GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mətbuat orqanı çox olsa da, fərqli fikir deyə bilən jurnalist çox azdır.

Mətbuat orqanı çox olsa da, fərqli fikir deyə bilən jurnalist çox azdır.

Tarix: 19-01-2018, 20:41 Bölmə :Müsahibə Baxış: 507
Mətbuat orqanı çox olsa da, fərqli fikir deyə bilən jurnalist çox azdır.


“Sosxeber.info” xəbər portalının sədri, “Azərbaycan İnsan Hüqüq və Azadlıqların Müdafiəsi Komitəsi”nin sədr müavini Murad Həmidov ölkədə mətbuatın durmu haqqında fikirlərini “Gündəm Xəbər”in əməkdaşı ilə bölüşdu.

- Murad bəy, media nümayəndəsi olaraq ölkədə medianın vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda artıq bir neçə ildir ki, mətbuatın durumu ürəkaçan deyil. Demək olar ki, 2013-cü ildən effektiv şəkildə ölkədə azad mətbuatın sıxışdırılması prosesi həyata keçirilir. Belə görünür ki, ölkədə azad mətbuatın sıradan çıxarılmasına maraq göstərən xüsusi qrup var. Buna görə də hesab edirəm ki, ölkədə tənqidi fikir söyləyən mətbuatın çapının dayandırılması, o cümlədən informasiya saytlarına girişin bloklanması və ya bəzi redaksiyaların cərimələnməsi heç də təsadüfi deyil. Elə sizin “Gündəm-xəbər” qəzetinin 70 000 manat cərimə olunması o deməkdir ki, bu qəzet də öz çapını dayandıraraq tarixə çevrilsin. İndi də qəzetin saytına giriş məhdudlaşdırılıb. Bütün bunlar azad mətbuatı məhv etməklə bərabər insanların alternativ informasiya əldə etməsinin qarşısını almağa hesablanmış addımdır. Buna görə də, mən birmənalı şəkildə hesab edirəm ki, ölkədə mətbuatın məhv edilməsi istiqamətində dəqiq konturları müəyyənləşmiş bir layihə həyata keçirilir.

-Murad bəy, həm sosial mediada, həm də elektron KİV-də həm jurnalislər, həm də mütəxəssislər öz fikirlərini çatdırırlar.

– Mənim fikrimcə, bu belə görünür. Əslində isə jurnalistlər və mütəxəssislər özlərini korrektə edirlər ki, hansı sözü necə demək lazımdır. Bu özü artıq ifadə azadlığının məhdudlaşdırılmasına işarədir. Məgər “Gündəm-xəbər” qəzetinin 70000 cərimələnməsi doğrudan vergidən yayınmayla bağlıdır, yoxsa hansısa məmurun sifarişi və ya həmin şəxsə yönəlik tənqidi yazılarla bağlıdır. Doğrudanmı bu yaxınlarda 6 il həbs cəzası almış jurnalist Əziz Orucov vəzifəsindən sui-istifadə edib, ya da Əfqan Muxtarlı Gürcüstan-Azərbaycan sərhəddini qeyri-qanuni keçib. Bu adam əgər tənqidi fikrə görə ölkəni tək edibsə, niyə Azərbaycana keçməlidir ki? Deməli Azərbaycanda saysız-hesabsız elektron KİV var, çoxlu sayda çap orqanları var, lakin həmin mətbuatda çalışan insanların fikir azadlığı yoxdur. Bu da ölkəmizdə hakimiyyətdə təmsil olunanların mətbuata təzyiqi və basqısı ilə bağlıdır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, mətbuat azadlığının sıxışdırılması ölkəmizin beynəlxalq imicinə ziyan vurur. Hal-hazırda isə bu bizə lazım deyil. Çünki, Qarabağ münaqişəsinin ədalətli həlli üçün bizə beynəlxalq dəstək lazımdır. Çağdaş dünyada isə söz və ifadə azadlığı olan ölkələrə xüsusi diqqət yetirilir.

Rahib
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan Insan hüqüq və azadlıqların müdafiəsi komitəsi”nin  sədr müavini Murad Həsənov siyasi məhbuslarla bağlı fikirlərini bizimlə bölüşdu.

    “Azərbaycan Insan hüqüq və azadlıqların müdafiəsi ...

    21-02-2017, 23:59

  • 
  • Rövşən Bəşirov: "Söz azadlığına qarşı təzyiqlərə son qoyulsun!"

    Rövşən Bəşirov: "Söz azadlığına qarşı ...

    10-02-2016, 19:08

  • 
  • KXCP-nin hakimiyyətdən azad media tələbi

    KXCP-nin hakimiyyətdən azad media tələbi ...

    30-04-2013, 12:38

  • 
  • Tənqidi fikir daha çox hakimiyyətə lazımdır

    Tənqidi fikir daha çox hakimiyyətə lazımdır ...

    29-08-2017, 14:02

  • 
  • Prezident mətbuatın problemlərinin həllinə göstəriş verdi

    Prezident mətbuatın problemlərinin həllinə ...

    24-11-2013, 11:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu