GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Oqtay Qasımov: “Rusiya Türkiyəni mühasirəyə alıb”

Oqtay Qasımov: “Rusiya Türkiyəni mühasirəyə alıb”

Tarix: 10-10-2017, 14:17 Bölmə :Müsahibə Baxış: 399
Oqtay Qasımov: “Rusiya Türkiyəni mühasirəyə alıb”


Türkiyə-Amerika münasibətləri, viza qalmaqalı, türk ordusunun Suriyanın İdlib şəhərinə doğru hərəkətlənməsi, Rusiya-Türkiyə münasibətlərinin perspektivi və digər mövzularda suallara mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov cavab verir. gundemxeber.az teleqraf.com-a istinadən müsahibəni təqdim edir:

- Oqtay bəy, Rusiya, Türkiyə və İranın birgə razılığı əsasənda türk ordusu artıq Suriyaya daxil olub, İdlib şəhərində ictimai asayişi təmin edəcək. Fırat Qalxanı əməliyyatından sonra Türkiyənin ikinci dəfə Suriyaya daxil olmasını necə şərh etmək olar?

- Öncə deyim ki, İdlib bölgəsi Suriyada vətəndaş müharibəsinin şiddətli şəkildə aparıldığı bölgələrdən biridir. Biz 2 milyona yaxın insanın yaşadığı regiondan bəhs edirik. Burada bir zamanlar Türkiyənin dəstək verdiyi “Əl-Nusra”, digər tərəfdən isə Əsəd qüvvələri vuruşurdu. Başqa sözlə, bu ərazidə ABŞ-ın dəstəklədiyi, Demokratik Suriya Gücləri adlandırılan və əslində isə kürdlərdən ibarət qruplaşma olmayıb. Təbii ki, ABŞ, İsrail və kürdləri dəstəkləyən digər dövlətlərin maraqlarında kürdlərin yaşadığı bölgələr üzərindən Ağ dənizə dəhliz açmaq düşüncələri var. Bunu da etmək istəyirlər.

İndiki məsələ ondan ibarətdir ki, Türkiyə, Rusiya və İran Suriya probleminin onların iştirakı olmadan həll edilməyəcəyi mesajını verirlər. Üstəlik onların özlərinin də müəyyən maraqları var. Məncə, burada daha çox qazanan Rusiyadır. Suriya müharibəsi başlayandan bölgədə daha ciddi möhkəmlənən və əsas söz sahibinə çevrilən dövlət Rusiyadır. Təbii ki, İran da bu münaqişədən müəyyən qədər dvident götürür. İran İraq üzərində nüfuz dairəsini artırıb. İraq hakimiyyətində təmsil olunanların bir qismi İran-İraq müharibəsi zamanı İrana əsir düşüb bir müddət əsirlikdə qalan şəxslərdən ibarətdir. İndiki situasiyada İranın hərbi qüvvələri və Tehranın dəstəklədiyi yarıhərbi polis dəstələri də Suriya prosesində iştirak edirlər. Rəsmi şəkildə Tehranın silahlı qüvvələri bölgədə yerləşir. Ancaq bu qüvvələr əsasən, Bəşər Əsədin nəzarət etdiyi bölgələrdədir. Türk ordusunun və digərlərinin Suriyada əsas funksiyası atəşkəsə riyaət olunması və müşahidə funksiyasını yerinə yetirməkdir. Həm də türk ordusunun bu prosesdə iştirakı anlaşılandır. Ancaq bu işdə çatışmayan və Türkiyənin lehinə olmayan bir məqam var. Bu da onunla bağlıdır ki, türk ordusu İdlibdə olduğu müddətdə onlara hava dəstəyi türk ordusu vasitəsilə deyil, rus qırıcıları tərəfindən həyata keçiriləcək. Bu da müharibə zamanı xoşagəlməz halların yaşanmayacağına zəmanət verə bilməz. Bu mənada bəzi hallarda qəsdlə türk əsgərlərini vurub sonra isə “üzr istəyirik, koordinatlar səhv olub” tipli bəhanə ilə bədbəxt hadisələrin yaşanmamasını arzulayıram. Amma bütün hallarda bu addım Türkiyə üçün mühüm hadisə, böyük hərbi məsrəfləri olacaq olaydır. Türkiyə ordusunun orada yerləşməsinin Türkiyə üçün bir əhəmiyyəti də odur ki, suriyalı kürdlərin qurduğu silahlı qüvvələrin, daha çox terror təşkilatları olan PKK və PYD-nin bu ərazilərə daxil olmasının qarşısı alınacaq. Bu, doğru addımdır.

Üçüncüsü, zamanı gələndə Suriyada vətəndaş müharibəsində iştirak edən silahlı qüvvələrin müəyyən hissəsi bu dövləti tərk edəcək. Türkiyə bu mərhələdə silahlı qüvvələrin Suriyanı tərk etməsi prosesini nəzarət altında saxlaya biləcək. Çünki söhbət iki qonşu arasında mövcud olan sərhəddən gedir.

Vaxtilə Türkiyə Suriya ərazilərində Fərat Qalxanı əməliyyatını keçirdi, nəticədə müəyyən qədər ərazilər türk ordusunun dəstək verdiyi Azad Suriya Ordusunun nəzarətinə keçdi. Ancaq indiki durumla əvvəlki durum arasında ciddi fərq var. Fərat Qalxanı əməliyyatının aparıldığı ərazidəki insan və terrorçu sayı ilə İdlib bölgəsində yaşayan əhali və terrorçular arasında ciddi fərqlər var. İdlib regionunda təxminən 30-40 min arası silahlı terrorçuların olduğu deyilir. Onların da çoxu Suriya vətəndaşlarıdır. Fərat Qalxan əməliyyatı zamanı türk ordusunun qarşısında duranlar əcnəbi döyüşçülər olsalar da, indiki əməliyyatda qarşı tərəfdə duran Suriya vətəndaşlarıdır. Bu da, şübhəsiz ki, işləri bir qədər çətinləşdirir. Arzu edək ki, türk ordusu İdlib regionunda itkilərə məruz qalmadan qarşısına qoyulan məqsədi yerinə yetirsin, Türkiyənin regional maraqlarını təminat altına ala bilsin.

- Dünən axşamdan ABŞ Türkiyə vətəndaşlarına viza vermək prosesini dayandırdı. Hazırda İstanbul və Ankaradakı Amerika konsulluqları işlərmir. Türkiyə də buna cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırdı. Bu iki ölkə arasında nə baş verir və viza təzyiqi türk ordusunun Suriyaya daxil olması ilə bağlı ola bilərmi?

- Təbii ki, bu addımın da müəyyən qədər təsiri var. Ancaq o da bəllidir ki, uzun müddətir Türkiyə və ABŞ arasında bir sıra məsələlərlə bağlı anlaşılmazlıq mövcuddur. Bu anlaşılmazlıqların ən böyüyü FETÖ şəbəkəsinin lideri Gülənin Ankaraya verilməsinə dair yaşanan sıxıntıdır. ABŞ tərəfi deyir ki, bizə yetərli qədər informasiya təqdim edilməyib. Türkiyə isə qeyd edir ki, yetərli sayda sənədləri ABŞ-a təqdim edib. Digər ciddi anlaşılmazlıqlardan biri Suriya məsələsi ilə bağlıdır. Zamanında Türkiyə Bəşər Əsədin devrilməsində aktiv rol almağa başladı və hətta bu məsələdə öndə gələn ölkə oldu. Amma sonda ABŞ Türkiyəni meydanda tək buraxdı. Ardınca ABŞ Suriyanın şimalındakı kürd qruplarını silahlandırdı, onlara min tonlarla hesablanacaq silah-sursat ötürdü. Baxmayaraq ki, Türkiyə buna ciddi etiraz edirdi. Eləcə də İncirlik hərbi bazasıına alternativ hava hərbi bazasının qurulacağı kimi addımlar Ankara tərəfindən xoş qarşılanmır. İraqın şimalında keçirilən referenduma ABŞ üzdə “bunun zamanı deyil” desə də, bu prosesə ciddi dəstək verdiyi üzə çıxdı. Burada da Ankara-Vaşinqton maraqlarında ciddi toqquşma baş verdi. Yəni indi baş verənlər əslində uzun müddətdir ki, davam edən anlaşılmazlıqlar nəticəsində ortaya çıxır. Daha geriyə getsək, bu, 2003-cü ildə İraqın Süleymaniyyə şəhərində türk əsgərinin başına çuvalın keçirilməsi ilə başlanan prosesdir. Sadəcə Ankara ABŞ tərəfindən müttəfiqinə qarşı layiq olmayan belə addımları gördükdən sonra regional güc olaraq bölgə dövlətləri, xüsusilə Rusiya ilə münasibətlər qurur. Bu da ABŞ-da qıcıq doğurur. Xüsusilə, Ankaranın NATO ölkəsi olaraq Rusiyadan S-400 raket kompleksi alması ABŞ-da qəzəblə qarşılanır. Bu səbəbdən də Türkiyəyə öz yerini göstərməyə çalışırlar. Nəhayət, bu yaxınlarda ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı FETÖ şəbəkəsi ilə əlaqələri səbəbindən həbs edilib. ABŞ buna etiraz edir, Türkiyə isə deyir ki, bu şəxsi törətdiyi cinayətlərə görə həbs edilib. Ortada konkret faktlar var.

ABŞ hökuməti də dünən axşam saatlarında Türkiyə vətəndaşlarına viza verilməsi prosedurunu dayandırdı. İki müttəfiq, hərbi təhlükəsizlik sahəsində əsas portniyora qarşı bu addımın atılması yaxşı hal deyil. Bunun Türkiyə üçün də zərərləri var. İndi ümid ona qalır ki, bu iki ölkə ortaq məxrəcə gələrək viza və digər məsələləri həll edə biləcəklər.

- Ancaq viza vetosundan öncə Türkiyə və Amerika xarici işlər nazirlərinin arasında telefon danışığı olub. Bu danışıqdan sonra da ABŞ Türkiyə səfirliyi vasitəsilə viza verilməsi prosedurunu dayandırıb. Sizcə, nazirlər nəyi müzakirə edib anlaşa bilməyiblər?

- Biz müəyyən ehtimallar deyə bilərik. Həm ABŞ, həm də Türkiyə tərəfi Mövlüd Çavuçoğıu ilə Rek Tillerson arasında telefon danışığı aparıldığını açıqlayıblar, lakin danışıq zamanı müzakirələrin məzmunu haqda konkret informasiya açıqlanmadı. Çavuçoğlunun qısa fikri var ki, konsulluq məsələləri haqda müzakirə apardıq. Əslində viza məsələsinin də müzakirə edilməsi mümkündür. Təbii ki, ABŞ tərəfi sərt formada konsulluq əməkdaşının buraxılmasını irəli sürə, Türkiyə tərəfisə bunu rədd edə bilər. Lakin bunlar ancaq bizim ehtimallarımız ola bilər. Nəzərə alın ki, müzakirələrin təfsilatı açıqlanmayıb. Yeri gəlmişkən, bundan əvvəl də ABŞ diplomatik korpusuna aid BİR nəfər həbs olunmuşdu. Bu, ABŞ tərəfindən ciddi narazılığa səbəb olmuşdu. Baxmayaraq ki, sonradan həmin şəxsin din adamı olduğu bəlli oldu. Türkiyə prezidenti BMT Baş Assambleyasında Donald Trampla görüşmüşdü və bu məsələ də müzakirə edilmişdi. Hətta sonradan Ərdoğan çıxışlarının birində qeyd etdi ki, amerikanlar bizdən papazı istəyirlər. Biz də dedik ki, ver papazı, alı papazı. Yəni ortada kifayət qədər narahatedici məqamlar var. İki dövlət arasında münasibətlərdə hazırda gərginlik yaşanır. Məncə, bunun davam etməsi Türkiyənin də xeyrinə olmaz.

- Rusiya Dövlət Dumasının üzvü Yevgeni Tarlo deyib ki, Türkiyənin müstəqil siyasət yürütməsi ABŞ-ın xoşuna gəlmir və ABŞ prezident Ərdoğanı aradan götürmək üçün əlindən gələni edəcək...

- Rusların məqsəd və marağı bir qədər fərqlidir. Əslində ABŞ bu məsələləri bir qədər incə və daha diplomatik qaydada həyata keçirirsə, Rusiya isə bunu özünə xas qabalıqla həyata keçirir. Təbii ki, ABŞ-ın qlobal rəqibi kimi Rusiya mümkün qədər onun yaxın mütəfiqlərini özünə yaxınlaşdırmağa çalışır. Türkiyə bölgədə yerləşdiyi coğrafi mövqeyinə, imkanlarına, ordusunun gücünə görə regionun önəmli dövlətidir. Bu məsələdə Rusiya Türkiyə ilə yaxınlaşmaq, daha doğrusu, Türkiyəni öz nəzarəti altında saxlamaq məqsədini güdür. Bu istiqamətdə Rusiya xeyli addım da ata bilib. Türkiyənin enerji ehtiyaclarının yarıdan çoxu Rusiya tərəfindən tədarük olunur. Türkiyədə atom elektrik stansiyasının tikilməsi layihəsi Rusiyaya verilib. Söhbət 20 milyardlıq layihədən gedir. Həmçinin Rusiya Türkiyəyə müdafiə xarakterli S-400 siilahı verməklə Ankaranı NATO-dakı müttəfiqlərindən aralamaq istəyir. Əslində isə ruslar Türkiyəyə bu silahın maketini verir, texnologiyasını vermir. Bu da Rusiyanın məqsədidir. Ən nəhayət, Amerikadan daha çox Türkiyəni mühasirəyə alan ölkə Rusiyadır. Buna diqqət etmək vacibdir. Siz, diqqətlə baxsanız görərsiniz ki, son dövrlər Türkiyənin öz qonşuları ilə münasibətlərində bir gərginləşmə müşahidə edilir. Məsələn, Yunanıstanla. Ancaq iş ondadır ki, bu gün Yunanıstanda hakimiyyətdə olan qüvvələr Rusiyaya ən yaxın qüvvələrdir. Eləcə də Bolqarıstanla yaşanan problemlər. Suriya ilə münasibətlər bəllidir. Türkiyə-İran münasibətlərində loyallıq olsa, gizli rəqabət var və zaman-zaman ortaya da çıxır. Rusiya bu dövlətlərin vasitəsilə və özünün iştirakı ilə əslində Türkiyəni mühasirəyə almış durumdadır. Digər tərəfdən, Ukraynanın Krım və Donbas ərazilərini Rusiya işğal etdiyi üçün oradan da Türkiyənin mühasirəsinin bir halqası baş verir. Rusiya hətta Gürcüstan ərazilərini - Abxaziya və Osetiyanı işğal edərək qüvvələrini orada yerləşdirib. Ermənistan isə Rusiyanın vilayətidir. Bu baxımdan Türkiyənin ətrafında ən ciddi toru quran dövlət Rusiyadır. Rusiyanın müttəfiqlik anlayışı yoxdur. Rusiya onunla müttəfiqlik edən ölkələri müttəfiq deyil, əlaltı görmək istəyir. Bu mənada rusların Türkiyəyə yönəlik siyasətinin hiyləgərlik hissəsi də var. Bu da Türkiyəni son 60 ilki müttəfiqlərindən qoparmaq, onlarla münasibətləri korlamaq və özünün nüfuz dairəsinə daxil etmək niyyəti güdür. Bunun da Türkiyəyə fayda verəcəyini düşünmürəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır

    İdlib əməliyyatının sirri - böyük müharibə yaxın ...

    9-10-2017, 11:00

  • 
  • İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır

    İdlib əməliyyatının sirri - böyük müharibə yaxın ...

    8-10-2017, 11:00

  • 
  • Təcili: Türkiyə təyyarələri Suriyaya girdi - İran və Əsəd ordusu bombardıman edildi (Foto)

    Təcili: Türkiyə təyyarələri Suriyaya girdi - İran ...

    23-11-2015, 17:48

  • 
  • Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza qayıdır?

    Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza ...

    4-07-2017, 11:58

  • 
  • 7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır

    7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır ...

    5-07-2017, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu