GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Türkiyə ilə Rusiya arasında təyyarə böhranı zamanı Vaşinqton harada idi?”

“Türkiyə ilə Rusiya arasında təyyarə böhranı zamanı Vaşinqton harada idi?”

Tarix: 13-09-2017, 17:49 Bölmə :Müsahibə Baxış: 412
“Türkiyə ilə  Rusiya arasında təyyarə böhranı zamanı Vaşinqton harada idi?”


Toğrul İsmayıl: “ABŞ Koreya yarımadasında güclənərək Çini kontrola almaq niyyəti güdür”

Türkiyədə yaşayan azərbaycanlı professor, politoloq Toğrul İsmayılla müsahibəni təqdim edirik.


Professor əsasən Myanmada müsəlmanların öldürülməsi, Koreya yarımadasında gözlənilən müharibə, rus-türk münasibətləri və Dağlıq Qarabağ münaqişəsi haqda danışıb.

- Toğrul bəy, Myanmada müsəlmanlaarın kütləvi qırılması, dini və irqi ayrıseçkiliyə məruz qalması və nəhayətdə yaşadıqları ərazilərdən qovulması dramı yaşanır. Sizcə, Myanmada müsəlmanlara qarşı bu münasibətin kökü hardan qaynaqlanır?

- Açığını deyim ki, mən Myanmada nə baş verdiyini konkret deyə bilmərəm. Baş verənləri ancaq media vasitəsilə izləyirəm. Ancaq onu deyə bilərəm ki, Myanma zamanında Hindistandan ayrılıb. Türkiyə tarixən həmin bölgədə fəal olub. Üstəlik nəzərə almaq lazımdır ki, Arakan müsəlmanları zamanında Osmanlıya yardım ediblər. Yəni Hindistan coğrafiyasındakı müsəlmanlarla Osmanlının yaxın əlaqələri olub. İndiki Türkiyə Cümhuriyyəti də Arakanlı müsəlmanları müdafiə etməyi həm də mənəvi borc bilir. Burada müsəlmançılıq, qardaşlıq məsələsi də var, amma daha çox zamanında o bölgənin müsəlmanlarının göstərdiyi yardım məsələsi də olub. Odur ki, Türkiyə həmin bölgədə müsəlmanların öldürülməsi, ərazilərdən qovulmasını dayandırmaq üçün addımlar atır. Üstəlik Türkiyə təkcə müslmanlara qarşı törədilən haqsız soyqrıma görə deyil, insanlığa qarşı dünyanın hər bir yerində baş verən hadisəyə etirazını bildirir. Türkiyə Suriyada yezidilərlə bağlı, xristian dünyasında olan haqsızlıqlara da etiraz edib. Türkiyə məzlumların harada yaşamasından asılı olmayaraq hər zaman müdafiə edib.

- Bəs nədən dünya ölkələri Myanmada baş verənlərə susur?

- Hazırda Myanmada dövlət başçısı, milli lideri Nobel Sülh Mükafatı alan bir xanımdır. Hazırda beynəlxalq təşkilatlar həmin xanımdan Nobel Sülh Mükfatının geri alınması haqda çağırışlar edir. Konkret olaraq Myanmada baş verənlər insanlığa qarşı bir cinayətdir, hər kəsin bu duruma DUR deməsi lazımdır. Fikrimcə, işin içində müsəlmanlara qarşı bir faciə yaşadıldığı üçün böyük dövlətlər buna həsas yanaşmırlar. Hesab edirəm ki, bu da son illər islamın xristian ölkələrində yayılmasına qarşı ortaya qoyulan mövqe ilə bağlıdır. Diqqət etsəniz görərsiniz ki, moderin dövlətlər içərisində buna daha çox Türkiyə reaksiya verir. Rusiya daxili müsəlmanlar buna reaksiya verir, baxmayaraq ki, Rusiya müsəlmanların çox yaşadığı ölkələrdən biridir, lakin bu ölkə vəziyyətə ciddi reaksiya göstərmir.

- Söhbət Rusiyadan düşmüşkən, Pekin və Moskva Asiyada olan bir sıra mühüm problemlərin həllinə maneə törədirlər. Konkret olaraq Şimali Koreya məsələsini qeyd etmək olar. Sizcə, bu ölkələrin məqsədi nədir?

- Şimali Koreya bu iki ölkə üçün həssas məsələdir. Fikrimcə, burada Rusiyadan çox Çinin mövqeyi əhəmiyyətlidir. Əlbəttə, Rusiyanı bir kənara qoymaq olmaz. Bu ölkələr uzun müddət bölgədə gərginliyin artmaması üçün müxtəlif formatlarda görüşmələr həyata keçirməyə çalışırdılar. Görünən odur ki, Şimali Koreya məsələsi bir qədər də süni şişirdilən və gərginlik yaradılan məsələyə bənzəyir. Əslində bu gərginliyin arxasında duran məsələlərdən biri ABŞ-ın regiona yerləşməsi məsələsidir. ABŞ bu məqamdan məharətlə istifadə edərək bölgədə yerləşib. Qara dənizdə yerləşmək üçün Krım məsələsindən məharətlə istifadə edən ABŞ indi də eyni dərəcədə Şimali Koreyanın davranışlarından faydalanaraq regionda yerləşməyə çalışır.

- Çin və Rusiya bu bölgədə ABŞ-ın güclənməsindən narahatdır?

- Əslinə baxsanız ABŞ Çinin güc mərkəzi kimi gücünün artmasından narahat duyduğu səbəbindən bu bölgədə daha da möhkəmlənmək xəttini aparır. Yəni ABŞ bu bölgədə yerləşmək, burada var olduqca baş verənləri kontrolda saxlamaq niyyəti güdür. Başqa sözlə, həm də Çinin gücünü nəzarətdə saxlamaq istəyir. Bunun üçün Şimali Koreya və digər faktorlardan istifadə edən ABŞ həm bölgədə öz varlığını gücləndirəcək, həm də Çinin artan gücünü əngəlləyəcək.

- Rusiya və Çin buna qarşı hansı addımlar atır?

- Bu iki ölkə də regionda baş verənlərdən istifadə edərək öz güclərini artırmaq niyyətindədir. Onlar dolayısı yolla Koreyaya dəstək verirlər.

- Koreya yarımadasında müharibə ehtimalı varmı?

- Əslində Şimali Koreyada mövcud olan rejimin davranışlarının necə olacağını söyləmək çətindir. Demokratik olmayan rejimlərdə kütlələr və toplumlar məsələni həll etmir. Həmin ölkələrdə məsələləri rejimin davranışları həll edir. Bu səbəbdən də bölgədə müşahidə olunan qarşıdurmalar fonunda nələrin baş verəcəyi əhəmiyyətlidir. Bu mənada hər şey gözləmək mümkündür. Hazırda gərginlik yüksək həddədir. Ancaq mən geniş masştablı müharibənin olacağını ehtimal etmirəm.

- İki gün öncə prezident Tramp Cənubi Koreya və Yaponiyaya daha çox silah satışı haqqında qərar verdi. Koreya yarımadasında müşahidə olunan qlobal geosiyasi gərginliyin kölgəsində həm də iqtisadi maraqlar durmurmu?

- Sözsüz ki, burada iqtisadi-ticarət məsələsi var. İstənilən böhran, müharibə ehtimallarının yüksəlməsi həm də silah ticarətinin artması deməkdir. Bu gün statistikaya, hansı ölkələrin hansı ölkələrə silah satdığına diqqət edəndə görürük ki, daha çox kriz nöqtəsi olan regionlar öndə gedir. Bunlardan biri də Asiya Pasifik bölgəsidir. Bu regionda da ən böyük silah ticarətçilərindən biri ABŞ, digəri Çindir. Orta Yaxın Şərq və Latın Amerikası da silah satışında öndə gedir. Başqa sözlə, böhranlı bölgələr həm siyasət, həm müharibə, həm ticarət deməkdir. Yəni baş verənləri bir faktora bağlamaq doğru deyil. Böyük dövlətlər belə krizləri yaradır, onu idarə edir, möhkəmlənir, ticarətini artırır, rəqiblərini sıradan çıxarmağa çalışır və s.

- Deyirsiniz ki, bölgədə Çin və Rusiya eyni siyasət aparırlar. Bu iki ölkəyə müttəfiqq kimi baxılmalıdır, yoxsa rəqib kimi?

- Sözsüz ki, Çinlə Rusiya arasında da ciddi rəqabət var. Çin güclənən bir güc mərkəzidir və açığını deyək ki, Çin bu saat bölgədəki münaqişələrdən Rusiyadan daha məharətlə istifadə edərək yaymağa çalışır. Hələ Orta Asiya bölgəsinə ABŞ və ya Avropanın daxil olmasının qarşısının əngəllənməsi daha çox Çinin işinə yarayır. Amma Rusiya mövqeyindən baxanda hazırda Çin əsas oyunçulardan biridir və rusların ona hetiyacı var. Zamanla bu iki münasibətlərin dəyişəcəyini deyə bilərik. Başqa sözlə, Amerika faktoru azaldıqca və Çinin gücləndikcə bölgədə onun ağırlığı hiss olunacaq. Çin güclənməkdə olan güc mərkəzidir, Rusiya isə əlində atom silahı olan və gücünü hər gün itirən mərkəzdir.

- Bizim regionda da maraqlı proseslər gedir. Ermənistan qəfildən NATO və Avropa Birliyi ilə isti münasibətlər qurmağa başladı, prezident Sarksiyanın Soçidə həmkarı Putinlə görüşdən sonra rəsmi İrəvan NATO ilə əməkdaşlığı faktiki dayandırdı. Bu prosesi necə qiymətləndirirsiniz?

- Əslində Qafqazda kiçik, lokal oyunlar və mübarizələr davam edir. Ancaq bu gün Cənubi Qafqazda ciddi dəyişikliklərin olacağını söyləmək çətindir. Xüsusilə, Ermənistanın təkbaşına qərar verəcəyi və ya hansısa dövlətlər iş birliyinə gedəcəyini iddia etmək doğru olmazdı. Ermənistanın indiki halına baxanda məlum olur ki, bu ölkə tam Rusiyanın nəzarətindədir. Belə olduğu halda Ermənistanın təkbaşına və müstəqil siyasət aparacağını iddia etmək səhv olardı. O da aydındır ki, Rusiya bölgədə getdikcə gücünü artırır və bunun qarşılığında ABŞ, Avropa, eləcədə Türkiyə prosesləri ziləyir. Orada hər hansı bir dəngə dəyişməsi regionu yenidən təlatümə soxa bilər. Bu mənada hesab edirəm ki, müzakirə etdiymiz mövzu çox ciddidir və ona ehtiyatlı yanaşma tələb edir.

- Hazırda Türkiyə-Rusiya münasibətləri hansı mərhələdədir?

- Ankara-Moskva münasibətləri normal müstəvidə davam edir. Mən deməzdim ki, bu estetik münasibətdir. Lakin ABŞ-ın bölgədə yürütdüyü və Türkiyənin maraqlarına tərs olan siyasət istər-istəməz Ankara-Moskva yaxınlaşmasını tələb edir. Amma Türkiyə-Rusiya münasibətlərində də problemlər var. İndilikdə biz deyə bilərik ki, iki dövlət arasında normal münasibətlər var və bu münasibətləri orta həddə dəyərləndirmək olar. Başqa sözlə, müdhiş dərəcədə yaxınlaşma və ya müdhiş dərəcədə geriləmə deyilən bir hal yoxdur. Sadəcə bu iki ölkənin bir-birinə möhtac olduğu real siyasət üzərində münasibətlər qurduğunu görürük.

- Bu gün ABŞ-da keçirilən bir toplantıda Türkiyənin Rusiyadan S-400 raketə qarşı müdafiə sistemi almasından ciddi narahatlıq ifadə edilib. ABŞ sizcə nəyə və niyə etiraz edir?

- Bu ABŞ-ın daxili işidir. Onlar narahatlıq keçirə bilər. Mən bunu ABŞ-ın silah ticarətinə zərbə kimi dəyərləndirə bilərəm. Başqa halda narahatlığa əsas görülmür. Nəzərə alın ki, Türkiyədən öncə belə silaha Yunanıstan sahib idi. NATO üzvü olan Yunanıstan Türkiyədə S-300 kompleksi almışdı və istifadə edir.

- Ancaq ABŞ-da hesab edirlər ki, Türkiyənin S-400 kompleksi alması Rusiyaya qarşı tətbiq edilən sanksiyanın bəlli maddəsinin pozulmasıdır...

- Bu, ola bilər. Ancaq onlar nəzərə almalıdır ki, Türkiyə ilk gündən bu sanksiyalara qatılmayıb və qatılmaq niyyətində də deyil.

İkincisi, sanksiya məsələsi ABŞ-ın indimi yadına düşüb? Türkiyə və Rusiya arasında baş verən təyyarə böhranı zamanı Vaşinqton nədən Türkiyənin yanında deyildi və Ankaraya dəstək ifadə etmirdi? O zaman harada idi? Əlbəttə, bu siyasi məsələlərdir. Türkiyə də müstəqil dövlətdir və istədiyi məsələni istədiyi formada həll edə bilər.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indi ciddi diplomatik təmaslara rast gəlmirik. Siz, bu haqda nə düşünürsünüz?

- Türkiyədən baxanda hər hansı dəyişikliyin ola biləcəyini demək çətin görünür. Yəni işin arxasında olan Rusiya və Amerikanın hərəkətlərini gördükdə bəlli olur ki, bu güclər bölgədə vəziyyətin dəyişməsini istəmirlər. Üstəlik Dağlıq Qarabağdakı separatçı rejimin az qala müstəqil dövlət kimi fəaliyyətinə göz yumur, dolayısı ilə onları dəstəkləyirlər.

Əgər beynəlxalq konvensiyalara və hüquqa əməl edilsəydi indi biz başqa reallıqlar görərdik. Amma nə yazıq ki, son dönəmlər əmin oluruq ki, kimsə beynəlxalq qanunlara və hüquqlara uymur. Azərbaycanın tək imkanı odur ki, öz gücünə və müttəfiqlərinə güvənərək, iqtisadi gücünü artıraraq regionda hakim rolunu əldə edə bilsin.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Myanmada hökumət qüvvələri ilə müsəlmanların qarşıdurmasında 400-ə yaxın insan ölüb

    Myanmada hökumət qüvvələri ilə müsəlmanların ...

    1-09-2017, 17:32

  • 
  • ​Myanmada müsəlmanların qətliamına fətva verən lider öldürüldü - ÇEÇEN İZİ - FOTO

    ​Myanmada müsəlmanların qətliamına fətva verən ...

    10-09-2017, 00:07

  • 
  • Myanmada ordu üç min müsəlmanı qətlə yetirdi - VİDEO (18+)

    Myanmada ordu üç min müsəlmanı qətlə yetirdi - ...

    29-08-2017, 14:38

  • 
  • Yüzlərlə müsəlman Moskvada Myanma səfirliyi qarşısında piket keçirib

    Yüzlərlə müsəlman Moskvada Myanma səfirliyi ...

    4-09-2017, 14:04

  • 
  • Pərvin Abıyeva: "Belə insanlıqdansa, it olub hürmək yaxşıdır!"

    Pərvin Abıyeva: "Belə insanlıqdansa, it olub ...

    4-09-2017, 23:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu