GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mən Amerikada, Avropada yaşasaydım, ən azı 2-3 dəfə prezident olmuşdum” - Sərdar Cəlaloğlu

“Mən Amerikada, Avropada yaşasaydım, ən azı 2-3 dəfə prezident olmuşdum” - Sərdar Cəlaloğlu

Tarix: 1-02-2019, 23:07 Bölmə :Müsahibə Baxış: 435
“Mən Amerikada, Avropada yaşasaydım, ən azı 2-3 dəfə prezident olmuşdum” - Sərdar Cəlaloğlu


25-30 ildir müxalifətdə mövqe tutan, amma uğur qazana bilməyənlər...

Azərbaycan müxalifətində elə siyasətçilər var ki, 25-30 ildir mövqe tutublar. Lakin onlar bu illər ərzində heç bir uğur əldə etməyiblər; hakimiyyətə gələ bilmirlər, bələdiyyə, parlament seçkilərində yer qazana bilmirlər. Eyni zamanda bu şəxslərin bir çoxu heç şüarlarında, ritorikalarında da dəyişiklik etməyiblər. Həmin şəxslər özlərindən sonra gələn gənclərin də qarşısını kəsib, müxalifət daxilində müxalifətə çevriliblər.

Həmçinin, öz potensialına güvənərək siyasətə gəlmək məqsədi ilə partiyalara qoşulan şəxslərin də taleyini qaraldıblar. Bunların nəticəsidir ki, artıq sosial bazasız qalıblar.

Politoloqlar hesab edirlər ki, məhz uğursuzluqları səbəbindən onları dəstəkləyənlər getdikcə azalıb və hazırda bir neçə yüz nəfərdən ibarət kontingentlə qalıblar. Belə vəziyyətdə də siyasi meydanı tərk etmək istəmirlər. Sanki bura biznes kimi baxırlar.

25-30 il kamil siyasətçi, uğur qazanmaq üçün bəs etmirmi?

“Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, kamilləşmədə elə bir nöqtə yoxdur ki, insan həmin nöqtədə dayansın ki, artıq tam kamiləm:

“Belə bir məşhur fikir var ki, paltarlar köhnəldikcə, əyinə daha yaxşı oturur. Elmi biliklər, qabiliyyətlər təcrübə ilə əldə edilir. Hətta ən nadir istedadı olan birinin təcrübəsi yoxdursa istedadı ona fayda verməz. Siyasətdə də insanlar nə qədər çox iştirak edirlərsə, bir o qədər təkminləşirlər. Çünki siyasi hadisələr dəyişkəndir. Azərbaycanın müstəqilliyi uğrunda bir mübarizə oldu və bu gün 30 yaşına qədər olan gənclər həmin təcrübəni yaşmayıblar. Bu baxımdan onlar həmin proses haqqında heç bir biliyə, təcrübəyə malik deyillər. Bu, məsələnin nəzəri tərəfidir. Kamilləşmənin bəlli məqamı olmadığından siyasətlə məşğul olan insan bunu ömrünün sonuna qədər edə bilər. Əsl siyasətçi həm özünü, həm də cəmiyyəti kamilləşdirir. Təcrübə onu göstərir ki, müxalif qüvvələrin uzun müddət bu meydanda onların qabiliyyəti ilə bağlı deyil”.

Sərdar Cəlaloğlu hesab edir ki, bu, iqtidarın davranışları ilə də bağlıdır: “Digər tərəfdən də təcrübə sübut edir ki, ölkələrdə demokratik vəziyyət nə qədər ağırdırsa, həmin ölkələrdə müxalifətlərin hakimiyyətə gəlməsi uzun zaman tələb edir. Məsələn, Cənubi Afrika Respublikasında Mandelanın hakimiyyətə gəlməsi təxminən 50 il vaxt tələb etdi. Eləcə də İranda Xomeyninin hakimiyyətə gəlməsi də 60 ilə başa gəldi. Hətta Leninin də hakimiyyətə gəlməsi 30 il çəkdi. Yəni həm təcrübə göstərir ki, əsl müxalifətlər uzun müddət sonra hakimiyyətə gəlir, həm də anti-demokratik vəziyyətlərdən bu, görünür. Amerika, Fransa kimi demokratik ölkələrdə qısa müddətə də hakimiyyətə gəlmək mümkündür. Məsələn, Makron siyasətdə bir-iki il iştirak edib, prezident oldu. Eləcə də Trampın da adını da çəkmək olar. Yəni demokratik cəmiyyətdə müxalifətdə qalmağın müddəti qısa, hakimiyyətə gəlmə sürəti isə böyükdür”.

S.Cəlaloğlu bildirib ki, Azərbaycanda müxalifətin uzun müddətdir müxalifətdə qalmasında heç bir günahı yoxdur: “Buna Azərbaycandakı ictimai-siyasi vəziyyətin əlaməti kimi baxmaq lazımdır. Guya Tramp, Makron Azərbaycanda olsaydı 1 ilə hakimiyyətə gələcəkdi? Təbii ki, xeyr. Mən Amerikada, Avropada yaşasaydım, ən azından 2-3 dəfə prezident olmuşdum. Vətəndaşın müstəqil inkişafına təminat verməyən heç bir cəmiyyət qarşısında vətəndaşın öhdəliyi yoxdur. Elə bir cəmiyyət qarşısında müxalifətçilik öhdəsi götürmüşük ki, bizim inkişafımıza şərait yaratmır. Bu, BMT-nin İnsan hüquqları haqqında ümumi bəyannaməsinin 19 maddəsinin şərtidir. Siyasətin nə qocaya, nə də cavana dəxli yoxdur. Siyasətdə baş verənlər də əsas faktordur. Biz gördük ki, Birinci və İkinci Dünya müharibələrindən sonra siyasətdən çox uzaq olan adamlar belə hakimiyyətə gəldilər. Elə Əbülfəz Elçibəyi götürək. Sovet dövründə siyasətdə aktiv iştirak etmək hüququ yox idi, ancaq sonrakı dövrdə hakimiyyətə gəldi. Hakimiyyətə gəlməyin bu yolu da var ki, haradasa proseslər dəyişir və uzun müddət siyasətdə olmayanlar hakimiyyətə gəlir. Digər bütün hallarda müxalifətin hakimiyyətə gəlməsi uzun müddətli, məşəqqətli yoldan keçir”.

AĞ partiyanın gənc lideri Tural Abbaslı bildirib ki, kimsə yerini könüllü şəkildə digərinə verməz: “Siyasət ambisiya və hədəflərdir. Heç istəmərəm ki, kimsə geri çəkilib, yerini başqasına versin. Bunun anlamı da doğru olmaz. Mənim etirazım onadır ki, yaşlılar nəinki, çəkilib yer vermirlər, hətta gənclərə maneə də olurlar. Doğrudur, bu, yaşlı nəslin hər siyasətçisinə aid deyil. Maneə yaratmasınlar, yetər. Gənclər onsuz da özlərinə yer tutub, bərkiyəcəklər. Təəssüflər olsun ki, bəzi gənclərimiz və yaşıllarımız sayəsində “gənc siyasətçilər”, “yaşlı siyasətçilər” anlayışı ortaya çıxıb. Yaşlılarda kifayət qədər təcrübə, bacarıq var. Gənclərdə də bu bacarığı həyata keçirən enerji, həvəs mövcuddur. Bunları bir araya gətirməyi bacarmaq gərəkdir. Nə tək enerjidən ibarət olan gənc, nə də yalnız təcrübəsi olan yaşlı da hakimiyyətə gələ bilməz. Gənclərin enerjisi, ağsaqqalların təcrübəsi bu işi qalibiyyətlə başa vurmağımıza gətirib çıxara bilər. Gənclərlə yaşlıların birgə fəaliyyətini təşkil etmək lazımdır. Əks halda heç bir nəticə olmayacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49

  • 
  • Milli Şura korrupsioner Cahangir Hacıyevin müdafiəsinə qalxır

    Milli Şura korrupsioner Cahangir Hacıyevin ...

    5-10-2017, 11:00

  • 
  • Niyaməddin Orduxanlı 4-cü dəfə qalib gəldi

    Niyaməddin Orduxanlı 4-cü dəfə qalib gəldi ...

    25-12-2014, 00:39

  • 
  • Erotik səhnələri bol olan film uğur qazana bilmədi - video

    Erotik səhnələri bol olan film uğur qazana ...

    21-02-2017, 17:44

  • 
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu