GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bunlar hakimiyyətə qiyamla gəliblər və başqa cür də getmək istəmirlər

Bunlar hakimiyyətə qiyamla gəliblər və başqa cür də getmək istəmirlər

Tarix: 24-04-2013, 11:30 Bölmə :Müsahibə Baxış: 876
Bunlar hakimiyyətə qiyamla gəliblər və başqa cür də getmək istəmirlər

Gözəl Bayramlı:
“Hakimiyyət Azərbaycan xalqını deyil, onun milli sərvətlərini sevir”


Suallara AXCP sədrinin müavini Gözəl Bayramı cavab verib. Müsahibimiz AXCP-nin Sabirabadda keçirilən müşavirəsinə polisin müdaxilı etməsindən, onların qeyri qanuni olaraq rayondan çıxarılmasından danışıb, seçkilərdə vahid namizədlı çıxış etməyin, müxalifətin birləşməsinin əhəmiyyətli olduğunu vurğulayıb, artıq xarici aləmin İlham Əliyev hökumətinə etimad göstərmədiyini qeyd edib.
- Gözəl xanım, Sabirabadda nə baş verib, sizə qarşı polis kobud davranış nümayiş etdiribmi?
- Bilirsiniz ki, AXCP rəhbərliyi tez-tez regionlara səfər edir, partiyanın regional təşkilatlarında müşavirələr təşkil edir, onu gücləndirmək üçün addımlar atır. Biz növbədi dəfə Sabirabad rayonunda müşavirə keçirmək qərarına gəldik. Bu müşavirədə 150 nəfərdən çox cəbhəçinin iştirakı nəzərdə tutulurdu. Aprelin 20-də saat 12.00-a qədər müşavirəyə 124 nəfərdən çox insan qatılmışdı. Belə bir məlumat gəldi ki, polis müşavirəyə gələn 50 nəfərdən çox insanın qarşısını kəsərək geriyə qaytarıb, bir neçə nəfəri isə saxlayaraq polis idarəsinə aparıb. Biz də buna əhəmiyyət vermədik və müşavirəmizə başlayaraq bu məsələyə sonra aydınlıq gətirilməsini məqbul saydıq. AXCP Ali Məclisinin sədri Həsən Kərimov müşavirəni açaraq çıxış etməyə başladı. Bu zaman həyətə əvvəlcə bir neçə polis daxil olaraq küçədə olan avtomobillərin götürülməsini tələb etdi.
- Müşavirə harada keçirilirdi?
- Tədbir AXCP fəalı Sahib Rüstəmlinin evində keçirilirdi. Bu toplantımızla bağlı AXCP Sabirabad icra hakimiyyətinə müraciət edərək yer istəmidi. Çünki AXCP-nin Sabirabad təşkilatının qərargahı çox kiçikdir. Həmdə öncədən polis xəbərdarlıq etmişdi ki, qərargahda belə bir tədbir keçirilməsin. Əks halda tədbirin qarşısı alınacaq. Bir sözlə, hakimiyyət bütün hallarda bu tədbirə qarşı çıxmışdı və qanunsuz olaraq yer verməyəcəyini bəyan etmişdi. Həyətə daxil olan polis avtomobili götürməyimizi tələb edən an yüzdən çox polis əməkdaşı da həyətə daxil oldu. Onların çoxu polis geyimində olsa da, mülki geyimdə olanlar da az deyildi. Əslində bu təzyiq yox, vəhşilik idi. Azərbaycanda seçki ilini olduğu bir vaxtda hakimiyyətin bu addımlarına heç cür haqq qazandırmaq olmur. Təsəvvür edin ki, onlar danışığa belə getmədilər. Biz heç zaman qarşıdurmanın olmasını istəməmişik, amma hakimiyyət xalqı qarşıdurmaya sürükləyir. Bizim sadəcə öz üzvlərimizlə söhbət edərək onların dağılışmasına razı salmaq istəyimiz belə zorakılıqla qarşılandı. Təsəvvür edin ki, polis çavuşunun siyasətə qarışmağa haqqı yoxdur və əsas vəzifəsi rayonda asayişi qorumaqdır. Ancaq adam üzünü bizə tutaraq deyir ki, siz rayona nəyə görə gəlmisiniz. Sanki Azərbaycanın rayonları ölkəni idarə edən ailənindir və rayonları da xanlıqlar elan ediblər və bu xanlıqlar da özlərinin qoçu dəstəsi ilə bura ölkə vətəndaşının gəlməsinə imkan vermirlər. Kənarda isə bir avtobusda qadın saxlamışdılar. Sonradan buz məlumat aldıq ki, bu xanımlar rayon ərazisində min cür zülmlə yaşayan məcburi köçkünlərdir. Görün, bu hakimiyyət min bir əzab-əziyyətlə yaşayan, vətənindən ayrı düşən bu insanlardan necə istifadə edir. Onlar bu qadınları bizim üstümüzə qaldırmaq istəyirdilər. Əlbəttə, biz buna imkan vermədik və dedik ki, özümüz rayonu tərk edirik. Orada insanı ağrıdan çox hadisə oldu. Dediyim kimi müşavirə Sahib Rüstəmli adında üzvümüzün evində keçirirdik. Onun da 90 yaşlı bir anası var və əsl türk qadınıdır. Polislərin bu ağ saçlı və yaşlı bir qadına vəhşiliyini görəndə mən dəhşətə gəldim. Bu zülmün qudurduğu an idi... Sahib Rüstəmlinin kiçik uşağını itələmək, övladlarının üzərinə getmən dəhşətli halllar idi. Azərbaycan hakimiyyəti bu xalqın üzərinə elə gedir ki, mən inanmıram ki, bundan sonra xalq belə insanların ölkəni idarə etməsinə razı olsun. Mən Azərbaycan hakimiyyətinə sual verirəm: 90 yaşlı anaya hansı köməklik etmişdiniz, dövlət kimi hansı qayğısına qalmışdınız, təqaüdünü 6 aydan bir 50 qəpik artırdığınız üçünmü onun üzərinə gedirdiniz? Yoxsa balaca körpəyə hansı sosial qayğı göstərmişdiniz, bəlkə hamının 11 yaşlı övladının adına xaricdə dəyəri milyonlarla olan mülklər almısınız, adlarına ofşor zonalarda şirkətlər qurmusunuz? Qadının, körpənin üzərinə belə şəkildə getmək nədir və siz Azərbaycana hansı əxlaqı gətirmək istəyirsiniz. Bu dəhşətdir. Amma bütün bunlara baxmayaraq AXCP olaraq biz bundan sonra da rayonlarda toplantılarımızı keçirmək niyyətindədyik və lazımı addımlar da atacağıq. Bildiyiniz kimi, bundan əvvəl də Ağstafa da buna bənzər hadisə baş vermişdi. Gecə qonaq qaldığımız mənzilə hücum olmuş, 50-60 polis bizdən rayonu tərk eləməyi tələb etmişdi. Bu Azərbaycan hakimiyyətinin mahiyyətidir və göstrirlər k, onların kitabında demokratiya anlayışı yoxdur, onlar ölkə idarəçiliyinə qiyam yolu ilə gəliblər və başqa cür də hakimiyyətdən getmək istəmirlər. Sözün əsl mənasında onlar xalqı qarşıdurmaya çəkirlər. Azərbaycan hakimiyyəti öz məsuliyyətini dərk etsə yaxşıdır.
- Gözəl xanım, bitərəf, siyasətlə məşğul olmayan insanlar iqtidar və müxalifət haqqında hansı rəydədir, sizə elə gəlmirmi ki, xalq iqtidarı istəmədiyi qədər də, müxalifəti istəmir?
- Mən sizin fikrinizlə razılaşa bilmərəm.
- Bu mənim mövqeyim deyil, cəmiyyətdə səslənən fikirlərdir...
- Siz də az-çox partiyaların fəaliyyətini, siyasi prosesləri izləyirsiniz. Regionlarda ən çox səfərdə olan şəxslərdən biri də mənəm. Xalqla təmasda oluram, ailələrlə görüşürəm. Əlbəttə ki, toy və yas mərasimlərinə də qatılıram. Bir sözlə insanlarla daima təmasdayam. Bu hakimiyyətdən narazılıq pik nöqtədədir. Təbii ki, Azərbaycan xalqının müxalifətdən umduqları var, xalq bu rejimin getməsi üçün müxalifətin bir araya gəlməsini vacib sayır. Amma biz də xalqın yaxşı yaşaması, demokratik cəmiyyətin qurulması, sərvətlərdən hamıya pay düşməsi üçün əlimizdən gələni edirik. Bu gün Azərbaycanı idarə edənlər bu xalqı deyil, onun sərvətlərini sevirlər. Biz xaqının yanında olan bir hakimiyyətin qurulmasından yanayıq. Xalqın haqlı iradı müxalifətin birliyi ilə bağlıdır. Xalq istəyir ki, müxalifət birləşsin və bu başdan qələbənin təminatını ortaya qoysun. Bu olmadığı üçün xalq müxalifətə acıqlıdır. Biz bunu nəzərə almalıyıq.Amma müxalifətə hakimiyyətə olan nifrət həddində nifrət yoxdur. Sadəcə qınaq var və bu da haqlı qınaqdır. Xalq hakimiyyətdən əlini üzüb və onun umacağı müxalifətdədir. Biz xalqın bu haqlı iradlarını eşidir, qəbul edir və həmdə başa düşürük.
- Bəs onda niyə birlik yoxdur. Seçkilərə 6 ay qalıb. İctimai Palatanın buraxılması haqda mövqelər güclənir, çünki orada fikir ayrılığı var, vahid proqram, taktika və baxış yoxdur. Bu haqda nə düşünürsünüz?
- Siz tamamilə haqlısınız. Hələ birliyin əldə olunmasının vaxtı da keçir. Uzun aylardır ki, buna nail olunmayıb. Seçkiyə bir il müddər qalandan AXCP sədri bəyan edib ki, müxalifətin vahid mövqeyi ortada olmalıdır, vahid proqram ətrafında fəaliyyət olmalıdır, inteqrasiya güclənməlidir və s. Bu istiqamətdə bizim fəaliyyətimiz davam edir. Zaman tələb edir ki, belə real birlik olsun. Biz birliyin əldə olunmasını ən çox istəyən partiyayıq. Çünki məsuliyyətimizi anlayırıq. Artıq seçkilərə altı ay zaman qalıb və yaxın dövr üçün əsas prioritet məsələ birliyin əldə olunmasıdır. Fikrimcə, yaxın zamanlarda birlik məsələsinin həlli istiqamətində ardıcıl və cəsarətli addımlar atılacaq. Biz AXCP olaraq müxalifətin birləşərək qəbul etdiyi qərarın həyata keçməsi üçün hər cür fədakarlığa hazırıq.Bizim cəmiyyətə mesajımız budur. Fikrimcə, xalqın da təpkisinə ehtiyac var. Müxalifətin birliyinə ehtiyac olduğu təqdirdə fikir ayrılıqlarına ehtiyac görmürük. Əgər kiminsə başqa düşüncəsi varsa, bir daha düşünsün. Bu seçki ilində avtoritar rejimin dayaqlarının möhkəmlənməsi üçün cəhdlər göstərir. Amma müxalifət də, ölkənin gələcəyini düşünürsə, bir yerdə vahid namizəd, vahid platforma ilə çıxış etməlidir. Zaman tədricən keçir. Amma mən yenə də ümidlərimi itirmirəm. Güman edirəm ki, müxalifət özündə təpər taparaq bir araya gələcək.
- Hazırda birlik istiqamətində razılaşmalar varmı, danışıqlar aparılırmı?
- Danışıqlar gedir. Əsasən İctimai Palata, EL Hərəkatı, Ziyalılar Forumu arasında müzakirələr gedir. Biz istənilən təşkilatla danışıqlara hazırıq, təki məqsəd demokratik dyərlərin müdafiə olunması, onların Azərbaycanda tətbiqi ilə bağlı olsun. Şəxsən mən düşünürəm ki, danışıqların nəticəsi olaraq konkret qərarların qəbul olunmasının vaxtı çatıb.
- Hakimiyyətin apardığı siyasəti necə qiymətləndirirsiniz, rejim yaxın dövrdə nəyə nail olmaq istəyir?
- Hakimiyyətin apardığı siyasət normal ölkələrdə aparılan seçki öncəsi vəziyyətə uyğun deyil. Bu qabarıq görünür. Məhz bu istiqamətdən də xarici aləmdən demokratiya çağırışları, insan haqlarına dair bəyanatlar səsləndirilir, tənqidi fikirlər deyilir. Amma Azərbaycan hakimiyyəti bunların hamısını qulaqardına vurur. Baxın, hakim ailənin, Azərbaycanı idarə edənlər haqqında nüfuzlu təşkilatların araşdırmalarını, ortaya qoyduqları korrupsiya faktlarını bunlar necə qulaqardına vururlar. Eləcədə seçki ilində qanunlara hörmət edilməsi, sərbəst toplaşma azadlığının təminatı, xalqla təmasların qurulmasına dair çağırışları eşitmir. Görünən budur ki, hakimiyyəti siyasi qüvvələrin fəaliyyətini çərçivəyə alıb, özünə sərf edən “vəziyyət” yaradıb və bundan kənara çıxmaq istəmir. Hakimiyyət seçki ilində üzərinə düşən vəzifəni və öhdəlikləri yerinə yetirmək istəmir. Əksinə, əvvəlki illərdə olduğu kimi cəmiyyətə basqı edib, siyasi proseslərin qarşısını almaq istəyir. Azərbaycanda əvvəlki illərdə olduğu kimi qanunsuz və saxta seçki keçirmək istəyirlər. Görünən budur. Və müxalifətin birliyi bu ssenarinin qarşısını kəsən ən ciddi faktorlardan biri ola bilər.
- Xaricdən hakimiyyətə basqılar varmı, bu təzyiqlər Azərbaycanda demokratik rejimin qurulması ilə bağlıdır, yoxsa İlham Əliyevdən hansısa güzəştlər qoparmaqla əlaqədardır?
- Hesab edirəm ki, təzyiq və tələblər demokratiya istiqamətindədir. Biz bilirik ki, bir çox ölkələrin Azərbaycanda maraqları var və bu da normal haldır. Amma son zamanlar xaricdən gələn bəyanatlarda demokratiya prioritet kimi qoyulur və ədalətli seçki çağırışları səslənir. Həmdə bu və ya digər şəkildə İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürülməsi qırmızı xətt kimi qeyd edilir. Elə normalda da belə olmalıdır. Uzun illərdə xalqın dəstəyi olmadan, zor və saxtakarlıq əsasında hakimiyyətə gələnlərin uzun illər hakimiyyətdə olması Azərbaycanı xaosa aparır. Odur ki, bu çağırışlar demokratiya istiqamətindədir.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP rəhbərliyi Sabirabadda həbs olundu

    AXCP rəhbərliyi Sabirabadda həbs olundu ...

    9-12-2012, 13:04

  • 
  • Polis AXCP-nin toplantısını dağıtdı -VİDEO

    Polis AXCP-nin toplantısını dağıtdı -VİDEO ...

    5-05-2013, 17:18

  • 
  • AXCP rəhbərliyinə Qəbələdə hücum oldu (FOTOLAR)

    AXCP rəhbərliyinə Qəbələdə hücum oldu (FOTOLAR) ...

    6-07-2013, 17:48

  • 
  • AXCP Müsavatdan imtina edə bilər

    AXCP Müsavatdan imtina edə bilər ...

    13-12-2013, 11:54

  • 
  • Müsavat və AXCP funksionerləri İbrahimbəyova qarşı birləşir

    Müsavat və AXCP funksionerləri İbrahimbəyova ...

    18-11-2013, 13:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu