GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Cavab vermədiyim bütün jurnalistlərdən üzr istəyirəm..."

"Cavab vermədiyim bütün jurnalistlərdən üzr istəyirəm..."

Tarix: 3-06-2017, 11:30 Bölmə :Müsahibə Baxış: 423
"Cavab vermədiyim bütün jurnalistlərdən üzr istəyirəm..."


Keçmiş Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov yeni sayt açması ilə bağlı qafqazinfo-nun suallarını cavablandırıb.

gundemxeber.az müsahibəni təqdim edir:

- Namiq bəy, birləşmə prosesində olan nazirlikdə sizin fəaliyyətiniz necə davam edir?

- Mən 4 aydır ki, jurnalist həmkarlarımı başa sala bilmirəm ki, hələ işdən çıxmamışam. Bu dəhşətli bir şeydir. Heç olmasa götürüb mənə zəng edib məsələni dəqiqləşdirmirlər. Biz hələ də nazirlikdə işləyirik. Heç kəs işdən çıxmayıb. Hazırda birləşmə prosesi gedir. Özü də yazırlar ki, nazirlik ləğv olunub. Axı nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Hamımız da öz yerimizdəyik. Bunu vətəndaşlar yazsa, mən heç nə deməzdim, amma jurnalistlər yazırlar.

- Axı sizinlə əlaqə saxlamaq mümkün deyildi, telefonlara cavab vermirdiniz...

- Düzdür, o məsələdə haqlısınız. İndi sizin saytınız vasitəsilə deyirəm ki, mən işdən çıxmamışam. Yenə də ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəm. Birləşmə prosesi başa çatandan sonra hər şey aydınlaşacaq. Mən söz verirəm ki, əgər işdən çıxası olsam, bu dəfə birinci jurnalistlər biləcək.

- Bəs necə oldu ki, sayt açmaq qərarına gəldiniz?

- İndi texnologiya əsridir. Hamı sosial şəbəkələrdən istifadə edir. Ən ucqar yerdə də kimsə istəsə, özünə facebook səhifəsi yarada bilər. Mən də indi yaradıcılığa ehtiyac duyan bir adam kimi sayt açmaq qərarına gəldim. Bunu işsizlik kimi qiymətləndirmək düzgün deyil.

- Sayt hansı istiqamətdə fəaliyyət göstərəcək?

- Bütün istiqamətləri əhatə edəcəyik. Sloqanımız da belədir ki, "biz fərqli düşünürük". İstəmirik ki, saytda dedi-qodular, yanlış informasiyalar olsun. Daha çox yaradıclıq meydanı kimi düşünün. Bütün peşəkar jurnalistlərə, yeni qələm götürən jurnalistlərin hamısına açıq olacağıq. O cümlədən, bütün janrlarda xəbərlər oxuculara təqdim olunacaq. Demirəm ki, yüksək operativlik nümayiş etdirən xəbər saytı olacağıq. Ancaq həm xəbər, həm də analitik şərhlər verəcəyik.

- Saytın adının baş hərfinin "n" olmasını belə hesab edirlər ki, öz adınızla əlaqələndirmisiniz...

- (gülür) Məsələ burasındadır ki, "N" riyaziyyatda sonsuzluq işarəsidir. Çoxlu sayda bol xəbər mənasındadır. Orada rubrikaları da xəbər- xəbər adlandırmışıq. Xəbər sözü adamın gözünə girir.

- Siz Mətbuat Xidməti rəhbəri kimi həmişə mətbuatdan qaçmısınız. İndi sayt rəhbəri kimi fəaliyyət göstərmək sizə çətin olmayacaq?

- Bəzən deyirlər ki, mən jurnalistlərlə ünsiyyətdən qaçmışam. Özünüz bilirsiniz ki, Azərbaycanda neçə min jurnalist ordusu var. Hamısına da böyük sayğılarım var. Amma mən fiziki olaraq çatdıra bilmirdim. İnanın ki, telefonumun zaryadkası da qurtarırdı. Özüm də danışa-danışa yuxulayırdım. Kim ki mənə düşə bilmirdi, onlar yazırdı ki, Namiq Həsənov mətbuatdan qaçır.

- Məsələn, "Qafqazinfo" olaraq mən sizinlə danışa bilmirdim...

- İradınızı qəbul edirəm. Demirəm ki, haqsızsınız. Mən canlı efirlərdə çox olurdum. O zaman da telefonuma zəng necə çata bilərdi? Bəzi məsələlərə istehza ilə yanaşanlar da var. Mənim üçün xəbər tapmaq çətin deyil. Kafka deyirdi ki, bir nəfər oxucum varsa, mən onun üçün yazıram. Kifayət qədər dostlarım var. İnformasiya bolluğundan heç vaxt əziyyət çəkmərəm. Mətbuat Xidmətlərinin rəhbərləri ilə də dostluğum var. Kimsə mənə düşə bilməyibsə, bunun obyektiv səbəbləri var. İndi də sizin sayt vasitəsilə onlardan üzr istəyirəm ki, suallarını cavablandıra bilməmişəm.

- İndi Facebook da varsınız. Yazan kimi cavablandırırsınız, özünüz jurnalistlərə dostluq atırsınız...

- Mən aprelin ayının 25-də Facebook hesabı açmışam. Artıq mənə 3000-ə yaxın dostluq atanlar var. Mən hamısına təşəkkür edirəm.

- Ziya Məmmədov nazir postundan gedəndən sonra onunla münasibətləriniz qalıbmı? Görüşmüsünüzmü?

- Mənim heç kimlə düşmənçiliyim yoxdur. Ziya müəllim Azərbaycana xidmət etmiş bir insandır. Onunla əlaqə saxlamaq mənim üçün böyük fəxr olardı. Mən həmişə bu əqidədə olmuşam ki, insanı vəzifəyə görə tanımazlar. Kiməsə vəzifədən getdiyinə, ya qaldığına görə salam verməzlər. Çox təəssüf ki, Azərbaycanda indi kim vəzifədən getdisə, əlaqələri qırırlar. Əksinə, mən çox böyük məmnuniyyətlə Ziya müəllimlə əlaqə də saxlayaram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdə direktor müavini işdən çıxarıldı

    Nazirlikdə direktor müavini işdən çıxarıldı ...

    7-03-2016, 13:49

  • 
  • Nazirlikdə daha bir vəzifəli işdən çıxarıldı

    Nazirlikdə daha bir vəzifəli işdən çıxarıldı ...

    11-01-2016, 13:50

  • 
  • Günahkar müfəttiş işdən çıxarılacaq – Nəqliyyat Nazirliyi

    Günahkar müfəttiş işdən çıxarılacaq – Nəqliyyat ...

    13-01-2014, 14:07

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu