pis deyil və mübarizə aparır. Ancaq haqsız yerə həbsə atılıb və perspektivdə də yaxşı şeylər gözlənilmədiyi üçün adamın vəziyyəti təbii ki, yaxşı ola bilməz. Amma hər halda möhkəm durub. Mən buna görə, Nigara təşəkkür edirəm.
- Aradan keçən bu müddət ərzində Nigara və sizin ailənizə verilən dəstək yetərincədirmi?
- Mən və ailəm bu dəstəyə görə hər kəsə təşəkkür edir. Cəmiyyət, ölkə ictimaiyyəti, siyasətçilər, media, deputatlar, diplomatlar biz gözlədiyimizdən də artıq şəkildə Nigarın müdafiəsinə qalxdı. Biz bundan məmnunuq və ailəmizə verilən bu dəstəyə görə, hər bir şəxsə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Mən sizə bir məsələni qeyd edim. Mənim əlimdə bu dəqiqə bir sənəd var. Bu işin araşdırılması Daxili İşlər Nazirliyində bir quruma tapşırılıb. Adam ağır maddə ilə ittiham edilir. Onun barəsində məhkəmə ev dutaqlığında saxlanılmasına dair qərar verib. Hansı ki, bu şəxs qərəzli şəkildə ağır cinayət hadisəsi törədib. Amma onun barəsində həbs qəti-imkan tədbiri deyil, ev dustaqlığı qərarı verilib. İndi müdafiə tərəfi şikayət edir ki, ev dustaqlığına məhkum etdiyiniz şəxs ayrı-ayrı xarici ölkələrdə gəzir, Türkiyədən girib İsveçdən çıxır. Müdafiə tərəfi prokurorluğa şikayət edir ki, bu məsələyə baxın, barəsində həbs tədbiri seçin. Bu qədər ciddi faktlardan sonra Samir adlı şöbə müdiri yazır ki, onun barəsində həsb qəti-imkan tədbiri seçmək üçün heç bir əsas yoxdur. Ancaq Nigar Yaqublu haqqında həbs qəti-imkan tədbiri seçilir. Və baş prokurorun birinci müavini Rüstən Usubov adi avtoqəza hadisəsini bəyan edir. Hüquqşünas olan bu şəxs hadisədən bir ay keçəndən və istintaq getdiyi müddətdə bəyan edir ki, Nigar Yaqublunun suçu sübuta yetirilib. Siz hüquqşünasın danışdığına bir baxın...İnsanın günahkar və ya cinayətkar olduğunu yalnız məhkəmənin qərarı müəyyən edə bilər. İstintaq gedən vaxt prokurorluq bəyan edir ki, Nigar Yaqublunun günahıı sübuta yetirilib. Burada şəxsin təqsirsizlik prizumpsiyası kobud şəkildə pozulub. Həm də bu prokurorluğun başında duran şəxslərin savadsızlığını sübut edən ciddi dəlillərdən birdir. Baş prokurorun birinci müavini bunu necə deyə bilər?
- Siz bu prosesdə hara qədər gedəcəksiniz?
- Biz artıq əssasız şəkildə verilən həbs qəti-imkan tədbiri ilə bağlı olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermişik. Sözsüz ki, bu mərhələdə də başqa dairələrin ədalətsiz qərarı olacaqsa buna uyğun davranacağıq. Yox əgər düşünsələr ki, daha bu qədər bəsdir, bu zamanda biz heç nə etməyəcəyik. Əgər Nigar Yaqubluya layiq olduğundan artıq cəza verilsə sözsüz ki, bu qərardan da şikayət edəcəyik.
- Yəni hakimiyyətin davranışından asılı olaraq bu istiqamətdə sona qədər gedəcəksiniz...
- Əksinə, hakimiyyətin davranışından asılı olmayaraq biz bu işdə olacağıq. Nigar Yaqublu haqqında həbs qəti-imkan tədbirini bu gün və ya iki gündən sonra dəyişə bilərlər. Ancaq bu o demək deyil ki, bzi Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyimiz şikayətdən imtina edəcəyik. Biz şikayət etmişik və onun arxasında duracağıq. Adam heç bir qanuni, hüquqi, mənəvi əsas olmadan üç ay həbsdə yatıb. Söhbət gənc bir xanımdan gedir. Bunun üstündən niyə keçək?
- Azərbaycanda çoxsaylı hüquq müdafiəçiləri var. Onlar Nigar Yaqublu işində hansısa addımlar atıblarmı, onunla görüşüb danışa biliblərmi?
- Nigarla görüç verilmir. Hüquq müdafiəçiləri Nigarla görüşməyə cəhd edirlər. Kimin imkanı nə varsa o dairədə mübarizə aparır. Məsələn, son 2 ayda heç ailə üzvlərinin onunla görüşünə icazə vermədilər. İndi məhkəmə prosesi başlayandan sonra ailəsinin onunla görüşünə icazə verilir. Biz hüquq müdafiəçilərinə təşəkkür edirik. Onlar bu işin ədalətli həlli üçün çox çalışırlar.
- Bütün proseslərin əslində bir-birinə bağlı olduğunu nəzərə alsaq, siz ölkədə siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Nigar Yaqublu ölkədəki bu vəziyyəti dəyişmək üçün apardığı mübarizəyə görə cəzalandırılıb. Ölkədə nələrin baş verdiyi məlumdur. Təkcə Elşad Abdullayev tərəfindən yayılan video görüntülər kifayət edərdi ki, azacıq demokratiya olan dövətdə başlar gedər, ölkə bir-birinə dəyər və istefalar səngiməzdi. Ancaq bizdə bu kasetlər heç kimin vecinə deyil. Bu nə məmləkətdir. Ölkədə legitim hakimiyyət strukturu yoxdur. Bir dəstə adam hakimiyyəti qamarlayıb və özü bildiyi kimi çalıp-çapır, ürəyi istədiyini cəzalandırır. Bu vəziyyətlə razılaşmayan insanları isə repressiya edir. Bir də kimlərsə əmlakını bu dəstəyə verməkdən imtina edirsə, onlarda pis şəkildə cəzalandırılır. Misal kimi Zülfüqarlı qardaşlarını göstərmək olar.
- Bu vəziyyətin dəyişmə imkanları nə dərəcədədir?
- Dəyişəcək! Heç nə əbədi deyil. Baxın, dünyanın siyasi xəritəsinə. Ölkələr nə qədər sürətlə dəyişir. Bunu görməmək mükün deyil. Bu proses elə sürətlə gedir ki, uzun illərə bağlı deyil. Dünya qloballaşır, seçkilər və insan haqları heç bir ölkənin şəxsi işi sayılmır. Geci-tezi Azərbaycan tərəfi bu dəyişikliyə getməyə məcbur olacaq. Bunun qarşısını almaq mümkün deyil. Bunun gecikdirə bilərlər, amma qarşısını almaq imkanları yoxdur. Artıq prosesi gecikdirmək limiti də bitib. Belə ölkə olmaz. Ac, kasıb qazsız yaşamaq olar. Amma bir ölkədəki azadlıq, ədalət, məhkəmə, hüquq yoxdursa, orada yaşamaq mənasızdır. Odur ki, tarixin təkərini saxlamaq mümkün olmayacaq və bu məmləkətdə dəyişikliklər baş verəcək.
Hüseyn Abbasoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nigar Yaqublunun məhkəməsi dekabrın 12-nə təxirə salındı

    Nigar Yaqublunun məhkəməsi dekabrın 12-nə təxirə ...

    7-12-2012, 17:59

  • 
  • Nigar Yaqubluya HÖKM oxundu

    Nigar Yaqubluya HÖKM oxundu ...

    19-12-2012, 18:06

  • 
  • Atası Nigar Yaqublunun əfvindən danışdı

    Atası Nigar Yaqublunun əfvindən danışdı ...

    20-12-2012, 14:25

  • 
  • İzzət Bağırovdan Nigar Yaqubluya dəstək

    İzzət Bağırovdan Nigar Yaqubluya dəstək ...

    30-11-2012, 22:23

  • 
  • Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına üzüldüm”

    Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına ...

    9-01-2014, 13:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (414)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu