GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Xalq səfərbərliyə hazır deyilsə, deməli ordu da hazır deyil

Xalq səfərbərliyə hazır deyilsə, deməli ordu da hazır deyil

Tarix: 1-06-2013, 02:12 Bölmə :Müsahibə Baxış: 863
Xalq səfərbərliyə hazır deyilsə, deməli ordu da hazır deyil

Azad İsazadə: “Əsgərin döyüş qabiliyyəti natamam olanda ordu özü natamam olur”

Suallarımıza hərbi psixoloq Azad İsazadə cavab veürir
- Sizcə tez-tez əsgər ölümlərinin səbəbləri nədir?

-İlk növbədə, gənclər hərbi xidmətə psixoloji cəhətdən hazır deyil. Daha dəqiq desək, cəmiyyət içində orduya hazırlıq işləri mənfi planda gedir. Cəmiyyətdə ordu haqda mənfi məlumatlar, ölüm və dedovşinaya dair informasiyalar o qədər yayılıb ki, gənc çağırışçı əvvəlcədən düşünür ki, “orduya gedəcəyəm, orada məni sıxacaqlar” və s. Orduya getməyən gənclərin arasında belə söhbətlər var ki, sən orduya düşən kimi özünü güclü göstərməlisən. Sıxılmağa məruz qalmamalısan. Buna görə də bəziləri ordu sıralarına gələn kimi aqressiv reaksiya verir. Bu, əslində oğru qanununa oxşayır. İlk gündən özünü necə göstərsən, elə də davam edir. Gənclər dzgün hərbi qulluq öyrənməyə hazırlaşmır, özünü kazarmada zəif göstərməməyə hazırlayır. İnsan harasa getməyə hazırlaşırsa, orada özünə qarşı aqressiya gözləyirsə və aqqresiyaya cavab verməyə hazırlıq görürsə aqressiv olacaq. Demirik ki, orduda ölümlər düşünülmüş formada olur, amma ölümlərin düşünülmüş forması da var ki, kimisə hansısa səbəbə görə öldürmək istəyirlər. Gənc əsgərlər fiziki təzyiqə məruz qoyulur. Bir müqayisə aparaq, məsələn, əsgərlik dövründə 10 əsgər döyülür. Bunların arasında deyək ki, biri ölür, ikisi xəsarət alır. Qalanlarının üzərində isə döyülmə izləri qalır. Yanvardan bu günə kimi 30-a yaxın əsgər ölüb. İndi təsəvvür edin ki, orduda nə qədər əsgər döyülür?
- Orduda korrupsiya hansı rolu oynayır?
-Ordunun yuxarı eşalonunda korrupsiya olması haqda mətbuatda çox yazılıb. Silah, geyim, ərzaq və s. satışı haqda deyilir, ortada yalnız sözsöhbət dolaşır. Əsgər və kiçik zabitlər arasında korrupsiya halları var. Pul yığma, kontur məsələləri və s. buna nümunədir. Məsələn, valideynlər komandirə pul, yaxud övladlarının incidilməməsi üçün “şirinləşdirici hədiyyələr” verir. Bəziləri bunu könüllü edir, bir çoxlarından da komandir tələb edir. Bu əsgərlər arasında imkansızlar da var. Kim pul veribsə qulluğu yüngül keçir, onun əsgərlik yükü digər əsgərlərin üzərinə yüklənir. Məsələn, tualet təmizləmək bütün silahlı qüvvələrdə “za podlo” sayılır. Demək ən zəif, ən acizlər tualeti yumalıdır ki, bu xırda detalın özü korrupsiya hallarına gətirib çıxarır.
- Məkətblərdə və ümumiyyətlə cəmiyyətdə orduya hazırlıq necədir?
-Hərbi psixoloji hazırlığın bir neçə mərhələsi var. İlkin mərhələ, çağırışçının mülki həyatdakı hərbi-psixoloji mühitilə başlanır. Burada söhbət hərbi qulluqdan öncəki mülki həyatda hərbi psixologiyadan gedir. Çağırışçılar hərbi qulluqdan əvvəl, mülki həyatda ilkin hərbi psixoloji hazırlıq keçmədiyi üçün hərbi hissəyə düşən kimi ikinci mərhələ başlayır. İlkin mərhələ keçilmədiyindən hərbi hissədə birinci və ikinci mərhələ bir-birinə qarışır. Əsgərin karantin hazırlığı qurtarandan sonra hərbi hazırlıq başlamalıdır. Hərbi hazırlığın ən yüksək səviyyəsi döyüş hazırlığıdır. Bir il və ya bir il altı ay müddətinə hərbi həyatda olan əsgər vaxtı ititirir deyə, bütün proses sadəcə ümumi bilgilərə yönəldilir. Beləliklə hərbi xidmət müddəti başa çatır və əsgər döyüş hazırlığı keçmədən geri qayıdır. Hazırlıq keçilməməsi üzündən hərbi xidmət başa çatdıqdan sonra məlum olur ki, əsgər natamam hərbi döyüş hazırlığı keçib. Bu səbəbə görə, hərbi psixoloji hazırlıq mülki həytada ikən həddindən artıq vacibdir. Bu hazırlığı praktik keçmirik, onun imitasiya forması hərbi oyunlardır. Oyunların özləri də düzgün keçirilmir. Məktəbdə hərbi hazırlğın sadə forması keçirilir, əldə silah tutulmur, yalnız nəzəriyyə öyrədilir. Düşünürük ki, bu psixoloji hazırlıq sistemi peşəkar formada aşılanmalıdır. Sumqayıt məktəblərinin birində qumbara partlaması hadisəsi baş vermişdi. Səhv nəticəsində təlim qumbarası əvəzinə döyüş qumbarası qoyulmuşdu. Avtomat silahları təlim sırasından çoxdan yığışdırıblar. Elə hərbi hissələr var ki, əsgərin bir il altı ay ərzində silaha əli 3-5 dəfə dəyir ya yox. Bəzi əsgərlər ümumiyyətlə avtomat silahı söküb-yığa bilmir. Əsgərlər silahı ancaq cəbhə zonasında görür. Cəbhə zonasından kənar hərbi hissələrdə təhlükə olmasın deyə əsgərlərə silah verməməyə çalışırlar. Amma bu halda gənclərin hazırlığı barədə düşünən olmur. Müharibə başladığı halda əsgərlər döyüşə getməlidir. Silahı idarə edə bilmək özü döyüş qabiliyyətidir. Əsgərin döyüş qabiliyyəti natamam olanda ordu özü natamam olur.
- Cəmiyyətdə ordunun nüfuzunu qaldırmaq içün nə etmək lazımdır?
-Orduya çoxsaylı peşə sahibləri lazımdır. Sürücüdən, həkimdən, dərzidən, aşbazdan tutmuş sadalaya bilmədiyimiz peşələrə kimi. Bir zamanlar hərbi komissarlıqların tərkibində müxtəlif dərnək və kurslar var idi. Avtomobil idarə edən bir gənc hərbi xidmətə getməzdən öncə sürücülük vəsiqəsi alırdı, hərbi xidmətə artıq sürücü kimi başlayırdı. Rabitəçini, tibb işçisini və s. hazırlamaq lazımdır və bu, istər-istəməz ordunun nüfuzunun yüksəlməsinə səbəb olacaq. Əsgər hər-hansı bir peşə sahibidirsə, hərbi hissədə buna uyğun yönləndirmə olmalıdır. Bununla paralel başqa bir peşəni də öyrətmək mümkündür.
- Şou biznes nümayəndələri bu gün milli qəhrəmanlardan daha məşhur və daha hörmətlidir. Belə olan ölkədə gənclər orduya can atarmı, torpaq uğrunda qan tökərmi?
- Bunu isbatlamaq üçün müğənni Faiq Ağayevi və Milli Qəhrəman Eldar Ağayevi kimin tanıması haqda sorğu keçirsək yetərlidir. Azərbaycanın indi həyatda olan cəmi16 Milli Qəhrəmanı var. Milli Qəhrəmanı, peşəkar zabiti heç kim tanımır. Faiq Ağayevi isə hamı tanıyır. Bu paralel cəmiyyətdə ordu ilə şou-biznesin yerini dəqiq göstərir. İkisinin də soyadı eynidir, Ağayevdir. Biri tanınır, digərini isə tanınmırlar. E.Ağayevi hərbiçilər tanıyır, amma Faiq Ağayevi… Bu o demək deyil ki, müğənniləri tanımayaq, amma ən azı qəhrəmanlarımızı da tanıyaq, o qədər də çox deyillər. Hələlik müharibəyə hazırlaşmırıq, amma müharibə başlasa belə, cəmiyyət buna tam hazır deyil. Qarabağı müharibəsiz azad etmək inandırıcı görünmür. Yalnız danışıqlarla nə isə əldə etmək də ağlabatan görünmür. Ordu bir neçə uğurlu əməliyyatlar keçirməlidir. Tək ordu müharibəni uda bilməz, müharibəni dövlət udur. Ordu da xalqa arxalanır. Ona görə də səfərbərlik xalqdan gəlməlidir. Səfərbərlik zamanı xalq hazır olmayacaqsa, ordu döyüşə bilməyəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev normal orduya sahib olmaq istəmir

    İlham Əliyev normal orduya sahib olmaq istəmir ...

    18-01-2013, 10:47

  • 
  • "Tək oğlan uşaqları orduya çağırılmamalıdır"

    "Tək oğlan uşaqları orduya ...

    27-06-2013, 14:23

  • 
  • Deputat hərbi həkim komissiyalarından imtinaya çağırır

    Deputat hərbi həkim komissiyalarından imtinaya ...

    16-01-2014, 17:25

  • 
  • Azərbaycan Ordusu ona aid olmayan funksiyalardan azad edilir

    Azərbaycan Ordusu ona aid olmayan funksiyalardan ...

    10-02-2014, 16:34

  • 
  • Hərbi qulluq və narkomaniya

    Hərbi qulluq və narkomaniya ...

    15-03-2015, 12:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu