KXCP qərargahında ölkəmizdə baş verən son həbs prosesləri ilə bağlı siyasi qüvvələrin birgə yaratdığı Birləşmiş Hüquq Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilir. Toplantıda tanınmış müxalifət partiyalarının liderləri, təmsilçiləri, və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Tədbirdə 10 siyasi partiya iştirak edir. Musavat.com əməkdaşının toplantıdan verdiyi xəbərə görə, ilk olaraq, çıxış edən AXP sədri Pənah Hüseyn qurumun yarandığı gündən indiyə qədər gördüyü işlərdən danışdı. O, səhhəti ilə bağlı həyatları üçün böyük təhlükə yaranan məhbusların adları qeyd olunan ərizə ilə yerli və beynəlxalq təşkilatlara müraciət edilməsini təklif etdi. Hazırlanan ərizə partiya liderləri tərəfindən imzalandı. Bundan əlavə, tədbirdə "Demokratiya Müdafiəsi Haqqında" Xartiya qəbul edildi. İştirakçılar sənədə imza atdılar. Toplantıda həbslərə etiraz olaraq, piket yaxud mitinq keçirmək təklifləri də səsləndirildi. Tədbir hazırda davam edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?