İctimai Palata İbrahim İbrahimlinin döyülməsinə görə dövlət başçısının rəsmi məsuliyyət daşıdıgını deyir
İctimai Palatanın Koordinasiya Şurası İbrahim İbrahimlinin Naxçıvanda döyülməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir: "6 apreldə Naxcıvanda İP KŞ - nin üzvü , tanınmış ictimai - siyasi xadim İbrahim İbrahimli bacısı oğlunun yas mərasimində iştirak edərkən özlərini hüquq muhafizə orqanlarının numayəndələri kimi təqdim edən mülki formalı şəxslər tərəfindən ogurlanıb. İ. İbrahimli bu şəxslər tərəfindən kimsənin olmadıgı bir əraziyə aparılaraq təhqir edilib, fiziki zorakılığa məruz qalıb. İctimai Palatanın Kordinasiya Şurası baş verən hadisəni hakimiyyətin siyasi rəqiblərinə qarşı indiyə qədər həyata keçirdiyi terror əməlinin davamı kimi qiymətləndirir. Seçki ilində baş verən bu vəhşi olayı məqsədyönlü, təsadüfi olmayan və rejim tərəfindən həyata keçirilən terror aktı kimi qəbul edir. İP KŞ hakimiyyəti hadisəyə rəsmi münasibət bildirməyə çağırır, günahkarların dərhal məsuliyyətə cəlb olunmasını tələb edir. İP KŞ bu biabırçı olaya görə dövlət başçısının rəsmi məsuliyyət daşıdıgını xatırladaraq feodal idarəetmə düşüncəsindən cəkinməyə, cəmiyyəti məqsədli olaraq qarşıdurmaya sürükləməməyə çagırır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?