GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Kimin revanş götürəcəyini, kimin geridə qalacağını...”

“Kimin revanş götürəcəyini, kimin geridə qalacağını...”

Tarix: 16-05-2017, 16:13 Bölmə :Müsahibə Baxış: 566
“Kimin revanş götürəcəyini, kimin geridə qalacağını...”


Fazil Mustafa: “Rusiyanın mövqeyində də bizi qane etməyən xeyli məqamlar var”

BQP sədri, deputat Fazil Qəzənfəroğlunun son günlər regionda baş verən mühüm hadisələrlə bağlı müsahibəsini “GündəmXəbər”in çoxsaylı oxucularına təqdim edirik.

- Fazil bəy, Türkiyə Avropa Birliyi və Avropa Şurası münasibətlərində özünün ən gərgin mərhələsini yaşayır. Bu münasibətləri necə qiymətləndirirsiniz və bundan sonra hansı ssenarilər müşahidə ediləcək?


- İndiki münasibətləri və yaranan vəziyyəti Türkiyənin Avropa siyasətində olan müəyyən dəyişikliklərin başlanğıcı kimi qiymətləndirirəm. Çünki 2003-cü ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə onların əsas tezislərindən biri Avropa İttifaqına daxil olmaq idi. Həmçinin Avropa İttifaqının Ədalət və İnkişaf Partiyasının liberal baxışlarına münasibəti tamam fərqli idi. Ancaq Yaxın Şərqdə “ərəb baharı” adı ilə başlanan proses birbaşa dövlətlərin xaosa sürüklənməsini gücləndirdi. Türkiyə də öz sərhədlərini möhkəmləndirmək, bu xaosun Türkiyəyə yayılmaması üçün müəyyən səylər ortaya qoydu. Bu da Yaxın Şərqdə qarışıq mühitin və xaosun yaranmasında maraqlı olan qüvvələri qane etmədi. Odur ki, bunu birbaşa Türkiyə hakimiyyəti ilə əlaqələndirərək onun sıradan çıxarılması üçün müəyyən cəhdlərə əl atıldı. Əvvəl daxili resurslar işə salındı, sonra hərbi çevriliş cəhdi oldu, Suriyadan baş verən müəyyən proseslər, terrorçuların dəstəklənməsi və s. Beləcə Avropa tərəfindən Türkiyəyə qarşı açıq kurs götürüldü. İndi Türkiyənin terrorçu olaraq tanıdığı hər kəs Avropa üçün ən dəyərli şəxsə çevrilib. Bu olduqca təhlükəli tendensiyadır. Üstəlik Türkiyənin miqrant məsələsində tutduğu humanist mövqe həqiqətən də Avropanı bir qədər utanc vəziyyətə saldı. Çünki Avropanın özündə belə bu məsələyə münasibətdə humanizm baxımından yanaşma o qədər də diqqət çəkmədi. Yəni Avropa-Türkiyə münasibətlərində problemim kökü bu məqamlardan qaynaqlanır. Hesab edirəm ki, Avropanın bu məsələdə müəyyən dərəcədə bəhanə axtarmasından başqa bir şey ifadə etmir. Avropada gözlədilər, referendumda hə səsi qalib çıxmadı, bundan sonra Avropa Birliyi və Avropa Şurasında anti Türkiyə qərarları oldu. Bunlar siyasi konyunktura qərarıdır, Türkiyəni Avropadan uzaqlaşdırmaq məqsədi güdür.

- Bundan sonra necə olacaq?

- Hesab edirəm ki, artıq Türkiyə özünə yeni yol seçməlidir. Çünki buna qədər gedilən yol ortadadır və əslində Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlıqdan başqa bir şey ifadə etmir. Hətta Kiprin bir hissəsini qopararaq Avropa Birliyinə alırlar, Türkiyəni isə müxtəlif bəhanələrlə kənarda saxlayırlar. Təbii ki, Türkiyə güclü bir dövlətdir və öz yolunu, strategiyasını yenidən müəyyən etməli, Avropanı bu qərarlarına rəğmən demokratik, layiq və dünyəvi dövlət modelində yeni alternativlər haqqında düşünməlidir.

- Türkiyə-Avropa Birliyi, Türkiyə-Avropa Şurası münasibətlərinin Azərbaycana mənfi və ya müsbət təsirləri ola bilərmi?

- Bu məsələnin Azərbaycana təsir edən tərəfləri var. Türkiyənin Avropa məkanında münasibətləri nə qədər yaxşı olarsa, Azərbaycan bir müttəfiqi timsalında xeyli dəstək qazana bilər. Amma bu müttəfiq olmayanda biz köməksiz durumda qalırıq. Odur ki, burada məsələlər birmənalı qiymətləndirilə bilməz. Müəyyən dərəcədə bu problemlərin olması və Türkiyə üzərində cərəyan etməsi Azərbaycana da təsir edəcək. Amma biz öz işimizi görməli, müstəqil əlaqələrimizə önəm verərək yolumuzu davam etməliyik.

- Türkiyə və Azərbaycan ordusunun birgə təlimləri regionda gövdə nümayişidir, yoxsa öncədən planlaşdırılan təlimlərdir?

- Öncədən razılaşdırılan hərbi təlimlərdir və bunda başqa məna axtarmaq doğru deyil. Ancaq həm də məna var. O mənadakı bu iki dövlət bir-birilə qardaşlıq münasibətlərini davam etdirmək niyyətindədir. Gələcəkdə də belə olacaq. Əks halda bizim üçün yaxşı gələcək nəzərdə tutulmur. Mən təklif edirəm ki, belə hərbi təlimlər 24 apreldə keçirilsin. Çünki bu tarixdə keçirmək daha məqsədəuyğundur. Bu həm də ermənilərin saxta soyqrım iddiaların tutarlı və sərt bir cavab olardı.

- Qarabağ münaqişəsinə dair Moskvada görüş keçirildi. Rusiya xarici işlər naziri Lavrov elan etdi ki, Azərbaycan torpaqları işğal edilib, amma problemin müharibə yolu ilə həll edilməsinə imkan verilməyəcək. Digər tərəfdən də Aleksandr Duqin mətbuata açıqlama verdi ki, Azərbaycanın işğal edilən 5 rayonu geri qaytarılmalıdır. Kremlə bağlı olan Duqin və nazir Lavrovun bəyanatı necə qiymətləndirilməlidir?

- Hesab edirəm ki, Rusiyanın məsələyə dair mövqeyindən real yanaşma var. Xüsusilə Duqinin yanaşmalarında xeyli pozitiv çalarlar var. Bu da proseslərin hansı istiqamətdə inkişaf etdiyinin perspektivlərini göstərir. Mənə elə gəlir ki, biz Qarabağla bağlı realist platformadan çıxış etməliyik, mümkün olanları həll edib sonra digər məqamlar haqqında düşünməliyik.

- Mümkün olanları dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Məsələn, 5 rayonun qaytarılması məsələsi. Statusla bağlı məqam bundan sonrakı mərhələyə saxlanılır. Əvvəl jest işğalçı tərəfindən atılır, ardınca digər məsələlər müzakirə priqmeti ola bilər. Xüsusilə, Duqin səsləndirdi ki, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacibdir. Bunun israrlı vurğulanması zənnimcə, müsbət tendensiyanın olduğunu göstərir. Biz çalışmalıyıq ki, bu Rusiya dövlət siyasətində öz əksini tapsın. Əsas Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Bu həm də Dağlıq Qarabağın Azərbaycanın ərazi hüdudları içərisində qalmasını qəbul etmək düşüncəsidir. Bu düşüncə də bizi qane edir.

- Son günlər müşahidə edilən odur ki, ruslar Suriyada terrorçu şəbəkə olan YPG, PYD və PKK-ya dəstək verir, hətta bəzi yerlərdə Rusiya ilə PKK-nın bayrağı birgə asılır. Bu baxımdan Türkiyə-Rusiya münasibətlərinin indiki durumu və bunun Azərbaycana təsirləri haqqında düşüncəniz nədir?

- Şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması indiki şərtlər daxilində bizim maraqlarımıza tam uyğundur. Çünki Rusiya bütün hallarda böyük dövlətdir, Ermənistana hər nə qədər dəstək verən ölkə olsa da, Azərbaycan olaraq Rusiya ilə müəyyən kollektiv müqavilələr içində yer alırıq. Odur ki, Rusiyanın ən azı Azərbaycana neqativ münasibətinin olmamsı, müəyyən qədər normal əlaqələrin olması hər halda Azərbaycanın təhlükəsizliyi baxımından faydalıdır. Həm də qonşu dövlət kimi biz münasibətlərə xüsusi əhəmiyyət verməliyik ki, bu münasibətlərin korlanmasından ziyan çəkməyəcək. Təbii ki, Rusiyanın mövqeyində də bizi qane etməyən xeyli məqamlar var. Bunların müsbət yöndə dəyişməsi istiqamətində düşünməliyik.

- Ancaq hazırda Rusiya-Türkiyə münasibətləri gərginləşmə istiqamətində inkişaf edir...

-Bəli. Lakin siz nəzərə alın ki, bu gün həm də Ərdoğan-Putin görüşü oldu. Bu görüş də Avropadan dışlanan Türkiyənin yeni axtarışları kimi xarakterizə oluna bilər. Fikrimcə, bu görüşdən müsbət məqamlar gözlənilirdi. Çünki başqa yol da yoxdur. Rusiya nəhayət Türkiyə və Azərbaycanla bağlı siyasətini erməni prizmasından deyil, özünün maraqları konteksindən müəyyən etməlidir. Və daha müsbət istiqamətdə yanaşmağı bacarmalıdır. Nəzərə almalıdır ki, Rusiya özü də təklənmiş, sanksiyalar altında olan ölkədir. Üstəlik Avropanın Türkiyə münasibəti Avropanın Rusiya münasibətindən ciddi fərqlənmir. Belə bir vəziyyətdə Rusiyanın siyasətində ciddi dönüş yaratması hamımızın üçün faydalıdır.

- Mayın sonlarında İranda prezident seçkiləridir. İranın bizimlə qonşu dövlət olduğunu nəzərə alsaq seçkilərin Azərbaycana hansısa formada təsirləri olacaq. Bu baxımdan İran seçkilərindən gözləntiniz nədir?

- İran sürprizlərlə dolu ölkədir. Orada kimin revanş götürəcəyini, kimin geridə qalacağını müəyyən eləmək olduqca çətindir. Çünki İranda son vaxtlar prezident seçkiləri beynəlxalq arenada İranın üzləşdiyi problemlərə uyğun formada keçirilir. Əgər beynəlxalq aləmdə İrana münasibətdə kəskin mövqe varsa, bu zaman mühafizəkar baxışlı namizəd, yox əgər liberal yanaşmalar olursa bu zaman islahatçıların namizədi üstünlük qazanır. Bizim marağımız odur ki, İranda insan haqlarına hörmət edən, qonşuluq münasibətlərinə dəyər verən prezident olsun. Çünki biz qonşuluq münasibətlərinin yaxşı macərada irəliləməsin də maraqlıyıq. Əlbəttə, seçkilər İranın daxili işdir, amma bizə münasibətdə aqressiv olmayan siyasətçinin qələbə qazanması maraqlarımız baxımından daha əlverişlidir.

- 3 may günü həm də türkçülük bayramı kimi qeyd edilir. Bəzən təkliflər səslənir ki, 3 may təqvimə salınsın, dövlət səviyyəsində qeyd edilsin. Bu təklif nə dərəcədə məqsədəuyğundur?

- Məncə, bu ayrı-ayrı vətəndaş cəmiyyətlərinin keçirəcəyi bayramdır. Dövlət səviyyəsində belə bayramın qeyd edilməsi problemlər də yarada bilər. Amma Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti türklər olduğundan bizim üçün əziz olan bayramdır. Dediyim kimi, bunu vətəndaş cəmiyyəti formasında keçirmək daha yaxşıdır. Heç Türkiyədə də bu dövlət bayramı kimi qeyd olunmur. Bu daha çox türklük duyğusu, türklük kültürü ilə bağlı insanların daha həssas davranması, xatırlanması kimi qeyd olunan bayramdır. Məncə, belə də davam etməlidir.

Hüseyn Abbasoğlu
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Cəmil Həsənli Avropa Şurasını “yıxıb-sürüdü”

    Cəmil Həsənli Avropa Şurasını “yıxıb-sürüdü” ...

    23-12-2013, 12:16

  • 
  • Avropa Birliyi Türkiyəyə maliyyə yardımını dayandırır

    Avropa Birliyi Türkiyəyə maliyyə yardımını ...

    13-03-2017, 00:05

  • 
  • Türkiyə və Avropa hava məkanlarını bağladı - Rusiya aviasiyasına

    Türkiyə və Avropa hava məkanlarını bağladı - ...

    20-12-2015, 13:18

  • 
  • Avropa Birliyi Rusiyanı təəccübləndirib

    Avropa Birliyi Rusiyanı təəccübləndirib ...

    27-11-2013, 00:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (351)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu