GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “HDP ili PKK-nın bağlantısı, birgə fəliyyəti əməldə mövcuddur”

“HDP ili PKK-nın bağlantısı, birgə fəliyyəti əməldə mövcuddur”

Tarix: 16-11-2016, 00:28 Bölmə :Müsahibə Baxış: 496
“HDP ili PKK-nın bağlantısı, birgə fəliyyəti əməldə mövcuddur”

Toğrul İsmayıl: “PKK-nı kökündən həll etmək mümkün olmasa Türkiyənin ərazi bütövlüyü təhdid altında olacaq”

Türkiyədə yaşayan siyasi təhlilçi, Türkiyə-Rusiya və Yaxın Şərq üzrə mütəxəssis Toğrul İsmayılın müsahibəsini təqdim edirik.

- Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) olan 12 millət vəkilinin həbsini, Türkiyədə baş verən bu hadisələri necə qiymətləndirirsiniz?

- Dünən axşamdan HDP-nin 11 millət vəkili saxlanılıb. Xüsusilə, HDP həmsədri Dəmirtaşın həbs edilməsi üçün prokuror qərar çıxarıb, iş məhkəməyə göndərilib. Son qərarı məhkəmə verəcək. Əsas məsələ budur. Əslində bu hadisə təzə olduğu üçün tam qiymətləndirmək hələlik çətindir. Qısaca onu deyə bilərəm ki, hökumət və HDP arasında son illər barış yolu ilə terror probleminin həllinə dair addımlar atıldı, fəqət son seçkilərdə insanlar HDP-yə inandı, düşündü ki, bu partiya PKK ilə bağlantısını kəsəcək və demokratik yolla öz haqlarını tələb etmək xəttini seçəcək, parlamentdə siyasi fəaliyyətini aparacaq və xüsusilə ölkədə terrorun, silahlı qarşıdurmanın qarşısını almaq üçün əlindən gələni edəcək. Belə ümid var idi və HDP seçkilərdə 134,5 % səs almışdı. Lakin HDP bu səsi dəyərləndirmədi. Bunu da açıq demək lazımdır. Əlbəttə, hər iki tərəfdə qüsur axtaranlar var. Məsələn, bu fəaliyyətdə hökuməti tənqid edənlər deyirdi ki, hakimiyyət terrorçularla iş birliyinə gedir və bu terrorçuların əl-qolunu açır. Çözüm sürəci deyilən müddətdə PKK özünə gəldi, yenidən güclənməyə, silahı yerə qoymaq əvəzinə regionlarda mərkəzlər qurmağa başladı. Və ilk fürsət düşən kimi də ilk terror hadisəsini törətdilər. Bununla da münasibətlər dayandı. Təklif olunanlardan biri HDP-nin PKK ilə bağlarını qoparması dinc və siyasi vasitələrlə fəaliyyətə başlaması idi. Bu şans var idi, amma baş tutmadı. Hazırda qarşıdurma kəskinləşir, ölkədə terror hadisələri törədilir. Bunun PKK tərəfindən və ya ona bağlı qrupların əli ilə edildiyi də bilinən məsələdir. Beləcə bölgədə gərginliyin artır və Türkiyə ətrafında süni olaraq dövlət qurmağa çalışan böyük qüvvələr var. Bu sahədə qarşıdurmanı son nöqtəyə çatdırır. Türkiyə hökuməti də belə bir addım atıb. Atılan addımın nə qədər doğru və səhv olduğunu zaman göstərəcək. Mənə görə, bu addımlar bir qədər gecikib.

- Niyə hesab edirsiniz ki? gecikib?

- İnsanların bölücülüyü, terroru dəstəkləyən insanların parlamentə buraxılması doğru deyil. Dünyanın heç bir ölkəsində rəsmən bölücülüklə məşğul olan birilərinin parlamentə daxil olmasına imkan verməz. Almaniya, Amerika və ya Fransa heç zaman buna getməzdi.

- HDP ilə PKK-nın əlaqəsi, sinxron fəaliyyəti varmı?

- Təbii ki, var. Birbaşa bağlantı var. Konkret olaraq HDP heç bir yerdə, rəsmən PKK-nı terror təşkilatı kimi tanımır, Abdulla Öcəlanı öz liderləri hesab edir. Bu da, bu iki qurumun bağlarının olduğunu ortaya qoyur. Bunu ancaq deyilənlər, fotolar, mövqelər deyil, həm də hərəkətlər göstərir. Məsələn, HDP seçkilərdə udduğu bələdiyyə orqanlarında dövlətin malı ilə dövlətə qarşı səngərlərin qazılması, barrikadaların qurulması, terroristlərin cənazələrinin daşınmasını kimi işlər həyata keçirir. Bu bir sübutdur. Bunu dünyanın heç bir ölkəsi əsla qəbul etməz. Türkiyənin bu qədər səbirli olmasını anlamaq mənə görə çox çətindir.

- HDP-nin 12 deputatının həbsi cəmiyyətdə türk-kür qarşıdurmasını kəskinləşdirə, daha pis ssenarilərin işə düşməsinə şərait yarada bilərmi?

- Türkiyədə ki, hadisələr Azərbaycanda bir qədər fərqli anlaşılır. Türkiyədə kürd-türk qarşıdurması yoxdur. PKK sol təmayüllü terror qrupudur. Bu şəbəkəni son zamanlar kürd xalqını təmsil edən qurum kimi təqdim etməyə çalışırlar. PKK-nın törətdiyi terror hadisələri harada daha çox baş verir? Təbii ki, Diyarbəkir də. Başqa sözlə, PKK-nın uzun illər törətdiyi terrorların böyük hissəsi kürd xalqının kompakt və sıx yaşadığı bölgələrdə baş verir və bu zaman əsas zərər görən də kürdlər olur. Türk toplumunda kürdlərə qarşı təhdid, tənqid yoxdur. Bəli, zamanında kürd xalqının haqları ilə bağlı bəzi problemlər olub. Ancaq hazırda Türkiyədə kürdlərin belə bir problemi yoxdur. Məsələn, kürd dilində təhsil sərbəstdir. Kürd dilində televiziya və qəzet yayımı sərbəstdir. Qanunla çox şeylər əvvəlki dövrlərdə olduğu kimi deyil. Bütün bunlara baxmayaraq indi biz terrorun zəifləməsi yerinə daha da kəskinləşdiyini görürük. Mənim gördüyüm budur ki, PKK bir imperialist siyasi gücün əlindən digər siyasi gücün əlinə keçib və onun aləti olaraq bölgədə onun apardığı oyunun maşası qismində çıxış edir. Mənim düşüncəm budur. Əgər PKK-nı kökündən həll etmək mümkün olmasa Türkiyənin ərazi bütövlüyü hər zaman təhdid altında olacaq.

- Hazırda Suriya və İraqda da mürəkkəb kəskin vəziyyət var. Türkiyədə 11 kürd deputatın həbs edilməsinin Şimali İraq, Mosul və Suriyada gedən proseslərlə əlaqəsi varmı?

- Bunlar şübhəsiz ki, bir-birilə bağlı məsələdir. Türkiyə daxilində baş verən hadisələri bölgədə baş verənlərin kənarında görmək imkansızdır. Ancaq iş bundadır ki, belə böyük əməliyyatlar aparıldığı zaman arxa cəbhədə zəiflik təhdidi və təhlükə deməkdir. Ola bilsin ki, deputatların həbsi tədbir kimi bir qədər sərtdir. Amma Türkiyə parlamenti deputat toxunulmazlığını aradan qaldırıb və indi deputatların həbsi, məhkəməyə çıxarılması qeyri qanuni deyil.

- Türkiyənin Mosul siyasəti nədən ibarətdir. Nədən Türkiyə türkmənləri sanki köməksiz buraxıb?

- Mosul keçən əsrin əvvəllərin böyük siyasi oyunlar nəticəsində, ingilis “diplomatiyasının” səyləri hesabına Türkiyənin əlindən alınıb. İndiki vəziyyətdə Mosul İraqın tərkib hissəsidir. Lakin rəsmi Bağdad uzun müddətdir ki, Mosul və

Kərkükə nəzarət etmir. Türkiyə qonşu İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdığı üçün İraq və ya koalisiya güclərinin istəyi kənarında əməliyyat keçirməyəcək. Hazırda İraq ordusu Mosulun mərkəzinə daxil olması haqda informasiya yayıb. Türkiyənin ən böyük narahatçılığı bu bölgədə yaşayan türkmən və sünni nüfuzunun qətliama uğraması ehtimalı ilə bağlıdır. Əgər bu baş verərsə, Türkiyə ciddi olaraq hərəkətə keçə bilər. Amma indiki reallığa görə Türkiyəni regional məsələlərdə iştiraka buraxılmır. Diqqət edin, İraqda keçirilən əməliyyatlarda hər kəs iştirak edir, amma ABŞ başda olmaqla, eləcədə İran və İraq bu prosesdə Türkiyənin iştirak etməsini istəmir. Bunun da səbəbi bəllidir. Türkiyə bölgənin güclü dövlətidir. Qorxurlar ki, Türkiyə bu bölgədə İŞİD-i təmizləsə nüfuzu bir qədər də qalxacaq, hər kəs Türkiyəyə xilaskar kimi baxacaq. ABŞ, Avropa Birliyi də Türkiyəni bölgədəki proseslərdən uzaq tutmağa və öz oyunlarını açıq şəkildə aparmaq istəyir. Hazırda ABŞ və Avropa Birliyi bölgədəki bütün lokal qruplarla iş birliyi edərək öz planlarını həyata keçirməyə çalışırlar. Ancaq bu böyük xətadır. Türkiyə kimi nəhəng dövləti bu proseslərə buraxmayaraq bölgədə yeni sərhədlər çəkməsi problemlərin həll ediləcəyi anlamına gəlmir. Türkiyə üçün qırmızı xətt var. Türkiyə hər zaman istədiyini edə bilən ölkədir. Məsələn, buna misal olaraq Rusiya qırıcısını sərhəddi pozduğu üçün vurduğunu göstərmək olar. Bu günə qədər NATO belə bu cür riskə getməmişdi. Cerabus və digər bölgələrin Firat Qalxan hərbi əməliyyat çərçivəsində İŞİD-dən təmizlənməsi Türkiyə həyata keçirir. Yəni Türkiyənin özünə görə atacağı addımları var.

- Hazırda indiki əməliyyatlardan sonra Mosulun taleyi necə olacaq?

- Burada tərəflər müxtəlifdir. Mosul hazırda bölgədə sünni nüfuzunun kompakt yaşadığı yerdir. İraqın şiə iqtidarı və İran bölgədə ən təhlükəli məsələni ortaya ata bilər. Söhbət məzhəb qarşıdurmasından gedir. Beləcə intiqam ala bilərlər. Bu cür məsələlər, xüsusilə şiə silahlı dəstələri var. Onlar Mosula girmək və intiqam almaq niyyətində olacaqlarsa, bu ciddi təhlükə olacaq. Üstəlik şimaldan kürd peşmərgə qrupları var. Türkiyənin istəyi odur ki, keçmiş Mosul valisi və onun hazırladığı sünni silahlı dəstələri də bu əməliyyata cəlb edilsin. Əgər onlar da bu prosesə cəlb edilərsə, bölgədə ciddi dəyişiklik olmaz. Amma biz görürük ki, İŞİD bura daxil olanda öz etnik təmizliyini apardı. Şiələr də Mosula girdikdə öz etnik və məzhəb təmizliyini həyata keçirməyə çalışa bilərlər. Eləcədə kürdlər. Məsələn, kürdlər ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında aldığı ərazilərdə etnik təmizləmə və insanların köçkün etdiyini gördük. Mosul prosesində də kim güclü olacaqsa bu təmizliyi etməyə çalışacaq və bunu İŞİD-dən intiqam “almaq” adı ilə edəcək. Türkiyəni narahat edən budur.

- Daha vacib məsələ Mosulun, Kərkükün və Təlaferin post İŞİD dövründə İraqın ərazisi olaraq qalacağı və ya Şimali İraq Kürd Muxtariyyətinin nəzarətinə keçəcəyi deyilmi?

- Əlbəttə, bu məsələ həll edilmiş deyil. Məsələn İraq hökumətinin qorxduğu odur ki, Türkiyə bu bölgəyə müdaxilə edərsə, ordu çıxararsa, sonradan Mosula, Kərkükə

sahib çıxar. Şimali İraq Kürd Muxtariyyətinin məsələyə münasibəti ikilidir. Bu muxtariyyətin İraq hökumətinə qarşı durmaq üçün Türkiyənin dəstəyinə ehtiyacı var, eyni zamanda özləri bu ərazilərdə hakim olmaq istəyirlər. Türkiyənin isə tələbi odur ki, Kərkük və Mosula xüsusi muxtariyyət verilməsidir. Təbii ki, bu muxtariyyətin İraq dövlətinin tərkibində verilməsindən bəhs edirəm.

- Demək istəyirsiniz ki, bölgədə indi müşahidə olunan kəskin və mürəkkəb durum hələ hadisələr başlanğıcdır?

- Hələ gördüklərimiz proseslərin başlanğıcıdır. Məsələlər o qədər sadə deyil. Bu bölgə İŞİD terror şəbəkəsindən təmizlənsə belə, görülən budur ki, Tehran, Bağdad və Moskvanın dəstəklədiyi İraq hakimiyyəti bu bölgədə şiə məzhəbinin hakim olmasına çalışacaq. Bölgədə belə dəyişiklik çox saylı ərəb və türkmənlərin sıxışdırılması demək olacaq. Əslində bu ərazilərdə terror qurumlarının yaranmasının, ayaqda durmasına səbəbi də budur. Əgər bölgədə şiə qruplaşması varsa, deməli sünni qruplaşması da olacaq. Vacibi bunların ortaq maraq nöqtəsini tapmaqdır. Əks halda ciddi qarşıdurma və müharibələr davam edəcək. Üstəlik də İŞİD-in kökünü kəsmək imkansız olacaq.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Davudoğlundan HDP-nin çağırışına cavab

    Davudoğlundan HDP-nin çağırışına cavab ...

    31-10-2014, 17:54

  • 
  • "HDP-nin Ankaradakı partlayışdan 1 həftə əvvəl xəbəri var idi" - PKK liderindən şok açıqlama

    "HDP-nin Ankaradakı partlayışdan 1 həftə ...

    16-10-2015, 13:54

  • 
  • Türkiyədə deputatlar arasında dava: 5 yaralı

    Türkiyədə deputatlar arasında dava: 5 yaralı ...

    29-04-2016, 01:32

  • 
  • ”Erməni soyqırımı”nın tanınması HDP bayrağı ilə qeyd edildi

    ”Erməni soyqırımı”nın tanınması HDP bayrağı ilə ...

    3-06-2016, 00:07

  • 
  • HDP-yə dəstək verən Beren Saat belə cəzalandırıldı - VİDEO

    HDP-yə dəstək verən Beren Saat belə ...

    10-09-2015, 17:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu