GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Cənnətdən də narazı olanlar var

Cənnətdən də narazı olanlar var

Tarix: 14-12-2012, 12:45 Bölmə :Müsahibə Baxış: 1 485
Cənnətdən də narazı olanlar var
Siyavuş Novruzov ölkə rəhbərinə yol göstərdi: “Bu məsələ həll edilib. 2013-cü ilin prezident seçkilərində namizəd İlham Əliyev olacaq”

gundemxeber.az Qəzetimizin bu dəfə ki, müsahibi Yeni Azərbaycan Partiyasının icra katibinin müavini və seçki qərargahının rəhbəri, deputat Siyavuş Novruzovdur. YAP funksioneri ilə müsahibəni təqdim edirik.

- Dekabrın 10-u, Beynəlxalq İnsan Haqları Günündə müxalifətin keçirdiyi icazəsiz aksiyaya polis qeyri adekvat güc tətbiq edib. Nəticədə çoxlu sayda insan xəsarət alıb. Bu haqda nə deyə bilərsiniz?
- Qəti şəkildə sizinlə razılaşmıram. Siz özünüz də bilirsiniz “Sərbəst toplaşmaq haqqında” qanun var. Həmin qanunda açıq göstərilib ki, qeyri qanuni yürüşlər, piketlər, aksiyalar keçirmək olmaz. Bunun üçün müvafiq icra hakimiyyəti yer ayırır. Bu yerdə kütləvi etiraz aksiyasının müxtəlif formasından istifadə etmək olar. Hüquq mühafizə orqanları da, bu zaman kimliyindən asılı olmayaraq bu tədbirdə iştirak edən insanların təhlükəsizliyini təmin etməlidir. Çünki bu insanlar da Azərbaycan vətəndaşlarıdır. Bu baxımdan dekabrın 10-da keçirilən aksiyaya əslində aksiya demək olmaz. Sadəcə olaraq bu bir uşaq oyunu idi. Əli Kərimli və müxalifətdə təmsil olunanların beş-on qohumu, eləcədə ətrafında olan bir neçə insan, həmçinin qəzetində işləyən bəzi jurnalistlər ora çıxıblar. Nəzərə almaq lazımdır ki, jurnalist əslində tərəfsiz olmalıdır. Belə tədbirlərdə də jurnalistlər prosesi işıqlandırmalıdır. Təəssüf ki, belə olmayıb. Əsas məqsəd İnsan Hüquqları Günü diqqəti bu aksiyaya çəkib Azərbaycan haqqında rəy yaratmaq idi. Bizdə məlumat var idi ki, Əli Kərimli onları öyrədib. Hətta heç bir şey olmasa da, başlarını divara vurmalı, bütün oyunlardan çıxılmalı idilər ki, ciddi insdent törədilsin. Ancaq hüquq mühafizə orqanları çox diqqətlə, təhlükəsizliyi təmin eləmək məqsədilə qeyri qanuni aksiyanın qarşısını almaq üçün müvafiq addımlar atıb və tədbirlər həyata keçirib. Bunlar polis yaxınlaşanda özləri yerə uzanır. Bu halda hansı zor tətbiq eləməkdən gedə bilər. Eləcədə gənclərin əksəriyyəti. Polis də onları dəvət edib ki, buradakı vətəndaşların hüquqlarını pozmayın. Onları avtobusa əyləşdirib şəhərin başqa istiqamətinə aparıb orada sərbəst buraxıblar. Vəziyyət bundan ibarətdir.

- Siz iddia edirsiniz ki, aksiyada 10-15 nəfər iştirak edib. Amma partiyaların yaydığı rəsmi xəbərlərində həbs edilən 40-dan çox insanın adı və soyadı açıqlanıb. Bu fakt sizin dediklərinizin doğru olmadığını ortaya qoymurmu?
- Bilirsinizmi, onların hamısı fərqli yerlərdə saxlanılıb. Onlar bir dəfə dedilər Milli Məclisin qarşısında aksiya edəcəklər. Sonra isə Fəvvarələr Meydanını seçdilər. Hələ “Malakan” bağında da olub. Yəni müxtəlif yerlərdə 4-7 nəfərlik aksiya ediblər. Uşaq kimi buradan ora qaçıblar, qışqırıblar və s. Bilirsinizmi, onlar bununla da öz-özlüyündə aksiyanın yeni bir növünü kəsf ediblər. Bu uşaq oyuncağıdır. Yaxşı ki, gedib uşaq baxcalarına müraciət etmirlər ki, oradan uşaq gətirsinlər. Yəni ki, bu cür aksiya dünyada yoxdur və gülünc doğurur.

- Hakimiyyətdə olan qüvvə olaraq onlardan çəkindiyiniz üçün belə davranış tərzi ortaya qoyulur, qeyri adekvat güc tətbiq olunur?
- Siz ozünüz orada olanları gördünüz. Onun nəyindən hakimiyyət qorxur? Əksinə, hakimiyyət müvafiq yer ayırır və deyir ki, get sosial bazanı yığ və aksiyavı keçir. Əgər belə sosial bazan varsa və bu tədbiri keçirməyə maliksənsə buyur keçir. Sonrada bəyan elə ki, bura mənə darısqaldır və biz böyük meydan tələb edirik. Əgər bu sosial bazan mövcuddursa. Məndə deyirəm ki, bu qüvvələr bir müddət əvvəl “20-ci sahə” deyilən ərazidə onlara ayrılan meydanın üçdə birini doldura bilmirdilər. İndi hər yoldan keçən deyə bilməz ki, mənə yer verin gedib aksiya keçirim, uşaq kimi ora-bura qaçım və başqasının da hüquqlarını pozum. Xeyr! Belə şey yoxdur. Onlarda başqalarının hüquqlarını pozmamalı və öz hüquqlarını da müvafiq yerlərdə reallaşdırmalıdır. Nə istəyirlər etsinlər, amma qanun çərçivəsində etsinlər.

- YAP-ın Milli Məclisdə 70-dən çox deputatı var və onların əksəriyyəti müxalifəti kəskin tənqid edirlər. Amma bu müxalif düşərgədə xüsusi aqressiya ilə qarşılanmır. Amma sizin hər hansı bir fikriniz müxalifət və demokratik düşərgədə aqressiya və qeyri ciddi qarşılanır. Sizcə, buna səbəb nədir?
- Baxın, təxminən biz on dəqiqədir ki, burada söhbət edirik və mənim fikirlərim də bir kəlmə də olsun təhqir elementi yoxdur. Mən müxalifəti tənqid edirəm və onların addımlarının səhv olduğunu qeyd edirəm. Bu müsahibə zamanı bir təhqiramiz fikir söylədimmi? Əlbəttə söyləmədim. Mən olan reallığı əks etdirirəm. Mənim qeydlərim onların əməlini ifşa edən fikirlər olduğundan onlar da qıcıq yaradır.

- Niyə məhz siz bir fiqur kimi bu düşərgədə aqressiya yaradırsınız?
- Bunun bir səbəbi var: onların ifşa olması. Məsələn, bunlar “Eurovision” mahını müsabiqəsi zamanı bura gələn əcnəbi jurnalistləri aparıblar Yeni Yasamala, Əhmədiyə və Günəşliyə. Gedək Londona və mən sizə 50 cür bu formada küçə göstərim. Təbii ki, şəhərin hər yeri eyni cür ola bilməz. Şəhərin mərkəzi, strateji küçələri, ənənə ilə yaşayan məhəllələri var. İndi burda maraq nədir ki, sən onu tutub aparırsan ki, filan yerdə küçə pisdir, zibillik var və s. Nəzərə alın ki, burada söhbət hakimiyyətdən deyil, Azərbaycanın təmsilçiliyindən gedir. Bunların Azərbaycana qarşı daxili aləmləri o qədər qarışıqdır ki, hətta belə əməllərdən onlar çəkinmirlər. Təsəvvür edin ki, belə kadrlara ermənilər və Azərbaycanı istəməyənlərdə baxacaq. Sən Azərbaycanın gözəl yerlərini bir kənara qoyursan və gedib harada zibilxana varsa oranı göstərirsən.

- Hakimiyyətin xalqa xidmətini qoyaq bir kənara. Bəs dövlətin vətəndaş qarşısında pozitiv öhdəliyi yoxdurmu, bu öhdəliyə zibixanaların tez-tez təmizlənmsi, ərazinin təmiz saxlanılması daxil deyilmi?
- Ola bilər. Bəli, kimsə vəzifəsinə səhlankar yanaşa bilər. Ancaq bu o demək deyil ki, Azərbaycan xalqı və onun düşüncəsi bu cürdür.

- Siz daima ölkədə analoqu olmayan inkişafdan, hamının elliklə yüksək səviyyədə yaşadığını iddia edirsiniz. Siz ölkədə narazılığın olduğunu etiraf edirsinizmi?
- Cənnətin özündə də nararazıçılıq var. Biri deyir ki, almanın dadı elədir, biri deyir almanın dadı belədir. Ona görə də, narazılığın olmadığını demək doğru olmaz. Biri “jek” müdirindən narazıdır, biri yolda tıxacda qaldığından narazı olur, başqası ola bilsin ki, öz sosial problemini həll edə bilmədiyi üçün narazıdır, biri iş tapa bilmədiyi üçün narazıdır və s. Adi bir ailədə beş uşaq olanda hamısı razı qalmır. Biri narazı olur, başqası daha fəal olur, digəri zəif olur və s. Bu bütün dünyada belədir. ABŞ-ı və ya ən inkişaf edən ölkə olaraq Yaponiyanı götürün. Hər yerdə bu var. Amma bu narazıçılıq dövlətdən, dövlətçilikdən və prezidentdən olan narazıçılıq deyil. Biri tutaq ki, hansısa məmura şikayət edib və məmur da şikayətə baxmayıb. İndi bu şəxs narazı ola bilər. Amma bu şəxs dövlətini və vətənini sevir. Sadəcə olaraq məmurdan narazıdır. Bu başqa məsələdir, var və tədricən aradan qaldırılır.

- Siz iddia edirsiniz ki, siyasi narazılıq yoxdur?
- Bəli, mənim fikrimcə, siyasi narazılıq yoxdur. Bu narazılıq daha çox sosial, məşiət, məşğullluqla bağlıdır. Məsələn, birinin vəziyyəti bu gün yaxşıdır, amma düşünür ki, bir az da yaxşı olsun. Yəni birdə görürsən ki, yaxşı yaşayanın özü də narazı olur. Deyir ki, mənim avtomobilim “mersedersdir”, amma daha yuxarı klass olmalıdır və s. Yəni həyat, yaşayış və təlabat varsa bu da olmalıdır.

- YAP-da ideoloji deyil, maraqlar birliyinin hakim olduğunu nəzərə alsaq siz hakimiyyətdən gedəsi olsanız hakim partiya dərhal dağılacaqmı?
- Bunu əsasən bir qrup qeyri ciddi insan deyir. Əvvəla YAP heç yerə getmir. Əksinə, YAP təzə-təzə başlayıb. YAP-ın yaranma tarixinə fikir versəniz görərsiniz ki, bu partiya möhkəm ideoloji əsaslar üzərində yaranıb. O vaxt belə fikir var idi ki, YAP ideya deyil, şəxsiyyət ətrafında yaranıb. Bəs onda ideyanı kim yarada bilərdi? Təbii ki, ideyanı yoldan keçən deyil, şəxsiyyət yarada bilər. Heydər Əliyev kimi şəxsiyyət. Dövlətçilik, azərbaycançılıq, sosial ədalət YAP-ın əsas prinsipləridir. Bunların hansı ideologiya deyil. Bəs bunu iddia edənlər neylədi? AMİP-də, AXCP-də, Müsavatda nizamnaməsini dəyişib. Amma YAP 20 il əvvəl qəbul etdiyi nizamnaməsi və prinsipləri bu gün də idarəçiliyin əsas prinsipləridir. Odur ki, ideologiyanı şəxsiyyət yaradır. Heydər Əliyevin yaratdığı ideologiya hara, yoldan keçən Əli Kərimlinin yaratdığı ideologiya hara. Bunlar başqa başqa şeylərdir. Bunu bilməyənlər, bəzən özünü politoloq adlandıranlar ağıllarına gələni deyirlər.

- Siz daima çıxışınızda yoldan keçən Əli Kərimli ifadəsini işlədirsiniz, bəyəm başqa siyasətçinin adını çəkə bilməzsiniz?
- Məsəl üçün çəkirəm də... İndi biz bir və ya ikisinin adını çəkirik.

- Bu jestləriniz göstərmirmi ki, hakimiyyət Əli Kərimlidən sözün əsl mənasında ehtiyat edirsiniz?
- Qəti şəkildə elə deyil. Onun heç bir potensialı yoxdur. Fikrimcə, o deqradasiya olub və tarixin arxivinə gedib. Adam var ki, yaşlıdır, amma aktualdır.

- Müsavat Partiyasının başqanı İsa Qəmbər kimi...
- Xeyr. İsa Qəmbər də Əli Kərimli kimi deqradasiyaya uğrayıb.

- Siz hakimiyyətdəsiniz, siyasi prosesləri izləyirsiniz, sorğular aparırsınız. Bu gün sizin rəqibiniz kimdir?
- Biz onların heç birini rəqib hesab etmirik.

- Siyasi palitrada sizin rəqibiniz kimdir?
- Bu gün YAP-a rəqib ola biləcək siyasi qüvvə, qüvvələr birliyi, dəstə, dərnək və ya firqə yoxdur. Bu gün YAP regionda ən aparıcı partiyalardan biridir.

- Qarşıdan prezident seçkiləri gəlir. Amma İlham Əliyev özü şəxsən namizədliyi haqqında bir söz deməyib. Əvəzində sizlər onun namizəd olacağını deyirsiniz...
- Bu elə bu cür də olmalıdır. İlham Əliyev hakimiyyətdə olan partiyanın sədridir. YAP-ın da 600 minə yaxın üzvü var. Bütövlükdə xalqımız İlham Əliyevin həyata keçirdiyi işləri, apardığı siyasəti dəstəkləyir və onu prezident görmək istəyir.

- Bəs onun özü necə, prezident olmaq istəyirmi?
- Bu prosedura ilə bağlıdır. Seçkilər zamanı MSK namizədlərin sənədlərini qəbul edərək onları qeydə alır və ya almır. Həmin müddətdə də İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək. İlham Əliyev hər siyasətçidən deyil ki, seçki başlamamış desin ki, namizəd olacağam. İndi Əhməd Oruc da deyir ki, namizədliyimi irəli sürəcəyəm. Hər şeyin qayda-qanunu var. Təbii ki, siyasi partiya sədrinin qərarına və iradəsinə uyğun şəkildə öz mövqeyini ifadə edir.

- Hakimiyyətin namizədi İlham Əliyev deyil, başqası ola bilərmi?
-Qəti şəkildə yox! Bu məsələ həll edilib. 2013-cü ilin prezident seçkilərində hakimiyyətin də, YAP-ın da, azərbaycan xalqının da namizədi İlham Əliyev olacaq.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • YAP MSK-ya şikayət etdi

    YAP MSK-ya şikayət etdi ...

    20-09-2013, 18:21

  • 
  • Siyavuş Novruzov: “Müsavat dağılacaq”

    Siyavuş Novruzov: “Müsavat dağılacaq” ...

    14-05-2014, 15:30

  • 
  • Deputat mitinqi izlədi və Milli Şuranın fatihəsini verdi

    Deputat mitinqi izlədi və Milli Şuranın ...

    19-08-2013, 00:04

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu