GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Müasir Rusiya SSRİ və ya Çar Rusiyasının apardığı siyasətin çərçivəsindən çıxa bilmir”

Müasir Rusiya SSRİ və ya Çar Rusiyasının apardığı siyasətin çərçivəsindən çıxa bilmir”

Tarix: 15-02-2017, 21:30 Bölmə :Müsahibə Baxış: 561
Müasir Rusiya SSRİ və ya Çar Rusiyasının apardığı siyasətin çərçivəsindən çıxa bilmir”

Toğrul İsmayıl: “Rusiya bilir ki, gecə və ya tez Türkiyə Amerika ilə anlaşacaq”

Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayılla son günlər soyuqlaşan Türkiyə-Rusiya münasibətləri konteksində fəallaşan ABŞ-Türkiyə əlaqələri, Türkiyənin Suriyadakı fəaliyyəti, Bəşər Əsədin gələcək taleyi və digər mövzularda suallara cavab verib.

- Togrul bəy, Türkiyə-Rusiya münasibətləri fonunda ötən gün Əl-Babda rus qırıcı təyyarələrinin türk əsgərlərini bombalamasını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi Türkiyə Əl-Babda hərbi əməliyyatlar aparır. Əldə edilən anlaşmaya görə, Türkiyə Rusiyanın Suriya rəsmiləri ilə birlikdə Hələbə nəzarət etməsinə loyal yanaşdı. Bunun müqabilində Ankaranın Əl-Babda hərbi əməliyyatlarına da qarşı tərəf loyal yanaşdı. Türk ordusu üç istiqamətdə Əl-Baba daxil olmağa paralel olaraq bir tərəfdən də Əsəd ordusu bura girməyə çalışıb. Bu anda Rusiya aviasiyası Əsəd ordusuna havadan dəstək verib. Türk-rus arasında Suriya məsələsinə dair koordinasiya mərkəzi qurulsa da, son hadisə bu mərkəzin tam olaraq çalışmadığını, rusların Türkiyənin fəaliyyətini göz önünə almadığını göstərdi. Hadisədən dərhal Rusiya prezidenti Putinin hadisədən dərhal sonra prezident Ərdoğanı dərhal axtarması, ona başsağlığı verməsi, eləcədə müdafiə nazirləri arasında aparılan danışıqlar göstərir ki, əslində Rusiya bu hadisəyə görə Türkiyə ilə arasındakı krizi çox da böyüməsində maraqlı deyil. Onsuz da, ilkin mərhələdə bu bombarduman qəsdlə edilmədiyi qeyd edilir. Əlbəttə, bunun nəticəsində xoşagəlməz hadisə yaşandı.

- Sizcə, türk əsgərlərinin ölümü və yaralanması ilə nəticələnən rus bombardumanı bilərəkdən edilib, yoxsa təsadüfi haldır?

- Mən bir mütəxəssis olaraq hadisəyə dərhal həyəcanlı reaksiya verərək durumun bir qədər də qızışdırılmasının tərəfdarı deyiləm. Heç şübhəsiz ki, siz qaldırdığınız məsələnin dəqiqliyini hər iki tərəfin əsgəri mütəxəssisləri daha dəqiq bilir. Yəni hücumun, bombalanmanın necə baş verdiyini hərbi mütəxəssislər deyə bilər. Ancaq daha əhəmiyyətlisi odur ki, Rusiya tərəfi hadisənin çox da şişməsini istəmir. Bu da onun göstərir ki, bu işin içərisində maksimum “qəsd, bilərəkdən edilən hərəkət” yanaşması axtarılmamalıdır.

- Bu yaxınlarda Rusiya Xarici işlər Nazirliyinin rəsmilərindən biri elan etdi ki, Rusiya dövləti PKK, PYD, YPQ kimi qurumları terror təşkilatı hesab etmir. Rus-türk münasibətlərinin indiki normal halında bu açıqlama necə başa düşülməlidir?

- Fikrimcə, bu əslində kürdlərə və türklərə bir mesajdır. Başqa tərəfdən, Rusiya bilir ki, gecə və ya tez Türkiyə Amerika ilə anlaşacaq. Bu səbəbdən də kürdləri əlində tutmağa çalışır. Mənim fikrimcə, bu əslində rus diplomatiyasının ən ciddi xətalarından biridir. Çünki Türkiyə Suriya məsələsində Amerika ilə yaxınlaşsa belə, Türkiyə -Rusiya elementi Ankara üçün hər zaman vacibdir. Təbii ki, Rusiya üçün də vacibdir. Bu baxımdan Rusiya XİN-in rəsmisinin məlum açıqlaması yersizdir və münasibətləri zədələməyə xidmət edir. Ən vacibi bu açıqlama həm də Türkiyə-Amerika münasibətlərində Ankaranı pis vəziyyətə salır. Çünki Ankara-Vaşinqton münasibətlərində anlaşılmazlığa əsas səbəbdən biri kimi ABŞ-ın PYG-ni dəstəkləməsi məsələsidir. Ancaq Rusiyadan fərqli olaraq ABŞ PKK-nı terrorist təşkilat olaraq görür. Deməli belə bir vəziyyətdə Rusiya PKK, PYD və YPQ-ni terrorist təşkilat kimi görmədiyi haqda açıqlama verirsə, Türkiyə üçün problem yaratmış olur. Çünki ABŞ ən azından PKK-nı terrorist təşkilatı, PYD və YPG-ni isə Suriya əməliyyatlarında müttəfiq sayır. Əslində bunlar çox incə məsələlərdir. Ancaq mənə görə, bu açıqlama rus diplomatiyanın ən böyük səhvidir. Təbii ki, bir çox mütəxəssislər qeyd edirdi ki, Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədədir. Ancaq Rusiya XİN-in rəsmisinin məlum açıqlaması göstərir ki, əslində Moskva-Ankara münasibətlərində həm də problemlər var və onların yoluna qoyulması zaman istəyəcək. Rusiya hələ sovetlər birliyi havasında soyuq müharibə ab-havasında hərəkət edir. Yəni normal dövlət olaraq qonşuları ilə münasibətlər qura bilmir. Türkiyə kimi bir qonşu dövlətlə münasibətləri SSRİ zamanı olan müstəvidə dəyərləndirir. Məncə, bu rus diplomatiyasının səhvidir.

- Bundan sonrakı mərhələdə Türkiyə-Rusiya münasibətlərinin perspektivini necə görürsünüz?

- Bu iki ölkə əməkdaşlıq etmək məcburiyyətindədir. Çünki böyük ölkələrdir, qonşudurlar, bir-birinin gücü də bəllidir. Odur ki, iş birliyi qaçılmazdır. Ancaq siyasi məsələlərdə bu iki ölkənin görüşləri və düşüncələri üst-üstə düşmür. Məncə, Rusiya SSRİ dönəmində apardığı siyasəti davam etdirməyə çalışacaqsa, bu zaman qarşıdurma qaçılmaz olacaq. Əslində çox zaman rusiyalı mütəxəssislər bir çox məsələlərdə Türkiyəni günahlandırır. Amma işin gerçək tərəflərinə baxmaq lazımdır. Ukraynadakı vəziyyəti dəyişdirən və indiki hala gətirən Rusiyadır, Türkiyə deyil. Habelə Cənubi Qafqazda Gürcüstanın ərazi bütövlüyünü Ankara deyil, Moskva pozub. Və ya Qara dənizdə, Xəzərdə, Qafqazda silahlandırmanı artıran Türkiyə deyil, Rusiyadır. Bunlar reallıqdır və bilinən məsələlərdir. Bu məsələlərdə Türkiyənin maraqları, istəkləri nəzərə alınmayacaqsa, qarşıdurma qaçılmaz olacaq. Bu mənada Türkiyə-Rusiya münasibətlərində problem var və bunun əsas səbəbi də müasir Rusiyanın SSRİ və ya Çar Rusiyasından fərqlənməyən siyasət aparması, bu çərçivədən çıxa bilməməsidir.

- Son günlər Türkiyə-Amerika münasibətlərində bir hərəkətlənmə var. ABŞ və Türkiyə prezidentləri telefonla müzakirələr apardı. Bunun ardınca ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo Ankaraya gəlib danışıqlar apardı. Yeni Vaşinqton-Ankara əlaqələri hara qədər inkişaf edə bilər?

- İndidən münasibətlər haqqında bir söz demək tezdir. Yəni əlaqələr hələ yenicə qurulur. Əgər xatırlayırsınızsa, prezident Barak Obama prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etmişdi və münasibətlərin olduqca fərqli münasibətdə olacağını bildirmişdi. Ancaq sonra Suriya böhranı ilə eyni zamanda Amerika-Türkiyə münasibətləri də soyuq hal almalı oldu. Çünki ABŞ-da demokratların siyasəti bir qədər fərqlidir. Demokratlar adətən Türkiyədə olan cümhuriyyətçilərlə yaxşı münasibətlər qura bilir. Hesab edirəm ki, Donald Tramp zamanında müəyyən dəyişiklikləri gözləmək olar. Ancaq Türkiyə-Amerika münasibətlərində bütün problemlərin aradan qalxacağını demək hələlik tezdir. Səbəb təkcə ABŞ-la bağlı deyil. Biz Türkiyənin özündə də bir çox şeylərin dəyişdiyini müşahidə edirik. Burada sadəcə ABŞ yanaşması deyil, Türkiyənin daxili və xarici siyasətində dəyişimlərin olması göstəricisi var.

- Türk-amerikan münasibətləri siyasi baxımdan Ankara-Moskva münasibətlərini kölgədə qoya bilərmi?

- Fikrimcə, xarici siyasətlərdə müqayisələr doğru deyil. Hər bir ölkə ilə ayrıca siyasi xətt və yanaşma var. Birincisi, Türkiyənin Amerika ilə münasibətləri yarım əsrdən çoxdur davam edir və yaxın münasibət mövcuddur. Üstəlik bu münasibətlər NATO və digər mühüm təşkilatlar vasitəsilə gücləndirilib. Ancaq Türkiyə-Rusiya münasibətləri fərqlidir. Soyuq müharibə başa çatdıqdan sonra Türkiyə Rusiyanın xarici siyasətində çox ciddi rol almadı. Yəni aşağı-yuxarı bəlli yerdə qaldı. Bu nöqteyi-nəzərdən biz Rusiya ilə Türkiyə arasında olan iş birliyini strateji olduğunu deyə bilmərik. Yəni bu münasibətlər alternativ deyil.

- Suriya böhranı həll edilməmiş qalır. İran, Rusiya və Türkiyə Suriyada əməkdaşlıq etməyə başladı. Yeni ABŞ hakimiyyəti isə bu mövzuya ciddi yanaşacağını, lazım gəlsə Suriyaya ordu göndərəcəyini ifadə edib. Vəziyyəti necə qiymətləndirirsiniz və nə gözləyirsiniz?

- Əvvəla qeyd edim ki, Suriya məsələsi çox həssas məsələdir. İkincisi, Suriya probleminin bir görüşlə və 2-3 dövlətin bir araya gəlməsi ilə həll ediləcək deyil. Əslində prezident Obama dönəmində Amerika bu bölgəni müəyyən qədər boş buraxdı. Nəticədə boş yerləri yeni oyunçular və burada marağı olan dövlətlər doldurdu. Bununla da mürəkkəb olan vəziyyət bir qədər də mürəkkəbləşdi. Odur ki, hətta Amerika qısa müddətə Suriyaya əsgəri qüvvə göndərsə belə, orada məsələnin tez bir zamanda həll ediləcəyinə inanmaq çətindir. Türkiyə-Rusiya-İran isə sadəcə olaraq Suriyada atəşkəsin əldə edilməsi məsələsinə dair razılıq əldə edib. Ancaq indi də görünür ki, sürətli olaraq Suriyada atəşkəs razılaşması pozulur. Bu üç dövlətin Suriyada barışı və yenidən vəziyyəti yoluna qoyması imkansızdır. Bölgədə Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələri, müxalifləri nəzərə almadan nəsə etmək qeyri mümkündür. Digər tərəfdən, Amerikasız da problemin yoluna qoyulması çətindir. Məncə, bu məsələlər zaman alacaq.

- Yəni Suriya böhranı bu ildə davam edəcək?

- Suriya böhranı ilə bağlı hər hansı bir irəliləyiş yoxdur. Keçici atəşkəs var, ancaq atəşkəs də mütəmadi olaraq pozulur. Odur ki, konkret nəsə demək çətindir.

- Bəşər Əsədin gələcək taleyi necə olacaq, o sona qədər hakimiyyətini qoruya biləcəkmi?

- Əslində Bəşər Əsəd hakimiyyətini Rusiyanın sayəsində qoruyur. Yəni rus ordusu Suriyadadır, Bəşər Əsəd üçün Suriyada döyüşən rus əsgərləri və texnikasıdır. Bəşər Əsəd təkbaşına qalsa və Rusiya ondan əlini çəksə onun təkbaşına hakimiyyətdə qalması mümkün deyil. Əslində Bəşər Əsədin taleyi həll edilib, onun Suriyada təkbaşına hakimiyyəti qoruması mümkün deyil. Ola bilsin ki, Əsəd güc olaraq bəlli yerləri öz nəzarətində saxlaya bilər, ancaq ümumiyyətlə Suriyada hakim olması imkansızdır.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya ilə Türkiyənin böyük oyunu: İŞİD belə vurulur

    Rusiya ilə Türkiyənin böyük oyunu: İŞİD belə ...

    25-12-2016, 21:13

  • 
  • Əsəd ordusu hücuma keçdi

    Əsəd ordusu hücuma keçdi ...

    8-02-2016, 14:43

  • 
  • Təcili: Türkiyə təyyarələri Suriyaya girdi - İran və Əsəd ordusu bombardıman edildi (Foto)

    Təcili: Türkiyə təyyarələri Suriyaya girdi - İran ...

    23-11-2015, 17:48

  • 
  • NATO Rusiyaya xəbərdarlıq etdi

    NATO Rusiyaya xəbərdarlıq etdi ...

    5-10-2015, 22:02

  • 
  • Türkiyə Suriyada uçuşları dayandırdı

    Türkiyə Suriyada uçuşları dayandırdı ...

    27-11-2015, 17:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu