Bu günlərdə qardaş Türkiyədə baş verən qiyam cəhdi dünyanın diqqət mərkəzindədir. Türkiyə Cumhuriyyəti iqtidarının (14 illik) hüquqa zidd bir çox hərəkətlətinin olmasına və bu səbəbdən müxalifət partiyaları, bütövlükdə vətəndaş cəmiyyəti, qonşu ölkələr, beynəlxalq təşkilatlarla münasibətlərinin olduqca gərginliyinə, baş verən hadisələrdə bir çox qaranlıq məqamların mövcudluğuna baxmayaraq vətəndaş cəmiyyəti bütövlükdə milli dövləçiliyin müdafiəsinə qalxdı. Hətta müxalifət partiyaları qiyam cəhdi ilə bağlı bir an gözləmədən xalqın seçdiyi hakimiyyətin yanında olduqlarını bəyan edərək (!!!) milli dövlətçiliklərini müdafiə etməklə bərabər demokratik dəyərlərə sədaqətlərini göstərdilər. Bizdə isə 1993-cü ildə birbaşa Rusiyanını və digər xarici dövlətlərin təşkil etdiyi iyun qiyamı yenicə bərpa edilmiş milli dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu təhlükəli vəziyyət bütün siyasi qüvvələri (birinci növbədə iqtidarı), vətəndaş cəmiyyətini, ümumilikdə xalqımızı ağır sınağa çəkdi. Sözsüz baş verən hadisələrdə birbaşa məsuliyyət o dövrün AXC hakmiyiyyətinin üzərində idi. AXC hakimiyyəti qiyamı yatıra bilmədi, amma 4 iyunun 28 aprelə çevrilməsinin qarşısını ala bildi. Və həmdə günahının bədəlini ödədi, hələdə ödəyir. Şəhidliklərdə, həbsxanalarda, on illərdir davam edən böhtan kompaniyaları ilə üz-üzə, represiyalar məngənəsində. Amma bütün bunlar 4 iyunla bağlı digərlərinin fəaliyyətlərinə göz yummaq anlamına gəlməmlidir. Bu gün Türkiyədə baş verənlərdən fərqli olaraq 1993-cü ilin 4 iyun hadisələrində ölkəmizdəki aparıcı müxalifət təşkilatları, vətəndaş cəmiyyəti birbaşa qiyamçıların qulluğunda durdular, hakimiyyətdən pay almaq üçün. Nisyə hakimiyyət kürsüsünə milli dövlətçiliyi, demokratik dəyərləri qurban vermək üçün növbəyə durdular “milli narkomanların” hüzurunda. Bəla burasındadır ki, bu hadisələrdən 23 il keçməsinə baxmayaraq 4 iyunla bağlı gördüyün və yaşadığın faktları, düşündüyün fikirləri bölüşmək istəyirsənsə qarşı tərəf arqumentlərlə cavab vermək, normal müzakirə aparmaq əvəzinə böhtana, söyüşə, qarğışa, nifrinə başlayır. Bu ildə belə oldu. Bu ilki böhtan və söyüşlər müxbirin suallarına cavab verən KXCP sədri Mirmahmud Mirəlioğluna yönəldi, baxmayarq ki, M.Mirəlioğlu nə hakimitdə təmsil olunmuşdu, nədə müxalifətdə. İyulun əvvəlində AMİP-çilərin M.Mirəlioğluna ünvanladığı nifrinlərə əhəmiyyət vermədən Etibar Məmmədovun 4 iyunla bağlı yazısına münasibət bildirdim. Baxmayaraq ki, sayt yazını olduğu kimi vermədi, əhəmiyyət vermədim, düşündüm ki, saytın siyasətidir. Nifrin yenidən başladı. Bu dəfə qarşılıqlı münasibətlərimiz olan Əli bəy Orucov və digərləri başladı və nə başladı. Əli bəyə və digərlərinə cavab vermək fikirim yoxdur. Amma həmin yazıdan bir cümləni xatırladaraq (Qarayevlər, əhmədovlar, məmmədovlar gəldi gedərdi. Əsas odur ki, yoxdan bir bayraq yapan Rəsulzadələr, bir kərə yüksələn bayrağı bir daha yüksəyliyə qaldıran Elçibəylər var.) hər iki yazını FB-dostlarıma təqdim edirəm. Bəybala Əbil: Nə yazıq ki, qiyamçıların yanında oldunuz..."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?