GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Sərdar Cəlaloğlu: “Cəmil Həsənliyə mandat vermədilər, döndü radikal müxalifət oldu”

Sərdar Cəlaloğlu: “Cəmil Həsənliyə mandat vermədilər, döndü radikal müxalifət oldu”

Tarix: 6-03-2018, 12:25 Bölmə :Müsahibə Baxış: 297
Sərdar Cəlaloğlu: “Cəmil Həsənliyə mandat vermədilər, döndü radikal müxalifət oldu”


ADP sədrindən Cəmil Həsənliyə sərt sözlər

Milli Şuranın sədri Cəmil Həsənlinin Meydan.TV-nin canlı yayımında növbədənkənar prezident seçkilərində iştirak edəcək müxalif partiyaları aşağılaması, onların müxalif qurumlar olmadığını dilə gətirməsi hiddət doğurub. Seçkilərdə iştirak edəcək ADP, AĞ Partiya, VİP kimi müxalifət partiyalarının tərəfdarları C.Həsənliyə sərt reaksiya veriblər.

Prezidentliyə namizədliyini irəli sürən ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında tarixçi professorla yanaşı adının müxalif düşərgədə çəkilməsinə qarşı çıxdı: “O özünü müxalifət sayırsa, onu müxalifət hesab etmək olarsa, həqiqətən də mən müxalifət deyiləm. Onunla eyni adı daşıya bilmərəm. Cəmil Həsənli saxta seçkilərdə ittiham etdiyi hakimiyyətin dövründə üç dəfə parlament seçkilərində iştirak edib. Hamı bilir ki, böyük nüfuzu olmayan Cəmil Həsənli 2005-ci ildə səs toplamadan deputat olub. O, 2005-ci ildə təmsilçisi olduğu AXCP-dən imtina edib ki, təki parlamentdə otursun. Bu hökumət ona mandat verməyəndən sonra bu kişi müxalifət olub. Deputat olduğu dönəmlərdə onda bu cür radikallılıq yox idi. Əksinə, çox mədəni, yumşaq münasibət ortaya qoyurdu. Elə ki, buna mandat vermədilər, radikal müxalifət oldu. Onun kitablarını bu iqtidarın nümayəndələri maliyyələşdiriblər. Cəmil Həsənlinin universitetdə müəllim işləməsi də bu iqtidarın icazəsi əsasındadır. Necə olur ki, Rafiq Əliyevi bir sözünə görə işdən çıxarırlar, amma sən ”müxalifətəm" deyə-deyə öz işində qalırsan? Bizlər onlarla mitinqlər təşkil etmişik, minlərlə üzvümüz həbs edilib, bədən xəsarətləri alıblar, minlərlə adam ölkəni tərk edib. ABŞ Dövlət Departamentinin hesabatlarına kimsə baxsa, görər ki, Azərbaycandan ən çox təzyiqlərə məruz qalanlar ADP-çilərdir. Cəmil Həsənli, dünənə qədər sən mandat cibində parlamentdə oturmuşdun, amma Sərdar Cəlaloğlu küçələrdə demokratiya uğrunda mübarizə aparırdı. İndi beynəlxalq situasiyanı, dövlətçiliyi nəzərə alaraq, daxili gərginliyi azaltmaq üçün seçkiyə gedirəm, indiki şəraitdə mümkün qədər iqtidar-müxalifət arasında gərginliyi azaltmağa çalışıram, buna görə oluram xain, satqın? Sənin kimi iki gündən bir gedib hökumətin yanında oturan, mandat verilmədiyinə görə müxalifət olan şəxs indi müxalifətdir? Adama deyərlər ki, bax güzgüyə, gör nəyin müxalifətdir. Elçibəy 1998-ci ildə seçkiləri boykot edəndə onun müavini olan Əli Kərimli Etibar Məmmədovla seçkilərdə iştirakla bağlı bəyanata imza atan deyil? Mən onlardan fərqli olaraq, pərdəarxası oyunlar oynamıram. Bu seçkilər başlamamışdan demişdim ki, seçkilərdə iştirak etmək lazımdır. İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Əli Əliyev və başqaları aylar öncədən namizədliklərini vermişdilər, amma mən verməmişdim. Çünki seçkilərdə iştirakla bağlı xüsusi bir marağım yox idi. Düşünürdük ki, kim iştirak etsə, ona dəstək verərik. Hətta İsa bəylə söhbətimiz belə olmuşdu. Sərdar Cəlaloğlu 30 ildir siyasətdədir, hələ deputat belə olmamışam. Cəmil Həsənlidən fərqli olaraq, seçkilərdə iki dəfə iştirak edib, səs toplamışam, amma parlamentə buraxılmamışam. Avropa Məhkəməsinə müraciət edib, bunu sübut da etmişəm. 1995-ci ilin parlament seçkilərində hamıya bəllidir ki, AXCP deyilən qədər səs toplamamışdı, amma 6 deputat yeri verdilər. O da ona görə ki, Əli Kərimli müxalifətin birliyini pozurdu. Cəmil bəy son prezident seçkilərində iştirak edib. Sual verirəm, o seçkilərlə bu seçkilər arasında hansı fərqlər var ki, Cəmil Həsənli iştirak edib müxalifət olurdu? O seçkilərdə də, bu seçkilərdə də iştirak edirəm, fəaliyyətimdə heç bir dəyişiklik yoxdur. Dəyişiklik Cəmil Həsənlidədir ki, heç bir fərqi olmayan iki seçkidən birində iştirak edir, digərindən imtina edir. Ona bir sual verirəm ki, kim sizi müxalifət sayır? Azərbaycanda kim ad verir ki, siz müxalifət deyilsiniz, müxalifət yalnız bizik? Sənin nəyin müxalifətdir? Milli Şuranın təmsilçilərinin böyük əksəriyyətinin iqtidarla işbirliyində ya zamanında, ya da indi olduğu məlumdur. Cibində bu hökumətin mandatını dəfələrlə gəzdirmiş birisi durub deyəndə ki, mən müxalifətəm, adam söz tapmır deməyə. 2005-ci ildə 15 nəfər bizdən deputat seçilmişdi. Bunu Əli Kərimli, Pənah Hüseyn və digərləri yaxşı bilirlər. O vaxt Əli Kərimliyə 4 mandat verdilər, bizə yox. Hökumət yaxşı bilir ki, kim müxalifətdir. Cəmil Həsənli, sən özünə müxalifət demə. Sən müxalifətçi kimi, mənim kriteriyalarımın 10/1-nə layiqsən? Həbs olunmuşam, işgəncələrə məruz qalmışam, qardaşım, bacım oğlu həbs olunub. Bir nəfər qohumum da vəzifədə çalışmır. Sən bu hökumətin universitetində dərs deyirsən, qohum, qardaşın bu hökumətdən bəhrələnir. İndi sən oldun müxalifət, hər cür məhrumiyyətlər yaşayan Sərdar Cəlaloğlu, sən demə, müxalifət deyilmiş".

ADP sədri C.Həsənlinin siyasətdən xəbərsiz olduğunu da söylədi: “O yaxşı alim, ictimai xadim ola bilər, amma heç vaxt siyasətçi ola bilməz. Siyasətin nə olduğundan anlayışı yoxdur. Onun cəsarəti çatıb etiraf etmir ki, son seçkilərdə Azərbaycan xalqına xəyanət etmişəm, bu dəfə etmirəm. Son seçkilərdə onunla birlikdə iştirak etdim, sona qədər onu qorumaq üçün əlimdən gələni etdim. Üzərinə gələn təzyiqləri qarşılamağa çalışdım. Biz onlarla birlikdə olanda radikal müxalifət olurduq, indi birlikdə deyilik, oluruq satqın. Guya Cəmil Həsənli müxalifətin indeksidir. İndiyə qədərki fəaliyyəti ilə onun müxalifətin kimliyini müəyyən etmək haqqı yoxdur. O alimdir, məcbur edir ki, ona ağır sözlər deyim. Bunları o haqq edir. Cəmil bəy gedib parlamentdə oturanda, deməmişdim ki, o xaindir. Özü də bilirdik ki, o, hansı oyunlarla, kimlərin vasitəsilə deputat olub. Vaxtilə AXCP-ni satan, ona tüpürən bir şəxs indi o partiyanın yanındadır. Get bir addımlarına, iki addım öncəki yerişinə bax, sonra gəl insanları ittiham et. Elə bilirsiniz ki, xalq olanları unudub? 1993-cü ildən bu tərəfə Əli Kərimli və ətrafının siyasətdə oynadıqları çirkin oyunları hər kəs bilir. Bu gün parlamentdə müxalifət adı ilə oturan şəxslərin 6 nəfəri Kərimlinin müavinləri olublar. Getdiyiniz yolları nə tez unutdunuz? Kiminlə necə alver etdiyinizi yaxşı bilirik. İndi iqtidarla aranızda müəyyən narazılıq yaranıb, radikal müxalifət olmusunuz. İndiyə qədər hansı seçkidə nə üçün iştirak etdiyinizi, yaxud nə üçün iştirak etmədiyinizi çox yaxşı bilirəm. Müxalifətin gəlin kriteriyalarını müəyyən edək, onda görəcəksiniz ki, nə sizlər, nə də sizinlə birlikdə olanlar müxalifət deyilsiniz. Dünənə qədər müxalifəti söyən Gültəkin Hacıbəyli indi olub müxalifət. Özünü elə sayırsan ki, sanki sən varsansa, dünya var, yoxsansa, dünya yoxdur. Sən Milli Şuranın Yusif Sərracısan. Rüstəm İbrahimbəyov gələ bilmədi, səni qabağa verdilər. Ən yaxşı halda Əli Kərimli iqtidarla danışıqlara getsə, sənə onun yanında bir mandat verəcəklər. Kərimli iqtidardan küsüb, əvvəlki alverləri pozulub. İndi Cəmil Həsənlini verib qabağa, durub arxasında. Bilsə ki, orada azacıq xeyir var, Kərimli ölər, amma Həsənlini heç vaxt irəli verməz. Elçibəyə xəyanət edən birisi üçün Cəmil Həsənli heç kimdir. İbrahimbəyov gəlsəydi, o, hazırda heç kim idi. Sən mənim qədər yol keç, sonra gəl danış. Hətta elmdə belə mənim qədər yol keçməmisən. Sənin yersiz çıxışların bu sözləri mənə dedirdir. Bu insan özünü Əli Kərimlinin sözçüsü, uşağı kimi aparır. Kərimlinin dədəsi yaşındadır, düşüb onun qabağına, otur-otur, dur-dur. Vaxtilə Nemət Pənahlının etdiyi kimi. Kərimli deyir, get seçkiyə, yaxud yox. Səni son seçkilərdə nə üçün Putinin müşaviri, Abbas Abbasov, ”Milyarderlər İttifaqı" müdafiə edirdi? Sən Azərbaycana, yoxsa Rusiyaya rəhbərlik etməyə gəlirdin? Adınızda milli olanlar, nə üçün torpaqlarımızı işğal edənlər sizi dəstəkləyirdi? Bu gün Rusiyanın başı qarışıb, sizdə də seçkilərdə yoxsunuz"./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənliyə sui-qəsd

    Cəmil Həsənliyə sui-qəsd ...

    27-08-2013, 17:40

  • 
  • Əli İnsanov xalqı Cəmil Həsənliyə səs verməyə çağırdı

    Əli İnsanov xalqı Cəmil Həsənliyə səs verməyə ...

    20-09-2013, 17:34

  • 
  • AŞPA rəsmisi Cəmil Həsənliyə irad tutdu

    AŞPA rəsmisi Cəmil Həsənliyə irad tutdu ...

    10-10-2013, 14:43

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Cəmil Həsənliyə qarşı təxribat cəhdi

    Cəmil Həsənliyə qarşı təxribat cəhdi ...

    30-09-2013, 11:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu