GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Prezident Tramp beynəlxalq siyasətdə və həssas nöqtələrdə xeyli qətiyyətli addımlar atır”

“Prezident Tramp beynəlxalq siyasətdə və həssas nöqtələrdə xeyli qətiyyətli addımlar atır”

Tarix: 26-04-2017, 18:15 Bölmə :Müsahibə Baxış: 504
“Prezident Tramp beynəlxalq siyasətdə və həssas nöqtələrdə xeyli qətiyyətli addımlar atır”


Fərda Əsədov: “Mən nüvə qarşıdurmasını istisna etmək istərdim”

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun sabiq direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun Yaxın Şərqdə baş verən proseslər, ABŞ-ın yeni Suriya siyasəti və Koreya yarımadasında müşahidə olunan gərginliklə bağlı "Gündəm Xəbər"in çoxsaylı oxucularına müsahibəsini təqdim edirik.

- Fərda müəllim, Suriyada kimyəvi silahdan istifadədən sonra Yaxın Şərqdə baş verən hadisələr dünyanın əsas müzakirə mövzusuna çevrilib. Bir ərəbşünas olaraq bu regionda durumu necə qiymətləndirərsiniz?

- Konkret nəyin baş verdiyi, kimyəvi silahın kim tərəfdən tətbiq etdiyi, kiminsə bu amildən istifadə edərək başqa məsələlərin həlli üçün çalışdığını müəyyən etmək sözsüz ki, xüsusi təhqiqat tələb edir. Yəni təhqiqat aparmadan bu məqamla bağlı ortaya tutarlı arqument qoymaq qeyri mümkündür. Onu qeyd etmək olar ki, şübhəsiz Suriyanın gələcək taleyinin həll edilməsin də əsas oyunçuların imkanları, təsir vasitələrinin paylaşdırılması prosesi gedir. Bununla bağlı oyunçular arasında ya qruplaşma, ya da razılaşma baxımından imkanların axtarışı gedir. Heç şübhəsiz ki, bu axtarışların nəticəsində hansısa qərarların əldə edilməsi üçün qarşılıqlı təsir vasitələri istifadə olunur. Ümumilikdə vəziyyət bundan ibarətdir. Amma əsas məqam Rusiya-Amerika təsirlər bölgüsünün paylaşdırılması məsələsidir.

- Kimyəvi silah tətbiqindən sonra bir daha Amerika və Rusiyanın fərqli mövqelərdə olduğu ortaya çıxdı. Bu ölkələr Yaxın Şərqdə aşıq şəkildə üz-üzə gələ bilərmi?

- Doğrusu, mən belə düşünmürəm. Açıq qarşı-qarşı gəlmək o deməkdir ki, Yaxın Şərqdə olan amerikalı və rus əsgərlər bir-birinə qarşı silah qaldırsın. Mən bunun baş verəcəyini əsla zənn etmirəm. Mümkündür ki, hansısa bir hadisə baş versin. Məsələn, Türkiyə ötən il rus qırıcısını vurub yerə salmışdı. Bax, bu kimi hallar Suriyada baş verə bilər. Amma zənn etmirəm ki, bu kimi hadisələrin davamı olaraq daha geniş masştablı hərbi toqquşmalar baş versin. Lakin indi çoxları hesab edir ki, məhz iki nəhəng dövlətin Yaxın Şərqdə açıq formada üz-üzə gəlmə təhlükəsi var. Niyə bu təhlükə var? İstər-istəməz biz görürük ki, Amerikanın məhdud sayda olsa da Minbic şəhərində hərbi kontingenti yerləşdirib. Bu həm də Suriyada Amerikanın olmasından da xəbər verir. Üstəlik ABŞ-ın Suriya hakimiyyətinə məxsus hava bazasına raketlə zərbələr endirməsi də, bu arqumentləri gücləndirir. Ancaq bildiyiniz kimi Suriyada Rusiyanın da kifayət qədər hərbi mövcudluğu var. Əlbəttə, qarşıdurmanın ola biləcəyi istisna edilmir. Qarşılıqlı təsirlərin davamı olaraq belə hallar ola bilər. Fikrimcə, bu kimi arzuedilməz proseslər yaşandıqda diplomatlar yenidən işə qoşula, bu hadisələrin “texniki səhv” və digər məqamlardan doğduğu ortaya çıxar. Sonda yeni razılaşmalara və ya mövqelərin qarşılıqlı razılaşdırılması prosesi başlansın. Odur ki, mən hesab edirəm ki, qarşıdurma mümkün deyil. Eyni zamanda bir daha vurğulamaq istərdim ki, hazırda Suriyanın taleyinin həlli edilməsində Rusiya və Amerikanın yeni təsir zonaları bölgüsü aparılır.

- Donald Tramp prezident seçildikdə elan etdi ki, Amerikanın heç bir ölkənin daxili işlərinə müdaxilə etməyəcək, hətta bildirdi ki, Suriya problemini suriyalılar həll etməlidir. Amma bir müddət sonra bu vədlərin əksini gördük, Pentaqon Bəşər Əsədin hərbi aviobazalarına zərbələr endirdi. Bu Tramp hökumətinin xarici siyasətində dəyişikliyin simptomlarıdır?

- Əgər xatırlayısınızsa Donald Tramp siyasətə gələndə demişdim ki, əslində Tramp siyasətinin hansı formada və hansı şəkildə aparması üçün bu siyasətin başında duran mütəxəssislər, nüfuzu olan şəxslər və ictimai rəyin təsirlərini nəzərə alaraq aparacağı siyasətinin balansını təmin etməlidir. Başqa sözlə, öz seçki zamanı elan etdiyi proqramla ictimai rəy arasında uyğunluq axtarışı olmalıdır. Fikrimcə, indi bu siyasət baş verməkdədir. Gördünüz ki, prezident Trampın miqrasiya ilə bağlı təşəbbüsləri ictimai rəy, ABŞ siyasətinin icrasında təsirli olan orqanlar arasında qarşıdurmaya səbəb oldu. Beləliklə optimal və praqmatik siyasətin olması üçün qarşılıqlı təsirlər prosesi getdi. Elə onun nəticəsidir ki, xarici siyasətdə ilk olaraq Amerikalı siyasətinin kifayət qədər əsaslı və strategiyaya arxalanmasını görürük. Söhbət konkret plandan deyil, siyasət prinsiplərindən gedir. Bu prinsiplərin qurulmasında biz Amerika siyasətinə təsiri olan mütəxəssislərin rəyinin nəzərə alınmasını müşahidə edirik. İkincisi, Donald Tramp prezident seçildikdən sonra böyük problemlərindən biri də Rusiya ilə bağlı idi. İlk təəssürat belə idi ki, Tramp sanki Rusiyanın arzuladığı bir prezident idi. Şübhəsiz ki, bu məqam Trampa nüfuz gətirən bir proses deyildi. Təbii ki, Tramp özü də bu rəyi qəbul edə bilməzdi. Sonrakı mərhələdə prezident Tramp özünün qəti siyasətini hərtərəfli göstərdi. Beynəlxalq siyasətdə və həssas nöqtələrdə xeyli qətiyyətli addımlar atdı ki, bu həm onun bir tərəfdən müstəqil düşüncəli siyasətçi olmasından, eyni zamanda ABŞ maraqlarını ümdə məqsəd kimi hər sahədə qəbul etdiyindən xəbər versin.

- Çoxları hesab edirdi ki, Trampın prezidentliyi dövründə Vaşinqton-Moskva münasibətləri qaydaya düşəcək və istiləşəcək. Siz demək istəyirsiniz ki, Trampın beynəlxalq siyasətdə və həssas nöqtələrdə atdığı qətiyyətli addımlar Moskva-Vaşinqton münasibətlərinin istiləşməsinin üzərindən xətt çəkdi?

- Bilirsinizmi, məsələyə iki tərəfdən baxmaq lazımdır. Qəti addımların atılması Rusiya rəhbərliyi üçün müəyyən mesajlar deməkdir. O mənadakı indiyə qədər qeyri-müəyyənlik şəraitində icra edilən Amerika siyasətinin indiki daha qətiyyətli olması Moskva siyasətçilərinə təsir göstərsin. Bəlkə də, Amerika-Rusiya danışıqlarının intensivləşdirməsini, ola bilsin ki, mövqelərin yeni gerçəklik şəraitində yaxınlaşmasını da müşahidə edə bilərik. Yəni mənim düşüncəmə görə, indiyə qədər Rusiya siyasətində mövcud olan eyforya başa çatmaq üzrə olmalıdır. Və gerçəklik nəticəsində yeni yaxınlaşmalar və siyasi məsələlərin həlli mümkün olsun.

- Prezident Trampın beynəlxalq siyasətdə həssas yanaşdığı məsələlərdən biri də Şimali Koreya Xal Demokratik Respublikasıdır. Hazırda ABŞ Hərbi Dəniz Donanmasının əsas zərbə qrupu məhz Koreya yarımadasına cəmləşdirilir. Koreya yarımadasında indiki durum hansı nəticələr yarada bilər

- Burada ən çərin sual ondan ibarətdir ki, Şimali Koreya rəhbərliyi öz siyasətini necə quracaq və aparacaq. Doğrusu, bu istiqamətdə mənim təsəvvürlərim çox azdır. Birinci növbədə mən nüvə qarşıdurmasını istisna etmək istərdim. Amma Amerikanın atdığı addımların müəyyən qədər anlaşılması əksər mütəxəssislərə aydındır. Sözsüz ki, Amerika yer kürəsinin bu zonasında aktiv siyasət aparması bir çox problemlərinin həllinə səbəb ola bilər. Eyni zamanda görünən odur ki, Amerika siyasəti bu regionda qətiyyətli addımlarını ortaya qoyur. Bu addımların atılmasında dünyanın ən böyük güclərindən olan Çin dövlətinin daha aktiv olmasını, bu siyasətin bir oyunçu olmasına dəvət edir. Daha konkret desək, bu əslində Çinin Amerika siyasətinin vacib bildiyi məsələlərdə iştirakçılığını artırmaq məqsədi güdür.

- Koreya yarımadasındakı böhran böyük bəlalara səbəb ola, nüvə müharibəsi baş verə bilərmi?

- Mən bu məqamı nəzərə alaraq əvvəlcə dedim ki, indiki mərhələdə çox şey Şimali Koreya rəhbərliyinin nə dərəcədə məsuliyyətli və sayıq olmasından asıldır. Mən doğrusu Koreya yarımadasında vəziyyətin nədən ibarət olmasının incəliklərini bilmirəm. Amma nüvə qarşıdurmasında şübhəsiz ki, Amerikanın böyük üstünlüyü var. Bu üstünlüyü nümayiş etdirmək üçün tədbirlər həyata keçirilir. Qənaətimcə, bütün bunlar Şimali Koreya rəhbərliyi üçün çox aydın mesajlardır.

- Qəribədir ki, dünya Koreya yarımadasında olan vəziyyətdən narahatdır, səbəb odur ki, dünyada nüvə qarşıdurması baş verə bilər. Amma Rusiya özünü bu gərgin durumdan bixəbər kimi aparır. Sizcə, niyə?

- Əslində ruslar Koreya yarımadasındakı durumla bağlı aktiv mövqe tutmasalar da müəyyən narahatçılıqlarını bildiriblər. Üstəlik Koreyanın Rusiyaya daha yaxın olması və digər mənzərələr ondan xəbər verir ki, ruslar üçün daha çox əhəmiyyətli məsələ Yaxın Şərqdə baş verən proseslərdə bir araya gəlməkdir. Ola bilsin ki, bu danışıqlarda Şimali Koreya məsələsi səhnə arxasında Rusiyanın əlində saxlanılan kart olsun. Hələlik bu məsələdə ruslar mövqe tutmamaqla sanki onu ehtiyatda saxlayırlar. Mən düşünmürəm ki, Şimali Koreyanın nüvə potensialına qarşılıq olaraq Rusiya öz nüvə potensialını bu zonaya qoyub hansısa təsir balansını yaratmaq üçün addımlar atacaq. Ancaq bu ehtimal Suriya danışıqlarına əlavə təsir göstərmək üçün amil ola bilər.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fərda məşhur türk aktyorları ilə eyni filmdə - FOTO

    Fərda məşhur türk aktyorları ilə eyni filmdə - ...

    17-06-2016, 19:00

  • 
  • Putin dünyanı kimyəvi silahdan təmizləmək istəyir

    Putin dünyanı kimyəvi silahdan təmizləmək istəyir ...

    30-09-2013, 12:04

  • 
  • Kimyəvi silahdan istifadə əmrini Əsədin general qardaşı veribmiş

    Kimyəvi silahdan istifadə əmrini Əsədin general ...

    27-08-2013, 11:50

  • 
  • “Tramp ona görə Amerika prezidenti olub ki, cəmiyyət ona dəstək verib”

    “Tramp ona görə Amerika prezidenti olub ki, ...

    27-01-2017, 20:44

  • 
  • "Gözlənilən odur ki, ABŞ gözlənilməyən zərbələrlə Şimali Koreyanın strateji obyektlərini və raket komplekslərini məhv etsin"

    "Gözlənilən odur ki, ABŞ gözlənilməyən ...

    19-04-2017, 18:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu