Azad Mursaliyev: Prokurorluq orqanları M.Abdullayev olayında iştirakları olan şəxsləri ifşa etmək qüdrətində olmadıqlarını artıq çoxdan anlayıb Müsahibimiz Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədri, Elşad Abdullayevin nümayəndəsi Azad Mursaliyevdir. - Məlum olduğu kimi, siz Mahir Abdullayevin oğurlanması ilə bağlı həbs olunmuş Arzu Kazımovun vəkili Ramiz Zeynalova qarşı məhkəmə iddiası qaldırmısınız. İddianız nəyə əsaslanır və Ramiz Zeynalova qarşı ittihamlarınız nədən ibarətdir? - Ramiz Zeynalovun “ Təzadlar” qəzetinin 14 (1751) 07 fevral 2013-cü il tarixli sayında “ Tanınmış vəkildən həyacan təbili “ başlıqlı müsahibəsi dərc olunub. Qəzetin Səbuhi adlı əməkdaşı tərəfindən götürülən bu müsahibədə həqiqətə uyğun olmayan və mənim şərəf və ləyağətimi ləkələyən, böhtan xarakterli məlumatlar yayılmışdır. Belə ki, qeyd olunan yazıda R.Zeynalovun aşağıdakı yalan məlumatları bilavasitə mənim şərəf və ləyağətimi ləkələməklə böhtan xarakteri daşıyır: 1. ”Bəziləriniz“ Parisli elm vunderkindindən “ aldığınız pul hesabına ümumiətlə, bu işdə vəkil, rəsmi elan edilmiş sözçü, “Parisli dayı” tərəfindən tutdurularaq cəza çəkmiş və hal-hazırda özünün onun nümayəndəsi kimi təqdim edən, ölkədən qaçmağa cəhd etdiyinə, bunun qarşısı alındığına və digər səbəblərə görə Mahirin öldürülməsində şübhəli şəxs hesab etdiyim bacı oğlundan fərqli olaraq, hiyləgərcəsinə xidmətinin istiqamətini gizlətməklə gündəmdə qalmaq xəstəliyindən hələ də azad olmamısınız”. 2. “Əgər sən qardaşını belə sevirdinsə, nə üçün pula görə onu öldürür, digər qardaşlarını və bacın oğlunu, sair qohumlarını da bu işə cəlb edirdin?” Hamımıza məlumdur ki, mənim dayım Azərbaycan Respublikas MTN-nin zabiti ı Abdullayev Mahir İslam oğlu 13 oktyabr 2003-cü ildə naməlum şəraitdə oğurlanmışdır. Dayımın oğurlanması (öldürülməsi) faktına görə Hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında 105157 saylı cinayət işi istintaq olunur və hələlik təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilməmişdir. Ramiz Zeynalov qərəzli və yalan olaraq məni öz doğma dayıma qarşı xüsusilə ağır cinayət əməlini törətməkdə ittiham edir. Ramiz Zeynalovun yalan məlumatlarından belə çıxır ki, güya dayım Mahir Abdullayev mənim tərəfimdən öldürülmüş və buna görə də mən ölkədən qaçmağa cəhd etmişəm. Ramiz Zeynalovun kütləvi informasiya vasitəsində yayılan bu cür hüquqa zidd, məsüliyyətsiz məlumatları mənim şərəf və ləyağətimi ləkələməklə və böhtan xarakteri daşımaqla onsuzda M.Abdullayevin müəmmalı şəraitdə yoxa çıxmasından sarsılmış onun ailəsinə və yaxın qohumlarına mənəvi cəhətdən daha bir sarsıdıcı zərbə vurmuş, o cümlədən məni mənəvi sarsıntı və iztirablara məruz qoymuşdur. Göründüyü kimi. Ramiz Zeynalov yalan olduğunu bilə bilə. Mənim şərəf və ləyağətimi ləkələyən və məni xüsusilə ağır cinayətdə ittiham etməklə bağlı məlumatları kütləvi informasiya vasitəsində yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əmələ yol vermişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2, 67.3 və 74.1-ci maddələrinə əsasən 29.03.2013-cü il tarixində tərəfimdən Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında Ramiz Zeynalovdan şikayət edilərək, xahiş olunmuşdur ki, Bakı şəhəri, Vidadi küçəsi ev 94-də qeydiyyatda olan, Azərbaycan respublikasının Vəkillər Kollegiyasının üzvü Zeynalov Ramiz Yusif oğlunu Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsüliyyətinə cəlb edilsin. - Hazırda iş nəyerdədir? Məhkəmə prosesi necə gedir? - Yasamal Rayon Məhkəməsi şikayət ərizəsini qəbul edərək, məhkəmə baxış gününü təyin etmişdir. Yasamal Rayon Məhkəməsində hakim İlahə xanımın sədrliyi ilə keçirilən bir hazırlıq iclası və iki məhkəmə prosesi zamanı cavabdeh tərəfi kütləvi informasi vasitələrində mənə qarşə irəli sürdüyü əsassız ittihamlara dair heç bir subut gətirə bilmədiyi halda, bütöv məhkəmə prosesi zamanı heç nədən çəkinmədən məhkəmə baxışına aidiyyatı olmayan məsələlərə toxunur, eyni zamanda ittiham tərəfini yeni, həqiqətə uyğun olmayan aşılayıcı ittihamlarla alçaltmağa çalışır. Misal üçün Ramiz Zeynalov mənim tərəfimdən irəli sürülmüş konkret ittihamlara (subut etsin ki, Mahir Abdullayevi mən öldürmüşəm) cavab verməkdən boyun qaşiraraq bildirir ki, mənim hansısa qadın qohumum mənim tərəfimdən tutdurulmuş və hal hazırda hansısa cəza çəkmə müəssisələrinin birində məhkumluğunu çəkir. Əlbəttə ki, onun bu əsassız ittihamına da tərəfimizdən etiraz edilərək, bildirildi ki, istər indi, istərsə də bundan öncə mənim qohum əqrəbəm arasında heç bir qadın cinayət məsüliyyətinə cəlb olunmayıb. Bu cəfəngiyyatdır, Ramiz Zeynalov tərəfindən irəli sürülmüş yeni bir iftiradır. Sonuncu dəfə may ayının 3-də keçirilən məhkəmə prosesini mənim və mənim hüquqlarımı müdafiə edən vəkil Adil İsmayılovun qələbəsi kimi qiymətləndirə bilər. Belə ki, birinci məhkəmə baxışı zamanı Ramiz Zeynalov kütləvi informasiya vasitələrində müsahibə şəkilində söylədiyi cəfəngiyyat xarakterli fikirlərin müəllifi kimi şəxsən özünü təqdim edirdisə, ikinci məhkəmə baxışı zamanı Ramiz Zeynalov söylənilən fikirlərin müəllifi kimi şəxsən özünü deyil, hal hazırda barəsində həbs qəti imkan tədbiri seçilmiş A.Kazımovu göstərmişdir. Güya həmin məlumatları A. Kazımov naməlum şəraitdə oğurlanməş M.Abdullayevin qardaşı professor E.Abdullayevdən eşidib. Bu isə qəsdən planlaşdırılmış bir situasiyadır ki, konkret ittiham ünvanını hədəfdən yayındırıb hüquqi boşluq yaratsınlar və zərbə istiqamətini zərərçəkmişə qarşı yönəltsinlər. Çünki, biz ittiham tərəfi olaraq Arzu Kazımovun məsələ ilə bağlı məhkəmədə ifadəsinin alınmasını istədik. Amma məhkəmə A.Kazımovun hazırda istintaq altında olmasını əsas gətirərək onun prosesdə iştirak etməsi haqda qərar vermədi. Demək, Ramiz Zeynalov sözlərini geri götürərək bu iftiranı, Arzu Kazımovdan eşitdiyini, Kazımova isə guya E.Abdullayevin dediyini bildirir. Arzu Kazımovu məhkəməyə gətirmək mümkün deyilsə bu halda nümayəndəsi olduğum Abdullayev Elşad İslam oğlu hədəfə gəlir. Bu yalan və iftira əsasında qabaqcadan düşünülmüş bir oyundur. Ramiz Zeynalov mənim guya Mahir Abdullayevin öldürülməsində iştirakım haqda məlumatların istintaq sirri olduğunu əsas gətirərək susur. Halbu ki, istintaq sirrinin məhkəmədən gizlədilməsi heç bir məntiqə sığmır və gülünc görünür. Həmçinin “istintaq sirri” deyə məhkəməyə danışmaq istəmədiyi məsələləri özünü vəkil adlandıran şəxs mətbuata danışıb tirajlamaqla hüquqi savadsızlığını ortaya qoymuş olur. Əgər Ramiz Zeynalov doğurdanda mühüm məlumata və faktlara malikdirsə niyə bu vaxtadək istintaq ondan Mahir Abdullayevin oğurlanması ilə bağlı ifadə almamışdır? Əgər ifadə alınıbsa və bu ictimaiyyətə açıqlanmırsa o halda R.Zeynalov eyni məsələ ilə bağlı prosesdə necə vəkillik edə bilər? Axı qanun buna yol vermir. Belə suallar çoxdur, amma bunlara 10 ildir ki heç kim cavab vermir. - Başqa sözlə, faktik olaraq mətbuatda sizi ağır cinayətdə suçlayan və əlində heç bir əsas olmayan Ramiz Zeynalov prosesi Elşad Abdullayevə və sizə qarşı yönəltmək istəyir və belə çıxır ki, müəyyən hüquq mühafizə orqanları da bu işə yardımçı olur… - Əslində bura da təcüblü bir şey görmürəm, o səbəbdən ki, M.Abdullayevin oğurlandığı artıq 10 ildir və zərərçəkmiş tərəfindən istər məhkəmə , istərsə də prokurorluq orqanlarına faktla bağlı kifayət qədər saysız hesabsız şəxslər barəsində əhəmiyyət kəsb edən məlumatların təqdim olunmasına baxmayaraq, bu günə kimi, bir nəfər olsun belə şübhəli şəxs qismində saxlanılmayıb, hətta deyərdim bəzi şəxslərdən ümumiətlə hər hansı bir ifadə alınmayıb. Əksinə, M.Abdullayevin aqibətinə hüquq mühafizə orqanları tərəfindən israrla aydınliq gətirilməsini tələb edən qohum əqrəbəsi təqiblərə məruz qalib. - Yəqin siz özünüz də qanunsuzluqlar və haqsızlıqlarla üzləşmisiniz? - Şəxsən mən özüm şəxsi işimlə əlaqədar Şimali Kipr Türk Respublikasına getmək üçün ötən il noyabrın 1-də “ Türk Hava Yolları “ şirkətindən Bakı-İstanbul-Ərcan marşrutu üzrə təyyarə bileti aldım. Gecə saat 03.00-da hava limanında dövlət sərhəd xidmətinin yoxlanışından keçərkən həmin xidmətin əməkdaşları tərəfindən pasportum alındı və mən hava limanının inzibati binasında yerləşən sərhəd məntəqəsinə aparılaraq orda növbətçi hissədə saxlanıldım. Sərhəd xidmətinin əməkdaşları mənə saxlanılmağımın səbəblərini belə izah edə bilmədilər. Lakin buna baxmayaraq mən cinayətkar kimi 7 saat saxlanıldıqdan sonra saat 10.00-da Azərbaycan Respublikası Baş prokurorluğunun əməkdaşına təhvil verildim. Ancaq prokurorluğa gedərkən yolda mənə məlum oldu ki, dayım Abdullayev Mahir İslam oğlunun oğurlanması (öldürülməsi) faktına görə başlanmış cinayət işinin istintaqı iə əlaqədar mənim ölkədən getmək hüququm məhdudlaşdırılmışdır. Prokurorluqda mənə bildirdilər ki, sən demə bu işdə onların heç bir günahı yoxdur. Cinayət işinin istintaqını aparan əvvəl ki, müstəntiq tərəfindən mənim ölkədən getmək hüququm məhdudlaşdırılmışdır. Bu söhbətdən sonra mən sərbəst baraxıldım, mənim hər hansı izahatım və ifadəm alınmadı. Bu da onu göstərir ki, Baş Prokurorluq hər hansı hüquqi zəruriyyət olmadan mənim ölkədən getmək hüququmu əssasız olaraq məhdudlaşdırmışdır. Əslndə bu mənim üçün əsassız sayıla bilər. Belə ki, bir qədər öncə Ramiz Zeynalovun KİV-də mənim barəmdə əsassız olaraq “ Azad qaçmaq istəyirdi “ kimi fikirləri elə prokurorluğun mənimlə bağlı keçirtdiyi qanunsuz tədbirdən qaynaqlanır. Əgər R.Zeynalovun bəzi KİV-də söylədiyi böhtan xarakterli fikirləri əslində prokurorluq orqanlarının zərərçəkmişə, onun qohum əqrəbəsinə Mahirin aqibəti ilə bağlı qeyri rəsmi olaraq verilən adekvat cavablardir. Sual olunur hansı səbəblərdən zərərçəkmişin rəsmi nümayəndəsi. Mahir Abdullayevin hüquqlarının müdafiə komitəsinin sədri heç bir cinayəti olmadan respublikada girov saxlanılmalıdır. Mənə elə gəlir ki, burada ancaq bir səbəb ola bilər, prokurorluq orqanları M.Abdullayev olayında iştirakları olan şəxsləri ifşa etmək qüdrətində olmadıqlarını artıq çoxdan anlayıb “ o olmasın bu olsun “ prinsipinə üstünlük vermək fikrinə düşüblər. Fikir verin nə qədər şok bir məlumat respublika qazetlərinin üz manşetlərini bəziyə bilər. “ Mahir Abdullayevi sən demə elə doğma qardaşı, qohum əqrəbəsi və yaxud da doğma bacısı oğlu oğurlayıb, daha sonar öldürüb”. Düşünürəm ilin sensasiyasına çevrilə bilər. Bir güllə ilə ilə həm bir çoxlarının baş ağrısına çevrilmiş M.Abdullayev olayı çözülür, eyni zamanda zərərçəkmiş E.Abdullayevdən, onun nümayiş etdirdiyi video faktlardan və yaxud da, ipə sapa yatmayan müdafiə komitəsinin sədrindən canları qurtulur. Buna görəmi Azad Mürsaliyev respublikadan qaçan kimi içtimayətə Ramiz Zeynalov tərəfindən təqdim olunur, içtimayət arasında zərərli toxumlar səpərək, insanlarda bu ədalətsiz fikiri formalaşdırırlar? Əgər belə deyilsə hansı səbəblərdən mən girov saxlanılıram. Ramiz Zeynalovun bu qədər arxayın danışması, məni ən ağır cinayətdə, özü də ancaq hüquqi deyil, həm də mənəvi məsuliyyət yaradan bir cinayətdə ittiham edərək cəzasız qalması onu göstərir ki, bu adam çox ciddi dairələr tərəfindən himayə olunur. Yalnız himayə olunmur, həm də öyrədilir, ictimaiyyəti aldatmağa, ictimai fikri çaşdırmağa xidmət edən planlarda oynadılır. Bu səbəbdən də, Ramiz Zeynalov özünü toxunulmaz hesab edir. Qanun və sərhəd tanımır. Demək əslində Ramiz Zeynalov özü müdafiə edilir, onun özünün Arzu Kazımovun vəkilliyinə ehtiyacı var. Buna görə o, məhkəmə prosesində özünü tək Arzu Kazımovun deyil, Ramiz Mehdiyevin və bu cinayətdə adı çəkilən, video kadrlarda yer alan şəxslərin adını çəkir, özünü onların vəkili kimi aparır. Mən bu vaxta qədər müsahibə və çıxışlarımda heç bir dövlət məmurunun adını hallandırmamışam, çünki onlarla təmasda olmamışam. Əgər olsaydım təbii ki, bu haqda danışar və adlar çəkərdim. Ramiz Zeynalov isə məhkəmədə bizim konkret ittihama aidiyyatı olmayan şəkildə bu adamların adlarını hallandırır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?