GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “ABŞ 40 illik Yaxın Şərq siyasətini yenidən quracaq”

“ABŞ 40 illik Yaxın Şərq siyasətini yenidən quracaq”

Tarix: 14-01-2017, 12:27 Bölmə :Müsahibə Baxış: 461
“ABŞ 40 illik Yaxın Şərq siyasətini yenidən quracaq”

Politoloq: “Kürdlərin dövlət yaratmaq ideyası XXII əsrə qaldı”
Prezident Administrasiyasının sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədovla müsahibəni “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik. Politoloq əsasən geosiyasi durum, dünya iqtisadi böhranı, Yaxın Şərqdə vəziyyət haqda danışıb.

-Rüstəm müəllim, Rusiya-Türkiyə münasibətlərinin gələcəyi nə ilə nəticələnəcək?

- Fikrimcə, bu əlaqələr yüksələn xətlə inkişaf edəcək. Çünki Rusiya Türkiyəsiz, Türkiyə isə Rusiyasız bu gün mövcudluğunu təsəvvür etmir. Onlar iqtisadi krizistə qarşı birgə əməkdaşlıq edəcək və mübarizə aparacaq.

- Bu yaxınlaşma strateji xarakterlidir, yoxsa taktiki?

- Bu həm strateji, həm də taktiki yaxınlaşmadır. Bu zamanın hökmdür, başqa variant yoxdur.

- Nəzərə alın ki, ortada həm də İran faktoru var...

- Türkiyə ilə İran arasında ciddi yaxınlaşmanın olacağına inanmıram. Lakin onların hər ikisi Rusiya ilə partnyor dövlətdir. Ona görə də, bu prosesdə onlar birlikdə olacaq.

- Rusiya Suriyadakı silahlı kürd dəstələri məsələsində Türkiyəyə dəstək verəcəkmi?

- Onlar birlikdə kürd amilinin qarşısında dayanıblar və bu prosesdə birgə olacaqlar. Çünki kürdlərə ayrıca müstəqil dövlət yaratmağa imkan versələr dünya xaosa sürüklənər. Bu Amerikanın planı idi. Amerikanın uzağı görməyən siyasətçiləri belə plan qurmuşdu ki, kürd dövləti yaratsınlar, həmçinin Türkiyəni, Suriyanı, İranı parçalasınlar və bununla da dünyanı idarə etməyə başlasınlar. Ancaq bu siyasət uğurlu olmadı. Kürdlərin dövlət yaratmaq ideyası XXII əsrə qaldı.
İndi 2017-ci ildir. Təxminən 100 il əvvəl dünyanın yenidən bölmək ideyası ortaya çıxıb, I Dünya Müharibəsi baş verib və sonda dünya güclər arasında bölünüb. İndi də dünya müharibəsi ideyası çox güclüdür. Dünyanın məhv olmaması üçün buna imkan verilməməlidir.

- Əslındə dünya nəhənglərindən biri də Çindir. Sizcə, nədən Çin bu geosiyasi prosesləri kənardan müşahidə edir və proseslərdə əsas rol oynamır?

- Çin 2 milyardlıq əhalisinin qarnını doydurmaqla məşğuldur. Çin bu proseslərə müdaxilə etsə uduzar. Çin elə bir ölkədir ki, onun maraqlarına toxunmasan, onun heç kəslə işi olmur. Yox, əgər Çinə toxunsan aləm qarışacaq.

- Gələcək perspektivdə Moskva-Ankara yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilərmi?

- Dağlıq Qarabağ problemi Rusiya-Türkiyə münasibətlərindən asılıdır. Bu birmənalıdır. Dağlıq Qarabağ probleminin həlli bu münasibətlərin qurulmasından asılıdır. İndiki Rusiya-Türkiyə yaxınlaşması bizim maraqlarımız daxilindədir.

- Dünyada müşahidə edilən iqtisadi böhran nə zaman aradan qalxacaq?

- İqtisadi böhranın mahiyyətində region dövlətlərinin zəiflədilməsi və dünyanın yenidən bölünməsinə gətirib çıxarmaqdır. Amma bu proses uğurlu olmadı. Əslinə qalsa bu gün iqtisadi böhran daha çox qərb dünyasını dağıdır, nəinki arzu edilən ölkələri.

- Rusiya, İran, Türkiyə və gələcəkdə Çinin ABŞ dollarından imtina edərək ticarətlərini milli valyutaları ilə həyata keçirməsinə dair təkliflər səsləndirilir. Bu mümkündürmü?

- Bu qərbə qarşı hədə-qorxu ideyasının əvvəli idi. Başa saldılar ki, sonda bu da baş verə bilər. Qərbdə düşündü ki, belə addım atıla bilər. Ancaq hesab edirəm ki, dollar gücünü qoruyub saxlayacaq

- ABŞ-da son prezident seçkilərinə Rusiyanın təsiri mövzusu ciddi müzakirə edilir. Bununla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi Konqresə, Trampa və Obamaya xüsusi hesabatda təqdim edib. Sizcə, bu proses nə ilə yekunlaşa bilər?

- Amerika nəhəng, inkişaf etmiş güclü bir dövlətdir. Amerikaya heç kim heç nə edə bilməz. Xüsusilə qeyd edim ki, ABŞ bir dövlət olaraq seçkilərini özü keçirir, heç kəs də seçki prosesinə nüfuz edə bilməz. Bu deyilənlər boş söhbətdir.

- O halda niyə belə məsələlər ortaya atılır?

- Fikrimcə, bunu edən maraqlı qüvvələr var. Müəyyən qüvvələr var ki, onlara Donald Trampın prezident seçilməsi sərf etmirdi və ya onlar bunu istəmirdi. Nəticədə Tramp seçkidə qalib gəldi. İndi Trampa qarşı qərəzli xətt yürüdürlər.

- Sizin ABŞ-dan gözləntiniz nədir?

- Hesab edirəm ki, yanvarın 20-də Donald Tramp prezident olaraq səlahiyyətlərinin icrasına başlayacaq. Fikrimcə, bundan sonra mütləq dəyişikliklər müşahidə edəcəyik. Ehtimal edirəm ki, Amerikanın Şərq siyasəti tamamilə dəyişəcək. Yəni həm keçmiş sovetlər birliyi, həm də Yaxın Şərq siyasəti dəyişməlidir. ABŞ prezidenti Donald Tramp bunu hələ seçkilərdən əvvəl və seçkilərdən sonra bəyan etdi. Açıq dedi ki, Amerikanın qırx il müddətinə mövcud olan Şərq siyasəti tamamilə iflasa uğrayıb. Xüsusilə Türkiyə hadisələrindən sonra. Odur ki, yeni administrasiya bu məsələləri təhlil edəcək və şərq siyasəti yenidən qurulacaq.

- Yəni yeni Şərq siyasətinin qurulması üçün daha bir neçə il lazım gələcək?

- Xeyir. Nəzərə alın ki, Amerika qüdrətli ölkədir. Hesab edirəm ki, yeni Şərq siyasətinin qurulması bir ay müddətində həll edilə bilər. Orada institutlar, araşdırma mərkəzləri işləyir.

- Yeni Şərq siyasətinin mahiyyəti nə duracaq?

- Mənə elə gəlir ki, Amerika inkişafa doğru gedəcək. Amerika ərəb baharı inqilablarından imtina edəcək. Çalışacaq ki, ərəb ölkələri ilə yeni siyasət daha səmimi əsaslar üzərində qursun. Çünki Yaxın Şərq siyasəti Amerika üçün iflas edici xarakter daşıyır. O cümlədən Vaşinqtonun Türkiyə siyasəti. Amerika faktiki olaraq Türkiyəni itirdi. İndi yeni ABŞ rəhbərliyi münasibətləri əvvəlki müstəviyə qaytarmaq üçün yollar tapmalıdır. Ya Fətullah Güləni Ankaraya qaytarmalıdır, ya da başqa yollar seçməlidir. Mən hesab edirəm ki, buna oxşar yeniliklər hökmən olacaq.

- Hazırda dünyada müşahidə edilən geosiyasi durumla bağlı nə deyə bilərsiniz?

- Hesab edirəm ki, geosiyasi vəziyyət çox təhlükəlidir. Geosiyasi durum mürəkkəbdir, çətin problemlərlə müşahidə edilir. Ən böyük çətinlik isə sözsüz ki, iqtisadi problemlərdir. Iqtisadi durumun gəlib bu vəziyyətə çatması dünyanı müharibəyə doğru sürükləyir. Mənə elə gəlir ki, Tramp siyasəti iqtisadi model üzərində işləyib dünyanı aparacaq fəlakətli yoldan çəkindirməlidir.

- Bəzi analitiklər ehtimal irəli sürürlər ki, dünya III Dünya Müharibəsinin ərəfəsindədir...

- Əslində III Dünya Müharibəsi çoxdan gedir, sadəcə biz onu duymuruq. Lakin hesab edirəm ki, bu müharibənin daha geniş şəkildə alovlanmasına şans vermək olmaz. Bunun qarşısı alınmalıdır. Mənə elə gəlir ki, əsas məqsəd bundan irəli gəlir.

- İndiki mərhələdə Yaxın Şərqdə, ələlxüsus Suriyada ABŞ və Avropanın rolu aktiv deyil. Əvəzində Rusiya, İran və Türkiyə daha aktiv rol oynayır. Sizcə, nə baş verir?

- Amerikanın Yaxın Şərq üzrə siyasəti zəiflədi, bu da öz nəticəsində başqa dövlətlər üçün geniş şanslara yol açdı. Bilirsinizmi, Yaxın Şərqdə Amerikaya olan hörmət və izzət qəfildən azalmağa başladı. Ərəb inqilabları ərəb dünyasını çıxılmaz vəziyyətə saldı. Ona görə də, indi ərəb dünyasını ABŞ özünə qaytarmağa çalışmalıdır. Bunu necə edəcəyini isə gələcək göstərəcək.

- Suriya böhranının taleyi necə olacaq, Türkiyə, Rusiya və İran Yaxın Şərqdə stabilliyi təşkil edə və onu qoruya bilər?

- Əslində baxanda Suriya uzun illər Rusiyanın təsiri altında fəaliyyət göstərən dövlət idi. Çalışdılar ki, Suriyanı Rusiya əleyhinə yönəltsinlər, ancaq bu alınmadı. Bu da son nəticədə Suriya faciəsinə gətirib çıxardı. İndi bir müddətdən sonra Suriya öz problemlərini sahmana salacaq. Bunun üçün atəşkəs olmalıdır.

- Qərb bu prosesi necə yanaşacaq?

- Hazırda qərb Rusiyanın bu fəaliyyətinə qısqanclıqla yanaşır. Amma bu faktdır ki, Rusiya tutduğunu buraxmaz. Bu gün Rusiyanın siyasəti Suriyanı Yaxın Şərqdə aparıcı dövlət kimi qoruyub saxlamaqdır. Hesab edirəm ki, Rusiya buna nail olacaq. Bir sözlə, Rusiya özünün keçmiş mandatı olan ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışacaq. Qərb isə məcburdur ki, bu prosesi müşahidə etsin. Dünya vaxtı ilə bölünüb və bu bölgünü pozmaq niyyəti qərbi Rusiya ilə toqquşdurdu. Və dünya müharibəsini yaxınlaşdırdı. Bu gün tərəflər köhnə varianta qayıtsalar məsələlər bununla da bitəcək.

- Qərb yeni dünya düzəni formalaşdırmağa çalışır. Bunun üçün bəzi ölkələrdə hakimiyyətlər devrildi, milyonlarla insan öldürüldü. Bu halda köhnə varianta qayıtmaq nə dərəcədə realdır?

- Məncə, qərb əvvəlki varianta qayıtmağa məcburdur. Rusiya nüvə ölkəsidir. Onunla zarafat etmək olmaz. Onunla hesablaşmaq lazımdır. Rusiya ilə hesablaşmamaq onu bir qədər də qızışdırmaq və prosesləri dərinləşdirmək deməkdir. Hesab edirəm ki, qərb dünyası məcburdur ki, Rusiyanın dünyadakı rolunu tanısın.

- Rusiyanın iqtisadiyyatının çökdüyü, sanksiyaların ona ciddi zərbələr vurduğu haqda xəbərlər dolaşır. Rus iqtisadiyyatının potensialı haqda deyilənlər realdırmı?

- Rusiyanın potensialı kifayət qədər möhkəmdir. Rusiya elədiyini başa düşür. Özünə arxayındır deyə, bu addımları atır.

- Ancaq beynəlxalq arenada müttəfiqləri yoxdur...

- Müttəfiq heç kəsə lazım deyil. Hərə öz başının çarəsini qılır. Kim necə bacarır o cür də başını saxlayır.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Türkiyə və İran parçalanır: Bakı “Böyük oyun”da

    Türkiyə və İran parçalanır: Bakı “Böyük oyun”da ...

    26-07-2014, 15:18

  • 
  • Rusiya və İranın birgə Azərbaycan planı

    Rusiya və İranın birgə Azərbaycan planı ...

    5-03-2013, 10:44

  • 
  • Merkel: "Türkiyə Avropaya ağırlıq edər"

    Merkel: "Türkiyə Avropaya ağırlıq edər" ...

    24-06-2013, 16:17

  • 
  • "Bu fakt Rusiya-Türkiyə münasibətlərinin bərpasına kömək edəcək"

    "Bu fakt Rusiya-Türkiyə münasibətlərinin ...

    28-06-2016, 01:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu