1991-ci ilin yaz günlərindən birində təcili iclas keçirən Azərbaycan DTK-sının sədri Vaqif Hüseynovun masasının üstünə təcili məlumat qoyulur: “Məşhur qeyri-formal Leyla Yunusova “DEKA bank”a iri məbləğdə pul yatırmaq üşün təcili imkan axtarır”. Məlumat elə də vacib görünməsə də, agentura şəbəkəsində bu dinclik bilməyən Leylanın Moskvadakı, hətta Pribaltikadakı qırb donorları ilə əlaqələri ifşa edilmişdi.
Buna baxmayaraq, Birincinin yanına məruzə üçün yollanarkən respublikanın baş çekisti bank əməliyyatı haqqında məlumatı da qeyri-formalların fəaliyyəti barədə məlumatların toplandığı iri qovluğa əlavə etdi.
DİN başçısı Məhəmməd Əsədov və DTK sədri Vaqif Hüseynov
“Nə olsun? – mitinq demokratiyasının birdən-birə varlanmış qəhrəmanı L.Yunusova haqqında çekist hekayəsini tələsik gözdən keçirmiş birinci katib, həm də respublikanın prezidenti A.Mütəllibov əsəbiləşdi. – Bankda bir-iki min gizlədib. Lap olsun on min. Nə olsun ki?”
- On yox, düz 50 min. Ümumilikdə isə, Yunusova bu yolla 250 min gizlədib. Qohumları elə də çox deyil, ərinin qohumlarına isə etibar etmir. Bəzi məlumatlara görə, yarım milyona yaxın pulu var. Amma qeyri-formal hərəkatda cəmi bir ilə yaxındır ki, fəaliyyət göstərir. Moskva bizə neobolşeviklərlə məsələdən tam baş çıxarmağa imkan verənə qədər bunlar milyonçu olarlar. Yunusovanın donorlarının arasında iki tacirlər, işbazlar var. Onların kimə işləməsini də soruşmaq olardı.
- Sizə qədər burada DİN-dəki həmkarınız Məhəmməd Əsədov oturmuşdu. O, Leyla Yunusovanın əmanətlərini dəqiq hesablayıb. Fikirləşdiyinizdən də çoxdur. Başa düşün, qadınlarla mübarizə aparmaq bizə yaraşmaz. Kişi işi deyil. Yanımda olub: müasir, təhsilli qızdır. Onun elə elçibəyçilərdən fərqi də bundadır.
General-mayor Vaqif Hüseynovun Elçibəy və onun tərəfdarları haqqında başqa fikri vardı və bunu bir çox faktlarla sübuta yetirə bilərdi, məsələn, azərbaycanlı varlıların az qala bütün müxalifətçilərə xüsusi diqqətlə yanaşması və pul yardımı etməsi ilə bağlı danışa bilərdi. Lakin statusu etibarilə xalq üçün sevən ata olmalı olan prezidenti fikrindən daşındırmaqdan vaz keçdi. Bir söz də demədən gizli xidmətin başçısı qovluğunu götürüb səssizcə çıxıb getdi.
Bir neçə aydan sonra Azərbayan parlamentinin zalını tərk edən A.Mütəllibov müxalifət xorunun səsini batıran L.Yunusovanın çığırtısını eşidirdi: “Çıx get! Dərhal!” Daha sonra isə yenicə siyasətə atılmış şəxslərdən çox küçə qadınlarına yaraşan adı söyüşlər...
İndi isə bu qadın bildirir ki, Azərbaycan ona nə az – nə çox, 24 min avro pul ödəməlidir./Virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?