GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Anti - AXC- nin anatomiysına dair qeydlər - Pənah Hüseynovun yazısı

Anti - AXC- nin anatomiysına dair qeydlər - Pənah Hüseynovun yazısı

Tarix: 5-09-2018, 15:06 Bölmə :Müsahibə Baxış: 416
Anti - AXC- nin anatomiysına dair qeydlər - Pənah Hüseynovun yazısı


Anti - AXC- nin anatomiysına dair qeydlər

NƏTİCƏ və SON SÖZ


Yekun vurmaq olar. Bu yazıda AXC əleyhinə irəli sürülən faktları xatırladıb aşkar olanı yada salaq.


1.“Vəzirov 90- cı ildə ermənistan qaçqınlarının Stepanakert və Şuşada yerləşdirilməsi üçün qərar qəbul edibmiş. Xalq cəbhəsi bu Kommunist partiyasını möhkəmıləndirə deyə buna qarşı çıxıb və ... məzmunda bəyanat verib”. - Bunun başdan ayağa uydurma olduğu, heç bir digər obyektiv və hətta subyektiv fakt, informasiya, məlumat, mülahizə ilə təstiqlənmədiyi və bu uydurmanın ilkin və yeganə mənbəyinin və müəllifinin Elmira Axundovanın özünün olduğu aşkar edilib sübut olundu.

2.“AXC liderləri bir nəfər kimi Şuşa və digər yaşayış məntəqələrinin social iqtisadi inkişafına dair hökümət proqramına qarşı çıxdılar. AXC liderləri bəyan etdilər ki, “Biz bu Proqramı müdafiə edə bilmərik, çünki o azərbaycanlı əhalinin vəziyyətinin yaxşılaşdıracaq. Buna isə yol vermək olmaz, çünki Qarabağda vəziyyətin yaxşılaşması Kompartiyaya əl verir, o bundan ancaq güclənir” – Burdakı hər iki məlumatın (Şuşa və digər yaşaış məntəqələrinin inkişafına dair dövlət proqramı və AXC liderlərinin bu proqram əleyhinə bəyanat vermələri) başdan - ayağa uydurma olduğu, heç bir digər obyektiv və hətta subyektiv fakt, informasiya, məlumat, mülahizə ilə təstiqlənmədiyi və bu uydurmanın birinci və yeganə mənbəyinin və müəllifinin Rasim Ağayevin özünün olduğu, Elmira Axundova tərəfindən təkrarlanıb tirajlandığı aşkar edilib sübut olundu.

3.” Əbülfəz Qədirqulu oğlu Əliyevin tərəfdarları bildirir ki, AXC liderləri həmin vaxt ona təkidlə tövsiyə edirdilər ki, hakimiyyət qaçqınları mümkün olduğu qədər Dağlıq Qarabağ və onunla həmsərhəd rayonlarda yerləşdirilməyə məcbur edilsin. Lakin AXC- nin lideri qaçqınların hərakatın zərbə qüvvəsi olduğunu bəyan edərək bu təklifin əleyhinə çıxdı.”- Bir jurnalistin 1996- cı ilə aid anonim hərəkat funksionerlərinə istinadən dövriyyəyə buraxdığı, böyük ehtimalla onun özünün yaradıcılıq fantaziyasının məhsulu olan, heç bir obyektiv, və ya digər subyektiv faktla təsdiqlənməyən, əksinə Ə. Elçibəyin və AXC- nin bu məsələdə gerçək mövqeyini ifadə edən dəlillərlə birmənalı təkzib edilən şaiyə olub, Rasim Ağayev tərəfindən təhrif olunaraq tirajlandığı, uydurma olduğu aşkar edilib sübut olundu.

4.“1991- ci ilin aprel günlərinin birində AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadə zəng etdi və məndən kəndlərin bandit birləşmələrindən təmizlənməsi əməliyyatına son qoymağı xahiş etdi”. - Bunun başdan ayağa , heç bir digər obyektiv və hətta subyektiv fakt, informasiya, məlumat, mülahizə ilə təstiqlənməyən, H. Hacizadənin özü tərəfindən, habelə həmin dövrdə H. Hacızadənin məqalə və müsahibələrində ifadə etdiyi obyektiv dəlillərlə birmənalı və qəti şəkildə təkzib edilən uydurma olduğu, bu uydurmanın birinci və yeganə mənbəyinin və müəllifinin Ayaz Mütəllibovun özünün olduğu aşkar edilib sübut olundu.

5.“1991- ci ilin aprel günlərində , Dağlıq Qarabağın erməni bandit birləşmələrindən təmizlənməsi üçün əməliyyat getdiyi çətin dövrdə AXC funksionerləri pribaltikada erməni azadlıq hərəkatının nümayəndələri ilə görüşüb “Qarabağda aparılan əməliyyatlar zamanı yerli erməni sakinlərinin A. Mütəllibov tərəfindən hüquqlarının pozulmasına dair” birgə bəyanat imzaladılar. Bəyanat Qorbaçova çatdırılanda o, Qarabağdakı əməliyyatları yarımçıq dayandırmaq əmrini verdi”- Burdakı bütün məlumatların başdan ayağa uydurma olduğu, heç bir digər obyektiv və hətta subyektiv fakt, informasiya, məlumat, mülahizə ilə təstiqlənmədiyi və bu uydurmaların birinci və yeganə mənbəyinin və müəllifinin Ayaz mütəllibovun özünün olduğu, Elmira Axundova tərəfindən təkrarlanıb tirajlandığı aşkar edilib sübut olundu.

6 “AXC və hamıdan əvvəl Əbülfəz Elçibəy bu aksiyaya (Dağlıq Qarabağın erməni bandit birləşmələrindən təmizlənməsi üçün əməliyyata – P. H.) qarşı çıxış etdilər. AXC – nin nəzarəti altında olan özünü müdafiə qüvvələrinin komandirləri bildirdilər ki, onlar “ermənilərin sıxışdırılıb çıxarılmasına yol verməyəcəklər ki, Azərbaycan Qərbin demokratik qüvvələrinin təblğati hücumları için hədəfə çevrilməsin... AXC resublika rəhbərliyini açıq şəkildə Qarabağın erməni əhalisini zorakılıqla deportasiya etməkdə günahlandıraraq erməni millətçilərinin antiazərbaycan kampaniyasına qoşuldu. AXC rəhbərliyi nəinki erməni separatizmi ilə əhatə olunmuş ərazilərdə nəzarət ələ almaq aksiyalarını sabotaj etdi, əksinə ermənilərlə əl - ələ verib bu tədbirləri pislədi.” –Burdakı bütün informasiya və məlumatların başdan ayağa uydurma, bu uydurmaların ilkin və yeganə mənbələrinin və müəlliflərinin Rasim Ağayevin və Vaqif Hüsenovun olduğu və Elmira Axundovanın bu uydurmaları təkrarlayıb tirajladığı, başqa hər hansı faktla təsdiq edilməmə, özlərinə məxsus digər məlumatlarla ziddiyyətə təşkil etmə, hadisələrin baş verdiyi dövrdə AXC –nin KİV də dərc edilib yayılmış rəsmi sənədləri, AXC funksionerlərinin yenə həmin dövrdə çap edilmiş açıqlamaları, Qarabağ probleminin həllinə dair AXC- nin mövqeyini əks etdirən digər obyektiv və məntiqi dəlillərlə aşkar edilib sübut olundu.

İnanılası deyil! Bütün faktlar yalan, saxta çıxdı!

AXC əleyhinə olan bütün “faktlar” yalan və saxta çıxacaq. Çünki daha böyük yalandan çıxırlar. Yalandan həqiqət çıxmaz ki, yalan çıxar.


Anti - AXC- nin BÖYÜK YALANI AXC- nin tarixmizin ən məsuliyyətli anlarında milli xəyanət və satqınlıq mövqeyi tutması haqqındakı yalandır. Bu “Böyük Yalan”, ilkin yalandır. Zatına görə heç bir yalandan yaranmayıb. AXC haqqında bütün yalanlar ondan yaranır, varlığına görə ona borcludur, ona xidmət edir. Mayası tarix və kütlə tərəfindən vurulmuşların, təhqir olunmuşların, alçaldılmışların, atılmışların, incidilmişlərin, uduzmuşların təkəbbürü, həsədi, paxıllığı, öfkəsi, kini, xəyanəti və satqınlığıdır. Anti-AXC- nin anatomiyası da budur. Həsəd, öfkə, kin, Iküzlülük, riyakarlıq, qeybət, şaiyə, saxtaçılıq, təhrifçilik, yalan, qaralama, iftira, şər, böhtan dolu tam bir qaranlıq kabuslar mağarası. Kabusların yığnağı.

Bəs bunları deyənlər, yazanlar, yayanlar?! Yalançılar! Yalanı yalanla sulayırlar. Yalanı yalanlarla yoğururlar. Yalanı yalanla beçərirlər. Yalanı yalana calayırlar! Yalanı yalanlla sübut edirər. Yalan şahidləri! Yalanın xidmətçiləri! Yalan kahinləri! Yalanı yalanlarla bəzəyirlər. Yalana yalanlardan həqiqət donu biçirlər. Yalançılıq dərziləri! Nəsibi yalançılıq olanlar! Axır aqibəti pislik olanlar! Onlara bundan ağır cəza olmaz. Özləri duyub, görüb, bilsələr də, bilməsələr də!

Son söz

Heç şübhəsiz tarixi tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Bu gün siyasi cəhətdən aktual olmayan mövzulara aludə olmamaq , bu çərçivəyə qapanmamaq, rəqiblərin informasiya tələlərinə düşməmək çox vacibdir. Bu günə və gələcəyə köklənmək gərəkdir. Lakin özünü görməzliyə və eşitməzliyə vurmaqla da keçmişin təqibindən qurtarmaq heç də həmişə mümkün deyil. Rəqiblərimiz də buna yol verməzlər və yol vermirlər də. İstəsək də, istəməsək də bu günümüz və gələcəyimizin dərki keçmişimizin hərtərəfli, obyektiv təhlilindən keçir. Bu təhlil nə qədər ağrılı, çətin, xoşagəlməz görünsədə sonda, strateji olaraq bizim xeyrimizədir . Bilmək lazımdır ki, 80- cı illərin sonu, 90- cı illərin əvvəlləri sadəcə tarix deyil, davam edən tarixdir və keçmişimiz uğrunda mübarizə gələcəyimiz uğrunda mübarizədir. Ona da heç bir şübhə yoxdur ki, yalan doğruya, nahaqq haqqa məğlub olacaq. Həqiqət qalib gələcək. Mən bu qeydlərlə bu müqəddəs, şərəfli, böyük davaya kiçik bir töhvə verməyə çalışdım.

Pənah Hüseyn, Xalq Partiyasının lideri, Azərbaycanın keçmiş baş naziri

fevral – may 2013- cü il.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmira Axundovanın “Böyük yalanı”...

    Elmira Axundovanın “Böyük yalanı”... ...

    18-07-2014, 03:04

  • 
  • İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət edib

    İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ...

    27-05-2013, 11:24

  • 
  • 2014- cü il “AXC ili” elan olundu

    2014- cü il “AXC ili” elan olundu ...

    19-11-2013, 16:44

  • 
  • Politoloqla partiya sədri bir-birini ittiham etdi

    Politoloqla partiya sədri bir-birini ittiham etdi ...

    17-07-2014, 02:54

  • 
  • Bakı Kristal Zalında AXC-nin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilir

    Bakı Kristal Zalında AXC-nin 100 illik yubileyinə ...

    28-05-2018, 21:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu