GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Çingiz Hüseynzadə: "Ramil Quliyev 6 il öncə fərarilik edib" - ŞOK AÇIQLAMA

Çingiz Hüseynzadə: "Ramil Quliyev 6 il öncə fərarilik edib" - ŞOK AÇIQLAMA

Tarix: 16-08-2017, 13:45 Bölmə :Müsahibə Baxış: 362
Çingiz Hüseynzadə: "Ramil Quliyev 6 il öncə fərarilik edib" - ŞOK AÇIQLAMA


“Dünyada ilk dəfə - azərbaycanlı Ramil Quliyev dünya çempionu oldu. Onu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik etdilər”. Bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında mətbuat konfransı keçirən qurum rəhbəri Londonda dünya çempionu tituluna yiyələnən Ramil Quliyevlə bağlı məsələyə aydınlıq gətirilib. O, 27 yaşlı atletin Azərbaycan yığmasından imtinasını belə əsaslandırıb: “Nəticələrinə baxdıqda Ramilin mükafat qazanacağını görürdük. Onunla razılaşdıq ki, çempion olacağı halda Azərbaycan və Türkiyə bayrağını birgə qaldıracaq. Bu səbəbdən də bayrağımızı ona verdik. O da sevincini hər 2 ölkənin bayrağı ilə qeyd etdi”.

Hüsenzadə 6 il öncə Quliyev haqda dediklərini təkzib etmədiyini də açıqlayıb. O bildirib ki, əvvəlki dünya çempionatlarında və ya Rioda nəticələri ilə bağlı suallar verildikdə bunu cavablandırıb: “Atletika fərdi idman növüdü. Burda hazırlıq mühüm rol oynayır. Bəli, demişəm ki, Rio-de-Janeyroda nəticəsi olmayacaq, olmadı da. O, 2015-ci ildən uğur qazanmağa başladı. Bu məsələnin bir idman tərəfi var, bir də mənəvi. Ramil yeganə idmançı olub ki, 19 yaşında heç bir nəticəsi olmadan cənab prezident tərəfindən evlə təmin edilib. Bu federasiyanın təqdimatı ilə olub. O, “Neftçi”də həmin dövr ən yüksək maaş – 3 min manat alan idmançı olub. Türkiyədə də müsahibəsində klubdan əmək haqqı aldığını deyib. Bunları da araşdırmaq lazımdı. Yəni federasiya pul ödəmir. Atletika güləş, ya boks deyil. Məşq üçün stadionlar lazımdı. Bizim çətinliklərimiz budu. Hazırlıq üçün adətən məcburiyyətdən xaricdə keçirik”.

O, Layeş Abdullayeva ilə bağlı “Goardian” jurnalında dərc olunan yazıya da münasibət bildirib. Hüseynzadə bildirib ki, bu mətbuat orqanı Avropa Oyunları zamanı da Azərbaycana “çirkab atırdılar”: “Bu nəşrdə 417 məqalə dərc edilib. Bildiyiniz kimi, Bakı-2015-də onlara akkreditasiya verilməmişdi. Buna rəğmən də çirkli şeylər yazmaqda davam edirlər”.

Federasiya rəhbəri vurğulayıb ki, bu nəşrin cavabını yerli jurnalistlər verməlidi. O, bunu Layeşin federasiya ilə deyil, klubla müqaviləsinin olması ilə əlaqələndirib: “Mənim 7 min dolları mənimsəməyimə gəlincə, onun bizimlə deyil, klubla razılşaması vardı. Ona mükafatı nazirlik verib. Bu pulu mən mənimsəyə bilmərəm. Ola bilər ki, Bakıda kiminsə ona borcu olsun və bunun bizə aidiyyəti yoxdu. Həm də onun kifayət qədər pulu var və vətəni Efiyopiyada biznes qurub”.

O, Azərbaycan güləş və qılıncoynama federasiyaları ilə bağlı da danışıb. Bildirib ki, pəhləvanların çətinlikləri aradan qaldırılıb. Qılıncoynatmada isə tezliklə çətinliklərə son qoyulacaq.

İlk dəfə dünya çempionatna 5 idmançı ilə yollandığımızı, lakin atletimizin biri zədələndiyi üçün 4 idmançı ilə təmsil olunduğumuz yarışdan razı qaldığını vurğulayıb. O, yalnız Hayle İbrahimovun nəticəsini uğursuz adlandırıb: “Aleksis Kopello və Anna Skidan 5-ci oldular. Bu o deməkdi ki, onlar finala kimi irəliləyib. Nəticə mütəxəssilər tərəfindən yüksək qiymətləndirilib. Nazim Babayev isə gəncdi və uğurları qarşıdadı”.

O bildirib ki, Nicat Rəhimov ailə probleminə görə Qazaxıstana yollanıb və bu da idmançının inkişafına səbəb olub: “Hara getsə yenə azərbaycanlıdı. Biz onunla fəxr etməliyik. Nizami Paşayev Ukrayna məktəbi görməsəydi, gəlib burda 3 dəfə dünya çempionu ola bilərdimi? Gedənlər necə məni qovublar deyə bilər? Necə olur ki, digər idmançılara şərait olur, onlara yox? Başqasına yaradılan şərait ona da yaradılıb. Əgər ona bunu etməyiblərsə, deməli, şəxsi ədavəti olub.

Ramil dedi ki, Bakıda şərait yoxdu. Federasiya kimi onu “Fənərbaxça”ya biz göndərdik. Onlar pul vermək istəsələr də, nə biz, nə də “Neftçi” buna ehtiyac duymadı. O, Bakıya ölkə çempionatında çıxış etməyə gəlirdi. Biz 1 il sonra xəbər tutduq ki, Ramil Türkiyə vətəndaşlığını qəbul edib. Həmin vaxt onun keçidinə rahatlıqla icazə versəydik, bizi qınayacaqdılar. Mən təkrar edirəm ki, o, 6 il öncə fərarilik edib. Bunun dünya çempionluğuna dəxli yoxdu”.

Hüseynzadə Ramilin ilk məşçisinin Tofiq Əliyev olduğunu deyib: “Bu mütəxəssis ona görə mükafat və əməkdar məşqçi adını alıb. Amma Ramil bunları heç yerdə demir. O, burda ev aldığənı və ya mükafatlarını da deməyib. Mən hər şeyi demək istəmirəm. Ramil qəhrəmandi və onu elə qəbul edirik. Nicatı da Olimpiya çempionu kimi”.

O, sözlərinə Ramilin qayıtmayacağını da əlavə edib. Hüseynzadənin sözlərinə görə, özü istəsə belə Türkiyə onu buraxmayacaq: “Ramil hələ 15 yaşı olarkən Moskvada rus diaporasının təşkil etdiyi yarışda iştirak etdi. O da Rusiyanı istəyirdi. Lakin Rusiya tərəfi bizim federasiya ilə promlemin yaranmasını qəbul etmədi. Bu səbəbdən də onun Rusiyaya getməsi alınmadı. Ramildən öncə isə anası və qardaşı Türkiyəyə yollanmışdı”.

Hüseynzədə bildirib ki, Ramilin atası Eldar Quliyevin federasiyadan heç bir narazılığı var: “Düzdü, onun da prinsipləri başqa idi. Nazirin yanına getmişdi. 7 il öncə ilə indi eyni deyil. Bütün bunları araşdırmaq lazımdı. Onu qaytarmaq üçün biz nə etməliyik? Türkiyə Atletika Federasiyasına müraciət etməliyik. Amma hamı yaxşı bilir ki, onlar bunu qəbul etməyəcək. Bəlkələrlə danışmayaq. Bəlkəni əkiblər, bitməyib. O, özü bizə müraciət etməlidi. Yığmaya gələn idmançılar da özləri bizə müraciət etməlidi. Biz kiməsə bunu demirik. Maaşa gəlincə, hər birinə sıfır manat deyirik. Gəl özünü göstər, əmək haqqını al”.

Eyni zamanda, MOK-un vitse-prezidenti olan Hüseynzadə bildirib ki, Quliyevlə bağlı hansısa probleminin olmadığını da deyib: “Bu məsələlər şiirdirilib. Mən Türkiyəyə getdikdə onunla görüşürəm və ya o bura gəlib hazırlıq keçir. Məsələn, İslam Həmrəyliyi Oyunları üçün burda məşqlər keçdi. Çalışdırıcısı tez-tez Bakıda olur. Bu səbəbdən hansısa problemdən söhbət gedə bilməz”.

Qeyd edək ki, 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edən Quliyev Azərbaycan millisindən getməsini ona federasiyada lazımı dəstəyin göstərilməməsi ilə əlaqələndirmişdi. O, Pekin-2008-də ölkəmizi, Rio-2016-da “ay-ulduzlular”ı təmsil edib. Ramil dünya çempionu tituluna yiyələnənədək 200 m məsafəyə qaçışda 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qızıl, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc medalına sahib olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi

    Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi ...

    15-08-2017, 15:22

  • 
  • Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana gəlsən həbs olunacaqsan”

    Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana ...

    12-08-2017, 10:00

  • 
  • 200 metr məsafəyə qaçışda Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?

    200 metr məsafəyə qaçışda Türkiyəni dünya ...

    11-08-2017, 12:43

  • 
  • İdmançımız dünya çempionu oldu

    İdmançımız dünya çempionu oldu ...

    25-10-2015, 13:33

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu