GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Atılan güllələrin fonunda siyasi oyunlar var”

“Atılan güllələrin fonunda siyasi oyunlar var”

Tarix: 26-10-2016, 23:08 Bölmə :Müsahibə Baxış: 620
“Atılan güllələrin fonunda siyasi oyunlar var”

Firudin Cəlilov: “Müstəqilliyin əleyhinə çıxanların bir çoxu sonra “İstiqlal” ordeni aldı və bu gün də vəzifədədir”

Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının 25 illiyini qeyd edib. Məhz 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyi dünyaya elan olunub. Bu tarixi günlə bağlı sabiq təhsil naziri, baş nazirin sabiq müavini, istiqlalçı deputat, professor Firudin Cəlilovla müsahibəni təqdim edirik.

- Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. Bu tarixi günün iştirakçısı olaraq həmin dövrdə baş verən mürəkkəb və çoxtərəfli mürəkkəb siyasi proseslər barədə nə deyərdiniz?

- Azərbaycan xalqı olaraq biz əsarətdə idik. 18 oktyabr 1991-ci il əsarətdə olan bir xalqın istəyinin kerçəkləşdirdiyi bir gün idi. Rusiya Qafqazı işğal etdikdən sonra faktiki olaraq Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın bir hissəsi quzeydə, bir hissəsi isə güneydə qaldı. Sonra Güney Azərbaycan Tehran hakimiyyətinin, quzey Azərbaycan isə Rusiya imperiyasının nəzarətinə keçdi. Beləcə bu formada xalq 250 il yaşadı, vaxtaşırı imkan tapdıqca mübarizə apardı. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və digər şəxslərin ortaya çıxması ilə xalqımız Şərqdə ilk dəfə olaraq Demokratik Cümhuriyyətini qurdu. Lakin 23 aydan sonra bu cümhuriyyət iflas etdi. Daha doğrusu sovet imperiyasının ordusu ölkəmizə daxil olaraq Azərbaycanın cümhuriyyətini əlindən aldılar. Və keçən 70 ildə millətimiz bu şəkildə yaşamalı oldu. Amma bu illərdə ziyalılar, yazıçılar, şairlər, aydınlar daima bu məsələni gündəmdə saxlayıb, sözlərində güney və quzey birliyindən bəhs ediblər, açıq olmasa da, sətiraltı müstəqilliklə bağlı fikirlərini qeyd ediblər. Artıq 1980-cı illərin sonunda SSRİ-nin dağılma mərhələsi çatmaqda idi. Bu zaman SSRİ imperiyası tərkibində olan bir çox respublikalar müstəqillik uğrunda mübarizəyə başladı. Azərbaycanda bu respublikalardan biri idi. Ancaq o zaman imperiya Azərbaycanın önünə Dağlıq Qarabağ problemini atdı ki, ölkəmizin başı daha çox bu məsələyə qarışsın. Buna baxmayaraq Qarabağ adı ilə meydanlara çıxan xalq sonrakı mərhələdə müstəqillik şüarlarını

səsləndirdi. Yəni bizim müstəqil olmağımızın əsas səbəbi xalqımızdır. Əlbəttə, bu müstəqillik tarixini ayrı-ayrı liderlərə və şəxslərə bağlamaq zənnimcə, doğru deyil. Xalq meydanlara axışdı, müstəqilliyini istədi. Xalqın daxilindən çıxan aydınlar, xalqımızın seçdiyi millət vəkilləri bu işi qanuni şəkildə parlamentdə davam etdirdi. 1991-ci ilin martında Azərbaycanın SSRİ-nin tərkibində qalması və ya çıxması məsələsi referenduma çıxarıldı. Biz o müzakirələrdə müstəqilliyə səs verdik. Cəmi 43 deputat idik. Yerdə qalan deputatlar isə müstəqilliyin əleyhinə səs verdilər. Bundan sonra biz bir-iki ay bu məsələnin üzərində işlədik. Eləcədə dünyada və SSRİ-də gedən proseslər gətirib ona çıxardı ki, artıq sentyabr ayında Azərbaycanın müstəqilliyinə dair bir neçə sənəd qəbul olundu, açıq bəyanatlar səslənməyə başlandı. Oktyabrın 18-də isə Müstəqillik Aktı qəbul edildi. Biz həmin aktda müstəqil Azərbaycanın dövlətçiliyinin bərpa olunması ifadəsi yer aldı. Yəni 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bərpa olundu. O gündən bu günə qədər Azərbaycan müstəqil dövlətdir, əksər dövlətlər müstəqilliyimizi tanıyır, dövlət bayrağımız BMT-nin qarşısında dalğalanır. Və son illərdə böyük inkişaf yolu keçilib. Bütün bunların hamısı aydındır. Ancaq bəzən deyirlər ki, filan hərəkatçı ölkəyə müstəqillik gətirdi və s. Ancaq belə olmayıb. Nəzərə almaq lazımdır ki, müstəqillik uğrunda vuruşan Azərbaycan xalqı idi. Biz 43 nəfər və sonrakı mərhələdə Müstəqillik Aktını qəbul edən bütöv parlament sadəcə xalqın istəyini gerçəkləşdirdi. Bu gün də xalqımızın müstəqil yaşamağa mənəvi haqqı var. Mən bu gün ki, bayram münasibətlər Azərbaycan xalqını təbrik edirəm!

- Sizin ilkin fikirlərinizdən belə qənaətə gəlmək olarmı ki, müstəqilliyi bərpa etmək Azərbaycana çox asan başa gəlib?

- Xeyir! Əvvəla, biz müstəqilliyə səs verəndə və SSRİ-nin saxlanılmasının əleyhinə çıxanda bilmirdik ki, sabah SSRİ-nin taleyi necə olacaq. Nəzərə almaq lazımdır ki, həmin dövrdə SSRİ kimi imperiyanın qılıncının hər iki tərəfi kəsirdi. Biz faktiki olaraq kəfən geyinib bu riski getdik. Əgər xatırlayırsınızsa 1991-ci ilin avqustunda Moskvanın özündə də vəziyyət mürəkkəbləşdi və QKÇP məsələsi ortaya çıxdı. Yəni SSRİ rəhbərliyində olan mühafizəkar şəxslər bir araya gələrək hakimiyyəti götürmək və SSRİ-ni saxlamaq üçün repressiyalara,

həbslərə başlamaq niyyətində idi. Lakin az sonra QKÇP məğlub oldu. Əgər bu durumda qalib gələn tərəf QKÇP olsaydı, bizim hamımızı dar ağacından asacaqdılar. Sadəcə olaraq SSRİ-də yaşayan xalqların bəxti onda gətirdi ki, QKÇP məğlub oldu və demokratik qüvvələr qalib gəldi. Biz də təbii ki, müstəqilliyi elan etdik. Yəni bu asan başa gəlməyib. Əksinə, ciddi mübarizələr gedib. Həbslərdə yatan, meydanlarda döyülənlər oldu.

- Həmin dövrdə Azərbaycan siyasi elitası müstəqilliyə qarşı idi?

- Müstəqilliyin əleyhinə kifayət qədər adam var idi. Onların bir çoxu sonradan İstiqlal ordeni aldı və bu gün də vəzifədədir. Amma Demblokun 25 nəfər üzvü müstəqillik uğrunda mübarizə aparırdı. İndi bu şəxslərin əksəriyyəti dünyasını dəyişdi, xaricə getdi, yerdə qalanlar isə faktiki olaraq işsizdir.

- Maraqlıdır, SSRİ-nin saxlanılmasına dair referenduma səs verən deputatların əksəriyyəti sonradan 18 oktyabrda Müstəqillik Aktına dair Konstitusiya sənədini dəstəkləyib. Qısa müddət ərzində bu deputatların mövqeyində kordinal dəyişikliyə səbəb nə olmuşdu?

- Onların mövqeyində belə ciddi dəyişikliyə səbəb xalq faktoru oldu. Həmdə QKÇP-nin məğlub olması onlarda müəyyən dəyişikliklər yarada bilərdi. Həmin dövrdə biz xalqımızın sözünü parlamentdə deyirdik, səsini çatdırırdıq. Həmin deputatlara da müəyyən qədər təsir edirdik. Nəzərə alın ki, həmin dövrdə belə proses ancaq Azərbaycanda getmirdi. Baltik ölkələrdə SSRİ-dən ayrılmaq istəyirdi, Gürcüstanda azadlıq uğrunda mübarizə gedirdi. Sadəcə olaraq Azərbaycan daha çox qurbanlar verməli oldu.

- Niyə?

- Azərbaycan 20 yanvar qırğınından çıxmışdı. Özümüz də bir qədər acıqlı idik. Biz də məsələlər daha kəskin qoyulurdu. Fikrini dəyişən deputatların çoxu da əlacsız qalıb səs verdilər. Təsəvvür edin ki, səsvermə günü deputatların hamısı zala daxil olmamışdı. Çoxu səs verməmək üçün çıxıb dəhlizlərdə gəzişirdi, parlamentin inzibati binasını tərk edirdilər. Biz onların çoxunun qolundan tutub sessiyaya salırdıq. Yəni müstəqillik bizə asan başa gəlməyib. Ancaq xalqımız müstəqil yaşamağa, müstəqil dövlətinin olmasına haqq edir.

- Bu prosesdə iştirak etdiyinizə görə peçşmançılıq hissi keçirmirsiniz ki?

- Mən tarix elmi ilə çox məşğul olmuşam. Adətən inqilablar baş tutandan sonra onu həyata keçirənlər qurbanlıq olur. Belə deyim var: inqilab öz balalarını yeyir. Bizdə inqilab etdik, ölkə müstəqil oldu, dövlətimiz quruldu, xalqımız azadlığa çıxdı. Biz milyondan biri və ya ikisiyik. Biz əziyyət çəkdik nə olacaq, çəkmədik nə olacaq? Əsas odur ki, xalqımız azaddır, müstəqil dövlətimiz var. Odur ki, şəxsən məndə hər hansı bir peşmançılıq yoxdur. Əgər həmin günlər bir daha təkrar yaşansa mən yenə də eyni addımları ataram. Bu mənada peşmançılıqdan söhbət gedə bilməz. Baxmayaraq ki, ən çox əziyyət çəkənlərdən biri də mənəm. Mən bu saat sizinlə kənddən danışıram. Şəhərdə qalmağa yerim yoxdur. Hazırda kənddəyəm. Baxmayaraq ki, əlimizdə kifayət qədər imkanlarımız olub. Müstəqillik uğrunda gerçəkdən vuruşanlar təbii ki, yağ-bal içində yaşamırlar. Amma bütün bunlara baxmayaraq ki, biz övladlarımız, nəvələrimiz və gələcəyimiz üçün bu əziyyətləri çəkmişik və buna görə də peşman deyilik.

- Sizə xalqın və dövlətin münasibəti necədir?

- Müxtəlif münasibətlər var. Hörmət edəni də, ayağımızdan çəkəni də var. Münasibət birmənalı deyil. Şəxsən mənə cənab prezidentin münasibəti yaxşıdır. Bir neçə dəfə səhhətimdə yaranan problemlə bağlı

öz qayğısını göstərib. Lakin elələri də var ki, ayağımızdan çəkirlər. Məsələn, bizə deputat təqaüdü verilmir. Bilmirəm nəyə görə.

- Xalqın münasibəti necədir?

- Xalqın münasibəti çox yaxşıdır. Hər yerdə hörmət və ehtiramla yanaşırlar. Biz xalqın içindəyik. Böyük ehtiramla baxırlar.

- Bu gün İraqın ikinci böyük şəhəri, türkmənlərin tarixi torpağı Mosul uğrunda İŞİD və kürd-ərəb-amerkan qüvvələri arasında müharibə gedir. Türkmən şəhəri uğrunda vuruşanlar yadlardır. Bu vəziyyəti, Mosulun gələcək taleyini necə görürsünüz?

- Mosul, Kərkük, Ərbil və digər ərazilər tarix boyu türkmənlərin yaşadığı bölgədir. Zamanında orada Mosul, Zəngi bəyliyi var idi. Bunlar oğuzlar, qədim azərbaycanlılar var idi. Ancaq indi Mosula edilən hücumun arxasında məkrli siyasət görünür. Düzdür, deyirlər ki, məqsəd Mosulu İŞİD-in əlindən almaqdır. Amma aydındır ki, atılan güllələrin fonunda siyasi oyunlara var. Məqsəd odur ki, bu əraziləri kürdlərə təhvil versinlər. Məsələ bu qədər bəsitdir. Bunun qarşısını ala biləcək yeganə hal Türkiyə ordusudur. Çünki bölgədə türk ordusu da mövcuddur. Ən azından biz və digər türk respublikaları belə hallarda türkmənlərə mənəvi dəstək olmalıyıq. Çünki onlar bizim soydaşlarımızdır. Çalışmaq lazımdır ki, Qarabağdan qovulan kimi Mosuldan və Ərbildən türkmənlər qovulmasın. Kərkükün özündə durum yaxşı deyil, buranı ayrı millətlərlə doldurublar. Bu saat orada siyasi oyunlar gedir, məkrli oyunlarda gözləniləndir.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstiqlalçı deputatlar bəyanat yaydılar

    İstiqlalçı deputatlar bəyanat yaydılar ...

    22-02-2014, 15:37

  • 
  • Keçmiş təhsil naziri əməliyyat olundu - FOTO

    Keçmiş təhsil naziri əməliyyat olundu - FOTO ...

    21-12-2014, 00:18

  • 
  • Hacıbaba Əzimov İlham Əliyevə müraciət etdi

    Hacıbaba Əzimov İlham Əliyevə müraciət etdi ...

    8-10-2014, 15:29

  • 
  • Azərbaycanın bütövlüyünə doğru

    Azərbaycanın bütövlüyünə doğru ...

    16-12-2012, 13:34

  • 
  • Azərbaycan Ordusunun yaranmasından 95 il ötür

    Azərbaycan Ordusunun yaranmasından 95 il ötür ...

    26-06-2013, 02:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu