İŞİD-in İraqın şimalında ABŞ-ın hərbi məsləhətçilərinin qaldığı bazada bir neçə intiharçı hücumu nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.
Ölənlər və yaralananlar arasında ABŞ-ın hərbi personalının olduğu hələlik məlum deyil.
Bundan əlavə, K1 bazasının qarşısında gecə gödəkçələrində gizlətdikləri partlayıcıları partlatmış intiharçılardan ikisinin öldüyü bildirliir. Daha üç militant isə Kərkük ətrafındakı ərazilərə nəzarət edən kürdlərin peşmergə qüvvələri tərəfindən öldürülüb.
"Onlar kürd peşmerga qüvvələrinin geyimində idi və onların saqqalı bizə oxşamaq üçün eyni şəkildə qırxılmışdı", deyə peşmergə qüvvələrinin bir zabiti Röyters xəbər agentliyinə bildirib.
İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Militantların veb səhifəsində yerləşdirilmiş bəyanatda kürd peşmergə qüvvələri və Qərbin hərbi məsləhətçilərinə işarə edərək, qrup hücum zaman "səliblər və dönmələr"i öldürüb yaraladığını bildirib.
İraq hərbi qüvvələri ABŞ-ın başçılığı ilə koalisiyanın dəstəyi ilə Mosulun İŞİD-dən azad edilməsi üçün hərbi əməliyyatlar aparır. Mosul Kərkükdən 140 kilometrlik məsafədə yerləşir. Lakin bu ərazinin böyük hissəsi hələ də militantların nəzarətində qalır. Buraya hərbi bazanın yaxınlığında olan Havica şəhəri də daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?