GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Putinin sözçüsü Bakıda sensasion açıqlama - “Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi”

Putinin sözçüsü Bakıda sensasion açıqlama - “Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi”

Tarix: 26-06-2017, 13:22 Bölmə :Müsahibə Baxış: 461
Putinin sözçüsü Bakıda sensasion açıqlama -  “Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi”


Azərbaycana müasir Rusiyanın ən görkəmli ictimai-siyasi xadimlərindən biri Aleksandr Andreyeviç Proxanov təşrif buyurub.

Proxanov - əlamətdar fiqurdur və özündə Rusiya dövlətçiliyinin bərpası uğrunda mübarizəni təcəssüm etdirən Rusiya tarixinin nəhəng dövrünü əks etdirir.

Sovet insanları üçün Proxanov ədalət, bərabərlik və həqiqət ideyalarını gəlişigözəl anlayışlar hesab etməyən görkəmli sovet nəslinin nümayəndəsidir və “Literaturnaya qazeta”dakı parlaq publisistik oçerkləri və istedadlı hekayələri ilə tanınır. Məşhur jurnalistin baş yazıları isə əsas hökumət qəzeti olan “Pravda”da ən çox oxunanlardan idi.

Sonradan A.Proxanov öncül ədəbi dairələrdə ən nüfuzlu nəşrlərdən sayılan “Sovet ədəbiyyatı”na rəhbərlik etməyə başladı.

Hətta sovet rejiminin süqutundan sonra belə Proxanov özünə və yüksək ideallarına xilaf çıxmadı, Yeltsinin yarıkriminal zamansızlığına qarşı müqavimət qalası yaratdı.

Proxanov vətənpərvər müxalifətin liderinə, onun “Den” qəzeti isə güclü Rusiya uğrunda mübarizlərin əhvalını əks etdirən aynaya çevrildi. Ona atəş açılır, tənqid dolu səsini kəsmək üçün həyatına sui-qəsdlər təşkil edilirdi – Proxanov Rusiyanın yalnız vətənpərvər deyil, həm də tənqid səsi olub və olmaqda davam edir.

Hazırkı Rusiya prezidenti Vladimir Putinin ən çətin günlərində belə Proxanov İzbor klubunda birləşmiş Rusiyanın digər vətənpərvər ruhlu intellektualları - Sergey Qlazyevlə, Jores Alferovla, general İvaşovla, Duginlə, Mixail Leontyevlə və bu kimi başqaları ilə birlikdə tarixin çarxını geri fırlatmağa və Rusiyanı yenidən didilib-parçalanan ölkəyə çevirməyə can atan saxta liberal, idarə olunan fəlakətin qarşısına keçdi.
Ötən gün Azərbaycan Respublikasının Prezidenti Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı, siyasi xadim, müasir Rusiyanın əsas ideoloqlarından biri, İzbor klubunun başçısı Aleksandr Proxanovu qəbul edib.

Görüşdən dərhal sonra A.Proxanov virtualaz.org-un suallarını cavablandırıb.
Virtualaz.org-la söhbətində rusiyalı ictimai xadim Azərbaycan dövlətinin başçısı ilə görüşü barədə təəssüratları ilə bölüşüb. Proxanovun sözlərinə görə, o, möhtəşəm saraya düşüb: “Binanın yaxınlığındakı meydanda olarkən belə əzəmət hissi ilə dolub daşırsan. Sonra mən iqamətgaha keçdim: parlaq döşəmələr, mərmər, çilçıraqlar. Azərbaycan prezidenti ilə görüş isə o qədər də böyük olmayan çox rahat bir otaqda baş tutdu”.

Proxanov qeyd edir ki, İlham Əliyev həlim təbiətli, alicənab insandır və hər hansı özündən müştəbehlik maskasından azaddır. “Onu görən kimi məndə olan müəyyən həyəcan hissi dərhal yoxa çıxdı. Həmin an etimad, simpatiya və minnətdarlıq hissi yarandı ki, prezident öz vaxtını mənə bəxş edib”.

“Söhbətimiz Rusiya-Azərbaycan münasibətləri barədə oldu. Biz, demək olar ki, bütün problemlərə toxunduq: sovet və postsovet dövrü, rusların Azərbaycandakı vəziyyəti, Qarabağ münaqişəsi, Rusiyadakı erməni lobbisi barədə danışdıq. Mədəniyyət və fəlsəfə, mənim təbirimcə desək, “Azərbaycan arzusu” haqqında söhbət etdik. Söhbət Azərbaycan dövlətinin can atdığı həmin o idealdan gedir. Mən özümü Azərbaycan prezidentinin mütləq mənada həmfikri kimi hiss etdim. Biz incə, protokoldan kənar açıq mövzulara da toxunduq. Mənə çox xoş idi ki, biz bu barədə danışırıq”, - rusiyalı siyasətçi deyir.

“Bir də təkrar edim – İlham Əliyev olduqca həssas, incə təbiətli, obyektiv, çoxaspektli insandır. O, ölkəsini ağılla qurur, onu münaqişələrdən kənarda tutmağa çalışır”. Proxanovun sözlərinə görə, Azərbaycan onsuz da çox kəskin Qarabağ münaqişəsinin mərkəzindədir.

“Ölkə qaynar əhatədədir, dörd bir tərəfdə hər şey partlayır. Azərbaycan isə bu təlatümlü okeanda sakit dünya və mülayim iqlimdir. Bu, prezidentin sayəsində mümkünə çevrilib. Bu, onun strategiyasıdır, bəlkə də onun bütün varlığıdır. Bugünkü Azərbaycan dövləti həm Heydər Əliyevin, həm də İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır. Siyasət əksər hallarda şəxsiyyətə bağlıdır, sizinki isə prezident İlham Əliyevin şəxsiyyəti ilə bəzənmişdir”, - həmsöhbətimiz qeyd edir.

O ki qaldı bilavasitə Azərbaycan-Rusiya münasibətlərinə, rusiyalı analitikin qeyd etdiyi kimi, nəhəng dövlətin – SSRİ-nin parçalanması baş verib: “Sovet İttifaqını zorlayıblar, ondan nəhəng məkanları, əraziləri və xalqları qoparıblar. Keçmiş SSRİ-nin ərazisi parçalanmış dünyadır. Bu sərhədləri hələ kol-kos basmayıb, küskünlüklər, anlaşılmazlıqlar qalıb. Buna görə də, Rusiya ilə Azərbaycan arasında ideal münasibətlərdən danışmaq o qədər də düzgün olmazdı, axı onlar özlərində bu parçalanmanın faciəsini daşıyırlar. Lakin həmin dram burada - Azərbaycanda, misal üçün, Ukraynada və Baltikyanı ölkələrdə olduğundan daha az hiss edilir”.

Proxanov hesab edir ki. bu məsələ çox incə tədqiqatların mövzusudur: azərbaycanlılar, ruslar, Rusiya və Azərbaycan nədir ki, aralarındakı münasibət harmonikdir. “Aramızda düşmənçilik, müharibə və qərəz yoxdur. Ruslar Azərbaycanda yaşayır. Rusiyada azərbaycanlılara xoş münasibət var, antaqonizm yoxdur. Lakin təkrar edim, münasibətlərimizi mütləq mənada ideal adlandırmaq olmaz. Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması İlham Əliyevə də, mənə də çox ağır təsir edib. Bunun nəyə görə baş verdiyini anlamıram. Bunun Azərbaycanda da izahı yoxdur. Belə çıxır ki, ortada xain iradə var. Formal olaraq, söhbət sənədlərin uyğunsuzluğundan gedir. Lakin bu boş şeydir. Doğrudanmı, ermənilər belə güclüdür ki, Putinin ölkələrimiz barədə təsəvvürlərinə bu cür təsir göstərə biliblər?”, - Proxanov sual verir.

Həmsöhbətimiz hesab edir ki, ÜAK-la bağlı baş verənlər aradan qaldırılacaq anlaşılmazlıqdır: “Ümumilikdə isə, bir daha təkrar edim ki, Azərbaycanla münasibətləri Baltikyanı ölkələrlə, bədbəxt Ukrayna, Gürcüstanla müqayisə etmək mümkün deyil. Əlbəttə ki, Ermənistan qarşılıqlı tərəfdaşlığımıza mane olan amildir. Lakin hətta buna baxmayaraq, Moskva ilə Bakı arasında çox yaxşı münasibət formalaşıb. Və bu, bundan sonra da belə davam edəcək”.

Qarabağ münaqişəsinə gəlincə, Proxanovun qeyd etdiyi kimi, “bu problem apreldə (2016-cı ildə - red.) qoşunlarınız hücuma keçərək əraziləri geri qaytarmağa başlayanda həll oluna bilərdi. Azərbaycan Qarabağı qaytara bilərdi. Lakin sonradan, deyilənə görə, Moskvanın müdaxiləsindən sonra dayandılar. Vəziyyət həll olunmamış qaldı”.

“Hazırda mövcud olduğu şəkildə bu, fikrimcə, çox uzun müddət həll olunacaq. Vurğulayım: əgər hərbi müdaxiləyə yol verilməzsə. Yeri gəlmişkən, Azərbaycan ordusu güclü və enerjilidir, hərbi ruh əldə edib. Lakin sülh prosedurları çox uzunmüddətli olacaq”, - Proxanov bildirib./virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rusiya Qarabağı Azərbaycana qaytarır" - Erməni politoloq

    "Rusiya Qarabağı Azərbaycana qaytarır" ...

    22-11-2014, 22:22

  • 
  • Azərbaycan səmasında İran təyyarəsi vurulub

    Azərbaycan səmasında İran təyyarəsi vurulub ...

    29-11-2013, 13:00

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Putin "Pioner"yaradır

    Putin "Pioner"yaradır ...

    30-10-2015, 15:32

  • 
  • Moskvada 20 Yanvar şəhidləri anılıb

    Moskvada 20 Yanvar şəhidləri anılıb ...

    20-01-2016, 21:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu