Bir çox qlobal məsələlərin həllində, beynəlxalq təşəbbüslərin həyata keçirilməsində siyasi özgürlük və insan hüquqları məsələsinə xüsusi diqqət yetirilir. -Hörmətli İntiqam müəllim, demokratik dəyərlər dedikdə sizcə Azərbaycanda nələr əksikdir ki, biz bu dəyərləri həyata keçirməklə cəmiyyətin inkişafına nail ola bilərik? – Bilirsiniz Avropa dəyərləri dedikdə ilk növbədə insan hüquqlarına hörmət prinsipindən söhbət gedir. İnsanların ifadə azadlığı və başqa şəxsin fikrinə hörmət qərb cəmiyyəti üçün fundamental hüquqlardan sayılır. Elementar bir şey bildirim ki, Avropada yaşayan istənilən xalqlar öz tarixləri, mədəniyyətləri barəsində müxtəlif növ tədbirlər keçirirlər. Bu da kifayət qədər normal qarşılanır. Bizdə isə pozulmuş hüququna qarşı apardığın mübarizə həbsxanaya salınmaqla nəticələnir. Təsəvvür edirsinizmi ki, neçə illərdir biz siyasi məhbus məsələsini həll edə bilmirik. Bu da bizim beynəlxalq imicimizə təbii olaraq mənfi təsir göstərir. - İntiqam bəy, məsələ yenə siyasi fəaliyyətin üzərinə gəldi, avropa dəyərləri dedikdə ancaq siyasi dəyərlər xatırlanmalıdır? – Bilirsiniz, Azərbaycanda hakimiyyətin əlində olan mətbuat məqsədli bu tenensiyanı yayır. Ona görə ki, Avropada vətəndaş siyasi cəhətdən özgürdür, müstəqildir. Eyni zamanda vətəndaşlarının siyasi özgürlüyü olmayan hökumətlərə qarşı mənfi münasibəti görünür. Bir çix qlobal məsələlərin həllində, beynəlxalq təşəbbüslərin həyata keçirilməsində siyasi özgürlük və insan hüquqları məsələsinə xüsusi diqqət yetirilir. Avropa dəyərləri bizə təbliğ edir ki, ittiham olunan şəxsdən hüququn və məntiqin diliylə ifadə almaq lazımdır. İşgəncə yoluyla ifadə alınacaqsa sabah minlərlə günahsiz insandan bu metodla “etiraf” izahatının alınması qaçılmaz olacaqdır. Yaxın gələcək üçün hansı addımlar atıla bilər ki, hesab etdiyiniz dəyərlərin tətbiqi mümkün olsun? - İlk növbədə hakimiyyət Vətəndaş Cəmiyyəti fəallarına qarşı sıxışdırmanı qanun çərçivəsində və praktikada aradan qaldırmalıdır. Bizim təşkilatın qeydiyyat perspektivinə mən inanmıram, halbuki bu biszim konstitusion hüququmuzdur. Eyni zamanda siyasi məhbusların azad edilməsi bizim dünyada yaxşı mövqeyimizin formalaşmasına təsir edə bilər. Təbii ki, müsbət istiqamətdə. İnsanların fikir müxtəlifliyi, yəni pluralizm demokratiyanın əsas prinsiplərindəndir və bu plüralizmin ifadə olunması çox vacibdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?