GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Tarixi türkmən torpaqları əldən çıxa bilər”

“Tarixi türkmən torpaqları əldən çıxa bilər”

Tarix: 28-08-2017, 22:10 Bölmə :Müsahibə Baxış: 571
“Tarixi türkmən torpaqları əldən çıxa bilər”


Tarhan Müftioğlu: “Kürdüstanın referendumda məqsədi türkmən torpaqlarını ələ keçirməkdir”

İraqda vəzziyyət yenidən kəskinləşib. Səddam Hüseyn rejimi yıxıldıqdan sonra İraqda müxtəlif silahlı qüvvələr ortaya çıxaraq bir-birilə mübarizəyə başladı. Səddam Hüseyn hakimiyyətinin devrilməsi daha çox İraq kürdlərinin işinə yaradı. Əvvəla Səddamdan sonrakı mərhələdə İraq prezidenti kürd oldu. Daha sonra kürdlər İraqın şimalında özlərinə yeni idarəetmə sistemi-Şimali İraq Kürd Muxtariyyəti yaratdılar. Sentyabrın 25-də isə müstəqillik referendumu keçirmək istəyirlər. Görünən odur ki, İraqda baş verən siyasi-hərbi proseslərdə ən çox itirən türkmənlər oldu. Hazırda türkmən torpaqlarının bir hissəsi İŞİD-in, digər hissəsi isə kürdlərin nəzarətindədir. Kürdlərin müstəqillik ldə etməsi fonunda türkmənlərin durumunun bir qədər də pisləşəcəyi aydın görünür.
Bu mövzularda İraqın regional inkişaf naziri, türkmən millətinin nümayəndəsi Tarhan Müftüoğlu ilə müsahibəni təqdim edirik.

Turhan bəy, hazırda İraqda vəziyyət necədir?

Bildiyiniz kimi 2003-cü ildən bu yana İraq bir terror mücadiləsi verir, mübarizə aparır. Daha sonra ortaya İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu şəbəkə ortaya çıxdı, bir sıra əraziləri işğal etdi. Terror şəbəkəsi Mosul, Telafər, Qaraqoyunlu kimi əraziləri nəzarətə keçirdi. İndi İraq ordusu və ona dəstək verən silahlı dəstələr İŞİD-i geri oturda, əksər əraziləri işğaldan azad edə bildi.
Lakin indi türkmənlər üçün ayrı bir problem yaranıb. Söhbət İraqda olan Kürdüstan bölgəsi və onların referendum keçirməkdə qərarlı olmasından gedir. Çünki İŞİD-ə qarşı mübarizə zamanı bir çox türkmən yerləri kürd peşmərgələrin gücü ilə yenidən kontola götürülüb. Başqa sözlə, bu bölgələrdə peşmərgələr var və həm də Şimali İraq Kürd Muxtariyyəti türkmən torpaqlarında referendum keçirmək istəyirlər. İraq türkmənləri buna qarşıdır. Bir sözlə, İraq türkmənləri elə İraq dövlətinin tərkibində qalmaq istəyirlər. Türkmənlər referenduma qarşıdırlar, nə indi, nə də gələcəkdə İraqın parçalanması ideyasını müdafiə etmirlər. Əksinə, parçalanmanı zərərli ideya hesab edirlər.

İraq dövləti Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirəcəyi müstəqillik referendumu haqqında nə düşünür?

İraq dövləti də bu referenduma qarşıdır. İraqın birlik və bərabərlik vəziyyətinin saxlanılması istəyirlər. Amma iş ondadır ki, kürd gücləri referendum keçirməkdə israrlıdır. Eləcədə İraqın qonşu dövlətləri də bu referenduma qarşıdır və mövqelərini açıq ifadə ediblər. Bildiyiniz kimi Amerikada referendumla bağlı mövqeyini ifadə edib və bunu pisləyib. Beynəlxalq aləmdə bu ideyaya müsbət yanaşmır.

Əgər Şimali İraq Kürd Muxtariyyəti referendum keçirəcəksə və müstəqilliyini elan edəcəksə bu İraqla-Kürdüstan arasında yeni müharibə üçün səbəb ola bilərmi?

Hesab edirəm ki, bu işin sonu müharibəyə getməyəcək. Başqa sözlə, savaş ehtimalı və imkanı yoxdur. İraq güclüdür. Üstəlik İraqın qonşuları da heç zaman əsas verməyəcəklər ki, bizim ölkə parçalansın. Demək istəyirəm ki, İraqın parçalanması ehtimalı yoxdur. Lakin bu referendum İraq üçün bir narahatçılıqdır.

Bu halda referendumdan sonra Bağdad-Ərbil münasibətləri necə olacaq?

Zatən əsas problem bundan sonra necə olacaq məsələsi ətrafındadır. Kürdüstan deyir ki, biz müstəqil dövlətimizi qurmaqda israrlıyıq. Amma dediyim kimi nə İraq, nə İraqın qonşuları, nə də beynəlxalq iradə bu fikri qəbul etmir. Yəni referendum iraqlılar üçün sıxıntı yaradacaq. Məncə, bu kürdlərin özü üçün də sıxıntıya səbəb olacaq. Amma referendumdan sonra kürd tərəfi masanın üzərində bir nəticə ala bilməyəcək. Lakin biz türkmənlər bu referendumdan daha ciddi narahatıq və bunun da ciddi səbəbləri var.

Türkmənlər hansı səbəbdən narahatdır?

Bizi narahat edən ciddi bir məqam var. Hesab edirik ki, bu rferendumun əsas məqsədi türkmən torpaqlarını ələ keçirmək, onu nəzarət altına almaqdır. İraqın şimalında bütün yeraltı sərvətlər türkmən torpaqlarındadır və bu hər kəsə aydındır. Başqa sözlə, əgər referendum olacaqsa və türkmən torpaqlarında da referendum keçiriləcəksə, bu halda İraq parçalanmasa belə, tarixi türkmən torpaqları kürd nəzarətinə keçə bilər. Bu olduqca real təhlükədir və bizi ciddi narahat edir. Bizim əsas narahatçılığımız bununla bağlıdır. Başqa sözlə, neft qaynaqları ilə zəngin türkmən torpaqları Şimali İraq Kürd Muxtariyyətinin əlinə keçə bilər. Bu halda türkmənlərin vəziyyəti bir qədər də pisləşəcək. Odur ki, referendumun daha çox türkmənlərə təsiri ola bilər. Həm də söhbət mənfi təsirdən, torpaq itkisindən gedir. Bir daha qeyd edirəm ki, bu durum bizi son dərəcə ciddi narahat edir.

Hazırda siz türkmən ərazilərinin hansı hissəsinə nəzarət edirsiniz?

Türkmən eli Telaferdən başlayır, Mosula keçir, Kərkük, Qaratəknə, Diyalənin müəyyən hissəsi türkmən torpaqlarıdır. Amma referendumla bağlı bəzi bölgələrimizin kürd kontroluna keçməsi təhlükəsi var. Bu realdır.

Bu bölgələr hazırda kürdlərin nəzarətindədir?

Tam olaraq kürd nəzarətində deyil, sadəcə oralarda peşmərgə gücləri var. Buna baxmayaraq ərazilərin böyük hissəsi mərkəzi Bağdad hökumətinə bağlıdır. Amma referendumdan sonra bunun əksi baş verə bilər. Bizim mövqeyimiz odur ki, İraq türkmənləri, onların yerləşdiyi tarixi ərazilər İraq dövlətinə bağlı qalmalıdır. Amma hazırda peşmərgə türkmən torpaqlarındadır. Bizim də, qorxumuz və narahatlığımız onunla bağlıdır ki, referendumdan sonra ərazilərimiz Kürdüstanın nəzarətinə keçə bilər.

Bu ərazilərin Kürdüstanın nəzarətinə keçməməsi üçün türkmənlərin fəaliyyəti, siyasəti və ya addımları varmı?

Təbii ki, addımları var. Biz siyasətlə məşğuluq və mövqeyimizi hər yerdə ifadə edirik. Eləcədə biz BMT ilə müzakirə apardıq, bəzi ölkələrlə danışdıq. Bildirik ki, narahatçılığımız var ki, türkmən torpaqları peşmərgənin nəzarətinə keçərsə türkmənlərə bir faciə yaşadıla bilər. Yəni millətimiz üçün əlimizdən gələni edirik. Lakin təkcə bizim fəaliyyətimizlə məsələ həll olunmaya da bilər. Odur ki, bu işdə hər kəsin mövqeyi ortada olmaldıır.

Kürdlərin silahlı və yüksək təlim keçən peşmərgə qüvvələri var. Bəs türkmənlərin nəyi var?

Türkmənlərin o qədər silahlı gücləri yoxdur. Heç imkanlarımız da yoxdur. Zamanında türkmənlər silahlı dəstələr yaratmadı, müasir sialahlar əldə etmədi. Odur ki, bizdə narahatçılıq və qorxu mövcuddur.

Hazırda türkmənlərin silahlı dəstələrinin sayı nə qədərdir?

Sözsüz ki, silahlı qüvvələr var. Türkmən silahlıları daha çox “Həşdi Şabi” qüvvələrinin ətrafındadır. Telafər ətrafında 5-6 min silahlı var. Lakin bu qüvvələr yüngül silahlarla silahlanlıb. Başqa sözlə, onların əlində ağır və müasir silahlar yoxdur. Bu qüvvələr də bizlərə, yəni mərkəzi İraq hökumətinə bağlıdır. Zamanında türkmənlərin əli silahlıları çox olsaydı, bəlkə də bunun daha çox xeyri olardı.

İraqda türkmənlərin sayı nə qədərdir?

Türkmən eli geniş bir coğrafiyanı əhatə edir. Bura Telafərdən başlayaraq Ərbilə, Diyaləyə qədər gedib çıxır. Bu coğrafiyada 2,5 milyon türkmən yaşayır.

Türkiyənin türkmənlərlə münasibəti necədir və sizin bu haqda fikirləriniz nədən ibarətdir?

Məncə, Türkiyə özü məsləhət bilirsə türkmənlərlə birgə olur, məsləhət olmursa türkmənlərlə birgə olmur. Onların da öz marağı var. Ancaq biz bilirik ki, təkcə Türkiyə deyil, bütün qonşu dövlətlər, beynəlxalq arenada olan ölkələr, Azərbaycan da türkmənləri müdafiə edir. Ancaq bir daha qeyd edirəm ki, Türkiyə br dövlətdir. Maraqları harada olursa Türkiyə dövləti də orada olur.

Bəs İrandan dəstək görürsünüzmü?

İranda Türkiyə kimidir. İranında öz maraqları var. Amma İran İraqın birlik içində olmasını, parçalanmamasını stabil formada müdafiə edir.

İraq hökumətində türkmənlərin mövqeyi, hakimiyyətdə təmsil olunmaq imkanları hansı formadadır?

İraq parlamentində türkmən deputatlar təmsil olunur. İraq hökumətində də türkmənlər hər zaman yer alıblar. Amma İraqda türkmənlərin daha çox təmsilçiliyinə ehtiyac var.

Daxildə türkmənlər arasında birlik varmı?

Bəli, var. Əlbəttə, türkmənlərin müxtəlif təşkilatları, partiyaları var. Amma milli məsələdə birlik və bərabərlik hər zaman mövcuddur.

Ancaq deyirlər ki, türkmənlərin bir hissəsi Ankaraya, bir hissəsi Tehrana, bir hissəsi də Bağdada yaxındır, orada da ciddi parçalanma mövcuddur...

Əlbəttə, siyasi baxımdan o tərəfə, bu tərəfə bağlı olanlar var. Bizlər millətçi olaraq dəstəyimizi İraqdan alırıq. Başqa bir ölkədən dəstəyimiz yoxdur. Eyni zamanda qeyd edim ki, əhəmiyyətli və milli mövzularda birlik və bərabərlik içində oluruq, mövqe fərqləri baş vermir.

Azərbaycana sözünüz varmı?

Azərbaycanda olanlar bizim əmioğlularımızdır, biz bir millətik, bir soyuq. Qardaşlarımıza salamımız var. Biz Azərbaycandan beynəlxalq platformada türkmənlərə dəstək vermələrini, İraqın ərazi bütövlüyünü müdafiə etməsini işləyirik.


HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran kürdlərin müstəqillik referendumu keçirmək niyyətinə etiraz edir

    İran kürdlərin müstəqillik referendumu keçirmək ...

    11-06-2017, 21:23

  • 
  • İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan Dövləti açıqlaması

    İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan ...

    24-01-2013, 10:42

  • 
  • İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq müstəqillik referendumu keçirmək niyyətindədirlər

    İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq ...

    14-08-2017, 12:44

  • 
  • İŞİD İraqda ABŞ hərbi məsləhətçilərinin qaldığı bazaya hücum edib

    İŞİD İraqda ABŞ hərbi məsləhətçilərinin qaldığı ...

    7-05-2017, 20:38

  • 
  • Türkmənlər o dağı geri aldılar - Əsəd ordusu darmadağın edildi

    Türkmənlər o dağı geri aldılar - Əsəd ordusu ...

    23-11-2015, 18:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu