11 apreldə "keçiriləcək" növbədənkənar prezident seçkiləri ilə bağlı bu gün İctimai televiziyada növbəti debat oldu. Səbrimi basıb sona qədər baxdım. Mövzu vətəndaş cəmiyyəti ilə bağlı idi...
Çox maraqlıdır ki, hər şeydən danışan namizədlərin heç biri mövzu ilə bağlı danışmadılar. Bilirsinizmi niyə? Çünki həqiqəti deyə bilmirlər. Deyə bilmirlər ki, bu hökümət ölkədə vətəndaş cəmiyyəti adına normal bir şey qoymayıb qala. Hər şeyi dağıdıblar. Azad mətbuat çökdürülüb. Ölkədə bir dənə də olsun müstəqil qəzet çap olunmur (Sonuncu qəzet "Gundem Xeber" idi. Onu da nəşriyyatdan qovub, çapına imkan vermirlər- red.). Tənqidçi saytlar bloklanıb. Televiziyalar yalnız ailə hakimiyyətinin maraqlarına xidmət edir. Müstəqil QHT- lər fəaliyyətini dayandırıb. Ölkədə onlarla vətəndaş cəmiyyəti fəalı həbsdədir. Siyasi partiya rəhbərlərinin bir qismi ələ alınıb, mübarizədən könüllü geri çəkiliblər. Bir qismi isə qərargahsız fəaliyyət göstərir, repressiyaya məruz qalır, üzvləri həbsdədir və s.
Ölkədə demokratik dəyərlərə aid nə varsa məhv edilib. O cümlədən vətəndaş cəmiyyəti də. Məhz ölkədə normal vətəndaş cəmiyyəti olmadığına görə bu gün prezidentliyə namizədlərin hədəfi hakimiyyət deyil, müxalifət liderləridir. Hakimiyyət özünə layiq namizədlər müəyyənləşdirib. Onlar da həmin "müəyyənliyə" uyğun məharətlərini göstərirlər. Deyir, utanmasan oynamağa nə var ki!? Debat deyil, əsl sirkdir...
Sorğu
Yeni dizaynımız necədir?