Rasim Ağayev: “Üçüncü dəfə namizədliyin verilməməsi Avropada siyasi ənənədir” Suallara sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev cavab verib. Politoloq əsasən prezident İlham Əliyevin Brüssel səfəri, Avropa ittifaqında ilə keçirdiyi görüşlər, apardığı müzakirələr haqqında danışıb, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsini şərh edib, Akif Muradverdiyevin həbsinə reaksiya verib. - İlham Əliyevin Brüssel səfəri, keçirdiyi görüşlər , apardığı müzakirələr və verdiyi bəyanatları necə şərh edirsiniz? - Sizə deyim ki, belə bir səfərin həyata keçirilməsində yeni nüans yoxdur. Mən bunu işgüzar səfər kimi qəbul edirəm. Çünki Azərbaycanın milli strategiyasının inkişafı bilavasitə Avropapaya inteqrasiya ideyasına bağlıdır. Biz bunu rəsmən elan etmişik. İndiyə qədər də buna alternativ yol yoxdur. Bu strategiya həm hakim zümrənin, həm də müxalifət düşərgəsinin ana xəttini təşkil edir. Bu strategiya ilə irəli addımlamağa tərəflər razıdır, amma ola bilsin ki, baxışlarda və gedilən yollarla bağlı fərqlilik var. Azərbaycan daxili və xarici siyasətində, idarəçilik üslunda Avropa standartlarını ardıcıl həyata keçirməlidir. O cümlədən insan haqları sahəsində də bu məsələyə xüsusi diqqət olmalıdır. Bu nöqteyi nəzərdən prezidentin Brüsselə getməsi, orada Azərbaycanın mövqeyini çatdırması-nəaliyyətləri, problemləri və çətinlikləri qeyd etməsi təbiidir. Bəli, İlham Əliyev Brüsseldə olduğu zaman müəyyən qədər tənqidi fikirlərdə səsləndi, Avropa Birliyinin sədri cənab Barozza və digər rəsmi şəxslərdə öz iradlarını bildirəcəklər və iradlarında nədən ibarət olacağı artıq məlumdur. Danışıqların nəticəsi ondan ibarət ola bilər ki, hansısa çətinliklər, problemlər aradan qaldırıla və nəticədə münasibətlərin tənzimlənməsi bir qədər də yaxşılaşdırılar. Unutmayaq ki, Avropa Birliyinin Azərbaycanla sıx iqtisadi münasibəti var, Azərbaycanın strateji əhəmiyyətini onlar gözəl anlayırlar. Bunların hamısını nəzərə alsaq o nəticəyə gəlmək olar ki, İlham Əliyevin əsas məqsədi münasibəti tənzimləməkdir. Buna nə dərəcədə nail olunduğunu isə yaxın aylarda görəcəyik. Bunun da mühüm olması Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçkilərlə bağlı problemlərdir. Bu mənada Brüsselə səfər etmək mühüm hal idi. Amma konkret olaraq tərəflərin nəyə nail olduğunu da deyə bilmərik, çünki informasiyamız yoxdur. - Belə iddialar var ki, İlham Əliyevin üçüncü dəfə namizəd olaraq prezident postunu əlində saxlaması fikrinə ciddi etirazlar var. Bu nə dərəcədə realdır? - Etirazlar, bunu anlamaq da, anlaşılmazlıqlar da var. Nə istəyirsiniz deyək, amma üçüncü dəfə namizədliyin irəli sürülməsi nə Azərbaycanın qəbul etdiyi demokratiyanın bərqərar etməklə bağlı beynəlxalq öhdəliklər uyğundur, nə də ki, Avropada qəbul edilən siyasi ənənəyə. Bu siyasi ənənədir. Bu çərçivədən çıxmaq anlaşılmazlıq yaradır. Təbii ki, buna bir aydınlığın gətirilməsi yaxşı olardı. - Prezident Brüsseldə bəyan etdi ki, Azərbaycanda siyasi məhbus yoxdur, prezidentliyə namizəd həbsdə deyil,söz və mətbuat azadlığı hökm sürür, sərbəst toplaşmaq hüquqüna dair problem yoxdur, sərhədsiz internet azadlığı mövcuddur. Siz prezidentin dediklərini necə qiymətləndirirsiniz? - Demokratik dəyərləri və haqları nəzərdə tutsaq görərik ki, söz azadlığı, toplaşmaq hüququ və digər prinsiplərlə bağlı müxtəlif sahələr üzrə Azərbaycan qanunvericiliyinə ciddi dəyişikliklər edilib. Amma bu o demək deyil ki, Azərbaycan tam mənada demokratik dövlət olub. Azərbaycanın idarəçilik institutunda ciddi nöqsanlar mövcuddur. Baxın, mətbuat prezidentə, hökumət dairələrinə ciddi informasiyalar çatdırır. Məsələn, Elşad Abdullayev qalmaqalı və ortaya qoyulan videolar var. Həmin videolar göstərir ki, hüquq mühafizə orqanına daxil olan nazirliklərdən birinin yüksək postunda əyləşən insan adam oğurlugu ilə bağlı danışıqlar aparıb, rüşvət alıb və s. Ancaq bu fakt heç kimi maraqlandırmır. Bu əlbəttə ki, demokratik ölkəyə xas olan əlamət deyil. Başqa faktları da qeyd etmək olar. Bu isə o deməkdir ki, demokratik prinsiplər nə hakim dairələr, nə də cəmiyyət tərəfindən tam qəbul edilməyib. Sən gedib qəzet nəşr etdirə və ya sayt aça bilərsən. Bu mümkündür. Amma sabah hansısa naziri, güc strukturunu, monoplistləri tənqidə tutsan hökmən çətinliklərlə qarşılaşacaqsan. Son zamanlar bu haqda da bəzi hallar baş verib. Ölkənin ən məşhur vəkillərindən olan Aslan İsmayılov təzyiqə məruz qalıb. Fikrimcə, belə cəsarətli insanları hakim dairələr qorumalıdır. Ancaq onu “bandoddelə” dəvət ediblər və orada ds döyüblər. Bu hansı ölçüyə sığır? Prezidentin bundan xəbəri varmı? Əgər xəbəri var, amma ölçü götürmürsə, deməli bu pis haldır, yox əgər xəbəri yoxdursa, deməli bu ondan da pisdir. Demək prezidenti ölkədə baş verən gündəlik hadisələrlə bağlı məlumatlandırmırlar. Gündəlik elə hadisələr baş verir ki, onu nə qəbul etmək, nə də həqiqət kimi təqdim etmək olmaz. Belə faktların olması da, Avropa Birliyinin rəhbərliyini və digər diplomatları dəhşətə gətirəcək. Cammat da düşünür ki, əgər ölkəninin ictimai-siyasi xadimini, məşhur hüquqşünası hansısa idarəyə dəvət edib ona qarşı kobudluq edirlərsə, gör sıravi vətəndaşlar nə gündədirlər. Söhbətin mahiyyəti bundan gedir. - Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib ki, İlham Əliyevin namizəd kimi irəli sürülməsi heç bir problem yaratmır və aparıcı dövlətlərdən dəstək alınıb... - Birincisi, istər İlham Əliyev, istərsə də başqası olsun, Azərbayanda prezident olmaq istəyən şəxs gərək öz xalqından dəstək alsın və bunu da sübut etsin. Bu dəstək göz qabağında olanda xarici dəstəyə ehtiyac lazım gəlməz. Əgər məni xalq seçirsə və mən də görürəmsə ki, xalqın mənə etimadı var, elədiklərim də göz qabağındadır, idarə etdiyim ölkədə korrupsiya yoxdursa, hər kəs iş tapıb dolana bilirsə, bu halda ABŞ-ın dəstəyi mənə gərək olmaz. Ümumiyyətlə Novruz Məmmədovun böyük dövlətlərdən dəstək almışıq deməyini anlamıram, bu nə deməkdir? Yəni ABŞ, Rusiya və digər aparıcı beynəlxalq qüvvələr Azərbaycan xalqının seçimini qəbul etməlidirlər. Əgər Azərbaycan xalqı deyirsə ki, mən səsimi İlham Əliyevə verirəm, buna kim və hansı haqla etiraz edə bilər? Yox əgər mən Azərbaycan xalqının səsini saymayıb da gedib xaricdən dəstək axtarıramsa, bu artıq başqa məsələdir. Bunun nə demokratiya, nə də siyasi gedişə dəxli yoxdur. Novruz Məmmədov savadlı, bilikli və hazırlıqlı insandır.Amma mən bilmdədim ki, Novruz Məmmədov nədən və niyə danışır. - Demokratik Azərbaycan Dünyası Partiyası son 20 ildə ancaq hakimiyyətin siyasətini dəstəkləyib. YAP namizəd qismində İlham Əliyevi irəli sürsə də, bu partiya Mehriban Əliyevanın namizədliyini irəli sürüb. Mehriban xanım isə YAP-da ikinci siyasi simadır. Bu məsələni necə izah etmək olar? - Mən hesab edirəm ki, qadının prezidentliyə namizədlər sırasında olması faktı Azərbaycana böyük qazancdır. Çünki bunun müsbət cəhəti var. Bu ilk olaraq göstərir ki, Azərbaycan qadını ictimai-siyasi məsələlərdə aktivdir, öndə gedir. Zənnimcə, əsas məsələ budur. Mehriban Əliyevanın şəxsiyyətinə gəldikdə heç də hesab etmirəm ki, buna etiraz etməyə əsas var. Əksinə, belə bir əsas yoxdur. Mehriban xanım Azərbaycan vətəndaşıdır, Milli Məclisin deputatıdır. Mən bu yaxınlarda Bakının Qala və Zirə kəndinə getmişdim. Gördüm ki, oralarda doğurdan da böyük işlər görülüb. Maraqlananda dedilər ki, bu işləri Mehriban Əliyeva həyata keçirib. Mənə elə gəlir ki, bu şəxs öz xalqına olan borcunu verə bilir. Buna onun istəyi də, meyli də, bacarığı da var. - Axı Mehriban Əliyeva namizədliyini irəli sürən hazırkı prezidentin həyat yoldaşıdır... - Birinci ledi kimi Mehriban xanımın imkanları yüksəkdir və bunu da xalqla bölüşür. Heab edirəm ki, bu da müsbət haldır. Burada qalır incə bir məqam. Mehriban Əliyeva ölkənin birinci xanımıdır. Onun namizədliyinin irəli sürülməsi bir növ Putinin zahiri bəzəyine oxşayır. Məncə, yaxşı olardı ki, ayrı bir şəraitdə Mehriban xanımın prezidentliyə namizədliyi irəli sürülsün. Fikrimcə, bu daha uyğun olar, xeyri də daha çox olardı. - Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev Moskvaya gedən zaman həbs edilib. Onun çantasından Çar Rusiyasına məxsus olan qızıl sikkələr çıxıb. Muradverdiyevdə əməliyyatçılara “çantasından narkotik maddə deyil qızıl sikkə çıxardıqları” üçün təşəkkür edib. Siz də, bir zamanlar Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışmısınız. Bu məsələyə münasibət bildirməyiniz maraqlı olardı... - Mən Akif Muradverdiyevi yaxından tanımıram, amma ümumi tanışlığımız var. Səhv etmirəmsə o, vaxtı ilə Azneftdə çalışıb. Amma bizdə bəzi addımlar mənim təəccübümə səbəb olur. Akif Muradverdiyev əvvəla yaşlı insandır, ikincisi mühüm dövlət vəzifəsində çalışıb, Heydər Əliyevlə illərlə ünsiyyətdə olub. Bir sözlə təcrübəli insandır. Mən inanmıram ki, belə təcrübəli insan çantasına qızıl sikkə qoyaraq icazəsiz Moskvaya getmək istəsin. Bu mənim ağlıma gəlmir. Amma nadir hallarda belə hallar da ola bilər. İnsan varsa, demək o ən adi məsələdə səhv edə bilər . Amma təcrübəli insanla bağlı belə halın olması ağlasığmazdır. Məndə öz təcrübəmə əsaslanaraq hüquq mühafizə orqanlarının bu addımlarına bələd insanam. Vaxtı ilə onlar mənim evimdə axtarış aparanda mənzilimdən silah və narkotik maddə “tapmışdılar”. Onlar istəsələr evdən atom bombası, nüvə silahı belə tapa bilərlər. Buna dəqiq inanın. Bununla bağlı yüksək təcrübə var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?