GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycandakı rejim bütün dünyanı çirkaba batırıb

Azərbaycandakı rejim bütün dünyanı çirkaba batırıb

Tarix: 10-04-2013, 10:07 Bölmə :Müsahibə Baxış: 1 078
Azərbaycandakı rejim bütün dünyanı çirkaba batırıb

Vidadi İsgəndərli:
“Korrupsiya və korrupsiya üzərində qurulan rejimlər bəşəriyyət üçün çox təhlükəlidir”


“Gündəm xəbər” qəzetini dünya səviyyəsində müdafiə etməyə hazıram. Sizinlə baş verənlər təbiidir. Çünki zəhmət sayəsində hazırlayıb xalqa təqdim etdiyiniz qəzet ən popluyar qəzetdir və heç kimi fərq qoymadan tənqid edir. Məsələn, sizin qəzet Azərbaycanda korrupsiya əməllərini ifşa edir, bu istiqamətdə ciddi materiallar ortaya qoyub. Bu səbəbdən də “Gündəm xəbər” qəzetinə qarşı təzyiqlər başlayıb”

Suallarımıza sabiq prokuror, svicdan məhbusu və hazırda hüquq müdafiəsi ilə məşğul olan Vidadi İsgəndərli cavab verib. Hüquq müdafiəçisi, insan haqlarından, siyasi proseslərdən, özünün prezidentliyə namizədliyini irəli sürməsinin məqsədlərindən, qəzetimizə qarşı hücumlardan və azad sözü müdafiə olunması üçün atacağı addımlardan danışıb.
- Vidadi bəy, həbsdən çıxandan sonra səhhətinizlə bağlı problemlər yaranmışdı. Hazırda necəsiniz və hüquq müdafiə işinə başlamısınızmı?
- Açığı, mən həbsdən çıxan zaman bəlkədə bir balaca səhvə yol verdim. İş ondadır ki, mən həbsxnanın daxilində hakimiyyətə çox tənqidi və onların baxışına görə, pis mesajlar verdim. Onlara bir növ cihad elan etdim. Həbsdən çıxandan sonra isə faktiki bir siyasətçinin və ya ictimai xadimin altı ay müddətində görə biləcəyi işi mən on gün müddətində gördüm. Eyni zamanda üzərimə çox böyük yük işlər götürdüm. İstər Binə Ticarət Mərkəzində baş verənlər, istər İsmayıllı rayonunda yaşananlar, istərsə də Quba hadisələri və həmdə əsgər ölümləri ilə əlaqədar fəaliyyət göstərdim və bir növ yükləndim. Düşündüm ki, bir hüquq müdafiəçisi olaraq mən bu məsələlərə ciddi yanaşmalıyam və ədalətin ortaya çıxması üçün əlimdən gələni etməliyəm. Əlbəttə ki, mən bir qədər naşılıq da elədim. Hansı mənada naşılıq etdiyimə gəldikdə bildirim ki, çox işlə məşğul olmağa başladım. Nəticədə hakimiyyət faktiki olaraq mənə qarşı müharibə elan etdi. Mən bir daha qeyd edim ki, ölkənin baş prokuroru Zakir Qaralovun və vergilər naziri Fazil Məmmədovun emisarları mənim yanıma gəldilər. Onlar mənə hədə-qorxu gəldilər. Qorxmadıqlarımı görüb yenə də təhdid etdilər. Bu təhdidlərlə bağlı əlimdə olan faktları bəzi saytlar yerləşdiriblər. Ona görə də, mən bu məsələnin üzərində xüsusi şəkildə dayanmaq istəmirəm. Həbxsanadan yenicə çıxan şəxs olaraq, habelə ailəmi və övladlarımı qorxutdular deyə ata məsuliyyətimi anladım. Məni tanıyanlar bilirlər ki, mən heç də qorxaq və cəsarətsiz insan deyiləm. Amma şərəfsiz insanlar belə hərəkətə yol verdikdən sonra sözsüz ki, səhhətimdə olan problemlərin üzərinə daha bir problem gəldi. Bu da sözün əsl mənasında psixoloji durumuma ciddi təsir etdi. Mən bunun fərqində idim. Çünki ölkənin baş prokurorunun, vergilər və nəqliyyat nazirinin belə xəbərdarlıqlar göndərməsinin arxasında sözsüz ki, real təhlükə dayanırdı. Bu da məni ciddi narahat etdi. Mən məcburiyyət qarşısında qalaraq yanvar ayında ailə üzvlərimlə birlikdə üç gün Fransanın ölkəmizdəki səfirliyində qalmalı oldum. Ailəmə siyasi sığınacaq istədim. Dolayısı yolla prezident İlham Əliyevdə bu işə qoşuldu və səfirlər vasitəsilə mesaj verdi ki, Azərbaycanda insanları inqilaba, qana-qadaya ən çox sürükləyən Vidadi İsgəndərlidir. Əgər o öz fəaliyyətində dönüş yaratmasa, onun təkrar həbs edilməsi məsələsi qoyulacaq. Sözsüz ki, mən həbs olunanda şəkərdən əziyyət çəkirdim, eləcədə mənə vurulan iynələrdən sonra ürəyimdə ciddi problemlər yaşandı. Həmdə ürəyimdə damar genişlənməsi halları yaşandı, eləcədə psixi durumumda ciddi nöqsanlar yaranmışdı. Əslində mənə ciddi istirahət lazım idi. Amma mənə, ailəmə və millətə qarşı törədilən bu cinayət sözün əsl mənasında ciddi problem yaratdı. Yəni mən demokratik ruhlu bir insandan qisasçı bir şəxsə çevrilməyə başladım. Amma buna rəğmən mən demokratik ab-havalı insanam. Və hər yerdə də deyirəm ki, Azərbaycanda demokratik cəmiyyət qurulsa son 20 ildə törədilən cinayətlərə görə, hər bir şəxs layiqli cəzasını alacaq. Mənim əsas məqsədim müxalifətlə xalqın birliyinin əldə olunmasını görməkdir. Bunun üçün əlimdən gələni etməyə hazıram. Və bildiyiniz kimi bu istiqamətdə də müəyyən çıxışlar edirəm.
- Hazırda hüquq müdafiə işi ilə məşğulsunuzmu?
- Bildiyiniz kimi artıq NİDA Gənclər Hərəkatının müdafiəsinə qalxmışam. Eləcədə haqsız yerə və siyasi motivlərlə həbs edilən hər bir şəxsi müdafiə edirəm. Hazırda səhhətimdə yaranan problemləri aradan qaldırdıqca daha aktiv şəkildə fəaliyyətimi bərpa edirəm.
- Prezidentliyə namizədliyinizi elan etmişdiniz. Siz siyasi fəaliyyətlə məşğulsunuzmu?
- Bildiyiniz kimi biz Namus Xalq Hərəkatı yaratmışıq, mən prezidentliyə namizəd olacağım haqqında siyasi bəyanat vermişəm. Ancaq mən namizədliyimi irəli sürməkdə məqsədim odur ki, xalqa xidmət edim. Daha doğrusu bu ideyanın özünün xalqa xidmət etdiyini düşünürəm. Yəni birlik naminə, Azərbaycanda hüquqi demokratik dövlət qurulması istiqamətində çalışmalarımızı davam etdiririk.
- Xalq hərəkatının liderlərindən olan İbrahim İbrahimlinin Naxçıvanda başına gətirilən olayları necə qiymətləndirirsiniz?
- Bilirsinizmi, mən sizə tam səmimi deyirəm. Mən Novruz Bayramı ərəfəsində video paylaşdım. Bu baş prokurorun keçmiş köməkçisinin mənimlə danışığının sürəti idi. Mən ordada da qeyd etmişəm ki, korrupsiya hüquqi termindir və cinayətdir. Bu faktiki olaraq korrupsioner sistemdir. Burada dövləti idarə edən şəxslər korrupsiyalaşırlar və bir növ teroristik təşkilata çevirilir. İbahim İbrahimli ilə bağlı cinayət əməlinə kimlər yol verib? Əlbəttə ki, dövlət məmurları. Onlara belə addım atmağa kim icazə verib? Şübhəsiz ki, korrupsiya, sistem və quruluş. İbrahim İbrahimli çox fədakar insandır, 1988-ci ildən üzü bu yana Azərbaycan xalqının gələcəyi naminə fəaliyyət göstərir, vuruşur, mübarizə aparır. Ən dəhşətlisi odur ki, Azərbaycanda hüquq deyilən bir anlayış yoxdur. Başqa sözlə desək cinayət var, amma cəza yoxdur. Nə vaxt ölkələrdə hakimiyyət dəyişikliyi baş verir və ya iqtidarlar sarsılır? Təbii ki, ölkədə cinayətin tüğyan edib cəzanın olmadığı, habelə cəzanın olub cinayətin olmadığı dövrdə. İbrahim İbrahim sadə vətəndaş deyil. Xatırlayıram, o zaman Heydər Əliyev Milli Məclisdə dedi ki, İbrahimlini hələ Zeynəddin kəndindən tanıyır. İbrahim bəy 30 ildir ki, siyasətlə məşğul olur, özü də ziyalı insandır. Bəs onun başına gətirilən bu olaylarla əlaqədar hansı səlahiyyət sahibi danışdı, ciddi reaksiya verdi? Danışan belə olmadı. Mən sizi əmin edirəm ki, belə hərəkətlər heç bir nəticə verməyəcək. Bu gün məni də, elə sizə də qarşı bel hal tətbiq edilə bilər. Heç kim bundan sığortalanmayıb. Bəyəm Ziya Bünyadovla, Afiyəddin Cəlilovla, Elmar Hüseynovla bağlı nəyin baş verdiyi unudulub. Baxın, bir müddət əvvəl Elşad Abdullayev Hacı Məmmədovun əməlləri, hətta dövlətə qulluq etməli olan nazir müavini və digər şəxslərlə bağlı informasiyalar səsləndirir, ortaya ciddi faktlar qoyur. Lakin bunu nəzərə alan yoxdur. Bu gün əslində əsas mübarizə hakimiyyət-müxalifət sərhəddindən daha çox iqtidarın daxilində olan klanlar arasında gedir. Bunu Elşad Abdullayevin ortaya qoyduğu kasetlər və faktlarda sübut edir. Abdullayev bu qədər faktları ortaya çıxarıb, amma bu hadisələrə görə bir nəfər də saxlanmayıb. Hakimiyyətdən bir nəfərdə olsun İbrahim İbrahimlinin döyülməsi faktına diqqət etmədi. Bəyəm belə hadisə Seymur Həziyevlə, Ramin Deko, Bahəddin Həziyevlə bağlı baş vermədi? Bəs bu hllarla bağlı aparılan cinayət işlərinin, araşdırmaların nəticəsi hanı, kimlər həbs edilib və ya cəzalandırılıb? Mən “Gündəm-xəbər” qəzeti vasitəsilə İlham Əliyevə müraciət edirəm. Cənab prezident, siz bilin ki, məmurlar o həddə harınlayıblar ki, siz dediyiniz kimi qudurublar ki, artıq özlərinin ətrafında silahlı dəstələr saxlayaraq terrorçu qruplar halına gəlirlər. Azərbaycanda artıq bu proses baş verməkdədir. Sizə tam səmimi deyirəm ki, artıq Azərbycan azərbaycanlılar üçün deyil, bəşəriyyət, demokratik cəmiyyətlər üçün qorxulu bir rejimə çevrilir. Çünki Azərbaycanda mövcud olan bu rejim mal, dövlət, pul vasitəsilə dünyanın ən demokratik dövlətlərini belə ələ ala bilir. Demək olar ki, Azərbaycandakı rejim bütün dünyanı çirkaba batırıb. Belə olmaz. Korrupsiya və korrupsiya üzərində qurulan rejimlər bəşəriyyət üçün çox təhlükəlidir. Və dünya bu haqda ciddi şəkildə düşünməlidir. Əgər xatırlayırsınızsa, bir zamanlar Avropa Şurasında kürü dilomatiyasına dair açıqlamalarda verilmişdi və uzun müddət bu haqda danışıldı.
- Vidadi bəy, sidə görürsünüz ki, təkcə siyasi müxalifətə, müstəqil gənclər təşkilatlarına deyil, həmdə mətbuata müəyyən basqılar var. Konkret desək “Gündəm xəbər”qəzeti ilə bağlı Baş Prokurorluq yanında Korrupsiya ya Qarşı Mübarizə İdarəsində cinayət işi açıb, araşdırmalar aparılıb və iş artıq məhkəməyə göndərilib. Hətta Vergilər Nazirliyi iddia edir ki, qəzet 100 min manatdan çox maliyyəni vergidən gizlədib. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Elan edirəm ki, bu gündən “Gündəm xəbər” qəzetini dünya səviyyəsində müdafiə etməyə hazıram. Sizinlə baş verənlər təbiidir. Çünki zəhmət sayəsində hazırlayıb xalqa təqdim etdiyiniz qəzet ən popluyar qəzetdir və heç kimi fərq qoymadan tənqid edir. Məsələn, sizin qəzet Azərbaycanda korrupsiya əməllərini ifşa edir, bu istiqamətdə ciddi materiallar ortaya qoyub. Bu səbəbdən də “Gündəm xəbər” qəzetinə qarşı təzyiqlər başlayıb. Bu gün nəinki müxalifətə, gənclər təşkilatlarına, hüquq müdafiəçilərinə, eləcədə əsas qəzetlərə qarşı müharibə açıblar. Bəyəm “Gündəm xəbər” qəzetinin 100 min manat pulu var? Bu məbləğdə pul Ziya Məmmədovda, Fazil Məmmədovda ola bilər. Qəzetin bu qədər maliyyəni vergidən gizlətməsi haqqında deyilənlər yalan və bəhanədən başqa bir şey deyil.Mən bir hüquq müdafiəçisi olaraqbu azad söz qalasının müdafiəsinə qalxıram. Və buradan xəbərdarlıq da edirəm. Əgər söhbət vergidən yayınmaqdan gedirsə, buyurub əsl vergidən yayınan obyektlər haqqında ölçü götürsünlər. Məsələn, Sədərək və Binə Ticarət mərkəzləri fəaliyyətə başlayandan bu günə qədər oradan vergi qeyri qanuni, nəqdi şəkildə yıqilib və Vərqi Nazirliyi tərəfindən mənimsənilib.Mənim hesablarıma bu mənimsəmənin dəyəri təxminən 15 ildə 1 bir miliyard olduğunu ortaya qoyur. Bundan başqa, Ziya Məmmədova məxsus obeyktlərdən ümümiyətlə vergi yiqilmir ,həmcinin digər nazirlərə məxsus şadlıq evləri ,restoranlardan, başqa obyektlərdən vergi formal şəkildə yıqılır.Mən Fazim Məmmədova sual verirəm Kislovadski,Esentuki və Rusiyanın digər şəhərlərində tikdirdiyin motelləri, ponsionatları və s obyektlərı hansı pulla tikdirmisən?.Mən rəsmən “Gündəm xəbər” qəzetini müdafiyə edəcəm yaxşı fikirləşin ki, əsl faktlar ortaya çıxanda deməyə sözünüz olsun.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vidadi İsgəndərlinin qəzetimizə verdiyi müsahibə səs-küy doğurdu

    Vidadi İsgəndərlinin qəzetimizə verdiyi müsahibə ...

    20-12-2013, 19:24

  • 
  • İş adamı Elşad Məmmədlinin hüquqlarını Vidadi İsgəndərli müdafiə edəcək-VİDEO

    İş adamı Elşad Məmmədlinin hüquqlarını Vidadi ...

    11-07-2014, 01:13

  • 
  • Vidadi İsgəndərlinin ailəsinə sığınacaq verilməkdən imtina edilib

    Vidadi İsgəndərlinin ailəsinə sığınacaq ...

    1-05-2013, 15:53

  • 
  • Vidadi İsgəndərli “Muğanbank”ı ittiham edir

    Vidadi İsgəndərli “Muğanbank”ı ittiham edir ...

    25-03-2013, 10:34

  • 
  • Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb?

    Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb? ...

    25-05-2014, 12:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu