GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bank sektoruna ciddi təsirlər göstərir”

“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bank sektoruna ciddi təsirlər göstərir”

Tarix: 4-02-2017, 20:45 Bölmə :Müsahibə Baxış: 528
“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bank sektoruna ciddi təsirlər göstərir”

Mixail Zabeln: “Rusiyanın Donbasa hansısa köməkliyini təkzib etmirəm”

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Azərbaycandakı rus icmasının təmsilçisi Mixail Zabelnlə müsahibəni təqdim edir.

- Donbas separatçıları ilə Ukrayna hərbi qüvvələri arasında ciddi qarşıdurmalar baş verir, faktiki müharibə gedir. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Çox pis qiymətləndirirəm. Nə deyə bilərəm? Sözsüz ki, atəşin pozulması səbəbindən insanlar əziyyət çəkir. Uşaqlar ölür, əsgərlər ölür, sadə vətəndaşların çətinliyi yaranır, hərbçilər, dövlət ziyan görür. Sözsüz ki, əgər Donbasın, Donetskinin səndə qalmasını istəyirsənsə, heç olmasa onlara hansısa hüquqlar ver.

Məsələn Donbasda çoxlu sayda ruslar yaşayır. Məncə, rus dilində danışmaq və yazmaq hüququ, iqtisadi azadlıqlar və s ola bilər. Axı burada yaşayanlar prinsipcə Ukrayna ərazi bütövlüyü çərçivəsində yaşamağa etiraz etmirlər. Səndə onlara hansısa status ver. Baxın, biz Dağlıq Qarabağa müəyyən status verməyə hazırıq, sözsüz ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində. Biz buna getməyə hazırıq. Doğurdanmı Ukrayna bunu görmür? Hesab edirəm ki, ən yaxşı variant odur ki, biz bunu etmək istəyirik. Bundan başqa, mən bir neçə məmur və Ukraynanın səfiri ilə görüşmüşəm. Səfirə hətta misal da çəkdim. Qeyd etdim ki, biz Azərbaycanda illər əvvəl elə situasiya yaranmışdı ki, ölkə bir neçə yerə parçalana bilərdi. Çox yaxşı haldır ki, həmin dövrdə Heydər Əliyev fiquru siyasi səhnəyə çıxdı. Heydər Əliyev böyük siyasət ustası idi. Gəncəyə getdi, Sürət Hüseynovla masa arxasında oturub müzakirələr apardı və çalışdı ki, Azərbaycanda siyasi sabitliyi bərpa etsin, vətəndaş müharibəsinin qarşısını alsın. Mən, bu misalı səfirə çəkdim. Və soruşdum ki, nədən Poroşenko hakimiyyətə gəldikdən sonra Donbasa səfər etmədi, Aleksandr Zaxarçenko ilə müzakirə etmədi, onlardan soruşmadı ki, sizə nə lazımdır. Qarşı tərəfin nə istədiyini öyrəndikdən sonra deyə bilərdi ki, biz bu məsələləri danışıqlar vasitəsilə yoluna qoya bilərik, silahların danışmasına ehtiyac yoxdur, bu hüquqları verə bilərik və s. Ukrayna nümayəndələri mənə dedi ki, Zaxarçenko kimdir ki, Poroşenko onun ayağına getsin? Məndə dedim ki, onda Sürət Hüseynov kim idi ki, Heydər Əliyev kimi şəxsiyyət öz xalqının gələcəyi naminə Gəncəyə onun yanına getdi və vətəndaş müharibəsini dayandırdı. Qarşı tərəf də, mənə bildirdi ki, axı o Heydər Əliyev idi. Məndə hesab etdim ki, elə lideri seçmək lazımdır ki, o problemləri həll edə, konkret yaranan situasiyadan ölkəsini çıxara bilsin. Bu mənada deyirəm ki, Ukraynada elə siyasi lider yoxdur ki, onu bütövlükdə siyasi qüvvələrin hamısı qulaq assın. Heydər Əliyev isə Bakıya gələndə ona AXC, Müsavat və digər partiyalar qulaq asdı. Üstəlik Əliyev də böyük siyasi liderə məxsus olan xarizma var idi. Ən başlıcası xalq Heydər Əliyevə inanırdı və dəstəkləyirdi. Açığı, mən hazırda Ukraynada belə bir lider görmürəm. Bu səbəbdən də Ukraynada durum çətindir. Baxın, orada bir qrup “Azov”, digəri 5-ci sektordur. Onların hamısı da millətçi əhval-ruhiyyədədir. Hətta onlar Ukrayna hökumətinin və prezident Poroşenkonun addımlarını belə qəbul etmirlər. Minsk razılaşmasını indiyə qədər həyata keçirə bilmirlər. Niyə Poroşenko bu razılaşmanı həyata keçirə bilmir? Çünki ona bir neçə qrup təzyiqlər edir.

- Ancaq rəsmi Kiyev elan edir ki, Donbasda atəşkəsi pozan separatçılardır və burada Rusiyanın da fəaliyyəti var...

- Haqqında danışdığımız ərazilər vaxtı ilə balaca Rusiya adlandırılırdı. Donbasda böyük müəssisələr var idi ki, vaxtı ilə bütövlükdə SSRİ-yə xidmət edirdi. Əlbəttə, zamanında ora çoxlu sayda mütəxəssislər, işçilər gedib. Orada çoxlu sayda rusdilli və digər xalqların nümayəndələri yaşayır. Bu mənada orada Rusiyanın nüfuzu güclüdür. Əgər siz Donbasda konfliktin başladığı dövrünü xatırlasanız görərsiniz ki, bu proses ölkənin qanuni prezidenti Yanukovçin devrilməsindən sonra başladı. Əlbəttə, Yanukoviçin yaxşı və ya pis prezident olması başqa mövzudur. Bir çox qərb ölkələri də hesab edirdi ki, Yanukoviçin müddəti başa çatana qədər səlahiyyətlərini icra etməlidir. Ancaq onu devirdikdən sonra millətçi ab-hava baş qaldırdı, millətçi şüarlar ortaya çıxdı. Bundan sonra Donbasda insanlar bəyan etdi ki, onlar rus dilinin tətbiq edilməsi, iqtisadi azadlıqlar və digər hüquqlar istəyirlər. Əslində isə Donbas bütün Ukraynanı təmin edirdi, özləri isə Ukraynada ən aşağı səviyyədə yaşayan kateqoriya idi. Bundan sonra onlar qubernatorlarına təzyiq etdilər ki, bu istəklərinə nail olsunlar. Bu zaman Ukrayna hakimiyyəti Donbasda baş verənləri terror hesab etdilər. Əlbəttə, separatçı kimi təqdim etsəydilər, bunu anlamaq olardı. Amma terrorçu kimi qiymətləndirmək ağlasığmaz idi. Onlar axı Ukraynanın heç bir yerində terror həyata keçirməmişdilər. Sadəcə ayağa qalxaraq müəyyən hüquqlar tələb edirdi. Heç onda Donbasın Rusiyaya birləşəcəyi və özləri üçün respublika qurmaları kimi məsələlərdə gündəmdə deyildi. Nə vaxt ki, hərbi məsələlər ortaya çıxdı, onda vəziyyət də dəyişdi. Əlbəttə, mən Rusiyanın Donbasa hansısa köməkliyini təkzib etmirəm. Ancaq mən demirəm ki, Rusiya Donbasa ordu yerləşdirdi. Əgər Rusiya Donbasa ordu aparsaydı, bu ordu çoxdan Kiyevə gedib çatardı. Ola bilsin ki, Rusiyadan Donbasa hərbi mütəxəssislər, az sayda texnika və s dəstək verilib. Mən deyə bilmərəm ki, belə köməklik olmayıb. Ancaq nə olubsa, artıq olub. İndi ən vacibi Minsk razılaşmasına tərəflərin əməl etməsidir. Mən burada bir məqamı da qeyd etmək istərdim. Təəccüblənirəm, bütün dünya Ukraynaya dəstək verdi, sanksiyalar ortaya çıxdı, Minsk razılaşmasını təmin etdi və s. Əgər buna görə, Donbas və Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, bəs niyə Qarabağ konfliktinə görə Ermənistana və Qarabağ separatçılarına sanksiyalar tətbiq edilmir? Başa düşürsünüzmü, ikili siyasət və ikili standart var. Beynəlxalq aləmin bizim Qarabağ probleminə də belə yanaşması olsaydı, fikrimcə, biz çoxdan Qarabağ problemini həll etmişdik. Ona görə ki, biz Azərbaycan ərazi bütövlüyü çərçivəsində Qarabağ ermənilərinə status verməyə, Qarabağda iqtisadi inkişafı qaldırmağa etiraz etmirik. Vaxtı ilə Petrosyan bu razılığa gəlirdi, amma onu hakimiyyətdən devirdilər. Dəmirçyan seçkilərdə bəyan edirdi ki, Qarabağ konfliktini həll edəcək. Onu da, parlamentin iclasın da güllələdilər.

- Ancaq siyasi analitiklər vaxtı ilə qeyd edirdilər ki, Terpetrosiyanın devrilməsi və Dəmirçyanın güllələnməsi Rusiyanın dəstəyi sayəsində baş verib...

- Bu Rusiyanın nəyinə lazım idi? Petrosiyan milli əhval ruhiyyədə olan siyasətçi idi. Dəmirçyan praqmatik siyasətçi idi və Rusiya ilə münasibətləri saxlayırdı. Onu Daşnakstünun əmri ilə güllələdilər. Mən bu yaxınlarda Rusiya kanalına baxırdım, orada SSRİ zamanı ermənilərin Moskva və digər şəhərlərdə törətdiyi terror aktları haqqında danışırdılar. Bütün bunlar Daşnakstunun qərarları ilə həyata keçirilib. Dağlıq Qarabağda ilk hadisələrdə məhz terror təşkilatı olan Daşnakstun Partiyasının xeyr-duası ilə başlamışdı.

- Nazir Lavrovun “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi” deyil açıqlamasına münasibətiniz necədir?

- Bilirsinizmi, mən demək istəyirəm ki, bu zaman bizi səfirimiz Polad Bülbüloğlunu gündəmə gətirdilər və s. Sanki kimlərsə bu vəziyyəti alovlandırmaq istəyir. Məncə, heç bu açıqlamaya diqqət ayırmamaq da olardı. Birincisi, bu fikri nazir Lavrov mətbuat konfransında deyib. Yəni xüsusi bir bəyanatla çıxış etməyib. Bu mövqe həm də Kremlidə əyləşən siyasətçilərin rəsmi mövqeyi kimi ifadə edilməyib. Polad müəllim özü də, haqlı olaraq qeyd etdi ki, jurnalist korrekt sual verməyib. Hətta Lavrov bunu deyibsə, biz aydınlaşdırmalıyıq ki, o nəyi nəzərdə tutur. Mən Rusiyanın Azərbaycandakı səfiri ilə görüşdə sual etdim ki, nazir Lavrov bu fikri ilə nə demək istəyirdi? Mənə cavab verildi ki, nazir bu fikri ilə izah etməyə çalışıb ki, artıq Dağlıq Qarabağ konflikti beynəlxalq statusunu alıb və problemi həll etmək lazımdır. Mən MDB-nin 25 illiyində çıxış edərkən dedim ki, MDB-nin nizamnaməsində qeyd edilir ki, bütün üzv dövlətlərinin ərazisində olan münaqişələri MDB çərçivəsində həll edilməlidir və bu MDB-nin vəzifəsidir. Təəssüflər olsun ki, bir dəfə də olsun bu məsələ MDB-nin rəhbər qurumlarında müzakirə edilməyib. Bilirəm ki, prezident Nazarbayev və Lukaşenko bu haqda danışıb. Amma MDB-nin əsas mövzusu olaraq ərazi konfliktləri bir dəfə də olsun müzakirə edilməyib. Mən bu mövqeyimi rəsmi şəkildə açıqlamışam. Fikrimcə, Lavrov sadəcə demək istəyib ki, artıq bu konflikt beynəlxalq konflikt halına gəlib. Konflikti həll etmək üçün Minsk Qrupu yaradılıb, bu qrupda Fransa, ABŞ, Rusiya kimi ölkələr daxildir. Habelə Türkiyə bu məsələdə aktiv fəaliyyət göstərir, Qazaxıstan bir sıra hallarda bu məsələni qaldırır. Əslində bu daha yaxşıdır. Qoy beynəlxalq aləm bizə Qarabağ konfliktinin ədalətli həlli üçün dəstək göstərsin.

- Bir çox MDB ölkələrində Rusiyanın ictimai baxımdan nüfuzu elə də yüksək deyil. Məsələn, Azərbaycanda insanlar düşünür ki, Rusiya Ermənistana siyasi, hərbi-texniki dəstək verməklə Qarabağ konfliktinin həllinə köməklik göstərmir...

-Rusiya bizə də silah verir.

- Ermənistandan fərqli olaraq biz pulla alırıq, elə deyilmi?

- Ermənistana elə-belə silah vermirlər. Əvvəla Ermənistana gedən silahlar Rusiya hərbi bazasına gedir.

- Oradan da erməni ordusuna ötürülürmü?

- Yox. Bunu edə bilməzlər.

- Fakt odur ki, Ermənistana “İsgəndər” raket kompleksi verildi. Ermənistan baş qərargahının rəis müavini hətta bu silahla bizi “hədələməyə” çalışdı, bəyan etdi ki, “İsgəndər” artır erməni silahlı qüvvələrinin arsenalına daxil olub...

- Qoy nə istəyirlər desinlər. Hesab edirəm ki, onlar bilərəkdən belə danışırlar. “İsgəndər” kompleksini kimdir onlara verən? Biz Rusiyadan kifayət qədər yüksək partiyalı silah-sursat aldıq, aprel döyüşlərindən sonra erməni tərəfi az qala Rusiyanı günahkar çıxarırdı. Hətta İrəvanda keçirilən mitinqlərdə Rusiya bayrağını tapdaladılar. Yəni nə zamansa Rusiya Azərbaycana silah, siyasi dəstək verirsə ermənilər etiraza başlayır. Nə zamansa ermənilərə dəstək verilirsə, biz buna etiraz edirik. Ancaq sözsüz ki, bizim ordumuz daha güclüdür. Biz daha müasir və güclü silahlar almaq imkanında olduq. Odur ki, bizim ordu və silah arsenalı ilə erməni ordusunu müqayisə etməyə belə dəyməz. Hətta ermənilərə kiçik partiyalarla silah verilibsə, yenə də bizim arsenalla onların arsenalı müqayisə edilə bilməz. Əlbəttə, əgər bizə imkan verilsə ki, problemi hərbi yolla həll edək, qısa müddətdə bunu edə bilərik. Aprel döyüşləri bunun əyani göstəricisidir.

- Tramp inauqurasiyasından sonra Rusiya prezidenti ilə telefon danışığı apardı, müəyyən məsələlər müzakirə olundu. Rusiya-ABŞ münasibətlərinin gələcək perspekti haqda nə deyə bilərsiniz?

- İndi ABŞ və Rusiya prezidentlərinin telefon danışığında hansı məsələləri müzakirə etdiyinə dair fərqli fikirlər var. Mən hesab edirəm ki, iki prezident arasında danışıqlar fərqli məsələlərlə bağlı ola bilərdi. Məsələn, Suriya böhranı, Ukrayna məsələsi, iqtisadi durum və s. Zənnimcə, onlar sadəcə olaraq görüş zamanı müzakirə edəcəyi mövzuları haqda fikir mübadiləsi aparıblar. Yəni müzakirə edəcəkləri mövzuları müəyyən ediblər. Mənə elə gəlir ki, bu görüşdən əvvəl həm Rusiya, həm də ABŞ tərəfi ciddi işləyəcək, görüşün baş tutması, müzakirə ediləcək məsələləri müəyyən edəcəklər. Hesab edirəm ki, münasibətlərin gələcək perspektivi haqda danışmaq hələ tezdir. Bu görüşün nəticələri barədə fikir yürütmək də tezdir. Həmin görüşü gözləmək lazımdır. Onlar iki böyük dövlətin rəhbərləridir. Bütün dünyanın diqqəti bu görüşdə olacaq.

- Hazırda Rusiyadakı iqtisadi, sosial vəziyyəti necə qiymətləndirirsiniz?

- Orta.

- Böhran baş vermirmi?

- Rubl tədricən möhkəmlənir.

- Ancaq Rusiya Milli Bankının rəsmiləri hesab edirlər ki, 10 faizlik devalvasiyaya getmək lazımdır və bununla həm də büdcə kəsirini bağlamaq olar...

- Əlbəttə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsirləri var. Xüsusilə bank sektoruna. Rusiya bankları ciddi ziyan gördü. Nəzərə alın ki, bankda iqtisadiyyatın bir hissəsidir. Amma Rusiya böyük və nəhəng dövlətdir. İran neçə illər sanksiyalara dözdü? Rusiya varlı iqtisadiyyatdır. Rusiyada neft, qaz, aluminumum, almaz və digər sərvətlər var.

Ancaq bu sanksiyalar həm də Rusiyaya kənd təsərrüfatı sahəsinə köməklik göstərdi. əvvəla bir sıra mallar Azərbaycana, Türkiyəyə, Cənubi Amerika və digər ölkələr getdi. Başqa sözlə, bu sanksiyalar imkan verdi ki, Rusiya kənd təsərrüfatı sahəsində irəliləyişə nail olsun. Bu vacib və əhəmiyyətlidir. Lakin sözsüz ki, sanksiyalar ölkəyə, onun iqtisadiyyatına mənfi təsir göstərir. Nəzərə alın ki, sanksiyalar ancaq ərzaq məhsulları və ya kənd təsərrüfatı ilə bağlı deyil. Burada bank sektoru, texnologiya və s əhatə edir. Sən texnologiya ala bilmirsən və s. Bir çox ölkələrə sanksiyalar tətbiq edilmir. Azərbaycan, Qazaxıstan, Çinin özünə belə böhran təsir edir. Sözsüz ki, sanksiyalar daha ciddi təsirləri olur. Ancaq hesab edirəm ki, Rusiyada hər şey normal olacaq, insanlar yaşaya biləcək.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mixail Zabelin YAPkursuna qarşı

    Mixail Zabelin YAPkursuna qarşı ...

    13-06-2013, 16:20

  • 
  • Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

    Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb ...

    1-03-2016, 18:41

  • 
  • Bizim sanksiyalarımız Rusiyanın sadə vətəndaşlarına yönəlməyib

    Bizim sanksiyalarımız Rusiyanın sadə ...

    18-04-2014, 10:20

  • 
  • Qisas alındı: Məşhur terrorçu yaralandı

    Qisas alındı: Məşhur terrorçu yaralandı ...

    1-02-2017, 00:03

  • 
  • Ukrayna Mixail Qarbaçova qadağa qoydu

    Ukrayna Mixail Qarbaçova qadağa qoydu ...

    26-05-2016, 22:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu