"Mən AŞPA-nın yay sessiyasında iştirak edəcəyəm və öz mövqeyimi bildirəcəyəm".
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. "Mənim funksiyaları yerinə yetirməyimə heç bir sanksiya tətbiq oluna bilməz. Mən büronun üzvüyəm. Bir qrup insanın mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, biz bundan imtina edək. Biz AŞPA-da aktiv fəaliyyət göstərəcəyik. Əminəm ki, onların arzuları ürəklərində qalacaq", - o qeyd edib.
S.Seyidov bildirib ki, AŞPA-nın yay sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş Prezident seçkiləri ilə bağlı hesabat müzakirə ediləcək: "Sessiya zamanı Azərbaycan nümayəndə heyətini narahat edən bir məsələ də müzakirə olunacaq. Bu, siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək məsələsidir. Məruzəçinin təyinatı da konsktruktiv yanaşma deyil. Qoy təyin etsinlər, biz bundan çəkinmirik".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?