GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Bu oyunda yeganə xeyir qazanmayan ölkə, millət, toplum..."

"Bu oyunda yeganə xeyir qazanmayan ölkə, millət, toplum..."

Tarix: 18-02-2017, 13:16 Bölmə :Müsahibə Baxış: 416
"Bu oyunda yeganə xeyir qazanmayan ölkə, millət, toplum..."

Zərdüşt Əlizadə: “Burada hərə öz xeyrini axtarır, bu oyunda yeganə xeyir qazanmayan ölkə, millət, toplum...”

Politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edirik. Mütəxəssis əsasən Yaxın Şərqdə baş verən proseslər, ABŞ-Türkiyə, Rusiya-ABŞ və Türkiyə-Rusiya münasibətləri haqda danışıb.

- Zərdüşt bəy, Türkiyə Suriyada Əl-Babı ələ keçirdi, bundan sonra əsas hədəfin Raqqa şəhərini götürmək olduğunu elan olundu. Türkiyənin Suriya fəaliyyəti konkret hansı ana qədər davam edəcək?

- Türkiyənin Suriya siyasəti tam aydındır. Ankara çalışır ki, Suriyada dövlətəbənzər kürd qurumunun yaranmasına imkan verməsin. Bunu etmək üçün ordusunu Suriyaya daxil edib, Rusiya ilə də əməkdaşlıq edir. Rusiyanın isə Suriyada fərqli marağı var. Moskva çalışır ki, Suriyada dövlətəbənzər bir kürd qurumu yaransın. Görürsünüz, hər iki dövlət bir-birindən istifadə etməyə çalışır. Bu da beynəlxalq siyasətdə normal haldır. Məsələn, Rusiya Ermənistandan öz xeyri üçün Azərbaycana qarşı istifadə etməyə çalışır. Ermənistan özünü böyük aparanda isə Azərbaycandan istifadə edir. Bu təbii siyasi fənddir. Rusiya Suriyadakı fəal iştirakı ilə dünya işlərində onun rolunun nəzərə alınacağı mövqeyə gəlib. Türkiyə isə Rusiya və anti terror koalisiyası ilə əməkdaşlıq edərək özünü regional dövlət kimi sərgiləyir. Əsas məqsədi də odur ki, Suriyada dövlətəbənzər kürd qurumu yaranmasın. Bunun üçün də, kürdlərin Türkiyə ilə sərhəddə yaşayan ərazilərində bufer zona yaradır, ordusunu orada yerləşdirir və çalışır ki, Suriyanın gələcək quruluşunda kürdlər əvvəlki kimi milli azlıq kimi qalsın. Maksimum mədəni muxtariyyət əldə etsinlər. Türkiyə özü də, öz ərazisində kürdlərə mədəni muxtariyyət verib. Yəni kürdlər öz dillərində musiqiyə qulaq asırlar, televiziya, radio və qəzetləri var, parlamentdə çıxış edirlər. Amma federal subyekt deyillər.

- Bu prosesdə ABŞ-ın mövqeyi nədir...

- ABŞ bir ziddiyyət qarşısındadır. İndiyə qədər ABŞ genişlənən, tədricən bütün dünya işlərinə əl qoyan, dünyaya nüfuz edən dövlətdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ bir nömrəli dövlətdir. Bu ölkənin 700 dən çox dünya ölkələrində hərbi bazası var. Belə bir ölkə indi ciddi iqtisadi böhran qarşısındadır. Nəhəng dövlətin daxili məhsullarını üstələyən xarici borcu var. Tramp bəyan edir ki, sənayeni yenidən qurmaq zamanıdır, infrastruktur köhnəlib, pis gündədir və s. Tramp bildirir ki, ABŞ-ın daxilinə köklənib ölkəni qüdrətli və əzəmətli etmək lazımdır. Bunun üçün də Tramp deyir ki, dünyanın daxili işlərinə qarışmamalıyıq. Bir tərəfdən son 70 ildə ətalətin götürən böyük siyasi proses gedir-ABŞ dünya dövlətlərinin işinə qarışır. Digər tərəfdən, yeni prezident deyir ki, cilovumuzu çəkməli, dünya işlərinə müdaxilə etməməli, geri çəkilməliyik. Ancaq bunun birdən-birə baş verməsi də mümkün deyil, çünki böyük bir ətalət var. ABŞ-ın xarici siyasət konsepsiyası, Dövlət Departamenti, hərbi qurumlar dünyanın işlərinə müdaxilə istiqamətində işləyib, dünya üzrə hərbi kiomandanlıqları yaranıb və s. Ancaq bunları birdən-birə aradan qaldırmaq mümkün deyil. Deməli Tramp addım-addım geri çəkilməli, ABŞ xarici siyasətində islahatları aparmalıdır. O vaxta qədər köhnə ətalət davam edir, ABŞ aviasiyası Suriyanı, İraqı bombalayır, minlərlə təlimatçısı bu bölgədəki hərbi əməliyyatlara cəlb edilib və s. İndi ABŞ prezidentinin məqsədi o olmalıdır ki, ağıllı şəkildə, böyük təlatümlərə səbəb olmayacaq tərzdə ABŞ-ın xarici dövlətlərə müdaxiləsinin həcmini ixtisara salsın.

- Ancaq ABŞ-da Suriyada kürdlərlə iş birliyindədir...

- Bəli, tamamilə haqlısınız. Türkiyə və ABŞ terrora qarşı mübarizə aparan qərb koalisiyasına daxildir. Rusiya bu koalisiyaya daxil deyil, amma Türkiyə ilə əməkdaşlıq edir. Moskva həmçinin bu koalisiyaya qarşı olan Tehranla əməkdaşlıq edir. Həmçinin bu koalisiyada olmayan İsraillə münasibət saxlayır. Burada çoxtərəfli və bir-birilə çarpaz xətlərlə çarpışan əməkdaşlıq sistemi qurulub. Və ən nəhayətdə burada hərə öz xeyrini axtarır. Bu oyunda yeganə xeyir qazanmayan ölkə, millət, toplum isə müsəlman ərəblərdir. Onlar səfeh, geridə qalmış, aciz ərəblərdir.

- Yaponiya baş naziri Sindzo Abe ABŞ-a səfər etdi, prezident Trampla görüşdü, bunun ardınca isə ABŞ, Yaponiya və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının toplantısını çağırması bəlli oldu. ABŞ-Yaponiya münasibətləri, səfərdən sonra Təhlükəsizlik Şurasının toplantısının çağırılmasında məqsəd nədir?

- ABŞ-Yaponiya münasibətlərinin əsası Yaponiya imperatorunun qeyri-şərtsiz təslim aktını imzalandığı gündən qurulub. ABŞ-Yaponiya əməkdaşlığının bariz nümunəsi odur ki, əvvəllər Yaponiyanın bir çox yerlərində ABŞ hərbi bazaları mövcud idi. Sonradan yaponlar bu bazaları tədricən sıxışdırdı və hərbi baza ancaq Akinova adasında qaldı. Amma bununla eyni zamanda amerikanlar Yaponiya üçün demokratik ölkə konstitusiyası yazdı. Bu konstitusiyaya görə, Yaponiya hərbi qüvvələri ancaq özünü müdafiə məqsədi daşıyır, ABŞ hərbi sistemi ilə sıx əlaqədə işləyir və Yapon hərbi qüvvələri ölkədən kənardan hərbi əməliyyatlar apara bilməz. Əlbəttə, Yaponiyanın güclü ordusu, hərbi donanması var, millət özü inkişaf edib. Yaponiya hər zaman ABŞ-ın şəriki olaraq Vaşinqtonun ağzına baxır və ABŞ xarici siyasətinin arxasınca gedir. İndi Sindzo Abe ABŞ-a səfər etdi, yuxarıda qeyd etdiklərimi təsdiqlədi, bildirir ki, ABŞ-la strateji müttəfiqdirlər. Bununla da, Şimali Koreya təhlükəsini də gündəmə gətirildi. Şimali Koreyada nüvə ballistik raket sistemini təkmilləşdirir. Ancaq bu o demək deyil ki, sabah Şimali Koreya Yaponiyaya hücum edəcək və ya Yaponiya ona zərbə endirəcək. İndi orada elə vəziyyət yaranıb ki, hərbi fazaya istənilən keçid ABŞ-ın özü üçün olmasa da, müttəfiqləri üçün ağır itkilərə səbəb olardı. Şimali Koreyanın kifayət qədər gücü var ki, ABŞ-ın müttəfiqləri olan Cənubi Koreyanı və Yaponiyanı vursun. Şimali Koreya deyir ki, söymə məni, söyməyim səni. Onlar Şimali Koreyaya dəyməsə, problem olmayacaq. Ancaq biz görürük ki bəzən ABŞ Şimali Koreyanı hədələyir, Koreya isə Vaşinqtona hədə-zərbə gəlir. Bu hədələr və əks hədələr də oyunun tərkib hissəsidir.

- Oğul Buş da bir zamanlar İranı, Şimali Koreyanı və İraqı əsas terror mənbəyi kimi təqdim edir, onlara şər üçbucağı deyirdi. İndi sanki Trampda bu siyasəti aparır, artıq Şimali Koreya və İran hədəf kimi göstərilir...

- Ona görə yuxarı da qeyd etdim ki, ABŞ xarici siyasətində böyü ətalət var. ABŞ dövlət qurumları, analitik mərkəzlər, kəşfiyyat və ayrılan maliyyə nəzərdə tutub ki, bu dövlət dünyada mühüm rol oynamalıdır. Hərbi xərcləri də bura əlavə edin. Məsələn, 660 milyard dollar az pul deyil. Bunu ancaq xarici hərbi siyasətə xərcləyirlər. Təbii ki, bütün bunları birdən-birə dəyişmək mümkün deyil. Tramp bir tərəfdən əvvəlki ətalətlə İranı, Şimali Koreyanı hədələyir, bəyan edir ki, müttəfiqlərini müdafiə edəcək. Digər tərəfdən isə özünün strateji xəttini həyata keçirməlidir. Tramp seçkiqabağı verdiyi vədləri əməl etməlidir. Çalışmalıdır xarici müdaxiləni ixtisar etsin, bütün resursları ABŞ-ın daxili inkişafına yönəltsin. Bunu edə bilsə, deməli ABŞ-da öz məqsədini həyata keçirən prezident kimi tarixdə qalacaq. Edə bilməsə deyəcəklər ki, camaatı aldadıb prezident seçildi, gedib oranı-buranı bombaladı və vədlərinə əməl etmədi. Yəni ABŞ-da son indiyə qədər əsas xətt 250 ildə mövcud olan, xüsusilə, 1950-ci ildən sonra genişlənən ekspansiya siyasəti, onu-bunu hədələmək xəttidir. İkinci xətti də Tramp elan edib. Deyib ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyəcək, Amerikanı qüdrətli edəcək, daxili problemləri yoluna qoyacaq və s. Ancaq oradan durub kiminsə ipini çəkir, həmin şəxsdə bəyan edir ki, İranı vuracağam, bu yandan da Şimali Koreyanın müttəfiqlərini vura biləcəyini deyir.

- Rusiya-Türkiyə siyasəti istiləşdiyi mərhələdə ABŞ-Türkiyə münasibətlərində dinamika müşahidə olundu, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ankaraya gəldi, bu ərəfədə ruslar Əl-Babda türk əsgərlərini bombaladı. Bu istiqamətdə sizcə, nələr baş verir?

- Əvvəla, Rusiyanın türk əsgərini vurmasını tərəflər xəta kimi etiraf etdi. Buna dost atəşi deyirlər. Bəzən ABŞ-da səhvən öz əsgərlərini vurur və s. Burada bəd niyyət yoxdur və tərəflər bunu qeyd edir. Bu anlaşılmazlıq hər iki tərəfdən etiraf olundu və yoluna qoyuldu. Qaldı ABŞ-Türkiyə münasibətlərinə, unutmayın ki, Türkiyə NATO dövlətidir. NATO-nun aparıcı dövləti də ABŞ-dır. Bütün NATO dövləti NATO standartı deyəndə əslində ABŞ ordusunun standartını nəzərdə tutur. Siz google.az-a daxil olub sorğu versəniz görərsiniz ki, ABŞ-ın hərbi qurumlarının rəhbərləri neçə dəfə Türkiyədə olub, eləcədə Türkiyə hərbi qurumlarının nümayəndələri neçə dəfə ABŞ-da olub. Türkiyə NATO-ya daxil olandan sonra hər il, bəzən iki ildən bir görüşüb müzakirələr aparırlar. Bu da, ABŞ-Türkiyə münasibətlərində fövqəladə yaxınlaşma deyil. Belə şey yoxdur. Dünya diplomatiyasında bəzən ən yaxın dostlar belə öz dostuna badalaq verməkdən həzz alırlar. Hamı bilir ki, qərb dünyası Türkiyədə olan separatçılara dəstək verir, baxmayaraq Türkiyə onların bölgədə əsas müttəfiqdir. Separatçılara dəstək vermək o deməkdir ki, sabah Türkiyə gəlib onlara minnətçi düşəcək, yalvaracaq. Yəni asılı vəziyyətdə qalacaq. Dünya diplomatiyası üçün bu məqbuldur. ABŞ-a İngiltərədən yaxın dövlət yoxdur, amma Vaşinqton Şimali İrlandiyadan olan separatçılara həmişə dəstək verib. Bir müddətdən sonra ABŞ bu dəstəyini dayandırdı və Şimali İrlandiya separatçıları ilə kompromis həll variantı ortaya çıxdı. Baxın, Rusiya bizə deyir ki, dostumuzsan, amma erməniləri də üstümüzə qaldırır. Lazım gəlsə, Azərbaycanın əhəmiyyəti onun üçün gözəçarpan dərəcədə böyük olsa Ermənistana dəstəyini kəssə, ermənilər dərhal əllərini qaldıracaq ki, təslim oluram. Bu diplomatik oyundur. Bu oyunu Türkiyədə, Amerikada bilir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya: “Təyyarəmiz Suriyada vurulub, bunu Türkiyəyə…”

    Rusiya: “Təyyarəmiz Suriyada vurulub, bunu ...

    24-11-2015, 17:39

  • 
  • Türkiyə Suriyada uçuşları dayandırdı

    Türkiyə Suriyada uçuşları dayandırdı ...

    27-11-2015, 17:05

  • 
  • PKK Suriyada şəhər ələ keçirdi

    PKK Suriyada şəhər ələ keçirdi ...

    18-07-2013, 02:28

  • 
  • Rusiya Suriyada S-400 raketləri yerləşdirdi

    Rusiya Suriyada S-400 raketləri yerləşdirdi ...

    26-11-2015, 19:07

  • 
  • Suriya kürdləri Türkiyəyə xəbərdarlıq etdi: “Girmə, Rusiya arxamızdadır...”

    Suriya kürdləri Türkiyəyə xəbərdarlıq etdi: ...

    19-02-2016, 13:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu