GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və İran çalışacaq ki, Azərbaycanda öz təsirlərini gücləndirsin”

“ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və İran çalışacaq ki, Azərbaycanda öz təsirlərini gücləndirsin”

Tarix: 9-02-2017, 21:22 Bölmə :Müsahibə Baxış: 607
“ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və İran çalışacaq ki, Azərbaycanda öz təsirlərini gücləndirsin”

Sülhəddin Əkbər: “Trampa qarşı bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin kəşfiyyatları çox ciddi iş aparacaq”

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərlə müsahibəni təqdim edirik.

- ABŞ prezidenti Donald Trampın atdığı addımları necə şərh edirsiniz?

- Təbii ki, Tramp çalışır ki, seçki kampaniya dövründə seçicilərə vəd etdiyi vədlərə əməl etdiyini göstərsin. Bildiyiniz kimi ABŞ-da keçirilən rəy sorğularına görə, ölkə əhalisinin əksəriyyəti Trampın fəaliyyətinə mənfi yanaşır. Seçkilərdə Trampın rəqibi Klinton ondan daha çox səs toplamışdı. Tramp ABŞ tarixində yeganə siyasətçidir ki, seçkilərdən sonra ən aşağı reytinqi olan seçilmiş prezidentdir. Bu günə qədər heç bir yeni seçilən prezidentin reytinqi onun qədər aşağı olmayıb. Ona görə də, Tramp çalışır ki, seçicilərə verdiyi vədlərə əməl etdiyini göstərsin. Odur ki, Meksika sərhəddində hasar çəkilməsi, miqrant və Obamanın verdiyi bəzi qanunlarla bağlı dərhal qərarlar verdi və müvafiq qurumlara təlimatlar göndərdi. Amma yeddi müsəlman ölkəsindən gələn mühacirlərə qadağa qoyulması haqda qərarı müqavimətlə qarşılandı. İlk dəfə federal məhkəmə bunu rədd etdi. Tramp administrasiyası bundan sonra Apelyasiya Məhkəməsinə müraciət etdi. Lakin bu instansiyada federal məhkəməninin qərarının düzgün olduğunu elan etdi.

Xarici siyasətə gəldikdə Trampa qarşı həm ABŞ daxilində, həm də dünyada etiraz aksiyaları davam edir. Trampın xarici siyasətində qəti və aydın bir addımı yoxdur. Yalınız azad ticarət və investisiya sazişindən çəkilib, başqa addım yoxdur. Həm də Suriya və İŞİD-lə bağlı təlimatı var. Amma Rusiya ilə siyasət bəlli deyil, Avropa Birliyi ilə bağlı yanaşmanın necə olacağı müəyyən deyil. Böyük Britaniyanın baş nazirinin Vaşinqton səfərindən sonra NATO məsələsində geri çəkilmələr var. Ölkənin xarici siyasətində bəlli olan azad ticarət və investisiya sazişindən geri çəkilməsi, Böyük Britaniya və İsraillə sıx əməkdaşlıqdır.

- Ancaq İran məsələsi də var və Tramp anti İran bəyanatları ilə gündəmə gəlib...

- İran məsələsi bir qədər erkəndir. Yeganə bəlli odur ki, İran məsələsi yeni Amerika administrasiyanın gündəminə oturacaq. İndi bunu əminliklə demək olar.

- Deyirsiniz ki, ABŞ-İran münasibətləri kəskinləşəcək?

- Bəli, münasibətlər kəskinləşəcək. Trampın tam siyasəti bəlli olmasa da, xarici geosiyasətlə bağlı konstruksiyanı belə qurub ki, bütün millətlərüstü qurumları zəiflətmək, mümkün olsa dağıtmaq, ABŞ-ın qarşısında duran böyük gücləri zəiflətmək. Burada yeganə qeyri müəyyən və zəif həlqə Rusiya məsələsidir. Görünən budur ki, Tramp Rusiyaya yaxınlaşmaqla Moskvanı Çindən və İrandan uzaqlaşdırmaq istəyir. Və ya Rusiya ilə yaxınlığını əsaslandırmaq üçün İran və Çin məsələsini önə çəkmək istəyir. Həm öz partiyası, həm də ölkə daxilində ki, müxalifətinə göstərmək istəyir ki, ABŞ üçün əsas təhlükə mənbəyi Çin və İrandır. Bu iki ölkə ilə effektiv və təsirli mübarizə aparmaq üçün Rusiyanı onlardan ayırmalıyıq. Başqa sözlə, beynəlxalq terrorizmlə mübarizə habelə İran və Çin məsələsində Rusiyaya ehtiyacımız var. Fikrimcə, prezident Tramp Rusiya ilə yaxınlaşmaq siyasətini belə əsaslandıracaq. Ancaq bunun baş tutub-tutmayacağını yaxın gələcək göstərəcək.

- Trampın müsəlman aləmi ilə bağlı siyasəti islamafobiyanı gücləndirə, ciddi nəticələr yarada bilərmi?

- Əvvəla qeyd etmək lazımdır ki, dünyada demokratiya və azadlıq istiqamətində geriləmə var. Soyuq savaş bitdikdən sonra sürətli qloballaşma və liberallaşma prosesi getdi. Dünyada qloballaşmanın sürətli inkişafı milli institutlarda, mühafizəkar millətçi kəsimlərdə qorxu yaratdı. İndi sanki buna əks proses gedir. Bu əks prosesdə xristian dünyasında və yəhudilərdə millətçiliyi, dini radikalizmi və islamafobiyanı gücləndirir. Bu təbii ki, qarşılıqlıdır. Bir tərəfdən islam dünyasında, digər tərəfdən Avropa və ABŞ-da gedən proseslər-bu iki xətti qarşılıqlı olaraq gücləndirir və qüsurlu həlqə yaranır. Görünən odur ki, yaxın gələcəkdə qərbdə və müsəlman aləmində gedən bu tendensiya qarşılıqlı olaraq bir-birini gücləndirəcək. Prezident Trampın bu istiqamətdə addım atması bir tərəfdən müsəlman dünyası ilə münasibətləri gərginləşdirəcək, digər tərəfdən Avropada mühafizəkar millətçi dairələri həvəsləndirəcək, onlara stimul verəcək. Ancaq eyni zamanda ABŞ daxilində bəzi proseslərə də təsir göstərəcək. Artıq ABŞ daxilində yeni administrasiyanın məhkəmə sistemi ilə problemləri olacağı, ictimai rəy və media, daxili müxalifətlə ciddi problemlər yaşanacağı görünür.

- Bəzi ekspertlər ümumiyyətlə deyirlər ki, bu cür davam etsə Tramp 4 illik prezidentlik müddətini başa vura bilməyəcək...

- Bunu gələcək göstərir. Hesab edirəm ki, bunlar iddialı proqnozlardır və daha çox ehtimallara söykənir. Həm də daha çox Trampa qarşı olan dairələrin arzu və istəklərini ifadə edirlər.

Nəzərə almaq lazımdır ki, prezident Trampın çox güclü və səviyyəli komandası var. ABŞ-da demokratik sistem, oturuşmuş qurumlar var. Bura Konqresin həm Nümayəndələr, həm də Senatını daxil edirəm. Eləcədə Pentaqon, Dövlət Departamenti, kəşfiyyat və təhlükəsizlik qurumları, siyasi partiyalar, lobbi təşkilatları, müstəqil məhkəmə və media kimi güclü institutlar var. Başqa sözlə, ipə-sapa yatmaz Trampı nəzarətdə saxlaya biləcək demokratik və hüquqi sistem mövcuddur. Üstəlik bura Trampın öz komandasını da daxil etmək olar. Çünki bu komanda yüksək səviyyəlidir. Məncə, 4-5 aydan sonra Trampın siyasətinin çərçivələri bəlli olacaq. Həmçinin Trampın öz çərçivəsi də bəlli olacaq. Yəni anlayacaq ki, prezident seçilməsi ilə əldə etdiyi hakimiyyətdən gələn gücün sərhədləri haralara qədərdir. Bunu dərk edəcək.

- Qəribədir ki, prezident Tramp Rusiyalı həmkarı Putinlə telefon danışığından sonra Moskvanın himayə etdiyi Donbas separatçıları ilə Ukrayna hərbi qüvvələri arasında müharibə başladı. Sizcə, bu hərbi qarşıdurmanın Tramp-Putin telefon danışığı ilə əlaqəsi varmı?

- Burada daha çox iki versiya var. Birinci versiya odur ki, Putin Donald Trampı sınağa çəkir. İkinci versiya isə ondan ibarətdir ki, Ukrayna hakimiyyəti və onun arxasında duran beynəlxalq güclər Ukrayna böhranını yenidən alovlandırmaqla Putin-Tramp yaxınlaşmasına mane olmaq istəyirlər. Bu tip məsələlərdə konkret informasiya olmadan versiyalar səsləndirmək qeyri ciddilik olardı. Lakin fakt odur ki, həqiqətən də Ukrayna böhranı yenidən alovlanıb, bu hərbi qarşıdurma fazasına keçib, hər iki tərəfdən itkilər var. Proses onu göstərir ki, bu münasibətlər sadə və birxətli deyil. Bu günlərdə xarici jurnalla tanış oldum. Tramp administrasiyasına dayanaraq jurnal yazır ki, ABŞ administrasiyası çalışır ki, Rusiya-İran münasibətlərini pozsun. Yəni Rusiya İranı dəstəkləməkdən imtina etsin. Eləcədə Bəşər Əsəd rejimini. Əlavə edilir ki, ABŞ-ın yeni administrasiyasında Rusiya ilə bağlı illüziyalar yoxdur. Belə çıxır ki, Rusiya İran və Əsədi dəstəkləməkdə davam edəcəksə, deməli Vaşinqton-Moskva danışıqları baş tutmayacaq. Burada görünən odur ki, İran məsələsi münasibətlərin aydınlaşmasında əsas həlledici faktorlardan biri olacaq. İkincisi, Ukrayna məsələsi olacaq. Üçüncüsü isə Çin məsələsi. Azərbaycan cəmiyyəti əsasən Ukrayna və İran məsələsi, bu ətrafda baş verən prosesləri izləməlidir. Çünki ABŞ-Rusiya münasibətlərinin aydınlaşması əsasən bu məsələlərdən asılı olacaq. Qeyd edim ki, İran məsələsinə bu ölkənin yaxın və Orta Şərqə olan aktivliyi, Suriya fəaliyyəti də daxildir. Digər bir maraqlı məqam NATO ilə bağlıdır. Bu ayın 15-16-da NATO müdafiə nazirlərinin toplantısı olacaq. Həmin toplantıda Qara dəniz flotriyasının yaradılması haqda qərar qəbul edilməlidir. Hesab edirəm ki, bu məqamda ABŞ-Rusiya, Türkiyə-Rusiya münasibətlərinə təsir edəcək prosesdir.

- Ukrayna faktiki Donbasda separatçılar və onun arxasında duran Rusiya ilə müharibə aparır. Hansı nəticəni gözləyirsiniz?

- İndi ciddi qlobal və regional proseslər gedir. Burada Tramp administrasiyası ilə Rusiyanın maraqları üst-üstə düşür. Məsələn, Putinin ən çox istədiyi odur ki, yeni liberal dünya düzənin əsas institutları dağılsın. Söhbət NATO, Trans Atlantik Ticarət Anlaşmasından, Avropa Birliyi kimi nəhəng layihələrdən gedir. Trampın bu istiqamətdə ki, addımları da Putini sevindirən addımlardır. Ancaq bu qurumların qalmasını istəyən maraqlı güclər də var. ABŞ daxilində, Avropada, dünyanı idarəedən üçtərəfli komissiya-beynəlxalq qlobal güclər. Qeyd edim ki, üçtərəfli komissiya, beynəlxalq qlobal güclər də, Trampın Rusiya ilə münasibətlərinə bir sədd çəkəcəklər. Trampa qarşı bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin kəşfiyyatları çox ciddi iş aparacaq. Xüsusilə də ABŞ-ın kəşfiyyat qurumları. Yəni Trampın Rusiya ilə yaxınlaşmaq istəyi elə də asan məsələ deyil. Ona görə də, bir sıra Avropa dövlətləri, qlobal güclər Ukraynada böhranın yenidən alovlanmasında maraqlı olacaqlar.

- Son günlər ictimai müzakirələr əsasən deputat Araz Əlizadənin Osmanlı Türkiyəsi ilə bağlı fikirləri, keçmiş deputat Hacı Əbdülün buna hansısa formada dəstək verməsi ilə bağlıdır. Sizcə, qəfildən Türkiyə nədən hədəfə gətirilir?

- Mən iki ildən çoxdur bir fikri deyirəm. Ukrayna böhranından sonra dedim ki, artıq dünya və regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. ABŞ və qərb 2015 və 2016-cı illərdə hazırlıq gördü, 2016-cı ilin iyulunda NATO-nun Varşava sammitində bu hazırlığa yekun vuruldu. Artıq ABŞ və qərb hərəkətə keçdi və biz bu hərəkətin şahidiyik. ABŞ və NATO-nun Polşada və Baltikyani ölkələrdə hərbi qüvvələrini yerləşdirməkdən tutmuş Ruminiyada raket hücumundan müdafiə sisteminin qurulmasınar, Qara dənizdə flatyanin yaradılmasına qədər, bunların hamısı Rusiyanı durdurmaq strategiyasının tərkib hissəsidir. 2016-cı ilin 16 fevralında ABŞ təhlükəsizlik strategiyasının yenilənmiş variantını elan etdi. Burada da başlıca strateji hədəf Rusiyanın dayandırmaqdır. Bunun üçün də Şərqi Avropa ölkələri, eyni zamanda postsovet məkanında tərəfdaşları müdafiə etmək əsas prioritetlərdir. Bunları deməkdə məqsədim odur ki, geopolitik qarşıdurma sərtləşdikcə geopolitik sınma xətlərində bu qarşıdurmanın şiddətlənəcəyini görəcəyik. Bir tərəfdən Baltik-Qara dəniz xətti üzrə, digər tərəfdən GUAM xətti üzərində. Diqqət etsəniz görərsiniz ki, postsovet məkanında əsas münaqişələr də bu xəttin üzərindədir. Ermənistan-Azərbaycan münaqişəsi də bu GUAM-da geopolitik sınma xəttinin üzərindədir. Geopolitik qarşıdurma kəskinləşdikcə geopolitik sınma xətti həm də geopolitik qarşıdurma xəttinə çevriləcək. Bu da, müşahidə edilməkdədir. Bütün dünyada olduğu kimi bizim regionda da geopolitik qarşıdurma artıq kəskinləşir. Məncə, bu gərkinləşdikcə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi, bunun hərbi fazaya keçmə ehtimalı, Azərbaycanda sabitliyin pozulması ehtimalı da artır. Bu mənada hesab edirəm ki, bir tərəfdən ABŞ-Avropa Birliyi, digər tərəfdən Rusiya, başqa tərəfdən Türkiyə, İran çalışacaq ki, Azərbaycanda öz təsirlərini gücləndirsinlər. Hətta İsraili də bura əlavə etmək olar. Bildiyiniz kimi Qafqazda üç ənənəvi oyunçu var: Rusiya, Türkiyə və İran. Yeni oyunçularda ortaya çıxıb: ABŞ, Avropa Birliyi. Bir əlavə oyunçu da İsraildir. Üç yeni və üç köhnə oyunçu çalışacaq ki, Azərbaycanda öz təsirlərini artırsınlar. Sualda adını çəkdiyiniz şəxslərdə bu tendensiyada Rusiya və İran xəttinə yaxın şəxslərdir. Deməli artıq tərəflər hərəkətə keçiblər, onlar Türkiyənin Azərbaycanda mövqelərinin güclənməsində maraqlı deyillər. İndi Türkiyə-Rusiya münasibətləri yaxın olduğuna, habelə Türkiyə-İran əlaqələri normal olduğuna görə, bu şəxslər birbaşa deyil, üçüncü qüvvələr üzərindən anti-türk təbliğatı aparmağa başlayıb.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp ilk dəfə seçilmiş prezident kimi amerikalıları təbrik edib

    Tramp ilk dəfə seçilmiş prezident kimi ...

    25-12-2016, 20:54

  • 
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Tramp: "Miqrantlar ABŞ dəyərlərini nəzərə almalıdırlar"

    Tramp: "Miqrantlar ABŞ dəyərlərini nəzərə ...

    2-02-2017, 23:00

  • 
  • Tramp “tranplin”ə düşdü-o yanvar ayında prezident olmaya bilər

    Tramp “tranplin”ə düşdü-o yanvar ayında prezident ...

    28-11-2016, 23:04

  • 
  • Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

    Sanders Trampa qarşı Klintonla birgə mübarizə ...

    10-06-2016, 00:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu