GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycan hökuməti demokratiyaya hazır deyil

Azərbaycan hökuməti demokratiyaya hazır deyil

Tarix: 11-04-2013, 10:11 Bölmə :Müsahibə Baxış: 801
Azərbaycan hökuməti demokratiyaya hazır deyil

Eldəniz Quliyev:
“EL Hərəkatı olaraq biz həm demokratik müxalifətin bir
araya gəlməsinə çalışacağıq, həm də Azərbaycan iqtidarının
azad, şəffaf və demokratik seçkilər keçirməsinə məcbur edəcəyik”


Suallara EL Hərəkatı İdarə Heyətinin üzvü, Azərbaycan Ziyalılar Hərəkatının sədri, dramaturq və ictimai siyasi xadim Eldəniz Quliyev cavab verib. Ziyalı EL Hərəkatından, gənclərə qarşı hakimiyyətin apardığı repressiyadan, insan hüquqlarından, seçkilərin demokratik keçirilməsinin yollarından, demokratik düşərgənin birləşməsi üçün potensialın səfərbər olunmasından, Naxçıvanda baş verən biabırçı olaydan, seçkilərdən və hakimiyyətin durumundan danışıb.
- Eldəniz müəllim, EL Hərəkatının İbrahim İbrahimlinin Naxçıvanda yerli hakimiyyət tərəfindən oğurlanıb təhqir edilməsini, fiziki və mənəvi təzyiqlərə məruz qoyulmasına münasibəti necədir?
- Bu məsələyə münasibət birmənalıdır. Azərbaycan hakimiyyəti xalqın və demokratiyanın timsalında özünün qatı düşmənini görür. Əgər bir insan öz dövlətində sərbəst hərəkət edə bilmirsə, yas mərasiminə getdiyi halda oğurlanıb döyülürsə, mənəvi və psixoloji təzyiqlərə məruz qoyulursa və hətta adət-ənənəyə ziddi çıxırılırsa, bu pislənməlidir. Bu iyrənc bir nümunədir və şiddətlə pislənməlidir. Ümumiyyətlə bu hadisənin baş verməsi nədən xəbər verir? Əgər bir hakimiyyət öz xalqına qarşı düşmən mövqe tutursa buna nə ad vermək olar? Təbii ki, bu düşməni münasibətdir. Həmdə nəzərə almaq lazımdır ki, bu hakimiyyət məhz bu xalqın hesabına varlanıb, iqtidara gəlib və hazırda zənginləşməkdə davam edir, onun milli sərvətini və malını talamaqda bir an belə dayanmır. Demokratiya Azərbaycan hakimiyyətinin qatı düşmənidir və iqtidar bu dəyərlərə sözün əsl mənasında qənimə çevrilib. Biz bu halı pisləyirik. Hesab edirik ki, İbrahim İbrahimliyə qarşı baş verən bu iyrənc hadisənin sifarişçiləri və icraçıları dərhal müəyyən olunmalı və cəzalandırılmalıdır. Bu məsələdə yüz illər boyu dəyər halına gəlmiş milli ənənələrimiz pozulub. Hətta yas və toy mərasiminə insanın düşməni gələndə belə ona qarşı artıq hərəkət edilmirdi. İndiki halda yaşananlar çox pis nümunədir.
- EL Hərəkatının qərargahı ilə bağlı son durum nədən ibarətdir, sizin Novxanıda olan ofisinizdə bağlandımı?
- Qərargahla bağlı Azərbaycan iqtidarı qeyri ənənəvi, qeyri hüquqi və sivil hərəkətlərdən kənar addımlar atır. Daha dəqiq desək biz harada qərargah tapıb məskunlaşırıqsa, bundan bir neçə gün sonra hakimiyyət həmin mülkün sahibinə təzyiqlər edir və bizi ofisdən çıxarmağa çalışır. Əlbəttə ki, hakimiyyətin bu addımı Azərbaycan Konstitusiyasının bizə verdiyi hüquq və azadlıqların pozulması anlamını verir. Bu insanların azad siyasi fəaliyyət göstərməsi hüququna da təcavüzdür. Mən bilmirəm ki, Azərbaycan iqtidarı bu addımlarla nəyə nail olmaq istəyir. EL Hərəkatı xalqın hərəkatı olmaq missiyasını üzərinə götürüb və bu istiqamətdə addım-addım irəliləyir. Belə getsə bütün Azərbaycan El Hərəkatının qərargahına çevriləcək. Odur ki, mən tövsiyə edərdim ki, hakimiyyət bu tədbirlərini saxlasın.
- Hazırda sizin qərargahınız varmı?
- Hazırda biz bu istiqamətdə işləyirik. Sözsüz ki, bir neçə gündən sonra yeni qərargaha köçəcəyik. Hakimiyyətə də, məsləhət görürük ki, qeyri qanuni və barbar üsulundan imtina etsin.
- Eldəniz bəy, bu saat EL Hərəkatının qərargahı yoxdurmu?
- Azərbaycan məmləkəti bizim qərargahımız və ofisimizdir. Azərbaycan xalqı harada varsa, yaşayırsa, ora bizim üçün qərargahdır. Yəni bu sarıdan problem görmürük. Biz xalqla işləyirik.
- El Hərəkatı bəyan edirdi ki, ölkə üzrə ciddi təşkilatlanma işi həyata keçirir, əksər rayonlarda yerli şöbələr yaradır və s. Bu istiqamətdə real vəziyyət nədən ibarətdir?
- Yaxın bir neçə gündən sonra bu haqda ətraflı məlumat veriləcək. Qeyd edim ki, yerlərdə təşkilatlanma işləri gedir. Hətta bu iş, biz gözlədiyimizdən də sürətli şəkildə gedir. Məsələn, elə ərazilər var ki, biz ora getməmişik, təşəbbüs belə göstərməmişik, amma həmin ərazidə insanlar öz təşəbbüsləri ilə təşkilatlanma işi həyata keçirirlər. Əlbəttə ki, bu müsbət haldır və tərəfimizdən dəstəklənir. Bizim rayonlarda nümayəndələrimiz yaranır. Çünki Azərbaycan xalqı artıq öz taleyinə biganə yanaşmaq istəmir, əksinə aktiv olmaq niyyətindədir.
- Siyasi partiyalardan fərqli olaraq El Hərəkatında heçdə eyni fikirli və mövqeli insanlar birləşmirlər. Əksinə, burada müxtəlif fikirli insanlar bir araya gəliblər. Bu insanların sona qədər bir yerdə olması ehtimalı nə dərəcədə realdır?
- Məncə, əsas odur ki, müxtəlif cür düşünən insanlar bir yerdədirlər. İkincidə, burada əsas məqam ondan ibarətdir ki, söhbət eyni fikirdə olmaqdan daha çox eyni əqidə də olmaqdır. Məqsəd naminə bir araya gəlmək, birgə fəaliyyət göstərmək və bir iş görmək əsasdır. Təbii ki, burada müxtəlif fikirli insanlar ola bilər. Çünki El Hərəkatı demokratik bir qurumdur. Əsas məqsəd odur ki, görülən iş Azərbaycan xalqının xeyrinə olsun, azad və demokratik seçkilərə nail olunsun. Bunun yollarını hərə bir cür görə bilər. Əsas odur ki, hamı bu məqsədə nail olmağı vacib hesab edir.
- Siz qarşıdan gələn prezident seçkilərində tərəf kimi iştirak etməkdə qərarlsınızmı, yoxsa məqamı gələndə qərar verəcəksiniz, hətta başqa bir namizədi dəstəkləyəcəksiniz?
- Nəinki seçkilərdə tərəf kimi iştirak etməyi düşünürük, həmdə ciddi şəkildə iştirak etməyi planlaşdırırıq. EL Hərəkatı olaraq biz həm demokratik müxalifətin bir araya gəlməsinə çalışacağıq, həm də Azərbaycan iqtidarının azad, şəffaf və demokratik seçkilər keçirməsinə məcbur edəcəyik. Bu bizim strateji məqsədlərimizdən biridir.
- Siz Azərbaycanda zad və ədalətli seçkilər keçirilməsi ehtimalını nə dərəcədə real hesab edirsiniz?
- Xeyr. Azərbaycanda son 20 ildə demokratik seçkilər keçirilməyib. Hakimiyyət demokratik və şəffaf seçkilər keçirməyə hazır deyil. Ümumiyyətlə Azərbaycan hökuməti demokratiyaya hazır deyil. Bizim hakimiyyət nümayəndələri xarici səfərləri zamanı, eləcədə beynəlxalq təşkilatlarda çıxışlarında açıq şəkildə bildirirlər ki, Azərbaycan xalqı demokratiyaya hazır deyil, ona vaxt verilməlidir və s. Ancaq hadisələr göstərir ki, Azərbaycan xalqı demokratiyaya hazır olsa da, Azərbaycan hökuməti demokratiyaya hazır deyil. O cümlədən hakimiyyət azad seçkilər keçirməyə də hazır deyil və bu haqda düşünmür də. Amma bu o demək deyil ki, biz normal və ədalətli seçkilər keçirə bilmərik. Əksinə, nəzərə almaq lazımdır ki, seçki xalqın iradəsinin təzahürüdür. Xalq dərk etsə ki, ləyaqətli seçki keçirmək üçün aktiv iştirak etmək vacibdir, öz taleyini kiminsə ixtiyarına buraxmaq olmaz, bax, bu zaman biz qismən də olsa normal seçki keçirə bilərik. Yetər ki, xalq öz hüquqları haqqında düşünsün və onu tələb etsin. Mən əminəm ki, aktivlik olsa normal seçkilərə nail olmaq da olar. İnsanda ən sonda ümid ölür. Mən xalqın öz hüquqları uğrunda aktiv olacağına və qismən azad seçkilər keçiriləcəyinə əminəm.
- Bizim Yol qəzetinə müsahibə verən siyasi şərhçi Rauf Mirqədirov bəyan edib ki, Eldəniz Quliyev İran və Rusiya meylli ictimai-siyasi xadimdir ...
- Rauf Mirəqidorva hörmətlə yanaşıram, onu siyasi şərhçi olaraq yüksək qiymətləndirirəm. Hər halda onun özünün şəxsi fikri ola bilər və mən bundan qətiyyən narahat deyiləm. Yəqin ki, Rauf Mirqədirov nəyəsə əsaslanaraq bunu deyir. Amma mən hər zaman müstəqil adam olmuşam, bəzi hallarda heç atamın da sözünə baxmamışam. Mənim iradəm, arzum və istəyim Azərbaycanın normal dövlətin olmasından ibarətdir. Qoy burada qanunun aliliyi olsun, insanlara hörmət edilsin, qanunlar insanların təhlükəsizliyini təmin etsin. Məndə bir dramaturq olaraq gedib öz işlərimlə məşğul olum. Əgər mən bu işə qoşulmuşamsa, gəlib siyasətə qədər çıxmışamsa, deməli ölkədə çox ciddi problemlər var. Rauf Mirqədirov səhv edir və çox güman ki, özü də səhv etdiyini anlayır.
- Rauf Mirqədirov bu fikirlərini Rusiya-Azərbaycan münasibətləri konteksində deyib, xüsusilə Moskvada “Milyarderlər ittifaqının” yaradılmasını, Ziyalılar Forumunun aktivləşməsini, EL Hərəkatının təsis edilmısini və nəhayətdə sizin də bu qurumda olmağıınızı vurğulayıb...
- Mən bir daha qeyd edirəm ki, Mirqədirov yaxşı analitik və texnoloqdur. Həmdə gözəl jurnalistdir. Təbii ki, onun özünün fikirləri və ya beyninin təxəyülü ola bilər. Onu da qeyd edim ki, Mirqədirov bəzən özünə sərbəstlik verir və bir çox hallarda analizində nəcins xəstəliyinə düçar olan adamlar kimi danışır. Başqa sözlə desək özünə vurğunluq onu obyektivlikdən və reallıqdan uzaqlaşdırır.
- El Hərəkatınıın Moskvaya bağlanması, Kremlin təsiri altında olması haqqında iddialara münasibətiniz necədir?
- Bilirsinizmi, Pifaqor özünün teoremasını kəşf edəndə o qədər sevinib ki, nəticədə allahlara yüzdən çox öküzü qurban kəsib. O vaxtdan bu yana yeni bir şey yarananda qorxudan öküzləri titrəmə tutur. Bu mənada hərə bir söz danışacaq, amma ortada real fakt yoxdur və bu səbəbdən də EL Hərəkatı kiminsə iradəsi ilə fəaliyyət göstərən hərəkat kimi təqdim edilə bilməz. Bu hər zaman belə olub. Azərbaycanda yeni nəsə yeni yarananda belə iddialar və əsassız fikirlər səsləndirilib. Ancaq biz belə fikirlərin səslənməsindən narahat deyilik Çünki hər zaman belə olub. Biz başımızı aşağı salıb öz işimizlə məşğuluq və xalqımızın aktiv olmasını, demokratik düşərgəninin resurslarını birləşdirməklə məşğuluq. Kimin hansı söhbət edirsə, bu da onların şəxsi işidir. Bu bizim fəaliyyətimizə təsir edə bilməz.
- Son zamanlar hakimiyyət gəncliyə qarşı repressiyaya start verib, hər gün gənc fəallardan kimlərsə prokurorluğa və ya polisə dəvət edilir. Bu faktı necə qiymətləndirirsiniz?
- Bu repressiv idarəçilik üsuludur və göstərmək istəyirlər ki, güclü hakimiyyətdirlər. Əslində onlar dərk etməlidir ki, Azərbaycan xalqı özü üçün artıq bir şeyi dəqiq müəyyən edib. Azərbaycan xalqına güclü hakimiyyət deyil, effektiv hakimiyyət lazımdır. Xalq istəyir ki, onun haqqını qoruyan bir dövlətdə sərbəst və azad yaşasın. Bu hakimiyyət isə repressiv üsullardan istifadə edir. Mən buna təəssüf edirəm. Çünki xalqa qarşı getməyin perspektivi yoxdur.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • El hərəkatından pul qalmaqalına təkzib gəldi

    El hərəkatından pul qalmaqalına təkzib gəldi ...

    8-05-2013, 18:36

  • 
  • XXI əsrdə feodal idarəetmə

    XXI əsrdə feodal idarəetmə ...

    8-04-2013, 10:22

  • 
  • “Əflan İbrahimov Hafiz Hacıyevin gizli adamıymış”

    “Əflan İbrahimov Hafiz Hacıyevin gizli adamıymış” ...

    24-08-2013, 13:44

  • 
  • Milli Şuradan iqtidara ÇAĞIRIŞ: “Hakimiyyətlə dialoqa hazırıq”

    Milli Şuradan iqtidara ÇAĞIRIŞ: “Hakimiyyətlə ...

    27-06-2013, 12:47

  • 
  • Eldəniz Quliyev: “Bəlkə Müsavat getsə, Milli Şura daha sağlam olar”

    Eldəniz Quliyev: “Bəlkə Müsavat getsə, Milli Şura ...

    28-12-2013, 17:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu