GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “İmpiçment hədələri və niyyətlərin olması Trampa ona görə sızdırılır ki...”

“İmpiçment hədələri və niyyətlərin olması Trampa ona görə sızdırılır ki...”

Tarix: 19-07-2017, 15:42 Bölmə :Müsahibə Baxış: 471
“İmpiçment hədələri və niyyətlərin olması Trampa ona görə sızdırılır ki...”


Fərda Əsədov: “Bir zaman Kürdüstanın müstəqilliyi müəmmalı vəziyyətə gələcək”

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun sabiq icraçı direktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri, tanınmış alim Fərda Əsədovla müsahibəni “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik.
- Fərda müəllim, son müsahibənizdə qeyd etmişdiniz ki, əgər beynəlxalq güclər maraq toqquşmalarını uzlaşdıra bilsə Yaxın Şərq regionunda sabitlik bərpa oluna bilər. Hazırda Rusiya və ABŞ Suriyanın şimalında atəşkəs rejiminin tətbiqinə dair razılıq əldə edib. Sizcə, bu regiona müəyyən qədər əmin-amanlıq gətirə bilərmi?

- Biz görürük ki, tədricən İŞİD-in nüfuz dairəsi daralır. Bu yaxınlarda Mosul şəhəri İraq qüvvələri və onlarında arxasında anti İŞİD koalisiyası tərəfindən azad edildi. İndi söhbət şübhəsiz ki, Suriya probleminin həll yollarını axtarmaq və razılığa gəlməkdən gedir. Mən indi bu prosesin son nəticəsi haqda razılaşmanın əldə olunmasına əmin deyiləm və düşündüyüm qədər də bu baş verməyib. Ancaq hesab edirəm ki, ilkin kompromislərin olması və ABŞ-da prezident Trampa qarşı hücumların artması bir-birilə bağlı məsələlərdir. Bildiyiniz kimi Amerikada Bəşər Əsədə qarşı sərt mövqe tutanlar çoxdur. Əslində Trampa qarşı hücumların bir qismi də Suriyada avtoritar hakimiyyətin dəyişməsi məqsədi də güdür. Odur ki, indi Suriya ilə bağlı müəyyən nəaliyyətlərin əldə edilməsi və Trampa təzyiqlərin artması arasında birbaşa bağlılıq var.

- Hamburqda Tramp və Putinin görüşü və müzakirələri baş verdi. Sizin görüşlə bağlı təəssüratlarınız nədən ibarətdir?

- Mənim ümumi təəssüratım var. Bəzən biz rəhbərləri və onların siyasət aparmaq bacarığını sanki insani xüsusiyyətlərdən təcrid edilən formada dərk etmək istəyirik. Əslində Tramp üçün prezidentlik vəzifəsi yenidir. Adətən biznesdə şəxsi faktora, yəni insan faktoruna hər zaman diqqət yetirilir. Trampın məqsədi ondan ibarətdir ki, doğurdan da şəxsi münasibətlərdə özünü rahat və ya narahat hiss etməsi haqda təəssüratı olsun. Tramp görüşdən sonra dolayısı yolla Putinlə söhbət aparmaqda rahatçılıq hissinin olduğunu ifadə etdi. O cümlədən Putin də emosional və müsbət mənada görüşdən razı qaldı. Bu yəqin ki, problemlərin həlli üçün yaxşı zəmin yaradır. Amma yaxşı zəmin deyəndə onu nəzərdə tutmalıyıq ki, kompromisə yönələn iradə mümkündür ki, bu görüşdən sonra güclənsin. Lakin bu kompromislərin yaxşı və ya pis olacağı həm də başqa tərəflərin buna münasibətindən asılıdır.

- Tramp-Putin görüşündən sonra Amerikada prezidentə qarşı ciddi etirazlar, hücumlar başladı, oğlunun rusiyalı vəkillə məxfi görüşməsinə dair xəbər kompromat ortaya çıxdı və s. Bunu nə ilə izah etmək olar?

- Bunlar təbidir. Trampın rasional, müəyyən qədər ideoloji və mənəvi dəyərlər sisteminə söykənməyən, xüsusi olaraq ölkə maraqlarına, gözlənilməz kompromislərə hazır olduğundan xəbər verən siyasəti var. Bu siyasətə təsir göstərmək, bu siyasətin mümkün nəticələrini aradan qaldırmaq üçün təzyiqlərin göstərilməsi təbiidir. Trampın siyasətinə daima təzyiqlər və təsirlər göstəriləcək ki, qarşı tərəfin maraqlarını artan dərəcədə nəzərə alsın. Əks halda, deməzdim ki, prezident impiçment olacaq. Sadəcə olaraq impiçment hədələri, bu haqda xəbərlər və niyyətlərin olmasını Trampa sızdıracaqlar. Bu da, bir təsir vasitəsidir.

- Ötən gün ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin prezident Trampın impiçmentinə çağırıblar və bu məqsədlə Şermanın bəyanatı yayılıb. İmpiçment real deyilmi?

- Əgər Rusiya-Amerika yaxınlaşması əvvəlki ABŞ siyasətinin əsaslarına tam zidd olarsa, əslində bu ağlıma gəlməsə də, nəzəri cəhətdən mümkündür. Yalnız, ABŞ siyasətinin əsaslarına zidd olarsa, impiçment məsələsinə başlanıla bilər. Ancaq bildiyiniz kimi bu uzun bir prosesdir, bunun baş verib-verməyəcəyini deyə bilmərəm. Lakin impiçment mümkündür. Trampın siyasət aparması mövqeyində bir məqam da var. Tramp hər zaman öz siyasətini və nəzərdə tutduğu məqsədləri başqaları üçün gözlənilməz bir vəziyyətdə saxlamağın tərəfdarıdır. Bu əslində müəyyən mənada məhsuldar prosesdir. Bütün diqqət onun şəxsiyyətinə, siyasətinə, nə deməsindən asılı olur. Onun qərarları da başqaları üçün gözlənilməz olur. Bu mənada hər şey gözləmək olar. Lakin görünən odur ki, nəyin necə olduğunu Tramp özü həll edəcək.

- Müsahibəyə Mosul şəhərinin İŞİD-dən azad edilməsi ilə başladınız. Mosul türkmən şəhəri olmaqla yanaşı İraqın ikinci ən böyük şəhəridir. Sirr deyil ki, kürdlərdə bu şəhərə iddia edirlər. Şimali İraq Kür Muxtariyyəti də sentyabr ayında müstəqillik haqqında referendum keçirəcəyini elan edib. İraq daxili və İraq ətrafında müşahidə edilən proseslər hansı nəticə ilə yekunlaşa bilər?

- Mən Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsini çox real hesab edirəm. Hazırda muxtariyyət rəhbərliyində bu məsələyə dair tam qətiyyət var. Bu qətiyyət artıq referendumun təyin olunmasında gerçəkləşib.
İkincisi, indiyə qədər Kürdüstan rəhbərliyinin beynəlxalq mediaya verdiyi müsahibələrdə qətiyyətini bildiriblər, deyiblər ki, məqsədi tam müstəqillik qazanmaqdır. Yəni İraqın parçalanmasıdır. Bunu onlar bəyanatlarda və ya proqramlarda qeyd etmirlər. Lakin onların tutduğu istiqamət odur ki, öz müstəqillikləri haqda İraq mərkəzi hökuməti ilə danışıqlar aparmaq niyyətindədir. Bu danışıqların aparılması üçün getdikcə öz mövqelərini gücləndirəcəklər. Referendum da buna əlavə təkan verəcək. Referendumun hansı nəticə verəcəyi haqda bir söz demək istəməzdim. Mən çox narahatam, orada əslində referendumun aparılması düzgün qayda da təşkil edilməyəcək. Bəhs etdiyimiz regionda bəzən zor işlətməklə qeyri demokratik dəyişikliklər baş verir. Beynəlxalq mediada bunu qeyd edir. Bir müddət əvvəl mən xarici mediada Şimali İraq Kürd Muxtariyyətinin baş nazirinin müavininin müsahibəsini oxudum. Orada həmin şəxs etiraf etdi ki, indi mümkün qədər siyasi təsir zonasını genişləndirməklə orada mövcud olan demoqrafik vəziyyəti də dəyişir və bir növ Kürdüstan dövlətinin müstəqilliyini legitimliyini təmin etmək məqsədilə hazırlıq işləri aparırlar. İndi məlum oldu ki, bu referendumdur.
Üçüncüsü, heç şübhəsiz ki, buna müqavimət göstərən qüvvələrdə olacaq. Bildiyiniz kimi prezident Ərdoğan bu referendumun mümkünsüzlüyü haqda mövqe bildirdi. Deməli, artıq dilə gətirilməsə də, referendumun özünün qanunauyğun şəkildə aparılmasına şübhələr var. Bunların hamısı İraq hökuməti ilə danışıqlara təsir göstərmək məqsədi güdür.

- Bəllidir ki, Suriyada, Türkiyədə və İranda çoxlu sayda kürdlər yaşayır. Əgər Şimali İraqda Kürdüstan dövləti yaranacaqsa, bunun ətraf ölkələrə təsiri hansı formada olacaq?

- Mən demədim ki, müstəqil Kürdüstan dövlətinin yaranması mümkündür. Qeyd etdim ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyində tam qətiyyət var və onlar bu məqsədi qarşıya qoyublar. Fikrimcə, biz buna maneə olan məqamları da nəzərə almalıyıq. Bu amillərdən biri ondan ibarətdir ki, kürdlərin arasında hamının eyni dərəcədə həmrəy olub-olmaması məsələsi var. Bilirik ki, Tələbani ilə Bərzani rəhbər nəsillərdir və aralarında fikir ayrılıqları, rəqabət var. Hələlik onlar öz münasibətlərini bir-birilə razılaşdırır. Məsələn, Tələbani ailəsinin nümayəndəsi muxtariyyət hakimiyyətinin rəhbər strukturlarında təmsil olunub. Halbuki rəhbər strukturlar Bərzaniyə yaxın şəxslərdir. Bütün bunlar göstərir ki, daxildə narahatlıq var. Üstəlik bəllidir ki, İraq hökuməti də bundan narahatdır. Amma İraq hökumətinin özünün də bu məsələdə təqsiri çoxdur. İraqın vahid dövlət kimi siyasət aparması deyil, l ayrı seçkilik siyasəti aparması indiki şəraiti yaratdı. Nəticədə bir tərəfdə İŞİD peyda oldu, digər tərəfdən kürdlər gücləndi. Bunların hamısı İraq hökumətinin özünün səhvləridir. İraq hökuməti alternativ siyasət aparmaqla ölkənin bütövlüyünü qorumaq üçün iradə ortaya qoyardısa, bu da kürd muxtariyyətinin müstəqillik haqda düşünməsinin qarşısını alardı. İraqın bütövlüyünü saxlamaq variantı başqa güclü oyunçuları inandırmış olsa, bu zaman Kürdüstanın müstəqilliyi müəmmalı vəziyyətə gələcək.
Bir başqa fikir var ki, türklər Kürdüstanda dövlətin yaranmasına müəyyən qədər müsbət baxır. Bu yəqin ona görədir ki, Kürdüstan hökuməti haradasa bütün kürdlərin possionarlığını özünə çəkib kürdlərin yaşadığı başqa ərazilərdə gərginliyi azaltmaq potensialına malik ola bilər. Yəni çətin ki, Kürdüstan müstəqil dövləti yarandıqdan sonra aqressiv siyasət tutub bütövlükdə böyük Kürdüstanı birləşdirmək kimi məqsədlə çıxış etsin. Əksinə, yeni dövlət öz legitimliyini, başqa ölkələrlə siyasət aparmaq bacarığını isbat etməlidir. Belə olan halda dil tapmaq mümkün olardı. Mən onu düşünürəm ki, bəlkə də Kürdüstanın müstəqil dövlət olması daha çox Türkiyənin siyasətinə yaxındır, nəinki başqa oyunçuların. Çünki mümkündür ki, bu zaman daha çox kompromislər Türkiyə ilə olsun. Axı biz bilirik ki, tarixən İraqa verilən ərazi İraqa məxsus olmamalı idi, bu ərazilərin Türkiyədə qalması imkanı çox idi və uzun müddət Türkiyə bu halı ərazi problemi kimi düşünürdü. Mən bunu deyərkən Mosulu nəzərdə tuturam. Odur ki, mən deyərdim ki, bu çox çətin və üzdə olan bir proses olmayacaq.

- İŞİD-dən azad edilən qədim türkmən şəhəri, neft ehtiyatı ilə zəngin Mosulun gələcək taleyi necə olacaq, şəhər İraq hökumətinin, yoxsa Ərbilin idarəçiliyində olacaq?

- Kürdlərin təsir zonası və mümkün olan potensial ərazilərinə Mosulu da daxil edirlər. Yəni kürdlərin belə fikri var. Hansısa çərçivədə kürd dövlətinin yaranmasına dair kompromis olsa, mən ehtimal etmirəm ki, Mosul burada yer tutsun. Bu çox çətin mümkün olan işdir.

- Bir çox ekspertlər hesab edir ki, Yaxın Şərqdə ərəb baharı ilə başlayan və sonda terror, vətəndaş müharibəsinə çevrilən proses başa çatmaq üzrədir, bu dövr ümumiyyətlə qlobal terror məsələsinin həlli son mərhələsini yaşayır. Siz, bu haqda nə düşünürsünüz?

- Mən bu fikirlə həmrəyəm. Artıq bəlli ölkələrdə demokratikləşmə, islahatların aparılması deyil, terrorla mübarizə gündəmdədir. Misirdə ki, hadisələr də onu göstərdi. Dövlət strukturlarının seçki texnologiyasına söykənməsi, cəmiyyətin dövlət idarəçiliyində iştirakçılığının artması kimi məqsədlər ərəb baharı zamanı səslənmişdi. İndi bu məsələlərin neçənci dərəcəli məsələyə çevrildiyini bilmirəm. Doğurdan da indi gündəmdə insanların təhlükəsizliyi, insanların əsas həyat vasitələri ilə təmin edilməsi problemi durur. Bu mənada təəssüf ki, vəziyyət bundan ibarətdir.

HÜSEYN ABBASOĞLU
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mosul İŞİD-dən azad edildi

    Mosul İŞİD-dən azad edildi ...

    10-07-2017, 11:22

  • 
  • Mosul şəhəri azad edildi

    Mosul şəhəri azad edildi ...

    29-06-2017, 15:21

  • 
  • Fərda məşhur türk aktyorları ilə eyni filmdə - FOTO

    Fərda məşhur türk aktyorları ilə eyni filmdə - ...

    17-06-2016, 19:00

  • 
  • “Prezident Tramp beynəlxalq siyasətdə və həssas nöqtələrdə xeyli qətiyyətli addımlar atır”

    “Prezident Tramp beynəlxalq siyasətdə və həssas ...

    26-04-2017, 18:15

  • 
  • İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən azad edib

    İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən ...

    2-09-2014, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu