GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qərb institutlarının mövqeyi göstərir ki, onlar qətidir və hələlik kompromisə getmək niyyətində deyillər”

“Qərb institutlarının mövqeyi göstərir ki, onlar qətidir və hələlik kompromisə getmək niyyətində deyillər”

Tarix: 14-06-2016, 19:22 Bölmə :Müsahibə Baxış: 391
“Qərb institutlarının mövqeyi göstərir ki, onlar qətidir və hələlik kompromisə getmək niyyətində deyillər”

Mehman Əliyev: “Bir tərəfdən islahatlara getməyə məcburdurlar, digər tərəfdən düşünürlər ki, islahatlara hakimiyyətin sonu ola bilər”

“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev suallara cavab verib. Müsahibimiz əsasən Azərbaycanda müşahidə olunan siyasi proses, hakimiyyətin iqtisadi və siyasi səhnədə atdığı addımlar, siyasi məhbus problemi, Azərbaycan hakimiyyəti ilə Qərb ölkələri arasında münasiblətlər, neft amili, onun qiymətinin dünya bazarında artan templə irəliləməsi və digər istiqamətlər üzrə fikirlərini bölüşüb.

- Mehman müəllim, son zamanlar verilən əfv fərmanı, eləcədə Ali və Apelyasiya məhkəmələri vasitəsilə bir qrup siyasi məhbus azadlığa çıxsa da, problem tam həll edilməyib. Bu mənada gözləntiniz nədən ibarətdir?

- Bir şeyi anlamaq lazımdır. Azərbaycanda 2014-cü ilin sonundan etibarən vəziyyət kəskin sürətdə dəyişib. 2015-2016-cı illərdə biz bunun şahidi olduq. Yəni hökumətin apardığı siyasi-iqtisadi siyasəti iflasa uğradı. Azərbaycan hakimiyyəti inkişafı və rifahı 10 il geriyə atdı. Bütün göstəricilər göz qarşısındadır. Yaxın 5-6 il üçün perspektivlər də onu göstərir ki, biz inkişafda geridə qalacağıq. Bu real vəziyyətdir, çünki itkilər çoxdur. Belə bir durumda islahatların aparılması qaçılmaz olur. Başqa sözlə, ya islahat, ya inqilab. Üçüncü variant yoxdur. Çünki insanlar aclığa çox dözə bilməyəcək. Deməli narazılıq artacaq. Fikrimcə, bunu hakimiyyət də anlayır. Əslində sizə deyim ki, hakimiyyət 2014-cü ildə vətəndaş cəmiyyətini susdurmaq, fəalları həbs etməklə bəyan etdi ki, bütün bunların səbəbi Azərbaycanda rəngli inqilabların keçirilməsinin qarşısını almaqdır. Onlar gözləyirdilər ki, hansısa problemlər vətəndaş cəmiyyəti tərəfindən yaradılacaq. əslində isə hakimiyyət apardığı siyasətlə özü özünə bu problemi yaratdı. Bu mənada indi həbsxanalarda siyasi məhbusların saxlanılması çox mənasız bir işdir. Onları ona görə həbs etmişdilər ki, Azərbaycanda inqilabın qarşısını alsınlar. Ancaq inqilab baş verdi.

- Hansı inqilabı nəzərdə tutursunuz?

- İndiki rejim 2010-cu ildə olan rejim deyil. Əksinə, indi bu rejim daxildə və xaricdə kifayət qədər zəif, getdikcə zəifləyən bir rejimdir. Diqqət etsəniz görərsiniz ki, hakimiyyət nümayəndələri səfər etdikləri ölkələrdən Azərbaycana pul gətirmək, investisiya cəlb etmək üçün danışıqlar aparırlar. Prezidentin Almaniya səfərində də bu özünü göstərdi. Fikrimcə, vəziyyət əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Odur ki, islahatlara gedilməsi, siyasi məhbusların probleminin həll edilməsi qaçılmaz olaraq qalır.

- Düşünürsünüz ki, Azərbaycan hökuməti islahatlara gedəcək?

- Əlbəttə, hökumətin islahatlara getməsi çətindir. Çünki özləri də, bunu dəfələrlə vurğulayıb. Mən bilirəm ki, mühüm qurum və şəxslərlə görüşdə onlara deyiblər ki, sizin təklif etdiyiniz

islahatlar o deməkdir ki, biz hakimiyyətdən getməliyik. Yəni islahlar sonda demokratiya və azadlığa gətirir. Bu zaman isə azad seçki məsələsi ortaya çıxır. Hakimiyyətə deyilib ki, islahatlar sizin hakimiyyətdən getməyiniz demək deyil. Xalqa xidmət edin, onunla dil tapın və hakimiyyətdə qalmaqda davam edin. Çünki azad seçkilərdə kimin hakimiyyətdə oturmasını xalqın özü müəyyən edir. Ancaq hökumət daima başqa siyasət aparıb. İndi anlayırlar ki, demokratiyanın olması onların sonu deməkdir. Odur ki, indi çətin və ziddiyyətli bir durumdadır. Bir tərəfdən islahatlara getməyə məcburdurlar, digər tərəfdən düşünürlər ki, islahatlara getsək bu hakimiyyətin sonu ola bilər. Bax bu səbəbdən də, vəziyyəti uzadır, yubadırlar. Bəlkə də, ümid edirlər ki, sabah neftin qiyaməti 100 dollara qalxacaq, tarixi məqam dəyişə, bəlkə hakimiyyətə qarşı qərb tərəfdən səslənən iradlar dayandırıldı və s. Bir sözlə, indi hakimiyyət sanki axtarışdadır. Bu da, cəmiyyət və dövlət üçün ciddi problem yaradır. Çünki 1 il yarımdır ki, əslində heç bir islahat aparılmayıb. Yalnız ayrı-ayrı addımlar atılıb. Hakimiyyət söz vermişdi ki, ortaya islahatlar proqramını qoyacaq. Ancaq indiyə qədər belə bir proqram ortaya qoyulmayıb. Odur ki, indi ziddiyyətli durum haqda danışmaq olar. Ancaq qərb institutlarının mövqeyi göstərir ki, onlar qətidir və hələlik kompromisə getmək niyyətində deyillər, bizim hakimiyyətdən real islahatların aparmasını gözləyirlər.

- Neftin qiyməti 51 dolları keçir. Görüntü belədir i, hakimiyyət qarşılaşdığı böhranı yoluna qoyaraq əvvəlki kursunu davam etdirəcək. Bunu real yanaşma hesab etmək olarmı?

-Əslində 50 dollar balaca vəsaitdir. Bizim büdcədə neftin payı birbaşa 55-60, dolayısı yolla isə 70 dollar olub. Əgər neftin qiyməti iki dəfə aşağı düşübsə, deməli problemlər var. Onsuzda bizim dövlət büdcəmiz iki dəfə azalıb. Əvvəl 25 milyard dollar idi, indi haradasa 12 milyard dollardır. Ona görə də, 50 dollarla büdcəni 25 milyard dollar səviyyəsinə qaytarmaq mümkün deyil. Büdcə 25 milyard olduğu zaman dünya bazarında neftin 1 bareli 120 dollardan ucuz deyildi. Bunu nəzərə almaq lazımdır. Heç Azərbaycanı düşdüyü indiki iqtisadi vəziyyətdən neftin qiyamətinin 65 dollar olması da xilas etmir. Büdcəni normal duruma gətirmək üçün mütləq islahatlar aparmaq lazımdır. Üstəlik qeyri-neft sektorunun durumu bəllidir. Bu sahə nefti əvəz edə bilmir. Faktiki olaraq neft qiymətdən düşdüyü neçə müddətdir ki, bizdə “ciddi inkişaf edən qeyri-neft sektoru” bu prosesin qarşısını ala, nefti əvəzləyə bilmədi. Üstəlik də vergilərlə biz büdcəni yamaqlaya bilmədik. Odur ki, islahatlar lazımdır. Əgər islahatlar aparılsa, bunun bəhrəsini də 5 ildən sonra görə bilərik.

- Yəni islahatların alternativi yoxdur?

- Əlbəttə yoxdur. Əslində neftdən asılı olmaq bir dəfə göstərdi ki, riskli məqamdır. Bu hər an çöküşə səbəb ola bilər.

- Dünya bazarında neftin qiyməti 30 dollardan 5o- dollara qədər qalxıb. Qalxma prosesi davam edəcəkmi?

- Əslində mən gözləyirdim ki, neft 90 dollara qədər qalxsın. Aydındır ki, bu məsələ daha çox Rusiya ilə əlaqədardır. Neft bazarında baş verən proseslərdə Rusiya ciddi komponentdir. Çünki

neftin qiymətinin aşağı düşməsi ilk olaraq avtoritar rejimlərə təsir göstərir. Və onları islahatlar aparmağa vadar edir. Belə ölkələrdən ən mühümü Rusiyadır. Problem ondadır ki, Rusiya hakimiyyəti də islahatların aparılmasını ləngidir. Onlarda ümid edirdilər ki, 5-6 aydan sonra nefti qiyməti qalxacaq. Görünür ki, ABŞ Rusiyadan, Azərbaycandan, İrandan və digər belə tipli ölkələrdən real islahatlar gözləyir. Onlar başa düşürlər ki, neftin qiymətinin qalxması avtoritar rejimlərin güclənməsi deməkdir. Odur ki, qiymət qalxmasına ciddi şəkildə imkan verilməyəcək. İndi seçilən yol odur ki, avtoritar neft ölkələrini islahatlara getməyə məcbur etmək lazımdır. Məsələn, Rusiyada demək olar ki, komitə yaradıldı. Qudrin bu prosesdə iştirak edir. Komitə Rusiya üçün islahatlar proqramı hazırlayacaq. Bu proqram 6-8 aya hazır olacaq. Bu proqram ortaya çıxanda, Rusiya prezidenti və parlamenti tərəfindən təsdiq edildikdən sonra biz nəsə görə bilərik. Hesab edirəm ki, həmin zamana qədər Azərbaycanda islahatlar barədə düşünməlidir. Bu mənada neftin qiyməti daha çox bu islahatlara bağlı olacaq. Nəzərə alın ki, bu təzyiq mexanizmidir. Bu qədər həngamədən sonra nefti qiymətini qaldırmaq, bu ölkələrin əvvəlki siyasi kursunu davam etdirməyə şərait yaratmaq kimi fəaliyyətə məncə yol verilməyəcək. Əksinə, başqa mexanizmlər işə salına bilər. Yəni yumşaqlıq nefti olan avtoritar ölkələrin özündən asılıdır.

- Son zamanlar müxalifət düşərgəsində Rusiyaya qarşı, daha doğrusu Azərbaycanda Rusiyaya yaxın şəxslərin olduğu, “beşinci” kalonun fəaliyyəti haqda narahatlıq doğuran fikirlərə rast gəlinir. Hətta Azərbaycanın Avrasiya İttifaqına və ya Gömrük Sazişinə qoşulacağı haqda narahatlıqlar da özünü göstərir. Sizcə, Azərbaycan bu qurumlara qoşulacaqmı?

- Hələ real heç bir danışıq yoxdur və tələb də qoyulmur. Hazırda Rusiya-Azərbaycan ticarət dövriyyəsi çox artıb, 4 milyarddır. Əslində, biz Rusiyadan aldığımız malları başqa ölkələrdən də ala bilərdik, daha keyfiyyətli və aşağı qiymətə. Ancaq Azərbaycanın Rusiya iqtisadiyyatına müəyyən dərəcədə sponsorluq etməsi faktdır, yəni bu ölkənin bazarına sərmayə qoyuruq. Hələ mən məmur-oliqarxların başqa formada qoyduğu sərmayələrdən danışmıram, bu iqtiqamətdə informasiyamız qıtdır. Amma Dövlət Neft Fondunun sərmayə qoyması faktdır. Rusiyanın marağı odur ki, biz onların iqtisadiyyatına daha çox dəstək verək, çünki ruslar hakimiyyətdəkilərin maliyyə imkanlarının hansı səviyyədə olduğunu və bunun nə qədərinin rəsmi və nə qədərinin oğurluq olduğunu bilirlər. Bu mənada onların davranışı spesifik xarakter daşıyır. İkinci, Rusiya Azərbaycan ərazisindən özünə təhlükə istəmir. Xatırlayırsızsa, apreldə Putinin hakimiyyətinin 15 illiyi ilə əlaqədar Rusiya kanallarında “Prezident” proqramı yayımlanırdı. Həmin müsahibəsində Putin Azərbaycanla bağlı kifayət qədər hədələyici ifadələr işlətdi, dedi ki, Azərbaycan ərazisindən onlara qarşı istifadə olunur. Bu müsahibənin səhəri Azərbaycanda anti-qərb kampaniyası başlandı. Azərbaycan hökuməti bununla göstərmək istəyir ki, heç də belə deyil. Bir daha təkrar edirəm, hakimiyyətin son addımlarında Rusiya amili rol oynayır, ancaq aparıcı rol deyil.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Son əfv fərmanı nəyə xidmət edir?

    Son əfv fərmanı nəyə xidmət edir? ...

    30-12-2012, 10:59

  • 
  • "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv olunub" - Səidə Qocamanlı adlar açıqladı

    "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv ...

    17-10-2014, 17:23

  • 
  • Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi də müzakirə olunacaq“

    Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi ...

    29-07-2013, 14:16

  • 
  • Siyasi məhbus azadlığa buraxıldı

    Siyasi məhbus azadlığa buraxıldı ...

    16-05-2013, 12:53

  • 
  • “Cəmiyyət aksiyaya dəstək vermədi”

    “Cəmiyyət aksiyaya dəstək vermədi” ...

    16-03-2015, 18:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu