GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ayaz Mütəllibov, bəs sən hara baxırdın?!”

“Ayaz Mütəllibov, bəs sən hara baxırdın?!”

Tarix: 19-01-2017, 15:51 Bölmə :Müsahibə Baxış: 1 685
“Ayaz Mütəllibov, bəs sən hara baxırdın?!”

Etibar Məmmədov: "Vaqif Hüseynovu Azərbaycan xalqının düşməni elan edərdim"

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə bağlı modern.az-ın suallarını cavablandırıb.

-Etibar bəy, sabah 20 yanvar hadisələrinin 27-ci ildönümü olacaq. Eks-prezident Ayaz Mütəllibov Modern.az-a müsahibəsində 1990-cı il yanvarın 16-dan sonra ölkədə hakimiyyətin AXC-nin və Moskvadan gələn qrupun əlində olduğunu deyib. Doğrudanmı, rus qoşunlarının Bakıya gəlməsində o zamankı AXC məsuliyyət daşıyır?

-1990-cı ildən bu yana Ayaz Mütəllibov və o zaman onunla bərabər hakimiyyətdə olanlar məsuliyyətdən qaçmağa can atırlar. Bir şeyi başa düşmürlər ki, o zaman yüksək vəzifə tutan şəxslər xalqın həyatına, təhlükəsizliyinə görə məsuliyyət daşıyırdılar. Bunlar məsuliyyətlərini dərk etməyərək həmin hadisələrin baş verməsində birbaşa məsuliyyətli olan şəxslərdir. Bu da ötən illər ərzində dəfələrlə sübut olunub. Onların məsuliyyətinin nədən ibarət olduğu bu illər ərzində dəfələrlə sübut olunub. Buna baxmayaraq, Ayaz Mütəllibovun həmin hadisələrin baş verməsində və rus qoşunlarının Bakıya dəvət edilməsində birbaşa məsuliyyəti var. Çirkab atmaqdansa, indiyə qədər bir suala cavab versin ki, niyə görə o, Moskvaya teleqramla müraciət edib və Azərbaycana qoşun dəvət edənlərin siyahısında olub? İndiyə kimi bu suala cavab verməyib. Ona görə də o suala cavab verməyən, o zaman hökumətdə vəzifə tutan və vəzifə borcuna görə də xalqın təhlükəsizliyini təmin etməyə borclu olan bir adamın indi nə mənəvi, nə də siyasi hüququ var ki, başqalarını ittiham etsin.

-20 yanvar hadisələrindən sonra Ayaz Mütəllibov bir neçə AXC lideri ilə görüşərək, onların bəzilərinə vəzifə verdiyini bildirib. Bu nə dərəcədə doğru fikirlərdir?

-İndi o kiməsə vəzifə verib, ya da təklif edib, hansısa formada danışıqlar aparıb, onlardan xəbərim yoxdur. O zaman vəzifəyə gedənlər də, Mütəllibovla əməkdaşlıq edənlər də məlumdur. 20 yanvar hadisəsinin baş verməsinə bunların heç bir aidiyyatı yoxdur. 20 yanvar 1990-cı ilin əvvəlində baş verib. 20 yanvara qədər məsuliyyət daşıyan adamlar da məlumdur, həmin dövrdə vəzifədə olan şəxslər də məlumdur. Ayaz Mütəllibov da o zaman Nazirlər Kabinetinin sədri idi. İkinci şəxs hesab olunurdu. Deyəndə ki, Moskvadan gələnlər buranı idarə edirdilər, adamdan soruşarlar ki, bəs sən hara baxırdın ki, onlar idarə edirdi?! Niyə etirazını bildirmədin?! Həmin hadisələr baş verəndən sonra niyə proseslə bağlı çıxış etmədin?! Bunların heç biri olmayıb. Hətta, onlara haqq qazandırıb və həmin hadisədən sonra da onun əsas mübarizəsi birinci katib postunu ələ keçirmək olub. Artıq 27-ci ildir bunlar təkrar olunur. Hamı da bilir ki, məsuliyyəti kim daşıyır. Azərbaycan siyasətində ən pis şey odur ki, hansısa məsuliyyəti olan adamlardan heç kəs indiyə qədər etiraf etməyib ki, “mənim məsuliyyətim var”. Günahı bir kənara qoyaq. Sadəcə, məsuliyyətini etiraf edən olmayıb.

-Ayaz Mütəllibov o zamankı DTK sədri Vaqif Hüseynovla, özünün 20 yanvar cinayətinin ört-basdır edilməsinə cəhdlər göstərdiklərini ağ yalan adlandırıb. Həmçinin, Vaqif Hüseynovun professional çekist olmasını da xüsusi qeyd edib.

-Vaqif Hüseynov professional çekist kimi enerji mərkəzinin partladılmasının təşkilatçısı olub. Bakıda ayrı-ayrı insanlara, xalq hərəkatının rəhbərlərinə qarşı sui-qəsdlərin təşkilatçısı olub. Hətta Heydər Əliyevin tərəfdarlarından bir neçəsinin öldürülməsinin təşkilatçısı olub. Bunların hamısı istintaqla sübut olunmuş məsələlərdir. Vaqif Hüseynovu Azərbaycan xalqının düşməni elan edərdim. Düşmən olan bir adamı, bütün fəaliyyəti boyu xeyir verməyən bir şəxsi indi şahid kimi irəli çəkmək Ayaz Mütəllibova yaraşmaz. Ümumiyyətlə, heç kəsə yaraşmaz. Vaqif Hüseynovun kim olduğunu hamı bilir.

-Bildiyiniz kimi, 20 yanvar hadisələri öncəsi rus qoşunlarının Bakıya gəlməsi üçün indiki Baş nazir Artur Rəsizadənin də Moskvaya teleqram vurduğu deyilir. Həmin dövrlərdə, Artur Rəsizadə Nazirlər Kabineti sədrinin müavini vəzifəsində çalışıb. Amma eks-prezident Ayaz Mütəllibov bu sualı heç bir məlumatının olmaması kimi cavablandırıb.

-Əlbəttə, Moskvaya Artur Rasizadə də, Əbdürrəhman Vəzirov da, Ayaz Mütəllibov da teleqram vurub. Hətta, Mərkəzi Komitənin də, Nazirlər Kabinetinin də adından teleqram vurublar. Bunların hamısı faktdır. İstintaq materiallarında var.

-Amma Ayaz Mütəllibov bundan məlumatsız olduğunu deyir.

-Necə ola bilər ki, Sovet dövründə sədr müavininin mərkəzə teleqram vurmasından xəbərdar olmasın. Bu cür cavab “uşaq başı aldatmaqdan” başqa bir şey deyil. Ayaz Mütəllibov 20 yanvar hadisələrinə görə birbaşa məsuliyyət daşıyanların içərisindədir. Bu yaşa qədər gəlib çatıb. Necə deyərlər, müdriklik yaşını da keçib. Heç olmasa, özündə bir cürət tapıb uzun illərdən sonra hansısa məsuliyyəti etiraf etsin. Günahı başqalarının boynuna atmaqdansa, başqalarını ləkələməkdənsə unutmasın ki, vəzifəsinə görə məsuliyyət daşıyır. Ona görə də etiraf etsin ki, özünün də məsuliyyəti var. Azərbaycan xalqının ən böyük problemi odur ki, o zaman bu hadisələrə görə məsuliyyət daşıyanlardan indiyə qədər bir nəfər də olsun etiraf etməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov nəvəsinə toy edib

    Ayaz Mütəllibov nəvəsinə toy edib ...

    21-01-2014, 12:10

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42

  • 
  • Ayaz Mütəllibova qarşı İTTİHAM

    Ayaz Mütəllibova qarşı İTTİHAM ...

    21-11-2013, 14:30

  • 
  • “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan müsahibə almamalıdır”

    “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan ...

    10-12-2015, 14:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu