GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rusiyada Azərbaycanpərəst qüvvələr yoxdur”

“Rusiyada Azərbaycanpərəst qüvvələr yoxdur”

Tarix: 9-12-2016, 11:57 Bölmə :Müsahibə Baxış: 503
“Rusiyada Azərbaycanpərəst qüvvələr yoxdur”

Rasim Musabəyov: “Danışıqlar bərpa olunmasa, biz aprel hadisələrindən də şiddətli gərginlik ola bilər”

Sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov Rusiya-Azərbaycan münasibətləri, bu münasibətlərdə son dövr yaranan problemlər, eləcədə Ermənistanın son addımları haqda fikirlərini açıqlayıb.

- Rasim müəllim, Balarus prezidenti Aleksandr Lukaşenkonun Bakı səfəri qəfil oldu. Vaxtı ilə Lukaşenko ilə işləyən bir mütəxəssis olaraq bu səfəri necə şərh edərsiniz?

- Çox müsbət qiymətləndirirəm. Bizimlə Belarusun toqquşan hər hansı bir marağı yoxdur. Əksinə, bir çox sahələrdə maraqlarımız üst-üstə düşür. SSRİ dağıldıqdan sonra bizlər bir-birimizdən bir qədər uzaq düşmüşük. Ancaq əlaqələr mövcuddur və bu ikitərəfli faydalı münasibətlərdir. Burada təkcə siyasi dəstəkdən söhbət getmir. Belarus daima prinsipial mövqedən çıxış edir. Üstəlik bizim Belarusla ticarət dövriyyəmiz artır. Bu dövriyyə təkcə xammalın alıb-satılmasından ibarət deyil. Eyni zamanda sənayeni də bura əlavə etmək olar.

- Azərbaycanın Avrasiya ittifaqına daxil olması haqda şayiələr gəzir. Bu ehtimal varmı?

- Düşünürəm ki, hələlik bu məsələ gündəlikdə yoxdur. Təbii ki, bizim torpaqlarımızı işğal edən dövlətlə ittifaqa girmək ağlasığan məsələ deyil. Ona görə də, belə bir məsələ gündəlikdə durmur.

Hər bir qərarın zərurəti olmalıdır. Söhbət siyasi və iqtisadi zərurətdən gedir. Hələlik siyasi zərurət yoxdur. Çünki torpaqlarımızı işğal edən Ermənistan bu qurumda təmsil olunur. Həm də iqtisadi baxımdan zərurəti yoxdur. Azərbaycan Avrasiya İttifaqına daxil olan ölkələrlə Ermənistanı çıxmaq şərti ilə mehriban və yüksək münasibətləri var. Bu münasibətlər inkişaf edir və bundan sonra da edəcək. Sadəcə olaraq biz bu münasibətləri ikitərəfli qaydada tənzimləyirik. MDB çərçivəsində qəbul edilən qərarlar isə imkan verir ki, bu münasibətləri qarşılıqlı güzəşt əsasında quraq.

- Ancaq Azərbaycanın Avrasiya İttifaqında təmsil edilməsini arzulayan ölkələr omamış deyil...

- Kim arzulayır özü bilər. Bizim üçün kimin belə arzularda olub-olmamasının xüsusi bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu ittifaqda təmsil olunmaq Azərbaycana nəsə verir və ya vermir. Əgər vermirsə, bu ayrı məsələ. Cənab prezident, ondan əvvəl xarici işlər naziri Elmar Məmmədyarovda qeyd edib ki, bizim Avrasiya İttifaqına allergiyamız yoxdur. Sadəcə olaraq bu quruma daxil olmaq üçün iqtisadi və siyasi zərurət olmalıdır. Bu zərurət olmadığı halda biz bunu aktual formada müzakirə aparmağa lüzum görmürük. İndi kim bunu istəyəcək, kim istəməyəcək artıq ikinci dərəcəli məsələdir. Həm də vacib məsələ ondan ibarətdir ki, Avrasiya İttifaqının daxilində kifayət qədər ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aradan qaldırılacaq, bu ittifaq inkişaf edəcək və ya etməyəcək kimi məqamlar açıqdır. Odur ki, Azərbaycanı tələsik hansısa ittifaqa daxil olmağa heç nə sövq etmir.

- Hazırda regionda durum nədən ibarətdir, xüsusilə Ermənistan-Azərbaycan-Rusiya formatında hansı proseslər gedir?

- Rusiya aprel döyüşlərində təşəbbüslə çıxış etdi və müharibə dayandırıldı. Rusiya qərargah rəislərini Moskvaya dəvət etdi və sonra cəbhədə aktiv olan döyüşlər dayandı. Rusiya bunu edəndə cəbhədə şübhəsiz ki, Azərbaycanın üstünlüyü var idi. Biz irəliyə də gedə bilərdik və münaqişə genişlənə bilərdi. Təbii ki, cəbhədə aktiv fəaliyyətin dayandırılması müqabilində danışıqlar prosesində fəallığın artırılacağı, Rusiyanın erməniləri ağıllandırmaq üçün səylər göstərəcəyi gözlənilirdi. Əslində biz bu səyləri müşahidə etdik. Amma sonda heç bir nəticə olmadı.

- Niyə nəticə olmadı?

- İndi bəhanə edirlər ki, ermənilər işğal edilən ərazilərdən geri çəkilməkdən boyun qaçırırlar. Ona görə ki, belə olacağı halda özlərinin təhlükəsizliyini hiss etməyəcəklər və orada qurduqları müdafiə sistemi dağılacaq, bu zaman Azərbaycan qarşısında aciz qalacaqlar. Bunu bəhanə edərək Rusiya ermənilərə əlavə təminatlar verir. O cümlədən də silahlar. Yəni qorxmayın, bu ərazilərdən çıxsanız təhlükəsizliyiniz təmin ediləcək. Amma biz görürük ki, Ermənistan bunun müqabilində nəinki ağıla gəlir, əksinə, qudurur, loğva-loğva hədələrlə çıxış edir. Bütün bunların məsuliyyəti olmalıdır. Əlbəttə, Rusiya ilə ultimatumla danışmaq gülünc məsələ olardı. Ancaq danışığı kifayət qədər konkret formada qurmaq olar. Nəzərə alın ki, Rusiyanın da Azərbaycandan müəyyən istəkləri var, Azərbaycanın dəstəyinə Rusiyanın ehtiyacı var. Yəni təkcə birtərəfli olaraq bizim onların dəstəyinə ehtiyacımız yoxdur. Təbii ki, münasibətlərin hansı şəkildə qurulmasından, o cümlədən Azərbaycanın Rusiya ilə münasibətlərdə perspeektivləri ortaya çıxır. İndi Rusiya ilə Ermənistan birgə ordu birliyi yaradırlar. Hər halda bunları müzakirə etməyə ehtiyac var. O mənadakı sən gedib Ermənistanda belə şeylər edirsən, raketlər verirsən. Sabah mən ondan da uzaq məsafələrə gedə bilən raketləri Pakıstanda və ya Belarusdan gətirib quraşdırsam xoşunuza gələcəkmi? Axı bu raketlər ancaq Ermənistana çatmayacaq, bütün dairəni nişana almaq iqtidarında olacaq. Yox, əgər sən bunu istəmirsənsə onda o silahları niyə gətirib Ermənistanda yerləşdirirsən? Bu sualları verib onlara cavablar istəmək lazımdır.

İkincisi, əgər sən orada birgə hərbi birləşmə yaradırsan, bəs onda bizimdə Naxçıvanda Türkiyə ilə birgə belə bir ordu birliyi yaratmağımız xoşuna gələrmi? Bu halda sənin bizim bu addımımıza qarşı çıxmağa haqqın çatmayacaq. Yəni hər şey qarşılıqlıdır. Fərz edirəm ki, bu müstəvidə Rusiya ilə danışıqlar aparmaq vacibdir. Söhbət ondan getmir ki, Rusiya ilə ultimatum tonunda danışmaq, hansısa tələblər qoymaq lazımdır. Sadəcə olaraq qarşı tərəfə anlatmaq lazımdır ki, siyasət birtərəfli olmur. Hər bir addım onun əksini tələb edir. Belə olan halda da bir-birimizdən küsməyə dəyməz.

- Bir neçə deputat təklif edir ki, Ermənistanla danışıqlar dayandırılsın və Qarabağ danışıqları birbaşa Rusiya ilə aparılsın...

- Rusiya ilə danışmalıyıq da. Əslin də mən də bunu demişəm. Heç kimə sirr deyil ki, Rusiya vasitəçi libasında çıxış edir, ancaq aydındır ki, Rusiya həm də bu konfliktin iştirakçısıdır. Məsələn, Gürcüstanla bağlı münaqişədə Rusiya açıq iştirakçıdır. Eləcədə Moldova və Ukraynada. Onlar neyləyirlər? Məcbur olub gedib Rusiya ilə danışıqlar aparırlar. Bizdə məcburuq gedib Rusiya ilə danışıqlara. Əgər bu konfliktin həlli yollarını axtarırıqsa təbii ki, Rusiya ilə bu məsələdə razılaşma əldə etməliyik. Sonra isə erməniləri ağıla gətirmək Rusiyanın işidir.

- Rusiya siyasi elitasında, xüsusilə hakimiyyət piramidasında ermənipərəst və Azərbaycanpərəst qüvvələr varmı, əgər varsa bu bölgü nədən ibarətdir?

- Xeyir. Mən orada azərbaycanpərəst qüvvələr görmürəm. Əlbəttə, mümkündür ki, hansısa şəxslər Azərbaycana daha yaxındır. Ancaq Rusiyada elələri var ki, məsələlərə erməni gözü ilə baxır, elələri də var ki, məsələyə Rusiyanın böyük dövlət prizması iddiası gözündən baxırlar. Yəni sonuncular ermənipərəst deyillər, amma hesab edirlər ki, erməniləri burada alət kimi istifadə etmək, ayağının altında saxlamaq lazımdır. Ancaq Azərbaycanpərəst qüvvələrin olduğuna inanıb özümüzü aldatmayaq. Təbii elə məsələlər var ki, Azərbaycanla müəyyən razılaşma tələb edir. Məsələn, Qazprom şirkəti, Rusiya Energetika Nazirliyi. Onlar üçün Azərbaycanla müəyyən bir razılaşmalar əldə etmək vacibdir. O cümlədən Sərhəd Qoşunları, Kəşfiyyat İdarəsi. Hazırda onların başı Şimali Qafqazda ağrayır. Əlbəttə, bu məsələlərdə Ermənistanla əməkdaşlığın heç bir xeyri yoxdur, amma Azərbaycanla əməkdaşlıq nəsə verir. Həmçinin Xəzər məsələsinin həllində Azərbaycanın dəstəyinə ehtiyac var. Hərbi sənaye kompleksini götürək. Azərbaycan çox sərfəli alıcıdır. Ermənilər silahları müftə istəyirlər, biz isə nağdı pul ödəyib silah alırıq. Elə məsələlər var ki, biz qarşılıqlı maraq əsasında müəyyən dəstək əldə etmək iqtidarındayıq. Ancaq nəzərə almaq lazımdır ki, ermənilər orda çoxdur, hətta Rusiya elitasının içərisindədir. Onların da təsirləri kifayət qədər güclüdür. Hələlik onların bu təsirlərini tam neytrallaşdırmaq imkanında deyilik, ancaq Rusiyanın bir çox dövlət maraqları tələb edir ki, Azərbaycanla yaxşı münasibətlər saxlansın və qorunsun. Əslində yaxşı münasibətlər artıq qurulub, sadəcə olaraq indi bunu irəli aparmaq lazımdır. Hazırda Rusiya Xarici İşlər Nazirliyinin ikinci adamı hesab olunan Karasin gəlib. Düşünürəm ki, onunla ciddi danışıqlar olacaq. Həmçinin müdafiə naziri Zakir Həsənov Moskvaya səfər edir. Düşünürəm ki, orada da müzakirələr aparılacaq. Gərginliyin ortaya çıxması və münaqişənin alovlanması heç kəsə yaxşı vədlər vermir. Ancaq kimsə düşünürsə ki, Azərbaycanı həm Rusiyanın istəklərini, həm də ermənilərin iddialarını təmin etməyə razı salacaqlar, bunu heç vaxt görməyəcəklər.

- İndi erməni tərəfinin hərbi ritorikaya üstünlük verir və bu faktdır. Regionda döyüşlər başlaya bilərmi?

-Diplomatik bərpa olunmasa, bu danışqılarda müsbət perspektivlər olmasa hərbi gərginlik arta və bu aprel hadisələrindən də şiddətli ola bilər.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Lukaşenko Bakıya Əliyevdən pul istəməyə gedib”

    “Lukaşenko Bakıya Əliyevdən pul istəməyə gedib” ...

    21-11-2013, 18:09

  • 
  • Belarus Prezidenti Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeni təqdim edilib

    Belarus Prezidenti Aleksandr Lukaşenkoya ...

    29-11-2016, 18:26

  • 
  • “Azərbaycan ehtiyatlı olmalıdır”

    “Azərbaycan ehtiyatlı olmalıdır” ...

    2-04-2014, 11:22

  • 
  • Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik”

    Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik” ...

    22-04-2016, 00:25

  • 
  • Aleksandr Lukaşenko “prezidentlikdən doyub”

    Aleksandr Lukaşenko “prezidentlikdən doyub” ...

    11-12-2013, 13:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (63)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu