“Biz Müsavat Partiyası ilə hər hansı bir məsələləri müzakirə də bilərik, amma qəbul olunmuş qərarın müzakirəsindən söhbət gedə bilməz”.
Bu sözləri AXCP sədrinin müavini Gözəl Bayramlı bu gün baş tutacaq AXCP- Müsavat arasında ikitərəfli görüşdə Müsavat Partiyasının Rüstəm İbrahimbəyovun fəxri sədr statusunun ləğvi barəsində AXCP funksionerləri ilə ehtimal edilən müzakirəsinə münasibət bildirərkən “Axar.az”a dedi. Gözəl Bayramlı həmçinin Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti haqda AXCP qarşısında hər hansı bir şərt irəli sürəcəyi sualına da aydınlıq gətirdi:
“Müsavat Partiyası AXCP ilə Milli Şurada təmsil olunur və AXCP təmsil olunduğu qurumun qərarına hər zaman hörmətlə yanaşır. Rüstəm İbrahimbəyov da Milli Şuranın sessiyasında fəxri sədr seçilib. Müsavat Partiyası ilə bizim aramızda fikir ayrılığı yoxdur: müttəfiqik, eyni qurumda təmsil olunuruq. Hər kəsin fərqli mövqeyi ola bilər, bunu AXCP, Müsavat konflikti kimi qələmə vermək olmaz.
Qaldı Müsavatın AXCP qarşısında şərt qoymasına - mən bugünkü görüşdən elə bir şey gözləmirəm. Güman etmirəm ki, qəbul olunmuş qərarla bağlı belə bir şərt qoyulsun – nə Müsavat Partiyası onu edər, nə də AXCP özünə rəva görər ki, hər hansı bir şərt altında müzakirəyə getsin. Biz heç kimə şərt irəli sürə bilmərik, bizim partiyamızla da kiminsə şərtlə danışmasını qəbul edə bilmərik. Əgər belə bir şərt olarsa, çox ciddi problem yaranar”. - See more at: http://axar.az/news/4052#sthash.o6xIOAMS.dpuf
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?