GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Cəmiyyət birləşməli və özünü müdafiə üçün ayağa qalxmalıdır

Cəmiyyət birləşməli və özünü müdafiə üçün ayağa qalxmalıdır

Tarix: 8-04-2013, 10:30 Bölmə :Müsahibə Baxış: 1 137
Cəmiyyət birləşməli və özünü müdafiə üçün ayağa qalxmalıdır

Namizəd Səfərov:
“İnqilabın baş verməsi bir himə bənddir”


Suallara tanınmış hüquqşünas Namizəd Səfərov cavab verib. O, hüquq sistemindən, Naxçıvanda baş verənlərdən, müxalifətə qarşı repressiyalardan danışıb.
- Namizəd bəy, ilk olaraq qardaşı oğlunun yas mərasimində iştirak üçün Naxçıvana gedən və burada hüquq mühafizə orqanları tərəfindən oğurlanıb təhqirə məruz qalan, daha sonra ərazini tərk etmək xəbərdarlığı alan istiqlalçı deputat İbrahim İbrahimlinin başına gətirilən bu hadisəyə münasibətiniz necədir?
- Sözün doğrusu bu dəhşətli hadisədir. Son zamanlar biz görürük ki, müxalifət nümayəndələri bölgələrə gedib öz partiyalarının yerli rayon şöbələrində iş apararkən və ya hansısa tədbir keçirmək istəyərkən qadağa ilə rastlaşırlar, bəzən bu insanlara fiziki zor belə tətbiq edilir, döyür və söyürlər. Bəzən müxalifət partiyasının sədrini adi bir rayona buraxmırlar. Bir sözlə, özbaşınalıq baş alıb gedir və bir nəfər də buna cavab vermir.Naxcivanda bu bölgələrdən biridir və orada siyasi mübarizə aparmaq artıq illərdir ki, qadağan olunub. Ancaq iş ondadır ki, İbrahim İbrahimli Naxçıvana yas mərasiminə gedib. Yas yerində olduğu halda kimlərsə onu açıq şəkildə, insanların içində əvvəl sataşıblar və təxribata çəkmək istəyiblər. Sonradan İbrahim bəy bayıra çıxaraq ona problem yaradanları məclisdən bir növ kənarlaşdırmaq və öz arxasınca aparmaq istəyib. Bu an onu zorakılıqla avtomobilə oturdublar və uzaq bir əraziyə aparıblar. Burada İbrahim bəyə fiziki təzyiq göstərilib, döyülüb və söyülüb. Əslində bu faktda quldurluğun bütün atributları aşılıb keçilib. Mən anlamıram, bu ölkədə hakimiyyət varmı? İqtidar müxalifətlə, habelə adi insanlar nə istəsə edə bilər və buna görə cavabdehlik daşımırmı? Açığı mən baş verənlərə məətəl qalmışam. Naxçıvanda baş verən bu tipli hadisələrə bir neçə dəfə kəskin münasibətimi ifadə etmişəm. Azərbaycanın hər yerində vəziyyət belədir. Yəni siyasi partiyalara fəaliyyət üçün imkan verilmir. Naxçıvanda baş verən bu hal Bakıda və ölkənin başqa yerlərində müxalifətə qarşı zorakılıq və təxribatları kölgədə qoyur. Bu o deməkdir ki, Naxçıvanda baş verənlər bütün hədləri aşıb.
- Söhbət yasa gedən bir şəxsin oğurlanmasından və döyülməsindən gedir. Prinsipcə, sizdə Azərbaycan hökumətinin addımlarını ciddi tənqid edən şəxslərdənsiniz və sabah eyni aqibətlə üzləşə bilərsiniz. Bu halların qarşısını almaq üçün nə etmək lazımdır?
- Burada incə bir məqam var. Əgər İbrahimli ora siyasi fəaliyyət göstərməyə, hansısa tədbir keçirməyə getsəydi və buna görə təzyiqlə üzləşsəydi bu qanunsuz olsa da, başa düşülərdi. Çünki yuxarıda qeyd etdiyim kimi bu ölkənin reallığıdır və siyasi fəaliyyətlə məşğul olmağa imkan verilmir. Ancaq hər kəs bilir ki, İbrahim İbrahimlinin qardaşı oğlu cavan yaşında rəhmətə gedib və bu şəxsdə yas mərasimində iştirak etmək məqsədilə ora gedib. Bu halda yalnız insana hörmət olmalıdır. Bizdə mentalitet deyilən bir anlayış var. İnsana hörmət, yas mərasiminə münasibət məsələsi var. İkincisi də, hesab edirəm ki, bizim hər birimiz belə bir zorakılıqdan sığortalanmamışıq. Bizim hər birimizə qarşı hakimiyyət tərəfindən belə qanunsuz əmələ və özbaşınalığa yol verilə bilər. Ona görə də, mən hesab edirəm ki, cəmiyyət birləşməli və özünümüdafiə üçün ayağa qalxmalıdır.
- Siz Naxçıvana gedəndə hansısa təzyiqlə üzləşirsinizmi?
- Doğrusu mənimlə bağlı belə hallar yaşanmayıb. Ola bilsin ki, mən siyasi fiqur deyiləm. İbrahim İbrahimli isə 1988-ci ildə azadlıq hərəkatından ortada olan, siyasi proseslərdə rolu olan və bütün respublika üzrə tanınan insandır. Ola bilsin ki, ona xüsusi diqqət yetiriliblər. Mən özüm dəfələrlə Naxçıvana getmişəm.Təbii ki, məndə ora əsasən xeyr, yas mərasimlərinə və ya qohum-əqraba ilə görüşməyə gedirəm. Şəxsən mənə qarşı belə hadisələrin şahidi olmamışam.
- Siz hüquqşünassınız. Bu halda İbrahim bəy və ya demokratik cinah hansı addımlar atmalıdır?
- Fikrimcə, ilk olaraq rəsmi orqanlara müraciət eləmək lazımdır. Məni qınayanlar ola bilər ki, İbrahim bəy kimə müraciət etsin. Çünki bu hadisələr hakimiyyət tərəfindən təşkil edilib və bu təxribatı Naxçıvanın hüquq mühafizə orqanları həyata keçirib və s. Bu halda kimə müraciət edək və s. Əlbəttə, mən bu arqumentləri başa düşürəm. Ancaq bütün hallarda hesab edirəm ki, Naxçıvan MR-nın Daxili İşlər Nazirliyinə, o cümlədən Azərbaycan Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa rəsmi müraciət olunmalı və bildirilməlidir ki, belə bir quldurluğa yol verilib. Bu hərəkətləri törədən şəxslər mütləq cəzalandırılmalı, cəmiyyət onları tanımalıdır. Hər kəs də bilməlidir ki, özbaşınalığın özünün də həddi-hüdudu mövcuddur və bu həddi aşmaq olmaz.
- Siz Azərbaycanda baş verən hadisələri necə qiymətləndirirsiniz, ölkəmizdə hər gün gənclər həbs edilir...
- Son zamanlar siyasi partiyalara, hərəkatlara qarşı təzyiq açıq hiss olunur. Hətta ölkədə baş verənlərlə bağlı insanların danışmasına, münasibət bildirməsinə belə reaksiya göstərilməsini mən anlamıram. Gündə bir gənc tuturlar. Gah Müsavatın üzvü saxlanılır, gah REAL-a yaxın şəxslərə qarşı addımlar atırlar, gənclərin cibinə narkotik maddə qoyub tuturlar, evlərindən molot kokteli çıxarırlar və s. Açığı, mən anlamıram ki, hakimiyyət bununla nə demək istəyir. Biz hamımız gözəl bilirik ki, bu insanların evlərində silah, narkotik maddə tapılmayıb, onlar qanunsuzluğa yol verməyiblər, polisə müqavimət göstərməyiblər və s. Bunlar uydurmaq, oyunbazlıq və istintaq orqanlarının son 20 ildir davam edən ozbaşınalığının davamıdır. Siz yaxşı bilirsiniz ki, son zamanlar dünya mediasında Əliyevlərin ofşor zonalarda yaratdığı şirkətlər vasitəsilə Azərbaycanın sərvətlərinin oğurlanaraq ölkədən çıxarılması haqda xəbərlər gedir. Qonşu Türkiyənin ən məşhur televiziya kanalları və qəzetləri bu haqda danışırlar. Dünya Azərbaycanda baş verən bu hadisələrdən təəccüblərini ifadə edirlər. Baxın görün, bu məsələlərlə nə dövlət səviyyəsində cavab verən var, nə də Azərbaycanın kütləvi və rəsmi mətbuat bu haqda danışır. Azərbaycan kanalları isə ümumiyyətlə susur. Rəsmi dairələr bu məlumatların qaynağı, onun necə baş verdiyi barədə açıqlama verməlidir. Hakimiyyət bizi nə hesab edir, biz Azərbaycan milli sərvətlərimizin necə xərcləndiyi haqqında xarici mətbuatdanmı xəbər almalıyıq? Nə vaxta qədər xarici kanallar vasitəsilə ölkəmizdə baş verən cinayətlər haqqında informasiya almalıyıq. Bəs Azərbaycanda guya adını müstəqil kanallar qoyanlar niyə susur, nədən dövlət başçısı rezonansa səbəb olan bu hadisə haqqında açıqlama vermir. Artıq 10 ildir ki, İlham Əliyev dövlətə rəhbərlik edir, amma bir dəfə də olsun jurnalistləri başına toplayaraq mətbuat konfransı keçirmir, vətəndaşları maraqlandıran suallara cavab vermək istəmir. Mən bilmirəm ölkədə nə baş verir, sanki ölkədə bu xalqı qarışqa yerinə qoymaq istəmirlər. Dünyanın bütün ölkələrində dövlət başçıları tez-tez mətbuat konfransı təşkil edib baş verənlərə münasibət ifadə edirlər. Bu gün dövlət başçısı və onun ailəsinin şübhəli biznesi barədə dünya danışır. Buna dövlət başçısının reaksiya verməməsinə mən məətəl qalmışam. Belə susmaqla hara getmək olar. Sizdə bilirsiniz ki, cəmiyyətdə mürəkkəb vəziyyə, gərginlik var, narazılıq ən yüksək həddədir. Az qala inqilabın baş verməsi bir himmə bəntdir. Nardaranda baş verənlər, İsmayıllı hadisələri, Qubada yaşananlar gözümüzün önündərir, hər gün fəhlələrin etirazının şahidi oluruq. Bunların hamısına güc tətbiq etməklə, uydurma ittihamla cinayət məsuliyyətinə cəlb etməklə hara getmək olar. Bu məsələlər haqqında ciddi düşünmək lazımdır.
- Siyasi hakimiyyət EL Hərəkatının Novxanıda olan ofisini də bağlayıb və bu qurumun fəaliyyət göstərməsinə imkan vermir. Hüquqşünas kimi bu nə dərəcədə doğrudur?
- Bəli, bu haqda məndə eşitdim. El Hərəkatı bir ofis tapır və ora köçür, az sonra bu ofisi ya mühasirəyə alırlar, ya da onun sahibinə təzyiq edib hərəkatı ordan uzaqlaşdırmağa nail olurlar. Ümumiyyətlə ölkədə baş verənləri məntiqi cəhətdən izah etmək mümkün deyil. Elə AXCP və Müsavatda zorakılıqla öz ofisindən qovalandı. AXCP kiçik bir qərargah taparaq orada fəaliyyət göstərmək istədi. Amma 4 ildir ki, bu ofisin qapısını hörüblər. Müsavatın Lənkəran şəhərindəki ofisinin qapısını bağlayıblar. Belə özbaşınalıq olarmı? Hakimiyyət elan edir ki, bizdə siyasi fəaliyyət azaddır, demokratiya var, söz azadlığı ilə bağlı problem yoxdur və s. Amma zorakılıq və riyakarlıqla siyasi fəaliyyətə də imkan vermirlər. Bunlara polisin əli ilə nail olurlar.
Bundan başqa, ciddi problem var. Beləki bir qrup məlum olmayan şəxs mülki paltarda vətəndaşlara qarşı zorakılıqda xüsusi fəallıq göstərirlər. Bu insanlardan istifadə olunması, onların özünü təqdim etmədən vətəndaşlara təzyiq etməsinə nə ad vermək olar. Bu quldurluq və özbaşınalıqdır. Mən cinayət adı tapa bilmirəm ki, bu insanların hərəkətinə uyğun gəlsin. Vətəndaşa və cəmiyyətə hörmətsizlik baş alıb gedir.
- Siz hüquqşünassınız və insanların hüquqlarını müdafiə edirsiniz. Bir vəkil olaraq məhkəmələrdə ədalətli qərarların çıxarılmasına nail ola bilirsinizmi?
- Mən sizinlə o mənada razıyam ki, ölkədəki problemlər hüquq və məhkəmələrlə bağlıdır. Ölkənin bu vəziyyətə düşməsinin başlıca günahı məhkəmələrdir. Hakimiyyətin müstəqil qanadı olan məhkəmələr qətiyyən müstəqil deyillər. Prezident başda olmaqla icra hakimiyyəti bütün hakimiyyət qollarını ələ keçirib. Parlament və məhkəmə hakimiyyəti nüfuzsuz və səlahiyyətsiz təşkilatlara çevrilib. İstənilən ədalətsiz cəmiyyətdə vətəndaş məhkəmələrə və prokurorluğa müraciət etməlidir. Amma bu müraciətlərə cavab verilmir, əvəzində saxta istintaq aparırlar. Baxın, vətəndaşın gözü önündə ölkə üzrə tanınan İbrahim İbrahimli Naxçıvanda təxribat və quldur əməllə üzləşib. Əslində Naxçıvan kiçik yerdir və həmin şəxslər dərhal tapıla bilər. Qanunsuzluqları, cinayətləri araşdıran yoxdur. Vətəndaşlar müdafiəsiz qalıblar. Ona görə də Azərbaycan vətəndaşları şikayətlərini Avropa strukturlarına edirlər. Təsəvvür edin ki, vətəndaş ölkədə dərdinə əlac quracaq bir orqan tapmır. Məhz bu səbəbdən də, yüzlərlə vətəndaş hətta Türkiyənin baş nazirinin adına şikayət məktubu göndərirlər.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim İbrahimli Naxçıvan olayından danışdı

    İbrahim İbrahimli Naxçıvan olayından danışdı ...

    10-04-2013, 10:10

  • 
  • XXI əsrdə feodal idarəetmə

    XXI əsrdə feodal idarəetmə ...

    8-04-2013, 10:22

  • 
  • Müxalifət müdafiə sammiti keçirir

    Müxalifət müdafiə sammiti keçirir ...

    3-09-2014, 12:25

  • 
  • İbrahim İbrahimliyə qarşı zorakılıq siyasi sifariş sayıldı

    İbrahim İbrahimliyə qarşı zorakılıq siyasi ...

    11-04-2013, 11:07

  • 
  • Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun yas mərasimində olub

    Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun ...

    8-04-2016, 00:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu