GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bu münasibətlərdə uzun müddətli böhran yaşanacaq”

“Bu münasibətlərdə uzun müddətli böhran yaşanacaq”

Tarix: 18-02-2018, 19:28 Bölmə :Müsahibə Baxış: 415
“Bu münasibətlərdə uzun müddətli böhran yaşanacaq”


Tofiq Zülfüqarov: “Yeganə nəticə odur ki, müşahidəçilərin sayı 7 nəfər artacaq”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla Amerikanın Rusiya ilə bağlı açıqladığı yeni sanksiyalar siyahısı, iki super dövlət arasında bundan sonra olacaq münasibətləri və bu münasibətlərin perspektivləri haqqında “Gündəm Xəbər”in suallarına cavab verib.

- “Kremli hesabatı” adlanan və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını nəzərdə tutan sənədi necə qiymətləndirirsiniz?

- İlk öncə deyim ki, ABŞ-da Rusiyaya qarşı ortaya çıxarılan sənəd qeyri adi addımdır. Söhbət bir ölkənin digər bir ölkənin siyasi elitasını sanksiyalar siyahısına salmasından gedir. Doğrusu mən oturub düşünürdüm ki, tarixdə buna bənzər hansısa nümunələr və ya misallar varmı.
Bildiyiniz kimi siyahıda Rusiyanın yüksək çinli məmurları var. Hətta xarici işlər naziri Lavrovun adı da bu sanksiyaya məruz qalıb. İki ölkə arasında əlaqələrin bu şəkildə qurulması və davam etməsi böyük suallar doğurur. Bu əlaqələr necə qurulacaq və davam edəcək? Bu hadisənin mahiyyətini başa düşmək və tam anlamaq üçün fikrimcə, bir qədər vaxt keçməlidir. Siyahının tərtib edilməsi işin yarısıdır. Sanksiyaların icrası, ilkin addımlar hansı fəsadların yarana biləcəyini göstərə bilər. Odur ki, bunun icrasını gözlənək lazımdır. Amma siyahı çox genişdir və tarixdə buna bənzər bir misal xatırlamıram.

- Sanksiyaları siyasi addım hesab etmək olar, yoxsa söhbət iqtisadi və maliyyə istiqamətinə diqqət etmək lazımdır?

- Mənim fikrimcə, bu ilk növbədə siyasi hadisədir. Sözsüz ki, bunun iqtisadi mahiyyəti də var. Nəhayətdə indiki dövrdə iqtisadiyyatı siyasətdən ayırmaq olmaz. Qəribə tərəfi odur ki, sanksiya siyahısı çox genişdir. İki fövqəl dövlət arasındakı əlaqələr heç vaxt bu səviyyədə olmayıb.

- Bu Amerika-Rusiya müharibəsi yarada bilərmi?

- Əlbəttə, bəziləri deyilər ki, bu vəziyyət tərəfləri müharibə həddinə gətirib çıxaracaq. Mən bu fikirlərlə şərik deyiləm və hesab etmirəm ki, müharibə söhbəti olsun. Amma uzun müddətli böhran prosesi yaşanacaq.

- Bu sanksiyalar real olaraq Rusiyaya hansı mənfi təsirlər göstərə bilər?

- Əslində Rusiyaya geniş şəkildə təsir edəcək. Sanksiyaların bir hissəsi yüksək vəzifə tutan məmurlara bağlıdır. İkincisi, siyahı uzunmüddətli işin nəticəsidir. Çünki ABŞ maliyyə kəşfiyyatı qurumları siyahıda olanların şəxsi mülkiyyətini bir qismini ifşa ediblər. Həm də təşkilatlara və şirkətlərə aid sanksiyalar nəzərdə tutulur. Bu mənada deyirəm ki, bu siyahıların hazırlanmasının özü böyük bir işin nəticəsidir. Qəribəsi odur ki, bu hadisələr o dördə baş verir ki, Donald Tramp prezident seçilir və Rusiya da bunun eyforiyası müşahidə olunur. Düşünülürdü ki, prezident Tramp Rusiya ilə əlaqələri yaxşılaşdıra bilər, onun Rusiya ilə əlaqələri var və s. Bu eyforiyadan sonra Amerikanın indiki addımı qeyri adidir. İndilikdə isə sanksiyaların tətbiq edilməsi mexanizmini gözləmək lazımdır. Siyahı hazırlamaq işin bir tərəfidirsə, onun tətbiqi mexanizmi ikinci və daha vacib tərəfidir. Sözsüz ki, Rusiya və Amerika arasında konfrantasiya güclənəcək.

- Sanksiya siyahısına düşən şəxslərin, məsələn nazir Lavrovun istədiyi zaman ABŞ-a gedib-gəlmək imkanı olacaq?

- Əslində Lavrovun Amerikaya gedib-gəlməsi maraqlı deyil. Məni daha vacib məsələ maraqlandırır. Bu proses Rusiya ilə əlaqəsi olan ölkələrə hansı formada təsir edəcək məsələsi var. Mənim üçün bu mənada təəccüblü fikir səsləndirilib. ABŞ-ın Özbəkistan və Ukraynadakı keçmiş səfiri hazırda analitik olaraq fəaliyyət göstərir. O, hansısa erməni saytının sualına cavab olaraq deyib ki, bu sanksiya Rusiya-Azərbaycan hərbi əməkdaşlığına təsir göstərməyəcək, amma Ermənistan-Rusiya hərbi əməkdaşlığına birbaşa təsir göstərəcək.

- Bu necə ola bilər?

- Mən özümdə bu fikirdən sonra bir qədər düşündüm. Və belə qənaətə gəldim ki, Azərbaycan hərbi əməkdaşlığa və silahların alınmasına özü maliyyə ayırır. Amma Rusiyadan kreditlə və ya hansısa proqramlar əsasında alınan silahlar çətinliyə düşəcək. Görünür sanksiyaların tətbiq edilməsi bir növ Moskvanın iqtisadi və siyasi təsiri altında olan ölkələrə də ciddi təsir göstərə bilər. Ermənistanda bu tipli ölkələrdən biridir.

- Məsələn, Türkiyə, Çin, Hindistan, Səudiyyə Ərəbistanı Rusiyadan silah almaq haqqında razılığa gəlib. Sanksiyaların bu siyahıya təsiri ola bilərmi?

- Kreditlə silahların alınamsı və ya istehsalı çətinliklə üzləşəcək. Amma pul verib silah alan ölkələrə problem ola bilməz. Görünən odur ki, kreditlə və proqramla silah alanlar bir qədər çətinliyə düşəcək. Çünki Rusiyanın silah istehsalı ilə məşğul olan şirkətlərinin kreditlə təmin olunması vacibdir. İndi də kreditlər əsasən qərb banklarından götürülürdü. Çoxları da hesab edir ki, sanksiyalar məhz bu hissəyə ciddi təsir göstərəcək. İqtisadi baxımından da bir çox proqramların ziyan görəcəyi qaçılmaz olacaq. Bir daha qeyd edirəm ki, Rusiya siyasətinin tərəfdarları və ondan maliyyə köməyi alan ölkələrə bu sanksiyaların təsiri baş verəcək.

- ABŞ-ın məlum sanksiyalar paketi Rusiyanın daxili ixtimai-siyasi mühitinə necə təsir göstərəcək?

- Siz özünüzdə bilirsiniz və müşahidəçilər də o qənaətə gəlir ki, sanksiyaların əsas məqsədi Putinin ətrafında olan dairələrin indiki Rusiya siyasətindən narazılığını gücləndirsin, bu dilə gətirmək üçün əsas olsun. Rusiya müxalifəti də belə fikirlər səsləndirir. Əlbəttə, Rusiya daxili ictimai-siyasi proseslərdə nəyin baş verəcəyini demək çətindir. Mənim şəxsi qənaətimə görə, əslində iki nəticə mümükndür. Birincisi, ağır vəziyyətə düşən dairələr daha sıx birləşəcək. İkincisi, bu dairələrin bölünməsi baş verəcək. Bunun hansının olacağını indidən demək çətindir.
Hər halda Putin ətrafında narazılıq yaranacaq. Müşahidəçilər də bunu qeyd edirlər. Hər bir siyasətçinin fəaliyyətinin bir hissəsi də iqtisadi maraqlarla bağlı olur. İndiki halda zərbə də bu iqtisadi maraqlara dəyməlidir. Sözsüz ki, şüurlu və ideologiya əsasında qurulan birlik başqa formatdır. Amma iqtiadiyyat kapital üzərində qurulub və əslində ideologiya, nəzəriyyə də bundan doğur. Təbii ki, iqtisadi maraqlara ziyan dəyərsə, buna heç kəs biganə qala bilməz.

- Sanksiyaların martda keçiriləcək prezident seçkilərinə təsiri ola bilərmi?

- Hesab edirəm ki, sanksiyaların məhz bu ərəfədə səslənməsinin məqsədlərindən biri də seçkilərə, seçki öncəsi kampaniyaya təsir etməkdir. Bildiyiniz kimi Rusiyada müəyyən aksiyalar baş verib. Bu mənada narazılıq və qeyri stabillik ola bilər. Nəzərə almaq lazımdır ki, bu sanksiyaların təsiri geniş olacaq.

- Rəsmi Moskva ABŞ-ın bu addımına qarşılıq olaraq liberal xətti seçəcək, yoxsa aqressiv siyasəti, ritorikanı daha da gücləndirəcək?

- Bunu demək çətindir. Bu sanksiyaya düşən siyasətçilər ya öz mövqelərini dəyişməli, ya da siyasi səhnədən getməlidir ki, yeni simalar qərblə münasibətləri düzəltsinlər, əməkdaşlıq bərpa edilsin. Yeganə yol budur. Amma mən inanmıram ki, sanksiyaya düşən insanlar öz mövqelərini dəyişərək yeni siyasət təqdim etsinlər. Nəzərə almaq lazımdır ki, bu sanksiyalar Krıma, Ukraynaya və bu kimi bəzi hadisələrə cavab olaraq qəbul edilib. Siyahıda adı olanların əksəriyyəti Krımın anneksiyasını, Ukraynaya yönəlik siyasəti dəstəkləyiblər. İndi bu şəxslər çıxıb deməlidirlər ki, bu siyasət səhvir, ya da səhnədən getməlidirlər.

- Görünən odur ki, Rusiya-ABŞ arasında növbəti qarşıdurma raundu baş verəcək. Sizcə, bu qarşıdurmalar daha çox hansı nöqtələrdə yaşana bilər?

- Nəzərə almaq lazımdır ki, bu qarşıdurmalar dünyanın digər yerlərində müşahidə ediləcək. SSRİ Qərblə qarşıdurmada idi. Amma bu qarşıdurmanın açıq forrmsı özünü daha çox Veytanmda, Yaxın Şərqdə və ya Kubada göstərirdi. İndi də nüvə silahına malik olan iki föbqəldövlət sözsüz ki, birbaşa olaraq bir-birilə üz-üzə gəlməyəcək. Daha çox təsir regionlarında qarşıdurma özünü göstərəcək.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün nəticələri münaqişənin nizamlanmasına təkan verə bilərmi?

- Demək çətindir. Bizə çatan məlumat ondan ibarətdir ki, yeganə nəticə odur ki, müşahidəçilərin sayı 7 nəfər artacaq. Onlar Anjey Kaspşikin missiyası çərçivəsində fəaliyyət göstərəcəklər. Bu addım hələ danışıqlardan elə bir məlumat vermir. Çünki biz gözləyirik ki, substantiv, yəni əsas mövzulara aid real danışıqlar başlasın. Doğrusu, bu görüşün nəticələrinə pessimist yanaşıram. Çünki hiss olunur ki, Ermənistanın elitası konfliktə aid öz siyasi leksikonunu daha da sərtləşdirir. Bu baxımdan bu fonda real danışıqların getməsi, hesab edirəm ki, mümkün deyil.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

    Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi ...

    29-04-2014, 10:25

  • 
  • ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

    ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır ...

    31-01-2018, 00:17

  • 
  • Jirinovski də “qara” siyahıya düşdü

    Jirinovski də “qara” siyahıya düşdü ...

    29-04-2014, 10:09

  • 
  • Yaponiyadan da Rusiyaya qadağalar

    Yaponiyadan da Rusiyaya qadağalar ...

    29-04-2014, 10:28

  • 
  • Barak Obama: "Rusiyaya qarşı sanksiyalar..."

    Barak Obama: "Rusiyaya qarşı ...

    24-04-2016, 23:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu