GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İstəyirlər ki, sabah seçki günü bunlara mane olan bir qüvvə olmasın

İstəyirlər ki, sabah seçki günü bunlara mane olan bir qüvvə olmasın

Tarix: 18-04-2013, 10:17 Bölmə :Müsahibə Baxış: 878
İstəyirlər ki, sabah seçki günü bunlara mane olan bir qüvvə olmasın

İslam Partiyasının sədri Elçin Manafov:
“Bütün sağlam qüvvələrə vahid namizəd ideyasını müzakirə etməyə hazırıq”


Suallara İslam Partiyasının sədri Elçin Manafov cavab verib. O, qarşıdan gələn prezident seçkilərində iştirakdan, müxalifətin vahid namizədindən, İslam Partiyasının imkanlarından, son zamanlar həbs olunan dindar və qeyri dindar şəxslərdən danışıb. Habelə İran-Azərbaycan münasibətləri, Azərbaycanda İran meylli qüvvələrlə bağlı uzun illərdir ki, səsləndirilən iddialardan, 30 milyonluq bir ulusun İran adlanan bir ölkədə ana dilində təhsil almamasından və Tehranın Ermənistana yardım göstərməsi haqda suallara reaksiya verib.

- İslam Partiyasının siyasi fəaliyyəti varmı, əsasən hansı istiqamətdə iş aparırsınız?
- Bizim fəaliyyətimiz hər zaman olub və bu gün də var. Hazırda fəaliyyətimiz daha çox qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlıdır. Biz çalışırıq ki, seçkilərdə aktiv və ciddi iştirak edək. Ona görə də, seçkilər prosesinə ciddi şəkildə hazırlaşırıq.
- İslam Partiyasının seçkilərdə təkbaşına iştirak etmək üçün potensialı varmı?
- Əlbəttə var. Niyə də olmasın. Bu bizim haqqımızdır.
- Seçkiyə gedən partiyanın rayonlarda, bölgələrdə ciddi dayaqları, yerli şöbələri olmalı deyilmi?
- Biz seçkiyə çoxdan hazırlaşırıq və bu haqda mətbuatda da elan vermişik. Bizim seçkidə iştirak etmək üçün potensialımız var. Bir çox rayonlarda partiyanın yerli komitələri fəaliyyət göstərir. Onu da bildirim ki, biz artıq regionlarda görüşlər keçirmişik. Həm də bizim bölgələr üzrə əlaqələndiricilərimiz var. Yəni şimal zonası, cənub zonası üzrə xüsusi koordinatlarımız var. Biz artıq dörd zona üzrə görüşlərimizi keçirmişik. Bir sözlə seçki hazırlığına start vermişik və partiyanın rayon komitələri hazırlıqlar aparır. Onu da qeyd edim ki, İslam Partiyasının ümumilikdə otuza yaxın rayonda yerli komitələri var. Üstəlik zona üzrə əlaqələndiricilər müəyyən etmişik ki, işlərimiz effektiv və operativ olsun.
- İslam Partiyasının aktiv nə qədər üzvü var?
- Bizim üzvlərimiz çoxdur. Əlbəttə, mən indi konkret olaraq üzvlərimizin sayını deyə bilmərəm. Bildiyiniz kimi partiyanın Nərimanov rayonunda olan qərargahının qapısını möhürlədilər və uzun müddət ora bağlı qaldı. Bundan sonra isə bizim partiyanın sənədləri demək olar ki, yoxa çıxdı. Ona görə də, indi konkret cavab verə bilmirəm. Amma onu deyə bilərəm ki, partiyanın üzvlərinin ümumi sayı 30 min nəfərdən az deyil.
- İslam Partiyasının hazırda qərargahı varmı, yoxsa səyyar fəaliyyət göstərirsiniz?
- Qərargahımız var. Biz icarəyə qərargah götürmüşük və şükürlər olsun ki, bir yerə toplaşa bilirik. Nərimanovda olan qərargahımızı isə bizim əlimizdən faktiki olaraq aldılar. Belə ki, qərargahı uzun illər həbsdə saxladılar. Sonra isə qərargahın sahibinə təzyiq etdilər ki, oranı İslam Partiyasına verməsin. Bundan sonra bizdə məcbur olduq ki, bir müddət səyyar fəaliyyət göstərək. Hər nə olsa da, biz işimizi aparmışıq. Düzdür, indi yer tapmışıq və fəaliyyətimizi davam etdiririk. Amma bundan qabaq heç yerimiz də yox idi və məcbur olub məsciddə və ya çayxanada toplaşırdıq. Ancaq bütün hallarda fəaliyyətimizə ara vermədik. Hətta o zaman həbslər apardılar, fəaliyyətimizə məhdudiyyətlər tətbiq etdilər, amma biz dayanmadıq.
- Hazırda İslam Partiyasının neçə üzvü həbsdədir?
- Həbsdə olanlarımız çoxdur. Elələri var ki, partiyada rəhbərlikdə təmsil olunur, elələri də var ki, sadəcə partiyamızın sıravi üzvüdür. Bizim həbsdə olan məşhur üzvlərimiz bəllidir. Mən Ruhulla Axundzadənin adını çəkə bilərəm. Eləcədə Hacı Vaqif həbsdə dünyasını dəyişdi. Sonradan Arif Qəniyevi də həbs etdilər. Çoxlu sayda üzvlərimiz saxlanılıb. Bu işlərlə daha çox müdafiə komitəsi məşğul olur.
- Sizin prezidentliyə namizədiniz kim olacaq?
- Əslində çoxluğun istəyi budur ki, biz Hacı Möhsüm Səmədovun namizədliyini irəli sürək. Əlbəttə, onun özü buna razılıq versə, İslam Partiyası onun namizədliyini dəstəkləyəcək. Yox əgər, onun özünün buna imkanı olması , bu zaman onun timsalında bir nəfər olmalıdır ki, kriteriyalara cavab versin və bizdə onu dəstəkləyək.
- Sizin namizədiniz hökmən islamçı, dindar olmalıdır?
- Yox. Düzdür, biz kampaniyamızı “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda islami hərəkat” adlandırmışıq. Amma biz islami hərəkat deməklə həmdə məhdudiyyətlər qoymamışıq ki, namizədimiz hökmən islamçı olmalıdır. Əksinə, kriteriyalara cavab verən, keyfiyyətli namizəd olmalıdır. Bu düzgün, ədalətli, əxlaqlı, vətənini və xalqını sevən insan olmalıdır. Namizəd həqiqətən də xalqına xidmət edən şəxsiyyət olmalıdır. Hakimiyyətə gələn hər bir şəxs xalqına zülm etməli deyil, onun xidmətində durmalıdır. Eləcədə dinə və digər milli-mənəvi dəyərlərə ziyan vurmamalıdır.
- Hacı Möhsün Səmədov həbsxanadan prezidentliyə namizəd olacağını bəyan edib. Bundan xəbəriniz varmı?
- Bəli, biz bundan məlumatlıyıq. Əgər Hacı Möhsün namizədliyini irəli sürərsə onu nəinki islamçılar, hətta qeyri islamçılar belə müdafiə edəcək. Çünki onun şəxsiyyətini çoxları tanıyır. Əslində onu zindana salmaqla nəinki onu həbs etdilər, əksinə, onu bu cəmiyyətə tanıtdırdılar, şəxsiyyətini bir növ açdılar və təbliğatını apardılar. Bütün insanlar gördü ki, Hacı Möhsün necə keyfiyyətli insandır. Bir sözlə onun həbsi hakimiyyətin əleyhinə, onun özünün isə lehinə oldu.
- Sizinlə qərbyönlü siyasi partiyalar arasında münasibətlər necədir, belə çağırışlar var ki, siyasi repressiyaların qarşısında durmaq üçün birləşmək lazımdır...
- Biz bütün sağlam qüvvələrə, xalqın sadiq oğullarının hamısının üzünə qucaq açmışıq. Təki ortada olan ideyalar xalqa və vətənə xidmət olsun. Nəinki əvvəldə qurana əl basıb sonradan xalqa zərbə vursun.
- Bəs niyə bir yerdə deyilsiniz?
- Bizim heç kəslə düşmənçiliyimiz yoxdur. Bir yerdə olmağımızı istəyən bütün qüvvələrlə birgəyik. Biz özümüzü təcrid etməmişik. Hamıya münasibətimiz yaxşıdır, əsas odur ki, niyyət təmiz olsun.
- Son zamanlar baş verən həbslərə münasibətiniz necədir?
- Bizim həbslərə münasibətimiz kəskin və pisdir. Təmiz insanları saxta ittihamlarla həbsini pisləyirik. Biz belə hadisələrdən hər zaman narahat olmuşuq. O yerdə ki, bacarırıq, onların müdafiəsinə qalxırıq. Bütün hallarda biz həbsləri pisləyirik və bunun yolverilməz olduğunu bəyan edirik.
- Son zamanlar həmdə dindarlar həbs edilir və həbs edilənlərin əksəriyyəti şiə təriqətinə məxsus olan şəxslər olur. Bu təsadüfidirmi?
- Görünür özlərinə təhlükə hiss edirlər. Ola bilsin ki, artıq islamçıların qüdrətindən və vəhdətindən qorxurlar. Ona görə də, məxsusi problemlər, maneələr yaratmağa başlayıblar. Yəqin istəyirlər ki, sabah seçki günü bunlara mane olan bir qüvvə olmasın. - Ancaq belə iddialar var ki, son zamanlar məhz şiə təriqətinə məxsus olan dindarların həbsi İran-Azərbaycan münasibətləri ilə bağlıdır və bu yolla Azərbaycan tərəfi İranın təzyiqlərini azaltmaq, İran meylli qüvvələrin stimullaşdırılmasına imkan vermir... - Əlbəttə, bu boş iddialar və ittihamlardır. Bizim İranla bağlılığımız ancaq dini liderimizin orada olması ilə əlaqədardır. Biz Xomneyi ağanı özümüzə dini lider olaraq qəbul edirik. Amma dövlət olaraq bizim dövlətimiz Azərbaycandır. Bunlar ayrı-ayrı şeylərdir. İrana bağlılığımız siyasi deyil, mənəvidir. Odur ki, bunlar bəhanədir.
- İranda lideri olduğunu elan edən bir siyasətçinin və ya təşkilatın Azərbaycanda prezident seçkilərində iştirak etməsi təhlükəli tendensiya deyilmi?
- Yox. Mən ona görə deyirəm ki, bütün şiələrin və islamçıların rəhbəri Xomeyini ağadır və bunun siyasətə aidiyyəti yoxdur. Söhbət mənəvi liderdən gedir.
- Ancaq hənəfilər Xomeyini ağanı lideri hesab etmirlər...
- Bütün islamçıların lideridir. Əgər kor günəşi görmürsə, onun varlığını inkar edə bilməz ki.
- İranın Ermənistana hər cür dəstək verməsini, 30 milyonluq Azərbaycan türkünün milli mədəni hüquqlarını tanımamasını necə qiymətləndirirsiniz?
- Bu geniş mövzudur. Dilə gələndə biz iddia edə bilmərik ki, məhdudiyyət var. Bizdə də talışlar var və iddia edə bilərlər ki, öz dilimizdə məktəb olsun...
- Azərbaycanda talışların öz dilində ibtidai məktəbləri var, amma İranda yoxdur...
- Yəni dövlətdə bir ümumi dil olmalıdır da.
- İranda 100 min deyil, 30 milyon azəri türkü var. Bu sayda insanın ana dilində danışmasının və təhsil almaması normalda dövlətin cinayət hadisəsi deyilmi...
- Mən istəmirəm bu mövzuya girəm. Bu dövlətlərin işidir. Əslində bu məsələlər haqda İranın səfiri danışmalıdır.
- Siz İranın Ermənistana ciddi şəkildə dəstək verməsini pisləyirsiniz, yoxsa bunu normal hal kimi qiymətləndirirsiniz?
- Əgər bu sübut olunursa, biz şübhəsiz ki, bu halı qəbul edə bilmərik. Amma dini rəhbərimizin özü də çıxış edərək bəyan edib ki, Ermənistana hər hansı bir dəstək islamçılıq deyil.
- Bəyəm siz İran İslam Respublikasının düşmən Ermənistanı neft və qazla təmin etməsini bilmirsiniz?
- Bizdə də, məlumatlar var ki, bu Azərbaycandan gedir. Düzdür, birbaşa getməsə də, dolayısı yolla Ermənistana daxil olur.
- İran rəsmi olaraq Ermənistana neft və qaz verdiyini inkar etmir, bəs siz niyə inkar edirsiniz?
- Bu başqa mövzudur. Siz nəzərə alın ki, bu mövzular mənim cavab verəcəyim məsələlər deyil. Fikrimcə, bu səfirlik və ya İran rəsmiləri cavab verə bilər. Biz İranın müdafiəçisi deyilik.
- İslam Partiyasının vahid namizəd ideyasına münasibəti necədir, belə fikirlər səslənir ki, hakimiyyətə real müxalifətdə olan qüvvələr seçkiyə vahid namizədlə getsinlər...
- Biz belə müzakirələrə hazırıq. Əgər namizəd istənilən keyfiyyətlərə cavab verərsə, biz buna etiraz etmirik. Biz əxlaqlı seçki və ədalətli hakimiyyət istəyirik. Elə bu istiqamətdə də hərəkata qalxmışıq. Bu prosesdə hər kəs iştirak edə bilər. Yəni islamçı və ya qeyri islamçı kimi bir fərqləndirmə yoxdur.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP sədri: “Seçkidə vahid namizədlə iştirak etməliyik”

    AXCP sədri: “Seçkidə vahid namizədlə iştirak ...

    30-05-2013, 12:30

  • 
  • İslam Partiyasının sədr müavini Ruhullah Axundzadə infarkt keçirib

    İslam Partiyasının sədr müavini Ruhullah ...

    18-05-2013, 01:38

  • 
  • Müxalifətin seçki planları

    Müxalifətin seçki planları ...

    1-01-2013, 15:02

  • 
  • MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

    MSK seçici fəallığı ilə bağlı yekun nəticələri ...

    9-10-2013, 21:40

  • 
  • Azərbaycanda hansı müxalifət partiyasının sədri 85 min manata maşın aldı?

    Azərbaycanda hansı müxalifət partiyasının sədri ...

    3-12-2013, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu